Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2160/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyоva Miminat Tacib qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus ev və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqların qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair iddiaçının ərizəsinə məhkəmənin binasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus ev və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqların qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus ev və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqların qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3, 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus ev və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqların qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3t Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2160/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2160/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver