Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-216/2024 22.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik pensiyasının bərpası vəzifəsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 noyabr 2013-cü il tarixdə ağır əməliyyat keçirtmişdir. 05 mart 2014-cü il tarixdən İİ qrup əlillik (əməkqabiliyyətsiz) ilə əlaqədar pensiya alırdı. 05 mart 2021-ci il tarixdən onun pensiyası kəsilmişdir. Daha sonra müraciət etdikdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ona əlillik pensiyasının verilməsi barədə 2 dəfə (natamam doldurma) imtina gəlmişdir. Sonradan tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təkrar 3-cü dəfə müraciət edilmişdir. 28 fevral 2022-ci il tarixdə cavab olaraq imtina edilmiş, səbəb olaraq isə əlavə müalicəyə ehtiyac olması, ətraflı ixtisarlaşdırılmış müalicəsi davam etdirilməsi bildirilmişdir. Cavabdeh tərəf qanunsuz və əsassız olaraq onu get-gələ salır, süründürür. Haqlı tələbini təmin etmək əvəzinə onu get-gələ salırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən ona qarnın digər və dəqiqləşdirilməmiş hissəsinin açıq yarası, qarnın ön divarının kəsilmiş, deşilmiş yaraları, eventrasiya (2013) Ağırlaşma K43.0 Qarnın ön divarının əməliyyatdan sonrakı çoxkameralı yırtığ. Ağırlaşma R52.2 Digər daimi ağrı, Daimi ağrı sindromu. Ağırlaşma Z98.8. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Qarın boşluğu bitişmələrin ayrılması. Hissəvi nazik bağırsaq keçməməzliyinin ləğvi. Ventral yırtığın və son tərəfli qasıq yırtığının ləğvi ( 13.02.21 ECM) İleostomanın qoyulması ( 21.11.13) ileostomanın ləğvi (03.03.14) Yan-yana entero-entero anostomozun qoyulması. Qarın boşluğunun sanasiya və drenə edilməsi. Ağırlaşma K56.6 Digər və dəqiqləşdirilməmiş bağırsaq keçməməzliyi, Bağırsaq (nazik bağırsaq) keçməməzliyi, ağrı sindromu ilə. Ağırlaşma M24.05 oynaqların kontrakturası, Sağ əlin 1-11-İİİ barmaqlarının bükücü kontrakturası, Yanaşı xəstəliklər 563.4 Barmaq bağının əl darağı-falanqa və falanqaarası oynaq (oynaqları) səviyyəsində travmatik cirilması, Sağ əlin kəsilmiş yaraları (xx.xx.2013) Yanaşı xəstəliklər K40.3 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik ilə, qanqrena olmadan, Sol tərəfli çəp qasıq yırtığı Yanaşı xəstəliklər F48.0 Nevrasteniya,Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİ mər. Yanaşı xəstəliklər S36.5 Çənbər bağırsağın travması, (xx.xx.2013). Yanaşı xəstəliklər S36.4 Nazik bağırsağın travması, (xx.xx.2013) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əlillik dərəcəsinin müəyyən olunması vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Zığ Sağlamlıq Mərkəzinin xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: <İX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => 330-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın - travmaları => S36 – Qarın diaqnozun mətni: Qarının ön divarının daxilə nüfuz edən kəsilmiş, deşilmi. yaraları.Nazik bağırsaq və böyük piyliyin yaradan eveventerasiyası. daxili qanaxmalara görə laparatomiya,yaranın tikilməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qarının ön divarının daxilə nüfuz edən kəsilmiş,deşilmi. yaraları” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Zığ Sağlamlıq Mərkəzinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S36 - Qarın ...; Diaqnozun mətni: Qarının ön divarının daxilə nüfuz edən kəsilmiş,deşilmiş yaraları. Nazik bağırsaq və piyliyin yaradan eveterasiyası. Qalxan və köndələn çənbər bağırsağın deşilmiş yaraların tikilməsi. ileostomanın qoyulması və ləğvi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qarının ön divarının daxilə nüfuz edən kəsilmiş, deşilmiş yaraları” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S36 – Qarın...; Diaqnozun mətni: Qarının ön divarının daxilə nüfuz edən kəsilmiş,deşilmiş yaraları.Nazik bağırsaq və piyliyin yaradan eveterasiyası. Qalxan və köndələn çənbər bağırsağın deşilmiş yaraların tikilməsi. ileostomanın qoyulması və ləğvi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qarının ön divarının daxilə nüfuz edən kəsilmiş, deşilmiş yaraları” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 38 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Əsas diaqnoz Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Qarın boşluğu bitişmələrinin ayrılması. Hissəvi nazik bağırsaq keçməməzliyinin ləğvi. Ventral yırtığın və sol tərəfli qasıq yırtığının ləğvi (13.02.21 ECM). ileostomanın qoyulması (21.11.13) ileostomanın ləğvi(03.03.14). Yan-yana entero-entero anostomozun qoyulması. Qarın boşluğunun sanasiya və drenə edilməsi. Ağırlaşma K56.6 Digər və dəqiqləşdirilməmiş bağırsaq keçməməzliyi, Bağırsaq (Nazik bağırsaq) keçməməzliyi, ağrı sindromu ilə. Ağırlaşma K43.0 Qarnın ön divarının yırtığı, keçməməzlik ilə, qanqrenə olmadan, Qarnın ön divarının əməliyyatdan sonrakı çoxkameralı yırtığı Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ əlin İ-ll-lll barmaqlarının bükücü kontrakturası Ağırlaşma R52.2 Digər daimi ağrı, Daimi ağrı sindromu Yanaşı xəstəliklər S63.4 Barmaq bağının əl darağı-falanqa və falanqaarası oynaq (oynaqları) səviyyəsində travmatik cirilması, Sağ əlin kəsilmiş yaraları (xx.xx.2013) Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİ mər. Yanaşı xəstəliklər K40.3 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik ilə, qanqrenə olmadan, Sol tərəfli çəp qasıq yırtığı Yanaşı xəstəliklər F48.0 Nevrasteniya,. Yanaşı xəstəliklər S36.5 Çənbər bağırsağın travması, (xx.xx.2013); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan əsas xəstəlik, ağırlaşmalar dəqiqləşdirilməli, klinik-diaqnostik müayinələrlə əsaslandırılmalı və göndərişin tərtibatında nəzərə alınmalıdır” səbəbi ilə imtina verilmişdir. Bakı 38 nömrəli şəhər poliklinikasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S31 - Qarnın...; Diaqnozun mətni: Qarnın digər və dəqiqləşdirilməmiş hissəsinin açıq yarası, Qarnın ön divarının kəsilmiş, deşilmiş yaraları, eventrasiya (2013). Ağırlaşma K43.0 Qarnın ön divarının yırtığı, keçməməzlik ilə, qanqrena olmadan, Qarnın ön divarının əməliyyatdan sonrakı çoxkameralı yırtığı Ağırlaşma R52.2 Digər daimi ağrı, Daimi ağrı sindromu Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Qarın boşluğu bitişmələrinin ayrılması. Hissəvi nazik bağırsaq keçməməzliyinin ləğvi. Ventral yırtığın və sol tərəfli qasıq yırtığının ləğvi (13.02.21 ECM). İleostomanın qoyulması (21.11.13) ileostomanın ləğvi(03.03.14). Yan-yana entero-entero anostomozun qoyulması. Qarın boşluğunun sanasiya və drenə edilməsi. Ağırlaşma K56.6 Digər və dəqiqləşdirilməmiş bağırsaq keçməməzliyi, Bağırsaq (Nazik bağırsaq) keçməməzliyi, ağrı sindromu ilə. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ əlin İ-ll-lll barmaqlarının bükücü kontrakturası Yanaşı xəstəliklər S63.4 Barmaq bağının əl darağı-falanqa və falanqaarası oynaq (oynaqları) səviyyəsində travmatik cirilması, Sağ əlin kəsilmiş yaraları (xx.xx.2013) Yanaşı xəstəliklər K40.3 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik ilə, qanqrenə olmadan, Sol tərəfli çəp qasıq yırtığı. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Essensial hipertenziya İİ mər. Yanaşı xəstəliklər S36.5 Çənbər bağırsağın travması, (xx.xx.2013). Yanaşı xəstəliklər S36.4 Nazik bağırsağın travması, (xx.xx.2013); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-ETTOİ-dan yeni tibbi rəy tələb olunur” səbəbi ilə imtina verilmişdir. Bakı 38 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S31 - Qarnın...; Diaqnozun mətni: Qarnın digər və dəqiqləşdirilməmiş hissəsinin açıq yarası, Qarnın ön divarının kəsilmiş, deşilmiş yaraları, eventrasiya (2013).İİeostomanın qoyulması (21.11.13) ileostomanın ləğvi(03.03.14).Yan-yana enteroentero anostomozun qoyulması. Qarın boşluğunun sanasiya və drenə edilməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1977-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı 2014, 2015, 2016-cı illərdə “Səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları ilə əlaqədar” ikinci əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı barəsində növbəti əlillik təyinatı ilə bağlı mart 2021-ci il tarixdən başlayaraq tərtib edilmiş tibbi göndərişlərə cavabdeh tərəfindən baxılmış və “göndərişlərin natamam doldurulması” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli xxxxxxx0008 saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və “Diaqnozun mətni: Qarnın digər və dəqiqləşdirilməmiş hissəsinin açıq yarası, Qarnın ön divarının kəsilmiş, deşilmiş yaraları, eventrasiya (2013). İleostomanın qoyulması (21.11.13) ileostomanın ləğvi (03.03.14). Yan-yana entero-entero anostomozun qoyulması. Qarın boşluğunun sanasiya və drenə edilməsi. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşdırılmış müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 20 günlük müddət təyin edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı dair 38 nömrəli Şəhər Poliklinikası tərəfindən "Əlillik” altsisteminə 4118003AAEK1 nömrəli göndəriş (Forma-088) daxil olmuşdur. Həmin göndəriş əsasında İddiaçı xx.xx.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2022-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Qarnın ön divarının kəsilmiş, deşilmiş yaralan. Yan-yana entero-entero anostomozun qoyulması. Qarın boşluğunun sanasiya və drenə edilməsi" diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 ekspertlərinə həvalə edilmişdir. Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş xx.xx.2022-ci il tarixli T 434/2022 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı 38 nömrəli şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 4118003AAEK1 nömrəli Forma 88-də qeyd olunan diaqnoz stasionarda şəxsin kliniki, laborator instrumental müayinələri əsasında düzgün müəyyən edilmişdir. O qeyd edilən xəstəliklərdən hazırda da əziyyət çəksə də həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patafunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün deyil. İddiaçı həmin xəstəliklərlə əlaəqdar hazırda əlavə bərpa müalicəsinə ehtiyac yoxdur, lakin xəstəliklər kəskinləşərsə onda müvafiq ixtisas sahəsi üzrə həkimə müraciət edə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 ekspertlərinə həvalə edilmişdir. Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş 32 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, 1977-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1,2. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı 38 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 4118003AAEK1 nömrəli Forma 88-də qeyd olunan diaqnoz stasionarda şəxsin kliniki, laborator instrumental müayinələri əsasında düzgün müəyyən edilmişdir. Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarxdə cərrah tərəfindən müayinə zamanı“ K 66.0 periton bitişmələri, bağırsağın bitişmələri, K91 həzm orqanlarının başqa rubrikalarda təsnif olunmayan, tibbi proseduralardan sonra baş verən pozğunluqları, K91.3 əməliyyatdan sonra baş verən bağırsaq keçməməzliyi”, nevroloq tərəfindən isə sağ mil və orta sinirlərin travmatik hissəvi zədələnməsi, asteno-nevrotik sindrom XBT 10 kod-G56.3, G56.1, F48.0 təyin edilmişdir. Bundan sonra iddiaçının əlillik vəziyyəti ilə bağlı Bakı Baş Səhiyyə İdarəsininin xx.xx.2023-cü il tarixli C00116773PNH nömrəli göndərişi tərtib edilmiş və həmin göndəriş əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və “Diaqnozun mətni: Əsas diaqnoz: T01 Bədənin bir neçə nahiyələrini əhatə edən açıq yaralar, Qarnın ön divarının daxilə nüfuz edən kəsilmiş, deşilmiş yaraları (xəncər). Nazik bağırsaq və böyük piyliyin yaradan eventerasiyası. Qalxan və köndələn çənbər bağırsağın geniş sahəni əhatə edən yaralanmaları. Köndələn çənbər bağırsaq müsabiqəsini və liq.qastrocolicumun yaralanması. Sağ əlin kəsilmiş yaraları. Bükücü vətərlərin zədələnməsi ilə. Laparotomiya qalxan və köndələn çənbər bağırsaqların on Ağırlaşma: K91.3 Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Hissəvi bağırsaq keçməməzliyi, Ağırlaşma: K66.0 Periton bitişmələri, Bitişmə xəstəliyi. Yanaşı xəstəliklər: Q24.5 Tac damarın inkişaf anatomiyaları, Sağ əlin İ, İİ, İİİ barmaqların bükücü konstrakturası, G56.1 Orta sinirin digər zədələnməsi, Sağ mil və orta sinrin travmatik hissəvi zədələnməsi.” qeyd edilmiş və cavabdeh orqan göndərişin natamam doldurulması, səbəb diaqnostik müayinələr tam aparılmayıb, dəqiqləşdirilsin və ətraflı qeyd edilsin səbəbi ilə əlillik təyinatından imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-871/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş İddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 20 (iyirmi) günlük müddət təyin edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-28925/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin C00116773PNH nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəii Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial ekspert komissiyasının oktyabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti sonuncu dəfə Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2015-ci il tarixində qiymətləndirilmiş və ona ümumu xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (diaqnoz “Qarının ön divarının daxilə nüfuz edən kəsilmiş, deşilmiş yaraları. Nazik bağırsaq və piyliyin yaradan eveterasiyası. Qalxan və köndələn çənbər bağırsağın deşilmiş yaraların tikilməsi. İleostomanın qoyulması və ləğvi.). Əlillik müddəti tamamlandıqdan sonra Əlillik AS-i tərəfindən əlillik müddəti 5 il müddətinə uzadılmış, sonuncu əlillik təyinatının müddəti bitdikdən sonra vətəndaşın müraciəti əsasında 4 dəfə tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilsə də, ekspertiza üçün əhəmiyyətli ağırlaşmalar formada öz əksini tapmadığından əlillik təyinatı aparılması mümkün olmamış, “Göndərişin natamam doldurulması” qərarı verilərək tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı İnzibati İcraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinə olunaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Müayinəyə gələrkən 2013-cü ildə əlindən və qarın nahiyyəsindən yaralandığını bildirmiş, bir neçə dəfə bağırsaq keçməməzliyinə görə konservativ müalicə və cərrahi əməliyyat keçirdiyini bildirmiş, bəzi müayinə və stasionar müalicə sənədləri təqdim etmişdir. Təqdim edilmiş son müayinə və stasionar müalicə sənədlərindən M.A.Topçubaşov adına X5 xx.xx.2021-xx.xx.2021-ci il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Qarnın ön divarının əməliyyatdan sonrakı coxkameralı yırtığı. Bitişmə xəstəliyi. Hissəvi nazik bağırsaq keçməməzliyi. Sol tərəfli çəp qasıq yırtığı” olmuş, xəstədə xx.xx.2021-ci il tarixində “Qarın böşluğnda bitişmələrin ayrılması. Hissəvi nazik bağırsaq keçməməzliyinin ləğvi. Ventral yırtığın və sol tərəfli qasıq yırtığının ləğvi” əməliyyatı icra edildiyi göstərilmiş, ET Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sağ əlin tenar nahiyyəsinin İ, İİ, İİİ, İV barmaqların bükücü vətərlərin barmaq səviyyəsində köhnəlmiş zədələnməsi, əlin qısa əzələlərinin hipotrofiyası, İ barmağın yaxınlaşdırıcı, İ, İİ, İİİ, İV barmaqların açıcı, bükücü kontrakturası, İİİ barmağın dırnaq falanqasının kəskin hiperekstenzion kontrakturası, İİİ barmağın deformasiyası, daimi ağrı sindromu, əlin tutma funksiyasının pozulması” olmuşdur. Əyani müayinə zamanı düzgün bədən quruluşuna malik olmuş, dəri və görünən selikli qişalar çəhrayı izlənmiş, qarnın ön və yan səthində postoperasion çapıq izi müşahidə olumuş, boy-çəki defisiti aşkar edilməmişdir (çəki -90 kq, boy 165 sm). Əl əzələlərində artofiya izlənilməmiş, barmaqlarda bükmə açma hərəkətləri olmuş (İİ,İİİ nisbətən məhdud), əl içində qabar izlənilmiş, İİ, İİİ barmaqların kontrakturası müəyyən edilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Beləliklə, işin hallarından görünür ki, iddiaçının məhkəmədə iddia qaldırdığı zaman cavabdehin mübahisələndirilən imtinası Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022ci il tarixli 4118003AAEK1 saylı göndərişinin qiymətləndirilməsi əsasında xx.xx.2022-ci il tarixdə olmuş və həmin göndərişdə iddiaçının əsas diaqnozu: Qarnın digər və dəqiqləşdirilməmiş hissəsinin açıq yarası, Qarnın ön divarının kəsilmiş, deşilmiş yaraları, eventrasiya (2013). İleostomanın qoyulması (21.11.13) ileostomanın ləğvi (03.03.14). Yanyana entero-entero anostomozun qoyulması. Qarın boşluğunun sanasiya və drenə edilməsi, Ağırlaşma Z98.8, K43.0, R52.2 K56.6 olmaqla əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinatından imtina edilmişdir. Qeyd edilən tibbi göndəriş və həmin göndərişdəki diaqnoza əsasən məhkəmənin qərardadı əsasında iddiaçının cavabdehin ekspert komissiyasında əyani müayinəsi keçirilmiş və müayinənin nəticəsi olaraq qeyd edilən diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə sasən öz təsdiqini tapmadığı müəyyən olunaraq əlillik əlaməti təyin etmir qərarı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli T 434/2022 saylı ekspert rəyində iddiaçının tibbi göndərişdə qeyd edilən xəstəliklərdən hazırda da əziyyət çəkdiyi, lakin həmin diaqnoz və iddiaçının səhhətində olan patafunksional dəyişikliklərin əlillik dərəcəsinin təyininə əsas vermədiyi qənaətinə gəlinmişdir. Qeyd edilməlidir ki, iddiaçının adıçəkilən xx.xx.2022-ci il tarixli 4118003AAEK1 saylı tibbi göndərişindəki əsas diaqnozu və ağırlaşmaları əlillik təyinatından imtina zamanı qüvvədə olmuş hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sadalanan əlillik dərəcələri təyin edilməsinə əsas verən meyarlarda öz əksini tapmamışdır. Bundan əlavə məhkəmə icraatı gedişində əldə edilmiş əlavə tibbi ekspertizaya dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cüil tarixli 32 nömrəli ekspert rəyində cərrah tərəfindən müayinə zamanı iddiaçının diaqnozunun “K 66.0 periton bitişmələri, bağırsağın bitişmələri, K91 həzm orqanlarının başqa rubrikalarda təsnif olunmayan, tibbi proseduralardan sonra baş verən pozğunluqları, K91.3 əməliyyatdan sonra baş verən bağırsaq keçməməzliyi”, nevroloq tərəfindən isə sağ mil və orta sinirlərin travmatik hissəvi zədələnməsi, asteno-nevrotik sindrom XBT 10 kod-G56.3, G56.1, F48.0 olduğu nəticəsinə gəlinmişdir. Qeyd edilən rəydən sonra iddiaçı barəsində tərtib edilmiş yeni tibbi göndərişdə- Bakı Baş Səhiyyə İdarəsininin xx.xx.2023-cü il tarixli C00116773PNH nömrəli göndərişində onun Əsas diaqnozu: T01 Bədənin bir neçə nahiyələrini əhatə edən açıq yaralar, Qarnın ön divarının daxilə nüfuz edən kəsilmiş, deşilmiş yaraları (xəncər). Nazik bağırsaq və böyük piyliyin yaradan eventerasiyası. Qalxan və köndələn çənbər bağırsağın geniş sahəni əhatə edən yaralanmaları. Köndələn çənbər bağırsaq müsabiqəsini və liq.qastrocolicumun yaralanması, Ağırlaşmaları: K91.3, K66.0, Q24.5 və G56.1 olaraq müəyyən edilmişdir. Cavabdeh orqan iddiaçının sağlamlıq vəziyyətini adıçəkilən yeni tibbi göndəriş və həmin vaxt və hazırda da qüvvədə olan yeni meyarlar- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın əsasında əsasında qiymətləndirilmiş, əlillik dərəcəsini təyin etməsindən imtina etmişdir. Belə olan halda məhkəmə iddiaçının sağlamlıq vəziyyətinin yeni tibbi göndərişdəki diaqnoza münasibətdə əyani müayinəyə dəvət edilməklə əlillik təyinatı məsələsinə baxılmasını zəruri hesab etmiş və nəticədə xx.xx.2023-cü il tarixli əyani müayinə nəticəsində diaqnozun əlillik əlaməti təyin etməsinə əsas vermədiyi qənaətinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin sonuncu dəfə xx.xx.2023-cü il tarixli C00116773PNH nömrəli göndəriş əsasında əlillik təyinatından imtinası da əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilməlidir ki, iddiaçı barəsində sonuncu tibbi göndərişdəki əsas xəstəliyi T01, K91.3, K66.0 ağırlaşmalarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyinatına əsas verən xəstəlik kodu K66.0-dır. Həmin meyarlarda K66.0- periton bitişmələri xəstəliyinin qiymətləndirmə meyarları: -3.4.2.1. həzm funksiyasının mülayim pozulması – xəstəliklərin orta ağır formaları – stasionar müalicəyə ehtiyacın yaranması ilə nəticələnən (ildə 4 dəfəyə qədər), bəzi hallarda isə cərrahi müalicəyə səbəb olan tez-tez (ildə 6 dəfədən çox) bağırsaq keçməzliyi ilə müşayiət olunan ağrı tutmaları; -3.4.2.2. həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi. Göründüyü kimi qeyd edilən həmin xəstəlik yalnız qiymətləndirmə meyarlarındakı xüsusiyyətlərə uyğun gəldiyi halda əlillik təyinatına əsas verə bilər. Hazırkı iş üzrə iddiaçı barəsində tərtib olunmuş Forma 88-ə uyğun olaraq qarın boşluğunun bitişmə xəstəliyi, xroniki hissəvi bağırsaq keçməməzliyi diaqnozu qoyulsa da iddiaçıda həmin xəstəlik kodu üzrə əlillik təyinatına əsas verən qiymətləndirmə xüsusiyyətləri aşkar olunmamışdır. İddiaçı barəsində xx.xx.2023-cü il tarixli tibbi göndəriş tərtib edilrəkən xəstənin vəziyyəti (status localis) hissədə xəstənin çəkisi 87, boyu 170 sm, BKİ-30.1 qeyd edilmiş, xx.xx.2023-cü il tarixdə əyani müayinədə çəki 90 kq, boy 165 sm olaraq müəyyən edilmişdir. İddiaçıda boy-çəki defisitinin aşkar edilməməsi qiymətləndirmə meyarlarındakı həzm funksiyasının pozulması xüsusiyyətinə uyğun deyildir. Eyni zamanda qeyd edilən xəstəliyin qiymətləndirməsində həzm funksiyasının pozuntusunu göstərən ildə azı 4 dəfəyə qədər stasionar müalicəyə ehtiyacın yaranması ilə nəticələnən bağırsaq keçməzliyi halı da iddiaçıda müşahidə olunmur. Bununla bağlı sonuncu tibbi göndərişdə iddiaçının son 6 ay ərzində heç bir cərrah müayinə və müalicəsində olmadığı qeyd edilmiş, həmin diaqnozla sonuncu dəfə stasionar müalicəsi isə xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi 18 gün müddətinə olmuşdur. Bundan əlavə iddiaçının istinad etdiyi Q24.5 Tac damarın inkişaf anatomiyaları, Sağ əlin İ, İİ, İİİ barmaqların bükücü konstrakturası və G56.1 Orta sinirin digər zədələnməsi, Sağ mil və orta sinrin travmatik hissəvi zədələnməsi iddiaçı barəsində tibbi göndərişdə əsas diaqnoz və onun ağırlaşması kimi deyil, yanaşı xəstəlik kimi qeyd edildiyindən, əlillik təyinatının isə əsas xəstəlik və ona uyğun ağırlaşma üzərindən aparıldığından həmin yanaşı xəstəlik kodları üzrə əlillik təyinatı aparıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tibbi göndərişində qoyulmuş diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-216/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-216/2024
22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver