Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2169/2020 19.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “bağ sahəsinə dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 0.06 ha olan 57 saylı bağ sahəsi üzərində hüquqların xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan həmin işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-2169/2020nömrəsi ilə baxılmağa başlanılmışdır. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. 19 fevral 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının iddia etdiyi bağ torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsinə dair İdarəyə müraciəti daxil olmadığından iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmasını məhkəmədən xahiş etdi. İddiaçı izahatında bildirdi ki, Azərbaycan Respublikası Dövlət Pedoqoji Universiteti və Həmkarlar İttifaqı Komitəsinin 1987-ci il 19 noyabr tarixli 1 nömrəli protokoluna əsasən atası, həmin universitetdə müəllim vəzifəsində işləmiş, X2 Şüvəlan qəsəbəsi ərazisində 0.06 ha sahəsi olan 57 saylı bağ sahəsi ayrılmışdır. Atası vəfat etdikdən sonra miras qalmış əmlakın sənədləşdirilməsi məqsədilə ayrı-ayrı orqanlara müraciət etsə də, məsələnin müsbət həlli mümkün olmamışdır. Bu səbəbdən mübahisəli məsələyə aydınlıq gətirilməsi üçün son olaraq DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş, lakin sonuncunun cavab məktubu ilə ona imtina edilmişdir. İddiaçı cavabdeh inzibati orqana ünvanladığı ərizəni məhkəməyə təqdim etdi və izahatının sonunda işə mahiyyəti üzrə baxılaraq, mövcud vəziyyətdə ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı cavabdeh inzibati orqana ünvanladığı müraciətində sözügedən bağ sahəsinin adına sənədləşdirilməsi barədə mübahisəli məsələyə aydınlıq gətirilməsini xahiş etdiyi halda, hazırkı iddia tələbi bağ sahəsinin vəfat etmiş atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı olduğundan onun cavabdeh inzibati orqana müraciəti iddia tələbinin məzmunu ilə uyğunluq təşkil etmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə onu da qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Odur ki, işin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, ilk növbədə daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün qanunvericiliklə zəruri hesab edilən sənədləri ərizəsinə əlavə etməklə cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2169/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2169/2020
19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver