Məhkəmə qərarları › İş №2-1(112)-2165/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2165/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2165/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçının Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə tərtib edilmiş 40 saylı doğum haqqında akt qeydinin uşaq bəndində adın “Bala Xanım”dan Xanım”a dəyişiklik edilməsi barədə qərarın qəbul edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçının Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə tərtib edilmiş 40 saylı doğum haqqında akt qeydinin uşaq bəndində adın “Bala Xanım”dan Xanım”a dəyişiklik edilməsi barədə qərarın qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci ildə Neftçala rayonunda anadan olmuş, Yasamal rayonu X4 k, ev 76-da qeydiyyatdadır. Hal-hazırda Yeni Yasamal, D.Bünyadzadə küçəsi, bina 7, mənzil 9-da yaşayır. Ailəlidir və iki övladı var. xx.xx.2007-ci il tarixdə tərtib edilmiş 960 saylı nikah haqqında akt qeydinin qadın bəndində ata adının "Səhran”dan “Sehran”a dəyişiklik edilməsi barədə Cavabdehnə müraciət etmiş, Bununla bağlı iddiaçının doğum haqqında akt qeydinin istənilməsi üçün Neftçala rayon qeydiyyat şöbəsinə sorğu göndərildi. Araşdırma zamanı məlum oldu ki, Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə tərtib edilmiş 40 saylı doğum akt qeydində iddiaçının adı “Bala Xanım” kimi yazılmışdır. Lakin ona məxsus olan doğum haqqında şəhadətnamədə adı “Xanım” yazılmışdır. Həmçinin şəxsiyyət vəsiqəsində, nikah haqqında akt qeydində, diplom və attestatlarında iddiaçının adı “Xanım” kimi qeyd olunmuşdur. Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 3-16-5/8-950/15/23 saylı imtina məktubu ilə bildirildi ki, doğum qeydiyyata alınan zaman doğum haqqında akt qeydində ad səhvən “Bala Xanım” yazılmışdır. Qeydiyyat şöbəsi tərəfindən ada düzəliş edilməsindən imtina edilmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İş materiallarında olan:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1988-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. B 709224 nömrəli “Əsas təhsil haqqında şəhadətnamə”dən görünür ki, X5 2003-cü ildə əsas təhsili bitirmişdir. B 134724 nömrəli “Orta təhsil haqqında attestat”a əsasən, iddiaçı X5 2005-ci ildə orta təhsili bitirmişdir. B 165446 nömrəli diplomdan görünür ki, X5 2009-cu ildə ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. AZ-İ 343666 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X6 ilə X7 30 oktyabr 2007-ci ildə nikahlarını bağlamışlar Nikah bağladıqdan sonra arvada Mollayeva soyadı verilmişdir. Хİİİ- ЖГ 308714 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, iddiaçı X5 xx.xx.1988-ci ildə doğulmuşdur. AZ-İİ 229216 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Ana qrafasında İddiaçı qeyd edilmişdir. AZ-İİİ 070388 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X3 xx.xx.2013-cü ildə doğulmuşdur. Ana qrafasında İddiaçı qeyd edilmişdir. Bakı şəhər Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16- 5/950/15/23 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə nikah haqqında akt qeydinə dəyişiklik edilməsi üçün, İddiaçı doğum haqqında akt qeydinin istənilməsi barədə Neftçala rayon qeydiyyat şöbəsinə sorğu göndərilmişdir. Sorğuya cavab daxil olduqdan sonra müəyyən olunmuşdur ki, xx.xx.1988-ci il tarixli 40 saylı doğum haqqnda akt qeydinin uşaq bəndində ad “Xanım”deyil, “Balaxanım”kimi yazılmışdır. İddiaçıya məxsus olan Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1988-ci il tarixli 40 saylı doğum haqqında akt qeydinin uşaq bəndində adın “Balaxanım”dan “Xanım”a dəyişiklik edilməsi imkan xaricindədir. Məhkəmə sorğusu əsasında Dövlət Sərhad Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023cü il tarixli, 3-38-33/2-4940/2023 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Məhkəmə sorğusu əsasında Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-267xx-xx/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki,xx.xx.1988-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması, eləcə də hər hansı ölkəyə girişinin məhdudlaşdırıbməhdudlaşdırılmaması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. Məhkəmə sorğusu əsasında Bakı şəhər Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-4908/23 saylı cavab məktubu ilə, X1 doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir.

İİİ. Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən,

- 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. - 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. - 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.

6. Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin xx.xx.2011-ci il tаriхli, 79 nömrəli Qərаrı ilə təsdiq еdilmiş «Аdın, аtа аdının və sоyаdının vеrilməsi və dəyişdirilməsi Qаydаlаrın»ın 1.1-ci bəndinə əsаsən, bu Qаydаlаr Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin, Nахçıvаn Muхtаr Rеspublikаsı ərаzisində Nахçıvаn Muхtаr Rеspublikаsı Ədliyyə Nаzirliyinin rаyоn (şəhər) qеydiyyаt şöbələri və yа rаyоn, şəhər, şəhər rаyоnu icrа hаkimiyyətlərinin nümаyəndəlikləri, хаricdə dаimi yаşаyаn Аzərbаycаn Rеspublikаsının vətəndаşlаrınа münаsibətdə kоnsulluqlаr tərəfindən аdlаrın, аtа аdlаrının və sоyаdlаrın vеrilməsi, həmçinin qеydiyyаt şöbəsi və yа kоnsulluq tərəfindən оnlаrın dəyişdirilməsi məsələlərini tənzimləyir.

7. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir.

8. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən: - 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı Qərarı ilə təsdiqlənmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydaları”na əsasən:

- 1.3. hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 6.1. Azərbaycan Respublikası vətəndaşlarınn öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər, 7.2-ci bəndinə əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.

11. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən:

- 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1 Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İşin faktiki hallarına əsasən ilkin vətəndaşlıq vəziyyəti aktı olan doğum haqqında akt qeydində iddiaçının adı “Balaxanım” göstərilsədə, iddiaçıya məxsus digər sənədlərdə (şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə, təhsil sənədləri, uşaqlarının doğum haqqında şəhadətnamələri və.s) adının “Xanım” kimi qeyd edilmişdir. Sənədlərdə olan uyğunsuzluğu aradan qaldırılması üçün iddiaçı yetkinlik yaşına çatmış şəxs olduğundan yuxarıda istinad edilən normalara əsasən doğum haqqında akt qeydində adın “Balaxanım”dan “Xanım”a dəyişdirilməsi tələbində haqlıdır.

12. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya məxsus Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə tərtib edilmiş 40 saylı doğum haqqında akt qeydinin uşaq bəndində adın “Bala Xanım”dan Xanım”a dəyişiklik edilməsi Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı məxsus Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə tərtib edilmiş 40 saylı doğum haqqında akt qeydinin uşaq bəndində adın “Bala Xanım”dan Xanım”a dəyişiklik edilməsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar