Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2159/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrlərin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “şəhadətnamənin ləğv edilməsi və s ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2004-2020-ci illər ərzində 16 il 3 ay müddətində həqiqi hərbi xidmət keçmişdir. 15 may 2020-ci il tarixli əmrlə xəstəliyə görə ehtiyata buraxılmışdır. İstefaya buraxılma əsası kimi 27 mart 2020-ci il tarixli şəhadətnamədə qeyd edilmişdir ki, həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Həmin şəhadətnamə əsasında da heç bir əsas olmadan istefaya buraxılmışdır. Daha sonra vermiş olduğum şikayət əsasında Hərbi-Həkim Komissiyasının 15 aprel 2021-ci il tarixli şəhadətnaməsi əsasında da düzgün olmayan qərar qəbul edilmişdir. İkinci şəhadətnamədə qeyd edilmişdir ki, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Halbuki, o, özünü sağlam, gümrah hiss edir, dövlətə xalqa xidmət etmək istəyir, hərbi xidmətə yararlı olması qənaətindədir. Məhkəmənin qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması barədə qərardad ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin əsl cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyası ilə dəyişdirilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə verilmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilərək iddia tələbi “cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasından 1578 saylı 27 mart 2020-ci il tarixli və 10664 saylı 15 aprel 2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsini, 24 dekabr 2019-cu il tarixli əmrin ləğv edilməsini və xx.xx.2020-ci ildən istefaya buraxıldığı gündən itirilmiş xidmət müddətinin və itirilmiş gəlirlərin (pul məvacibinin) ödənilməsinin, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsində əks kəşfiyyat Bölməsinin zabiti vəzifəsinə bərpa olunmasının isə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Daha sonra məhkəmənin 21 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasından 1578 saylı 27 mart 2020-ci il tarixli və 10664 saylı 15 aprel 2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi və 24 dekabr 2019-cu il tarixli əmrin ləğv edilməsi və xx.xx.2020-ci ildən istefaya buraxıldığı gündən itirilmiş xidmət müddətinin və itirilmiş gəlirlərin (pul məvacibinin) ödənilməsinin, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsində əks kəşfiyyat Bölməsinin zabiti vəzifəsinə bərpa olunması Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” iddia tələbləri üzrə 2-1(112)-7499/2022 nömrəli inzibati iş üzrə icraatdan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qarşı 24 dekabr 2019-cu il tarixli əmrin ləğv edilməsi və xx.xx.2020-ci ildən istefaya buraxıldığı gündən itirilmiş xidmət müddətinin və itirilmiş gəlirlərin (pul məvacibinin) ödənilməsi, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsində əks kəşfiyyat Bölməsinin zabiti vəzifəsinə bərpa olunması Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddia tələbi üzrə icraat sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasından 1578 saylı 27 mart 2020-ci il tarixli və 10664 saylı 15 aprel 2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi tələbinə dair icraat 2-1(112)- 7499/2022 nömrə ilə saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-259/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı təkrar şəhadətləndirmənin aparılması öhdəliyi cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qarşı 24 dekabr 2019-cu il tarixli əmrin ləğv edilməsi və xx.xx.2020-ci ildən istefaya buraxıldığı gündən itirilmiş xidmət müddətinin və itirilmiş gəlirlərin (pul məvacibinin) ödənilməsi, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsində əks kəşfiyyat Bölməsinin zabiti vəzifəsinə bərpa olunması Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” barədədir. Cavabdeh etiraz təqdim edərək iddianın müddət ötürüldüyündən mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: 27 mart 2020-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, qalxanvari vəzin papilyar karsinomasına görə aparılmış total tireoidektomiya cərrahı əməliyyatından və bir kurs radioaktiv yod terapiyasından sonrakı hal (diskogen mənşəli lubalgiya-remissiya mərhələsində) diaqnozu əsas götürülməklə Xəstəliklər cədvəlinin 8a maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən iddiaçı dinc və müharibə dövründə hərbi xidmətə yararsızdır. 15 aprel 2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamə qeyd edilmişdir ki, müayinə zamanı əsas xəstəliyin fəsadları aşkar edilməmişdir. Qalxanvarfi vəzin papilyar karsinomasına görə aparılmış total tireoidektomiya cərrahı əməliyyatından və bir kurs radioaktiv yod terapiyasından sonrakı böynun ön divarının bərkimiş dəri çağığı (diskogen mənşəli lubalgiya-remissiya mərhələsində) onda mövcuddur və bu Xəstəliklər cədvəlinin 8b maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız və müharibə dövründə yararlı hesab edilmə üçün əsasdır. Müşaiyətçiyə zərurət yoxdur. Həmin şəhadətnamədə, həmçinin qeyd edilmişdir ki, 27 mart 2020-ci il tarixli şəhadətnamə qüvvədən düşmüş hesab edilməlidir. 24 dekabr 2019-cu il tarixli əmrdən görünür ki, iddiaçı Əsasnamənin 78-ci maddəsinin b bəndinə uyğun olaraq tutduğu vəzifədən azad olunaraq hərbi hissə komandirinin artilleriya üzrə köməkçisi vəzifəsinə keçirilmişdir. 15 may 2020-ci il tarixli əmrdən görünür ki, iddiaçı həqiqi hərbi xidmətdən xəstəliyinə görə istefaya buraxılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanlanmış məktubundan görünür ki, iddiaçıda mövcud olan xəstəliklərə görə əlilliyin təyinindən imtina edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Dəqiqləşdirilmiş iddia ərizəsindən görünür ki, iddiaçı 24 dekabr 2019-cu il tarixli iddiaçı Əsasnamənin 78-ci maddəsinin b bəndinə uyğun olaraq tutduğu vəzifədən azad olunaraq hərbi hissə komandirinin artilleriya üzrə köməkçisi vəzifəsinə keçirilməsi barədə əmrin ləğvini, eləcə də 15 may 2020-ci il tarixli həqiqi hərbi xidmətdən xəstəliyinə görə istefaya buraxılması barədə əmrin hüquqi nəticələrinin aradan qaldırılmasını,yəni 15 may 2020-ci il tarixdən istefaya buraxıldığı gündən itirilmiş xidmət müddətinin və itirilmiş gəlirlərin (pul məvacibinin) ödənilməsi, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsində əks kəşfiyyat Bölməsinin zabiti vəzifəsinə bərpa olunmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 24 dekabr 2019-cu il tarixli iddiaçı Əsasnamənin 78-ci maddəsinin b bəndinə uyğun olaraq tutduğu vəzifədən azad olunaraq hərbi hissə komandirinin artilleriya üzrə köməkçisi vəzifəsinə keçirilməsi barədə əmrin ləğv edilməsi hissəsində iddia müddətin ötürülməsi səbəbindən mümkün sayılmamalıdır. Belə ki, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati aktın mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişiklik edilməsi) İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırki işin faktiki hallarından görünür ki, mübahisələndirilən əmrin rəsmi daşıyıcı vasitəsi ilə iddiaçıya hansı tarixdə təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Lakin, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin əmrdən qəbul etdiyi vaxtdan xəbərdar olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı barəsində qəbul edilmiş həmin əmr – onun xidməti xüsusiyyətlərinin dəyişdirilməsi, yəni artilleriya üzrə köməkçi vəzifəsinə təyin edilməsi ilə bağlı olduğundan iddiaçı ən azından faktiki həmin vəzifəsinin icrasına başlanıldığı gündən əmrin mövcudluğundan xəbərdar olmuşdur. Eləcə də, iddiaçı tərəfindən inzibati qaydada ünvanlanmış şikayət xarakterli məktublardan da göründüyü kimi həmin əmr barədə məlumatlı olmuşdur. Beləliklə Məhkəmə hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı vaxtdan olduğu müddətdə başlamış, lakin iddiaçı həmin inzibati aktıın mübahisələndirilməsi ilə bağlı həmin müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunmalıdır ki, “təqdim olunma” və “elan olunma” ilə bağlı bu mövqeyi Ali Məhkəmə tərəfindən baxılan bir çox oxşar mübahisələrdən formalaşmışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunur ki, sabiq əməkdaşın sərəncama götürülməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-314/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli və 2-1(102)-442/2020 saylı xx.xx.2020 qərarlarında da oxşar iş üzrə məhkəmə eyni mövqe nümayiş etdirmişdir. Məhkəmə həmin əmrin ləğv edilməsi tələbindən asılı olan iddianın digər hissəsi olan əks kəşfiyyat Bölməsinin zabiti vəzifəsinə bərpa olunmasına münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, əsas iddia tələbi üçün mümkünlük şərti ödənilmədiyindən asılı iddia tələblərinin də mümkünlüyü istisna olunur. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Hazırki iş üzrə iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtdan artıq 1 ildən çox müddət keçdiyindən, iş üzrə iddia müddətin bərpa edilməsi barədə ərizənin verilməsi istisna olunur. Lakin, məhkəmə hesab edir ki, iddia mahiyyət baxımından 15 may 2020-ci il tarixli həqiqi hərbi xidmətdən xəstəliyinə görə istefaya buraxılması barədə əmrin ləğvi və onun hüquqi nəticələrinin aradan qaldırılması,yəni xx.xx.2020-ci ildən istefaya buraxıldığı gündən itirilmiş xidmət müddətinin və itirilmiş gəlirlərin (pul məvacibinin) ödənilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi hissəsində mümkün sayılmasa da, həmin mümkünlük şərti müddətin ötürülmə əsasları ilə bağlı olmamışdır. Məhkəmə həmin əmr və onun hüquqi nəticələrinin aradan qaldırılmasına münasibətdə hesab edir ki, həmin iddiaya münasibətdə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, AR İPM-nin: 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi müddətin ötürülüb-ötürülməməsinin müəyyən edilməsi baxımından müddətinin axımının başlanılma anı mütləqdir. Məhkəmə isə hesab edir ki, hazırkı halda müddətin axımı başlanılmamışdır. Belə ki, 15 may 2020-ci il tarixli həqiqi hərbi xidmətdən xəstəliyinə görə istefaya buraxılması barədə əmrdən görünür ki, həmin əmr 15 mart 2020ci il tarixli iddiaçının tibbi şəhadətləndirilməsi əsasında, yəni Müdafiə Nazirliyinin tabeliyində olan ayrıca inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan tərəfindən qəbul edilmiş qərar əsasında verilmişdir. Belə ki, 27 mart 2020-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, qalxanvari vəzin papilyar karsinomasına görə aparılmış total tireoidektomiya cərrahı əməliyyatından və bir kurs radioaktiv yod terapiyasından sonrakı hal (diskogen mənşəli lubalgiya-remissiya mərhələsində) diaqnozu əsas götürülməklə Xəstəliklər cədvəlinin 8a maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən iddiaçı dinc və müharibə dövründə hərbi xidmətə yararsızdır. Qeyd olunan şəhadətnamə, yəni inzibati akt əsasında da iddiaçı hərbi xidmətdən ehtiyata buraxılmışdır. Doğrudur ki, həmin orqan tərəfindən qəbul edilmiş növbəti inzibati aktda, yəni 15 aprel 2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamə qeyd edilmişdir ki, müayinə zamanı əsas xəstəliyin fəsadları aşkar edilməmişdir. Qalxanvarfi vəzin papilyar karsinomasına görə aparılmış total tireoidektomiya cərrahı əməliyyatından və bir kurs radioaktiv yod terapiyasından sonrakı böynun ön divarının bərkimiş dəri çağığı (diskogen mənşəli lubalgiya-remissiya mərhələsində) onda mövcuddur və bu Xəstəliklər cədvəlinin 8b maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız və müharibə dövründə yararlı hesab edilmə üçün əsasdır. Müşaiyətçiyə zərurət yoxdur. Həmin şəhadətnamədə, həmçinin qeyd edilmişdir ki, 27 mart 2020-ci il tarixli şəhadətnamə qüvvədən düşmüş hesab edilməlidir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür. 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır. Əsasnamənin tələbindən də göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş şəhadətnamələr inzibati akdırlar və Müdafiə Nazirliyi tərəfindən yox, ayrıca inzibati akt qəbul etmək səlahiyyəti verilmiş Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmişdir. İddiaçının ehtiyata buraxılması barədə əmr də məhz Komissiya tərəfindən qəbul edilmiş inzibati akt əsasında həyata keçirilmişdir. İlkin şəhadətnamə qüvvədən düşsə də, Komissiyanın növbəti şəhatənaməsindən görünür ki, iddiaçı Komissiya tərəfindən iddiaçının sülh dövründə hərbi xidmətə yararsız və müharibə dövründə yararlı hesab edilmə üçün əsas olmasına dair iddiaçının hüquqi marağına uyğun olmayan qərar qəbul etmişdir. İcraatdan ayrılmış həmin şəhadətnamələrin qüvvədən düşmüş hesab edilməsinə yönəlmiş iddia tələbinə dair məhkəmənin qərarından görünür ki, onun iddiası təmin edilərək İddiaçı təkrar şəhadətləndirmənin aparılması öhdəliyi cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Lakin, həmin iş üzrə yararlılıq kateqoriyasının müəyyən edilməsi barədə yeni qərar qəbul edilməmişdir. Məhkəmə hesab edir ki, həmin qərarın icrası gedişində iddiaçının hüquqi marağına uyğun yararlılıq kateqoriyasının qəbuluna dair qərar qəbul edilə bilər ki, həmin qərar işin hallarından asılı olaraq istefaya buraxılma barədə əmrin mübahisələndirilməsi və həmin əmrdən yaranmış hüquqi nəticələrin aradan qaldırılması üçün əsas qismində çıxış edə bilər.Lakin, Komissiya tərəfindən yararlılıq kateqoriyasına dair yeni qərar onun hüquqi marağına uyğun olmadıqda həmin qərardan inzibati qaydada Müdafiə Nazirliyinə və ya məhkəməyə iddiaçı tərəfindən şikayət verilə bilər. Lakin, hər bir halda məhkəmə hesab edir ki, yararlılıq kateqoriyasının müəyyən edilməsi barədə Komissiya tərəfindən qərar qəbul edilməyənədək və əmrin qəbuluna əsas olmuş müharibə dövründə iddiaçının yararsız hesab edilməsi barədə qərar, yəni şəhadətnamə qüvvədən düşməyənədək hazırkı növ əmrdən doğan hüquqi nəticələrin aradan qaldırılmasına, mahiyyət baxımından da istefaya buraxılma barədə əmrin ləğvinə yönəlmiş iddiaya münasibətdə hüquqi marağın mövcudluğundan söhbət gedə bilməz. Belə ki, həmin əmrin qəbuluna əsas olmuş inzibati aktla müəyyən edilmiş hüquqi nəticə aradan qaldırımamışdır. Bu səbəbdən də həmin məsələyə Hərbi Həkim Komissiyası tərəfindən nə qədər ki qiymət verilməyib asılı tələbin ayrıca qaldırılması hər hansı əhəmiyyət daşımamaqla, düzgün hüquqi müdafiə vasitəsi hesab edilməməlidir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Hazırkı iş üzrə isə düzgün hüquqi müdafiə vasitələrindən istifadə edilmədiyi, əlverişli iddia növündən istifadə edilmədiyi aşkar görünür. Belə ki, hazırkı iddianın uğurluluğu iddiaçının yararlılıq kateqoriyasından müəyyən edilməsi barədə inzibati aktdan asılıdır ki, təsadufi deyildir ki, Plenum Qərarının 7-ci hissəsinə görə iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2159/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2159/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver