Məhkəmə qərarları › İş №2-1(112)-2168/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2168/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2168/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilmsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli ev 1976-cı ildə inşa edilmişdir. Bu fakt 1983-cü ilin may ayında tərtib edilmiş evin texniki inventarizasiya kartoçkasında və texniki pasportunda aparılmış qeydlərlə öz təsdiqini tapır. İddiaçı 1982-ci ildə həmin evə köçmüş, bir müddət sonra isə həmin evi əsaslı təmir etdirmiş, əlavə tikililər inşa etmişdir. 1985-ci ildə İddiaçı ailə quraraq, həyat yoldaşını bu evə gətirmiş, övladları da elə bu evdə doğulub böyümüşlər. Daha sonra Bakı şəhərinin ərazisində inşa edilmiş özbaşına tikililərin qanuniləşdirilməsi məqsədilə Bakı Şəhər Sovetinin xx.xx.1989-cu il tarixli qərar qəbul edilmişdir. İddiaçı da, sözügedən evi öz adına sənədləşdirmək məqsədi ilə Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlışdırma İdarəsinə müraciət etmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti-Planlışdırma İdarəsinin Xətai Rayon İcra Hakimiyyətinin Başçısına ünvanladığı xx.xx.1997-ci il tarixli 18/03-5/e54 nömrəli məktubunda Bakı Şəhər Sovetinin xx.xx.1989cu il tarixli qərarına istinad edilərək, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli evin mövcud istifadə vəziyyətində İddiaçı təhkim olunmasına etiraz edilmədiyi və həmin evin qanuniləşdirilməsinin Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olduğu bildirilmişdir. Bundan sonra Xətai Rayon İcra Hakimiyyəti Başçısı “Əhmədli qəsəbəsindəki 5-ci Əhmədli küçəsindəki 53 nömrəli özbaşına tikintinin vəziyyətində İddiaçı adma hüquqi qeydiyyatdan keçirilməsi haqqında” 591 nömrəli, xx.xx.1998-ci i! tarixli sərəncam qəbul etmişdir. Həmin sərəncamın 1-ci bəndinə əsasən Əhmədli qəsəbəsindəki 5-ci Əhmədli küçəsindəki 53 nömrəli evin yaşayış sahəsi 22.8 kv.rm, köməkçi sahəsi 26.6 kv.m olan tikilinin İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Xətai Rayon İcra Hakimiyyəti Başçısının 591 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamından sonra Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli evə dair texniki pasport tərtib edilmiş, həmin evin mövcud vəziyyətdə olan bütün texniki göstəriciləri texniki pasporta salınmışdır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlatkın dövlət reyestrində qeydə aldırmaq qərarına gəlmiş və bu məqsədlə o, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı imtina cavabı verilmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etməyi qərara almışdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd olunan məsələ ilə bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli **********97 nömrəli məktubla cavab verilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Fəxrət oğlunun Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2015-ci il tarixli, ********** nömrəli xx.xx.2021-ci il tarixli və ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, İdarənin arxivində mövcud olan və iddia ərizəsinə əlavə edilmiş texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilməmişdir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, təqdim edilmiş texniki pasportda və Xətai Rayon İcra Hakimiyyətinin başçısının 581 saylı, xx.xx.1998-ci il tarixli sərəncamında göstərilən tikili sökülmüş və yerində zirzəmili, ikimərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Həmçinin torpaq sahəsinin faktiki ölçüsü 331.6 kv.m təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Bundan başqa sözügedən əmlakla bağlı vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu sənədlər toplusuna əlavə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq cavabdeh orqan məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Xətai RİH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 581 saylı sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir.

7. Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatının “Əhmədli qəsəbəsindəki 5-ci Əhmədli küçəsindəki 53 №-li özbaşına tikintinin vət. İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında” xx.xx.1998-ci il tarixli, 581 nömrəli sərəncamında qeyd olunmuşdur ki, Bakı şəhər İH-nin xx.xx.1989-cu il tarixli qərarına əsasən Əhmədli qəsəbəsindəki 5-ci Əhmədli küçəsindəki 53 №-li evin yaşayış sahəsi 22,8 kv.m. olan köməkçi sahəsi, 26,6 kv.m olan tikinti sahəsi vət. İddiaçı Fikrət oğlunun adına hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır.

8. 5-ci Əhmədli küçəsi, ev 53 ünvanına dair İddiaçı adına 1983-cü ilin may ayında tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport iş materiallarına əlavə olunmuşdur.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) Aktda qeyd olunmuşdur ki, hüquqmüəyyənedici sənəd üzrə müəyyən olunmuş 1 mərtəbəli fərdi yaşayış evi sökülmüşdür və faktiki olaraq 2 mərtəbəli zirzəmili fərdi yaşayış evi inşa olunmuşdur. Hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 474,1 kv.metr, faktiki isə 331,6 kv.metr təşkil edir. Texniki pasportda göstərilən fərdi yaşayış evi sökülüb yerində zirzəmili 2 mərtəbəli fərdi yaşayış inşa olunmuşdur. Torpaq sahəsi 142,5 kv.m azdır.

10. Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 2023-cü il ərzində Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin inşa edilməsi ilə əlaqədar müraciət Xətai Rayon İcra Hakimiyyətinə daxil olmamışdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, 45 ildir sözügedən evdə yaşayır, ətrafdakı evlərə dair çıxarışlar mövcuddur. İddiaçı qeyd etdi ki, 25 il əvvəl (Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamından sonra) ona ayrılmış evi söküb yenidən tikmiş, bu zaman icra hakimiyyətinə məlumat vermişdir. İddiaçı eyni zamanda bildirdi ki, hazırki evin ölçüsü 200 kv.metrdir və məhkəməyə təqdim edilmiş 1983-cü ildə tərtib edilmiş texniki pasporta uyğun deyil.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

14. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

16. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

18. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

19. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

20. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, 5-ci Əhmədli küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evi 1976-cı ildə tikilmiş və 1983-cü may ayında evə dair İddiaçı adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir. Bakı şəhər İH-nin xx.xx.1989-cu il tarixli Qərarına və Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatının “Əhmədli qəsəbəsindəki 5-ci Əhmədli küçəsindəki 53 №-li özbaşına tikintinin vət. İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında” xx.xx.1998-ci il tarixli, 581 nömrəli Sərəncamına əsasən Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsindəki 53 №-li evin (yaşayış sahəsi 22,8 kv.metr, köməkçi sahəsi 26,6 kv.metr) İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır.

21. Məhkəmə müəyyən edir ki, iddiaçı ona ayrılmış 1 mərtəbəli fərdi yaşayış evini sökmüş və yerində zirzəmili 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. İş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) Aktı və məhkəmə iclasında iştirak edən iddiaçının izahatı ilə bu fakt təsdiq edilmişdir.

22. Məhkəmə nəzərə alır ki, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında 1 mərtəbəli fərdi yaşayış evini Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.1998-ci il tarixli sərəncamından sonra söküb yenidən inşa etdiyini, hazırki fərdi yaşayış evinin ölçüsün 200 kv.metr olduğunu və iş materiallarına əlavə olunmuş 1983-cü il tarixli texniki pasporta uyğun olmadığını bildirmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 142, 5 kv.metr azdır (texniki pasporta 474,1 kv.metr qeyd olunsa da, hazırda 331,6 kv.metr təşkil edir).

23. Məhkəmə eyni zamanda müəyyən edir ki, hazırda mövcud olan zirzəməli 2 mərtəbəli fərdi yaşayış evinə dair lizensiyalı təşkilat tərəfindən tərtib olunmuş layihə yoxdur və məlumatlandırma icraatına əməl olunmamışdır. Belə ki, iddiaçı məhkəmə iclasındakı izahatında fərdi yaşayış evini söküb yenidən inşa edərkən icra hakimiyyətinə məlumat verdiyini bildirsə də, Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanan məktubda 2023-cü il ərzində Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin (mübahisələndirilən fərdi yaşayış evinin) inşa edilməsi ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə müraciət daxil olmadığını bildirmişdir.

24. Məhkəmə hesab edir ki, iddiaçı hüquqi marağına uyğun həmin məqsədə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi ilkin olaraq lisenziyası olan təşkilat tərəfindən mübahisələndirilən (ünvan 5 ünvanında yerləşən) fərdi yaşayış evinin layihəsi hazırlanmalı, məlumatlandırma icraatına riayət olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət olunmalı və daha sonra fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh orqan Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmalıdır.

25. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

27. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar