Məhkəmə qərarları › İş №2-1(112)-2161/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2161/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2161/2024 24.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, iddiaçı X1 nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək X2 xx.xx.2023-ci il tarixindən, 52 yaşı tamam olduğu gündən, əvvəlki dövrdə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı nəzərə alınmaqla “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” təyin edilməsi və yaranacaq fərqin təyin ediləcək pensiya məbləği həcmində üzərinə gəlməklə ödənilməsi öhdəlinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X4 xx.xx.1971-ci il tarixində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1988-ci ildə başlamışdır. Həqiqi hərbi xidmət keçmişdir, müvafiq təhsil almışdır. Əmək fəaliyyəti əsasən zərərli peşələr olmuşdur. İddiaçı hal-hazırda işləmir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2023-ci il tarixində rəsmi ərizə ilə müraciət edilmiş, müraciətinə xx.xx.2023-cü il tarixində cavab verilərək bildirilmişdir ki, əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Cavabdeh qeyd edir ki, xx.xx.2006-cı ilədək, ümumi 17 il 01 ay 13 gün, güzəştli iş stajı isə 6 il 8 ay 10 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft qaz, qaz bölmələrinin X qazma bəndinin 1100000a- 11587 kodu ilə qülləquraşdırıcıları peşəsində iş stajı 10 il 07 ay 16 gündür. ƏPH Qanununun 9.8 maddəsinə əsasən 01 yanvar 2006-cı ilədək Qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək hüququ olan şəxslərə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun pensiya təyinatı aparılır. Qeyd olunan tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azəbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci maddəsinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əsas sosial-iqtisadi hüquqlarından olan sosial təminat hüququ Konstitusiyanın 38- ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38- ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. “X5 ” Qanunun 31.1 -ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “X5” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı əmək fəaliyyətinə 1988-ci ildə başlamış, əmək fəaliyyəti əsasən zərərlidir. 2 il hərbi xidmət etmişdir. 3 il müddətinə təhsil almışdır. İddiaçının 2006-cı ilədək ümumi 20 ildən çox stajı vardır bu müddətin 10 ili zərərli sahədə olmuşdur. 2006-cı ildək qüvvədə olan qanunvericiliyə əsasən ümumi və güzəştli iş stağını və güzəştli iş stajını artıqlaması ilə toplamışdır. İddiaçıya pensiya təyin edilərkən əvvəllər qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir. Əsas sosial -iqtisadi hüquqlarından olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38- ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Kontitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İPM-in 2, 2.1, 2.2, 2.2.2, 2.2.3, 2.2.4, 2.2.5-ci maddələrinə əsasən, qanunla başqa adiyyat qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati- iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialara); İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İPM -nin 34, 34.1, 34.2-ci maddələrinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüququi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinidə tələb edə bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Azərbaycan Respublikası İPM- nin 35.1, 36.1, 36.2- ci maddələrinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən həərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “X5 ” Qanunun 31.1 -ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Göründüyü kimi xx.xx.2006 -cı il tarixinə qədər -hərbi xidmət xx.xx.1989 xx.xx.1991- ci ilədək 1 il 11 ay 02 gün - təhsil dövrü xx.xx.1985 - xx.xx.1988- ci ilədək 2 il 10 ay 23 gün -iş stajı (arayış əsasında cavabdeh bu hissəni qəbul edir) xx.xx.1988 xx.xx.1988 -ci ilədək 02 ay 01 gün -iş stajı (əmik kitabçasına əsasən) xx.xx.1988xx.xx.1989 -cu ilədək 09 ay 05 gün, xx.xx.1989 - xx.xx.1991-ci ilədək 1 il 10 ay 09 gün, xx.xx.1991 - xx.xx.1999- cu ilədək 8 il 04 ay 14 gün, xx.xx.2000 - xx.xx.2004- cü ilədək 4 il 05 ay, 25 gün, xx.xx.2004 - xx.xx.2006- cı ilədək 1 il 05 ay, 25 gün təşkil edir. İddiaçının ümumi (təhsil, hərbi xidmət və s daxil olmaqla) 22 il 11 ay 14 gün stajı və 10 il 07 ay 16 gün isə güzəştli iş stajı vardır.

3. Cavabdeh tərəfindən güzəştli şərtlərlə pensiya təyinindən imtina onunla əsaslandırılmışdır ki, “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ‘‘X5” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərii və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 Sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli-Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz bölməsinin (X) qazma bəndinin (********) fəhlələr (a) yarımbəndində qüllə quraşdırıcıları (1100000a—11587) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “Kompleks qazma işləri” trestinin ona dair xx.xx.2023-cü il tarixli 14-2-15/2-İ-2- 42/2023-89 nömrəli arayışında xx.xx.1991-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Bulla” DKQİ-nin Qazma avadanlıqlarının kirayəsi və təmiri sexinə təmir üzrə çilingər, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisənin Qülləquraşdırıcı sexində iş icraçısı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi təmir üzrə çilingər və iş icraçısı vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qüllə quraşdırıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 8 ay 10 gün (xx.xx.1992-xx.xx.1997-ci il və xx.xx.2000- xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (17 il 1 ay 13 gün (xx.xx.1988- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2004-cü il və xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçıya ünvanlanmış məktublarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının kifayət qədər güzəştli və ümumi iş stajına malik olmadığı qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. "X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "X5” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “X5” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "X5” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz bölməsinin (X) qazma bəndinin (********) fəhlələr (a) yarımbəndində qüllə quraşdırıcıları (1100000a—11587) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Kompleks qazma işləri” trestinin xx.xx.2023-cü il tarixli 14-2-15/2-İ-2-42/2023-89 nömrəli arayışında xx.xx.1991xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Bulla DKQİ-nin Qazma avadanlıqlarının kirayəsi və təmiri sexinə təmir üzrə çilingər, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisənin Qülləquraşdırıcı sexində iş icraçısı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, onun işlədiyi təmir üzrə çilingər və iş icraçısı vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qüllə quraşdırıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 8 ay 10 gün (xx.xx.1992-xx.xx.1997-ci il və xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx-xx-2019/84 nömrəli 30 aprel 2019-cu il tarixli arayışı Mərkəzi Filiala təqdim edilməmişdir. Eyni zamanda İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (17 il 1 ay 13 gün (xx.xx.1988-xx.xx.1988- ci il, xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1999-cu il, xx.xx.2000xx.xx.2004-cü il və xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, 1992-ci ildən latın qrafikalı əlifbanın tətbiq edilməsinə baxmayaraq iddiaçının əmək kitabçasında xx.xx.1992-cı ildən xx.xx.2002-ci ilədək kiril qrafikalı əlifba ilə qeydlər aparılmışdır. Bu səbəbdən iddiaçının adıçəkilən dövlərdəki iş stajına dair əsaslı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına 2 nömrəli Əlavədə müraciət edən şəxsin “X5” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən təqdim etməli olduğu arayışın nümunəsi verilmişdir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin sıyanıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməlg ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməkiə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitmdə işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habeiə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-1(112)-13367/2023 nömrəli inzibati ış uzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir..

5. 17/50 nömrəli xx.xx.1988-ci il tarixli arayışda qeyd edilmişdir ki, 04.07.988-ci il tarixindən (xx.xx.1988-ci l Əmr № 192) Bakı şəhəri Tresti Dəmir-beton karxanaları olan Şıxlar qum zavodunda fəhl vəzifəsinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixindən (xx.xx.1988-ci il tarixli Əmr № 244) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.

6. KCA Deutag Tiefbohrgesellschaft mbH şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş 1xx-xx-2019/266 nömrəli xx.xx.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.2010-cu il tarixindən xx.xx.2019 - cu il tarixinədək KCA Deutag Tiefbohrgesellschaft mbH şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində əmək kitabçasında qeyd olunan və şirkətin möhürü ilə təsdiqlənən vəzifələrdə işləmişdir. Nəzərə çatdırılmışdır ki, işçi əmək funksiyasını Xəzər dənizində yerləşən buruqlarda neftqaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İşçi tərəfindən yerinə yetirilən əmək funksiyasının xüsusiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin “10.1. Qazma" hissəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. Arayış İddiaçı gələcək dövrdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnu təmin etmək məqsədilə verilir.

7. KCA Deutag Caspian Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş xx-xx-2019/084 nömrəli xx.xx.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, KCA Deutag Caspian Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində əmək kitabçasında qeyd olunan və şirkətin möhürü ilə təsdiqlənən vəzifələrdə işləmişdir. Nəzərə çatdırılmışdır ki, işçi əmək funksiyasını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İşçi tərəfindən yerinə yetirilən əmək funksiyasının xüsusiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 - ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" - mn “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı" bölməsinin “10.1 Qazma" hissəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. Arayış İddiaçı gələcək dövrdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnu təmin etmək məqsədilə verilir.

8. “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, “Bulla" X9 İdarəsində işləmişdir. "Azneft" İstehsalat Birliyinin 09 noyabr 2006-cı il tarixli 408 saylı əmrinə əsasən struktur təkmilləşdirilməsi ilə əlaqədar olaraq Bulla X9 İdarəsi qazma sexi kimi “Bayıl Limanı" X9 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-cı ıl tarixli 51 saylı və xx.xx.2007-ci il tarixli 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Bayıl Limanı” X9 İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək Xəzər" X9 İdarəsi adlandırılmışdır. xx.xx.2012-cı il tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci iİ tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X9 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşlən İdarəsinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli SOCAR/13- 1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin “Sahil" Qazma İşlən İdarəsi ləğv olunaraq "Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi, fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********000400020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir.

№ Tarix Vəzifələrin adları

1. xx.xx.1988-ci ildən “Bulla” DKQİ xx.xx.1989-cu ilədək Qazma avadanlıqlarının kirayəsi və təmiri sexinə 3-cü dərəcəli təmir üzrə çilingər peşəsinə işə qəbul edilib. Əmr№ 68/k, xx.xx.1988-ci il.

2. xx.xx.1989-cu ildə Öz xahişi ilə işdən azad edilib. Əmr№49/k, xx.xx.1989-cu il

3. xx.xx.1991-ci ildən “Bulla” DKQİ xx.xx.1992-ci ilədək Qazma avadanlıqlarının kirayəsi və təmiri sexinə 4-cü dərəcəli təmir üzrə çilingər peşəsinə işə qəbul edilib. Əmr № 51/k, xx.xx.1991-ci il

4. xx.xx.1992-ci ildən Vışka quraşdırma qrupuna 4-cü dərəcəli vışkaquraşdıran xx.xx.1997-ci ilədək peşəsinə keçirilib. Əmr № 17/k, xx.xx.1992-ci il

5. xx.xx.1997-ci ildə Öz xahişi ilə işdən azad edilib. Əmr № 44/k, xx.xx.1997-ci il

6. xx.xx.2000-ci ildən “Bulla” DKQİ xx.xx.2001-ci ilədək Vışkaquraşdırma qrupuna 5-ci dərəcəli vışkaquraşdıran peşəsinə qəbul edilib. Əmr № 03/k, xx.xx.2000-Cİ İl

7. xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək Qülləquraşdırıcı sexinə 12-ci dərəcəli buruqquraşdırma üzrə iş icraçisı vəzifəsinə keçirilib. Əmr № 16, xx.xx.2001-ci il

8. xx.xx.2004-cü ildə Öz xahişi ilə işdən azad edilib. Əmr №19/k, xx.xx.2004-cü il Ümumi iş stajı: 11 il, 03 ay, 21 gün. Güzəştli iş stajı: 10 il, 07 ay, 16 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-11587-kodu ilə qülləquraşdırıcıları peşəsi 10 il, 07 ay, 16 gün güzəştli iş stajı təşkil edir.

9. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən ünvanlanmış məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2010-cu il tarixinədən KCA Deutag Caspian Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləmişdir. İşçi İddiaçı oğlu əmək funksiyasını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri yerinə yetirmiş, qazmaçı vəzifəsində işləmişdir. O da qeyd edilmişdir ki, KCA Deutag Caspian Limited şirkəti Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliyiklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İşçi İddiaçıF oğlu tərəfindən yerinə yetirilən əmək funksiyalarının xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft qaz, qaz bölmələrinin X. qazma bölməsinin 1. Qazma, a) fəhlələr, 1100000a-11297 koduna (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) əsasən güzəştli şərtlərlə pensiya hüququ verir.

10. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz əlavədə qeyd edilmişdir ki, İddiaçı dair KCA DEUTAG CASPİAN LTD-in 01-04- 2019/084 nömrəli, 30 aprel 2019-cu il tarixli arayışı inzibati orqana ilkin müraciət zamanı təqdim olunmamış, birbaşa məhkəməyə təqdim olunmuşdur. Sözügedən arayış inzibati orqana təqdim olunmadığından inzibati icraatın nəticəsi ilə əlaqədar olaraq iddiaçıya ünvanlanmış 3-17-1/2-İ-160907/2023 nömrəli, xx.xx.2023 tarixli imtina məktubunda həmin arayışa qiymət verilməsi mümkün olmamışdır. Eyni zamanda İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (17 il 1 ay 13 gün (xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2004-cü il və xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd Mərkəzi Filiala təqdim edilməmişdir. Bu səbəbdən də həmin dövrün onun ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından (“Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.3-cü maddəsi) mümkün deyil. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 14-2-15/2-İ-2-42/2023-89 nömrəli, xx.xx.2023-cü il tarixli “Kompleks qazma işləri” Trestinin iddiaçıya dair arayışında onun güzəştli iş stajının 10 il 07 ay 16 gün olduğu qeyd olunmuşdur. Cavabdeh tərəfindən həmin müəssisəyə yenidən sorğu göndərilmiş, sorğuya cavab olaraq 14-2-15/2-1118/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli məktubla İddiaçı güzəştli iş stajı 09 il 11 ay 26 gün olduğu qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən müəssisə tərəfindən verilən arayışlar arasında ziddiyyət olduğundan həmin arayışların mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Bir daha bildirilmişdir ki, F.X3 təqdim etdiyi “Kompleks qazma işləri” trestinin ona dair xx.xx.2023-cü il tarixli 14-2-15/2-İ-2- 42/2023-89 nömrəli arayışında xx.xx.1991- xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Bulla” DKQİ-nin Qazma avadanlıqlarının kirayəsi və təmiri sexinə təmir üzrə çilingər, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisənin Qülləquraşdırıcı sexində iş icraçısı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi təmir üzrə çilingər və iş icraçısı vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qüllə quraşdırıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 8 ay 10 gün (xx.xx.1992-xx.xx.1997- ci il və xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-13367/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli təhsil sənədinin təsdiqi barədə məktubda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixində 2 nömrəli Peşə Məktəbinin “Metropoliten elektrik qatarlarının maşinist köməkçisi” ixtisas qrupuna daxil olmuş və xx.xx.1988-ci il tarixində həmin məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış В №086993 diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz və etiraza əlavənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

16. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “X5” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “X5” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

17. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

19. “X5” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

20. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “X5” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

21. “X5” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

22. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV.Qeyd edilənlərin hazırki işə tətbiqi

23. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

24. Cavabdeh iddiaçının 17 il 1 ay 13 gün gün ümumi stajını mübahisələndirmir. Lakin iddiaçının xx.xx.1985-xx.xx.1988-ci il tarixlərində aldığı peşə təhsilinin əyani formada olması ilə bağlı şübhələr olduğu üçün ümumi staja daxil edilməməli olduğu qənaətindədir.

25. Bununla bağlı məhkəmə bildirir ki, məhkəmə sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən bildirilmişdir ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixində 2 nömrəli Peşə məktəbinin “Metropoliten elektrik qatarlarının köməkçisi” ixtisas qrupuna daxil olmuş və xx.xx.1988-ci il tarixində həmin məktəbi əyani formada bitirmişdir.

26. Odur ki, iddiaçının peşə təhsilini əyani formada alması iş materialları ilə təsdiqini tapdığından həmin dövrün ümumi staja daxil edilməməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni hesab edilə bilməz.

27. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinin 3-cü hissəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

28. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək və xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək qülləquraşdırıcılar (1100000a-11587-kodu), xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək qüllə quraşdırma işlərinin iş icraçıları (1100000b—24444), xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixdək neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (1100000a—11297) peşələrində işləmişdir

29. İddiaçının xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi iş icraçıları peşəsi cavabdeh tərəfindən güzəştli qəbul edilməsə də, məhkəmə qeyd edir ki, həmin vəzifə müvafiq qərarın (320 nömrəli) qüllə quraşdırma işlərinin iş icraçıları peşəsinə (1100000b—24444) uyğundur. İşəgötürən güzəştli arayışda qeyd edilən kodu konkret göstərməsə də, təqdim etdiyi arayışında iddiaçının güzəştli şərtlərlə iş şəraitini təsdiq etmişdir.

30. İddiaçının xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixədək işlədiyi peşənin neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (1100000a—11297) peşəsinə uyğun olması məhkəmə sorğusuna cavab olaraq işəgötürən tərəfindən təsdiq edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən ünvanlanmış məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2010-cu il tarixinədən KCA Deutag Caspian Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləmişdir. İşçi İddiaçı oğlu əmək funksiyasını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri yerinə yetirmiş, qazmaçı vəzifəsində işləmişdir. Onu da qeyd edilmişdir ki, KCA Deutag Caspian Limited şirkəti Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliyiklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İşçi İddiaçıF oğlu tərəfindən yerinə yetirilən əmək funksiyalarının xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft qaz, qaz bölmələrinin X. qazma bölməsinin 1. Qazma, a) fəhlələr, 1100000a-11297 koduna (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) əsasən güzəştli şərtlərlə pensiya hüququ verir.

31. İddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixə ən azı 20 il ümumi stajına malikdir və ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft qaz, qaz bölmələrinin X. qazma bölməsinin 1. Qazma, a) fəhlələr, 1100000a—11587 koduna (qüllə quraşdırıcıları), 1100000b—24444 (qüllə quraşdırma işlərinin iş icraçıları ) 1100000a-11297 koduna (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) uyğun peşələrdə işləmişdir.

32. Odur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli şərlərlə ən az 10 il stajı (11 il 4 ay 27 gün) var.

33. İddiaçı xx.xx.1971-ci ildə anadan olub və 52 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

34. “X5” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

35. Odur ki, iddia təmin edilməli, 52 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən iddiaçıya güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

36. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

37. Məhkəmə hesab edir ki, ərizənin ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi hissəsi pensiyanın ödənilməsi qaydası ilə bağlıdır ki, özlüyündə tələbi ifadə etmir.

38. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağını təmin edən tələb 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.

40. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı X2 52 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar