Məhkəmə qərarları › İş №2-1(112)-2163/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2163/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2163/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X1, üçüncü şəxs Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (“xxxx” ASC-nin ləğvedicisi) nümayəndəsi X3 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Əmanətlərin Sığortalanması Fondu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yaşayış sahəsinin ipoteka qeydiyyatının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. metr, mərtəbə 9, qapı 4 (blok C) olan, 12 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Seriya RX №0137513, qeydiyyat nömrəsi:**********) və İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. metr, mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyriyaşayış sahəsinin (Seriya RX №0137656, qeydiyyat nömrəsi: **********) ipoteka qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, “xxxx” ASC tərəfindən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 16.11.2015-ci il tarixli 2-05/4167-15 və 2-05/4159-15 saylı məktublarla müraciət olunmuşdur. Həmin müraciətlərdə qeyd olunmuşdur ki, “xxxx” ASC ilə X6 arasında bağlanmış 15.03.2013-cü il tarixli Nİ-184/013 saylı və 19.07.2013- cü il tarixli 658/013 saylı kredit müqaviləsinin və “xxxx” ASC ilə İddiaçı1 arasında bağlanmış 15.03.2013-cü il tarixli Nİ 185/013 saylı kredit müqaviləsinin təminatı olan İddiaçı1 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. metr, mərtəbə 9, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Seriya RX, №0137513, qeydiyyat nömrəsi: **********) və İddiaçı2 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. metr, mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Seriya RX, №0137656, qeydiyyat nömrəsi:**********) Notariat kontoru tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka bank saxlayan tərəfindən 16.11.2015-ci il tarixli 2-05/4167-15 və 2-05/4159-15 saylı rəsmi müraciətlər ünvanlanmışdır. Lakin cavabdeh inzibati orqan əsassız və qanunsuz olaraq iddiaçıların təkrarən banka və onun ləğvedicisinə müraciət etməsini, yeni məktub almasını, rüsum və xidmət haqqı ödəməsini tələb edir. Halbuki, qanunvericiliyin tələblərinə görə əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün 2 əsasdan biri- 1. ipoteka saxlayanın ərizəsi və ya 2. məhkəmə qərarı kifayət edir ki, artıq ipoteka saxlayanın ərizəsi cavabdeh inzibati orqanda vardır. Dövlət rüsumunun və xidmət haqqının bank tərəfindən odənilməməsi, sonradan bankda ləğvetmə prosesinin başlanılması iddiaçıların mülkiyyət hüquqlarının inzibati orqan tərəfindən məhdudlaşdırılmasına və əmlaklarının ipoteka yüklülüyündə qalmasına əsas vermir. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək və məhkəmənin 02.12.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunaraq, cavabdehə və üçüncü şəxsə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 17.11.2020-ci il tarixli, **********86 nömrəli etirazda göstərilmişdir ki, “xxxx” ASC tərəfindən İdarəyə 16.11.2015-ci il tarixdə müraciətlər edilmiş, lakin sözügedən müraciət zamanı “xxxx” ASC “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa və Tarif Şurasının müvafiq qərarına əsasən əmlak üzərindən yüklülüyün ləğvinə görə dövlət rüsumu və xidmət haqqını ödəməmişdir. Bununla bağlı “xxxx” ASC-yə İdarə tərəfindən **********04 nömrəli 17.12.2015-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçı2 və İddiaçı1 müvafiq qeyri-yaşayış sahələrinə dair ipotekanın ləğvi barədə İdarəyə 09.10.2020-ci il tarixdə müraciətləri daxil olmuşdur. Bununla əlaqədar olaraq İdarə tərəfindən iddiaçılara ünvanlanan **********77 nömrəli 13.10.2020-ci il tarixli və **********76 nömrəli 13.10.2020ci il tarixli məktublarda qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 01.02.2016-cı il tarixli qərarı ilə “xxxx” ASC-nin (xxxx ASC) lisenziyası ləğv olunmuşdur. Qeyd olunan əmlaklara dair ipotekanın ləğvi ilə bağlı “xxxx” ASC-nin (xxxx ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müraciət olunacağı təqdirdə ərizənin icrası təmin oluna bilər. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim olunmuş 02.02.2021-ci il tarixli, **********229 nömrəli etirazda göstərilmişdir ki, hazırda ləğv prosesində olan “xxxx” ASC (bundan sonra “Bank”) ilə X6 arasında 15.03.2013-cü il tarixli 184/013 saylı və 19.07.2013-cü il tarixli, 658/013 saylı kredit müqavilələri və İddiaçı1 arasında 15.03.2013-cü il tarixli kredit müqaviləsi imzalanmışdır. Qeyd olunan kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək pr. 12A ünvanında yerləşən, ümumi sahəsi 231,6 kv. m., mərtəbə 9, qapı 4 (blok C) olan qeyri-yaşayış sahəsi və İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək pr. 12A ünvanında yerləşən, ümumi sahəsi 231,6 kv. metr, mərtəbə 11, qapı 4 (blok C) olan qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdirlər. Daha sonra X6 tərəfindən “xxxx” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışarkən oğlanları İddiaçı1 və İddiaçı2 adı çəkilən kredit və ipoteka müqavilələri üzrə Müşahidə Şurasının 05.11.2015-ci il tarixli, 36/1 saylı qərarı (bundan sonra “Qərar”) ilə ipoteka predmeti olan əmlakların ipoteka yüklülüyündən azad edilməsini qərara almışdır. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankı 04.02.2016cı il tarixdə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə “xxxx” ASC-nin iflas prosedurunun başlanmasına dair ərizə ilə müraciət edərək, Bankın müflis elan edilməsini xahiş etmiş və Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.02.2016-cı il tarixli, № 2-1(81)-1541/2016 saylı qərarı ilə “xxxx” ASC-nin müflis elan edilməklə, iflas prosesinə başlanılması, “xxxx” MMC-nin banka ləğvedici təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli, İş № 2-1 (81)-154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli qərarı ilə bankın “xxxx” ASC-nin Müşahidə Şurasının 05.11,2015ci il tarixli 36/1 qərarı ləğv olunmuşdur. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 1 saylı İnzibati-İqtisadi Məhkəməyə müraciət edərək, 01 mart 2017-ci il tarixli 01 nömrəli Qərarının məhkəmə qaydasında təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.04.2017-ci il tarixli, 2-1 (81)-1541/2016 saylı qərardadı ilə ərizədə göstərilənlər iflas proseduru çərçivəsində məhkəmə nəzarəti qaydasında baxılan məsələlərə aid olmadığından ərizəyə baxılması mümkün sayılmamışdır.” Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1373/2017 saylı 12.06.2017-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1655/2017 saylı 15 sentyabr 2017-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Məhkəmələr öz qərarlarında qeyd etmişdirlər ki, bu məsələ məhkəmədə ləğv prosesi çərçivəsində baxılan məsələ deyil, yəni Bankın daxili təşkilati-inzibati məsələlərinə aiddir və Bank bunu öz daxili qaydalarına müvafiq olaraq tənzimləməlidir. Belə ki, 16.11.2015-ci ıl tarixində "xxxx” ASC-nin Müşahidə Şurasının sədri, mübahisəli kredit müqavilələri üzrə borcalan X6 olduğuna görə həmin dövrdə öz qərarı əsasında ləğvetdiyi ipoteka müqavilələri üzrə ipoteka predmetlərinin qeydiyyatının ləğv olunması üçün dövlət rüsumunun ödəməməsi Fonda məlum deyildir. Hal-hazırda yuxarıda qeyd edilən kredit müqavilələri üzrə öhdəliklər vaxtı çatmasına baxmayaraq hazırki vaxtadək yerinə yetirilmədiyindən və Əmanətlərin Sığortalanması Fondu “xxxx”ın ləğvedicisi olduğuna, onun 01 mart 2017-ci il tarixli qərarı ilə keçmiş Müşahidə Şurasının 05.11.2015-ci il tarixli, 36/1 saylı qərarı ləğv olunduğundan Fonda qarşı olan tələbləri əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı2 qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, adı çəkilən iddiaçı məhkəmə iclaslarına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə İPM-nin 30.4 və 62.3-cü maddələrinə əsasən İddiaçı2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlaklar ilə bağlı hüquq münasibətindən irəli gəldiyindən, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlaklar isə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv.m, mərtəbə 9, qavəpı 4 (blok C) olan, 12 A və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv.m, mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanlarında yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Xətai rayon ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçılar doğru olaraq Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdırlar. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçılar əvvəlcə inzibati orqana eyni məzmunlu tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətlər təmin edilməmişdir. Həmçinin, İPM-nin 30.1 və 30.2 tələblərinə uyğun olaraq, hazırki iddia üzrə prosessual həmiştirakçılığa yol verilir. İşin mahiyyəti: İş materiallarında olan: "Bank xxxx” ASC-nin Müşahidə Şurasının 36/1 saylı 05 noyabr 2015-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, В.M.Əliyevin ərizəsinin nəzərə alınması, E Əliyevin və İddiaçı1 adına rəsmiləşdirilmiş kreditin ödənilməsi məqsədi ilə ondan qeyriqanuni alınmış 460.000 (dörd yüz altmış min) manat məbləğində vəsaitin kredit məbləğinin üzərinə bərpa olunması, 15 mart 2013-cü ıl tarixdə E.M.Əliyevin adına -rəsmiləşdirilmiş 8.000.000 (səkkiz milyon) manat, 15 mart 2013-cü il tarixdə К.E.Əliyevin adına rəsmişləşdirilmiş 2.000.000 (iki milyon) manat, 19 iyul 2015-ci il tarixdə E.M.Əliyevin adma rəsmiləşdirilmiş 2.050.000 (iki milyon əlli min) manat məbləğində kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılmasının təmin edilməsi, qərarın ikinci bəndində qeyd olunan kreditlər üzrə bağlanmış ipoteka müqavilələri ləğv edilərkən əmlakların müvafiq qaydada yüklülükdən azad edilməsi, X10 qərarın ikinci bəndində qeyd olunmuş kreditin rəsmiləşdirilməsi zamanı yol vermiş qanun pozuntularının araşdırılması, kreditin qaytarılmasının təmin edilməsi, araşdırmaların nəticəsi məsələyə hüquqi qiymət verilməsi məqədilə hüquq mühafizə orqanlarına müraciət olunması üçün Müşahidə Şurasının müzakirəsinə çıxarılması, В.M.Əliyevin ərizəsinin nəzərə alınması, ondan qeyriqanuni alınmış 460.000 (dörd yüz altmış min) manat məbləğində vəsaitin B.Əliyevin cari hesabına bərpa olunması və X8 irəli gələn digər məsələlərin həllini təmin etməsi qərara alnımışdır. “xxxx” tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 16 noyabr 2015-ci il tarixli, 2-05/4159-15 və 2-05/4167-15 nömrəli məktublarında qeyd olunmuşdur ki, “xxxx” ASC ilə X6 arasında bağlanmış 15.03.2013-cü il tarixli Nİ-184/013 saylı və 19.07.2013- cü il tarixli 658/013 saylı kredit müqaviləsinin və “xxxx” ASC ilə İddiaçı1 arasında bağlanmış 15.03.2013-cü il tarixli Nİ-185/013 saylı kredit müqaviləsinin təminatı olan İddiaçı1 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. m., mərtəbə 9, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Seriya RX, №0137513, qeydiyyat nömrəsi: **********) və İddiaçı2 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. m., mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Seriya RX, №0137656, qeydiyyat nömrəsi:**********) Notariat kontoru tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Banka girov qoyulmuş qeyri-yaşayış sahələrinin (Seriya RX №0137656, qeydiyyat nömrəsi: **********), (Seriya RX № 0137513, qeydiyyat nömrəsi:**********) ipoteka qeydiyyatlarının ləğv edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2017 saylı 03.02.2017-ci il tarixli qərardadı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin Müşahidə Şurasının hazırda qüvvədə olan 36/1 nömrəli, 05 noyabr 2015-ci il tarixli qərarının qanuniliyinin məhkəmə qaydasında tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı, 20.04.2017-ci il tarixli qərardadı ilə, ərizəçi ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun maraqlı şəxslər Azərbaycan Respublikasının Maliyyə X2 və Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb edilməklə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 nömrəli, 01.03.2017-ci il tarixli qərarının təsdiq edilməsi barəsində ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1373/2017 saylı, 12.07.2017-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1655/2017 saylı, 15.09.2017-ci il tarixli qərarı ilə, birinci instansiyanın qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13.10.2020-ci il tarixli, **********76 saylı və **********77 saylı məktubların surətindən görünür ki, iddiaçıların qeyriyaşayış sahəsinə dair ipotekanın ləğvinə dair müraciətlərinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 01.02.2016-cı il tarixli qərarı ilə “xxxx” ASC-nin (xxxx ASC) lisenziyası ləğv olunmuşdur. Qeyd olunan əmlaka dair ipotekanın ləğvi ilə bağlı “xxxx” ASC-nin (xxxx ASC) ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən müraciət olunacağı təqdirdə ərizənin icrası təmin oluna bilər. İşin faktiki hallarından görünür ki, iddaçılar hazırki iddia tələbi ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. m., mərtəbə 9, qapı 4 (blok C) olan, 12 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Seriya RX №0137513, qeydiyyat nömrəsi:**********) və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. m., mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipoteka qeydiyyatlarının ləğv edilməsini tələb edirlər və bu halı onunla əsaslandırırlar ki, "Bank xxxx” ASC-nin Müşahidə Şurasının 36/1 saylı, 05 noyabr 2015-ci il tarixli qərarı əsasında onların kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılmasının təmin edilməsi nəzərdə tutulmuş, həmçinin, ipoteka saxlayan tərəfindən qeydiyyat orqanına ipoteka qeydiyyatlarının ləğvinə dair ərizələr ilə müraciət olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə mübahisələndirilən məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun, “İpoteka haqqında” Qanunun və “Dövlət rüsumu haqqında” Qanunun müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 2.0.2-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq xidmətin fəaliyyət istiqamətlərinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. “İpoteka haqqında” Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatı ləğv edildikdə ipoteka kağızı bu Qanunla müəyyən edilmiş qaydada ləğv edilir. Şərh olunan qanunvericiliyinin müddəalarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu və “İpoteka haqqında” Qanunu qeydiyyata alınmış ipotekanın ləğvini ipotekasaxlayanın ərizəsi və məhkəmə qərarından hər hansı birininin olması ilə şərtləndirir. Hazırkı iddiaçıların daşınmaz əmlakı üzərində qeydiyyata alınmış ipotekanın ləğvi barədə “İpotekasaxlayan”ın müraciəti (razılığı) olduğu halda, hansı ki qanunvericilik ipotekanın ləğvi ilə bağlı onu da əsas kimi müəyyən etmişdir, cavabdeh inzibati orqan Əmanətlərin Sığortalanması Fondunun razılığının olmadığını, həmçinin, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməməsini əsas gətirərək, qaldırılan məsələnin həllindən imtina etmişdir. İmtinanın əsaslarından görünür ki, iddiaçıların müraciətlərinə qiymət verilən zaman, cavabdeh iki şərtin əməl olunmadığına istinad etmişdir: Əmanətlərin Sığortalanması Fondunun razılıq ərizəsinin olmamasına; İpoteka saxlayan tərəfindən dövlət rüsumunun ödənilməməsinə. “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən, məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. Həmin Qanunun 71.7.10-cu maddəsinə əsasən, ləğvedici bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırmaq, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət etmək və bankın adından məhkəmələrdə iddialar qaldırırmaq səlahiyyətinə malikdir. Göstərilən maddələrin normalarından görünür ki, bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırmaq və bankın adından iddia qaldırmaq Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətlərinə aid edilmişdir. İmtinanın birinci hissəsi ilə bağlı münasibətdə məhkəmə bildirir ki, ipotekasaxlayan “xxxx” ASC tərəfindən İddiaçı1 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv.m, mərtəbə 9, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən (Seriya RX, №0137513, qeydiyyat nömrəsi: **********) və İddiaçı2 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. m., mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahələri üzərində olan ipoteka qeydiyyatlarının ləğvi ilə bağlı müraciət edilən zaman "Bank xxxx” ASC-nin Müşahidə Şurasının 36/1 saylı 05 noyabr 2015-ci il tarixli qərarına istinad olunmuşdur. Halbuki, sözügedən qərar Əmanətlərin Sığortalanması Fondunun 01.03.2017-ci il tarixli, 01 saylı Qərarı əsasında ləğv edilmişdir. Bundan savayi, Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 01.03.2017-ci il tarixli, 01 saylı qərarının təsdiq edilməsi ilə bağlı inzibati qaydada məhkəməyə ərizə ilə müraciət edilmiş, lakin ərizədə göstərilənlərin iflas proseduru çərçivəsində məhkəmə nəzarəti qaydasında baxılan məsələyə aid olmaması səbəbi ilə ərizə mümkün sayılmamışdır. Göründüyü kimi, qanunvericiklə ipotekanın qeydiyyatlarının ləğvi üçün əsas kimi müəyyən edilmiş sənəd (36/1 saylı 05 noyabr 2015-ci il tarixli ipotekasaxlayanın qərarı) ləğv edildiyindən, ipoteka əmlakları ilə təmin edilmiş öhdəliklər yerinə yetirilməmiş sayılır. İpotekasaxlayanın qərarının ləğvi ilə bağlı münasibətdə qeyd olunmalıdır ki, Əmanətlərin Sığortalanması Fondu öz səlahiyyətləri çərçivəsində araşdırma aparmış və yekun araşdırmanı 01.03.2017-ci il tarixli, 01 saylı qərarı ilə rəsmiləşdirmişdir. Beləliklə, ipoteka əmlakları ilə təmin edilmiş öhdəliklər yerinə yetirilmədiyindən, həmçinin, bunun əksi iddiaçılar tərəfindən təsdiq edilmədiyindən, o cümlədən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən razılıq ərizəsi təqdim olmadığından, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahələrinin ipoteka qeydiyyatlarının ləğvinə dair əsas yoxdur. Cavabdehin imtinasının ikinci hissəsi ilə bağlı münasibətdə məhkəmə, "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na və “Dövlət rüsumu haqqında” Qanuna istinad edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 7.6-cı bəndinə əsasən, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə ipoteka saxlayanın ərizəsi (8 nömrəli əlavə) və ya məhkəmənin qərarı daxil olduqda, qeydiyyat şöbəsi tərəfindən ipotekanın dövlət qeydiyyatı ləğv edilərək, bu barədə ipoteka saxlayana bildiriş (9 nömrəli əlavə) verilir. Qeyd edilən ərizəyə ipoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və onun şəxsiyyətini təsdiq edən sənədin surəti və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi görə 10 manat məbləğində dövlət rüsumu ödənilir. Sadalanmış müddəaları iş materiallarında olan sənədlər ilə birlikdə təhlil etdikdə aydın olur ki, ipotekasaxlayan tərəfindən ipoteka qeydiyyatının ləğv edilməsi ilə bağlı ərizə ilə müraciət edilən zamanı müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi zəruridir. İş materiallarında olan “xxxx” ASC-nin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 16 noyabr 2015-ci il tarixli, 2-05/4159-15 və 2-05/4167-15 nömrəli məktublardan görünür ki, ipotekasaxlayan tərəfindən cavabdeh inzibati orqana müraciət edilən zaman, qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilməmiş və əksini təsdiq edən sənəd məhkəmə icraatı zamanı təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçılarının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, iddiaçılar İddiaçı1 və İddiaçı2 ipoteka qeydiyyatının ləğv edilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: “Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir”. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar