Məhkəmə qərarları › İş №2-1(112)-2158/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2158/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2158/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Bakı Regional Məşğulluq filialına qarşı “işsizlikdən sığorta ödənişinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Bakı Regional Məşğulluq filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1963-cü il təvəllüdlüdür. xx.xx.1978-xx.xx.1981-ci il tarixlərində 55 №-li peşə məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə (əmr xx.xx.1981-ci il, №243/k) xx.xx.1981-ci ildən “Sovet Azərbaycanının 50 illiyi adına Bakı aqreqat istehsalı birliyində” 39 №-li sahədə 3-cü dərəcəli çilingər vəzifəsində işə qəbul edilmişdir. xx.xx.1981-xx.xx.1983-cü il tarixlərinə Sovet Ordusunda həqiqi hərbi xidmət etmişdir. Daha sonra xx.xx.1985-xx.xx.1986-cı il tarixlərində “Lenineft” Neftqazmədənçıxarma İdarəsinin təmir sexində 3-cü dərəcəli çilingər təmirçi vəzifəsində işləmişdir. xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində və xx.xx.2019-xx.xx.2022-ci il tarixlərində "xxxx" ASC 7 saylı İSİS çilingər vəzifəsində işləmişdir. Dekabr 2021-ci ildən aprel 2022-ciilədək sağlamlığında müəyyən problemlər olduğundan işləmiş və "xxxx" ASC ilə əmək müqaviləsinin müddəti bitdiyi üçün xx.xx.2022-ci il tarixində AR Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən işdən azad edilmişdir. O, cavabdehə işsizlikdən sığorta ödəniini almaq üçün rəsmi müraciət etmiş, birinci rəsmi müraciəti zamanı ona müsbət cavab verilsə də, daha sonra cavabdeh xx.xx.2022-ci il tarixli məktubla nüraciətindən imtina etmişdir. İmtina səbəbləri olaraq qeyd edilmişdir: 1. xx.xx.2019-cu il tarixindən "xxxx" ASC işə qəbul olunmağı və xx.xx.2022-ci il tarixində əmək müqaviləsinin müddətinin qurtarması. 2. Əmək müqaviləsinə 06.052022-ci il tarixində xitam verildiyi halda, 2021-ci ilin sentyabr ayından əməkhaqları üzrə məcburi dövlət sosial sığorta ayrılmalarının ödənilməsinin sistemdə əks olunmaması. Cavabdeh tərəfindən yuxarıda göstərilən 2 (iki) səbəblərə görə işsizlikdən sığorta ödənişini almağına imtina edilməsi hesab edir ki, əsassızdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan rədd edilməlidir. İşsizlikdən sığorta ödənişinin verilməsi “İşsizlikdən sığorta haqqında” Qanun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası” ilə tənzimlənməkdədir. Qanunun 13.2.3-cü maddəsinə əsasən bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda (müddətli əmək müqaviləsinin əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam halı) müraciət edən şəxslərə sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində həyata keçirilir. vətəndaş İddiaçı (FİN: xxxxxxx) işsizlikdən sığorta ödənişinin təyini ilə bağlı 11 may 2022-ci il tarixində 3 saylı DOST Mərkəzinə müraciət etmişdir. İddiaçı müraciətinə aidiyyəti üzrə X1 və Təyinat filialında (bundan sonra - MMTF) baxılan zaman vətəndaşın “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, vətəndaşın sığorta hadisəsi baş verdiyi tarixdən əvvəlki 36 ay təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə sığorta stajı 30 aydan az olduğu üçün ona işsizlikdən sığorta ödənişinin təyinindən imtina edilmişdir. Belə ki, araşdırma nəticəsində vətəndaşın xeyrinə işsizlikdən sığorta haqqıödənilən müddətin 28 ay 5 gün olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşın xeyrinə işəgötürəni tərəfindən ödənilən işsizlikdən sığorta haqqı dövrləri işsizlikdən sığorta məqsədləri üçün nəzərə alınan sığorta stajını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçıya məxsus ИТ-İ №1082624 əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdən 7 saylı X4 Sahəsi, Servis Xidmətinə əmək müqaviləsinə əsasən müddətli olaraq 6 dərcəli təmirçi-çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixində 7 saylı İSİS, Servis Xidməti 6-cı dərəcəli təmirçi çilingər peşəsi üzrə bağlanmış əmək müqaviləsinin müddəti uzadılmış, xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad edilmiş, xx.xx.2019-cu il tarixində 7 saylı X4 Sahəsi, Servis Xidmətinə əmək müqaviləsinə əsasən müddətli olaraq 6 dərcəli təmirçi-çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixində 7 saylı X4 Sahəsi, Servis Xidmətində 6-cı dərəcəli təmirçi çilingər peşəsi üzrə bağlanmış əmək müqaviləsinin müddəti uzadılmış, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad edilmişdir. - "xxxx" Açıq Səhdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 05/90 №-li arayışından görünür ki, 7 saylı X4 Sahəsində təmirçi-çilingər vəzifəsində işləyən İddiaçı Dekbar-2021, Yanvar-2022, Fevral-2022, Mart-2022, Aprel-2022 aylarında xəstə olmuş, ona əmək haqqı hesablanmamış, əmək haqqından tutulmalar olunmamışdır. Məhkəmə sərəncamının icrası olaraq məhkəməyə ünvanlanmış: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 13 sentyabr 2022-ci il tarixli, **********8 №-li məktubuna əlavə edilmiş: - İddiaçı aid sığortaolunanın hesabından çıxarışdan görünür ki, ona 2020-ci ilin iyul ayı, 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları, 2022-ci ilin aprel ayı üzrə gəlir hesablanmamış, həmçinin həmin aylar üzrə məcburi dövlər sosial sığorta ayırmaları ödənilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdən "xxxx" Açıq Səhdar Cəmiyyətinin 7 saylı X4 Sahəsi, Servis Xidmətinə əmək müqaviləsinə əsasən müddətli olaraq 6-cı dərcəli təmirçi-çilingər peşəsində çalışmış, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad edilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixdən işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürmüşdür. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.6-cı maddəsinə əsasən sığorta hadisəsi – sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi hallarıdır. -2.0.10-cu maddəsinə əsasən, sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir -2.0.11-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı – sığorta ödənişinin ödənilməsi zamanı nəzərə alınan bu Qanunun 11-ci maddəsində müəyyən olunan müddətdir. -11.0-cı maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajına aşağıdakı müddətlər daxildir: 11.0.1. bu Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət; 11.0.2. bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət. -13.1-ci maddəsinə əsasən Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən. 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam verilir. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçının müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddəti bitdiyi üçün xitam verilmiş və Qanunun məqsədləri üçün nəzərdə tutulmuş sığorta hadisəsi baş vermişdir. Qanununvericiliyin yuxarıda sadalanan normalarının tələblərindən göründüyü kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olmalıdır. Qanunun məqsədləri üçün sığorta stajı dedikdə isə, sığorta haqqı ödənilən müddət nəzərdə tutulur. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmiş, yəni sığorta hadisəsi xx.xx.2022-ci il tarixində baş vermişdir. İşəgötürən tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, iddiaçı ilə xx.xx.2019xx.xx.2022-ci illər ərzində əmək müqaviləsi mövcud olmuş, lakin 2020-ci ilin iyul ayı, 2021ci ilin oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart və aprel ayları üzrə iddiaçı işdə olmamış və həmin dövlər üzrə məcburi dövlər sosial sığorta ödənişləri edilməmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan aylarda iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən həmin aylar onun sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Belə olan halda iddiaçının “İşsizlikdən sığorta haqqında” Qanunda nəzərdə tutulan sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində ən azı 30 ay sığorta stajına malik olması şərti ödənilmədiyindən və bununla əlaqədar olaraq iddiaçının işsizlikdən sığorta haqqı hüququ yaranmadığından iddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsindən cavabdeh inzibati orqana etdiyi müraciətinin təmin edilməməsi qanuni və əsaslı olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmamaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar