Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-217/2020 19.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndələri XNN və X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «əmrin ləğvi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan Naxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra Müdafiə Nazirliyi) qarşı N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 iyul 2NN9-cu il tarixli N576 nömrəli əmrinin ləğv edilməsi və onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmağı barədə Müdafiə Nazirliyinə müvafiq təqdimat verilməsi vəzifəsinin Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə həvalə edilməsi, onun Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsinin Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2NN9-cu il 9 iyul tarixli N632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2NN9-cu il N9 iyul tarixli N325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx N97N-ci il tarixdə anadan olmuş, N984-N987-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almış, N989-cu ildə Kostroma Ali Hərbi X8 məktəbinə daxil olmuş, N992-ci ildə həmin məktəbin 3-cü kursunu bitirib Azərbaycana qayıdaraq təhsilini davam etdirmək üçün Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olmuş və həmin ildə məktəbi motoatıcı ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdən sonra “leytenant” kimi Müdafiə Nazirliyinin Kimya Xidmətinin Analitik-Hesablama stansiyasında xidmətə başlamış, N8 sentyabr N992-ci il tarixindən N6 sentyabr N994-cü il tarixinədək Müdafiə Nazirliyinin Analitik-Hesablama stansiyasının baş operatoru, N6 sentyabr N994-cü il tarixdən N9 may N995-ci il tarixədək N saylı hərbi hissənin tüstüləndirici maşınlar bölüyünün komandiri, N9 may N995-ci il tarixdən 3N avqust N997-ci il N saylı hərbi hissənin qərargah rəisinin köməkçisi, 3N avqust N997-ci il tarixdən N2 may N999-cu il tarixədək N saylı hərbi hissənin komandir müavini - qeydiyyat əməliyyat bölməsinin rəisi, N2 may N999-cu il tarixdən 28 may 2NNN-ci il tarixədək N saylı hərbi hissənin kimya xidməti rəisi, 28 may 2NNN-ci il tarixdən 2N avqust 2NNN-ci il tarixədək Silahlı Qüvvələrin kimya xidmətinin zabiti, 2N avqust 2NNN-ci il tarixdən N fevral 2NN4-ci il tarixədək N saylı hərbi hissənin komandiri, N fevral 2NN4-cü il tarixindən N4 avqust 2NN5-ci il tarixədək N saylı hərbi hissənin kimya xidməti rəisi vəzifəsində xidmət etmişdir. Bundan başqa, N4 avqust 2NN5-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş, akademiyada komanda-qərargah əməliyyattaktika ixtisası üzrə təhsil alıb 28 iyun 2NN7-ci il tarixdə təhsilini başa vurmuş, 28 iyun 2NN7-ci il tarixdən 2N may 2NNN-cu il tarixədək N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin baş köməkçisi-KQSM üzrə cavabdeh zabit vəzifəsində, 2N may 2NNN-cu il tarixdən N2 may 2NNN-ci il tarixədək N saylı hərbi hissənin Əməliyyat İdarəsinin əməliyyat planlaşdırma baş zabit vəzifəsində, N2 may 2NNN-ci il tarixdən ailə vəziyyəti ilə əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 8N-ci maddəsinin “d” bəndinə əsasən N saylı hərbi hissənin zabiti vəzifəsində, N9 fevral 2NN4-cü il tarixindən isə Silahlı Qüvvələrin Hərbi XNN kafedrasının dosenti vəzifəsində çalışmışdır. Bundan başqa, N992- N993-cü illərdə N24 saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq üçün Ağdam rayonu uğrunda gedən döyüşlərdə, N994-cü ildə isə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının NN illik yubileyi münasibəti ilə 2NN3-cü ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 2NN7-ci ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, 2NN8-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 9N illiyi yubleyi”, 2NN3-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi yubleyi”, 2NN3-cü ildə “Qüsursuz xidmətə görə” N-ci dərəcəli, 2NN4-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı”, 2NN8-ci ildə “Azərbaycan Ordusunun NNN illiyi yubleyi” medalları ilə təltif edilmişdir. İddiaçı milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur və 3N dekabr 2NN4-cü il tarixindən “polkovnik” hərbi rütbəsində xidmət edir. N2 iyul 2NN9-cu il tarixdə ailə vəziyyəti ilə bağlı ehtiyata buraxılmağı üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisinə raport verərək, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 iyul 2NN9-cu il tarixli N576 nömrəli əmri ilə N9N-cı motoatıcı briqadanın (N9N nömrəli hərbi hissə) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh Müdafiə Nazirliyinə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Müdafiə Nazirliyinin nümayəndəsi Təhmiraz Həsənovun iddiaya dair N3.NN.2NN9cu il tarixli, NN/4777 saylı yazılı müasibətində bildirilmişdir ki, NN.N7.2NN9-cu il tarixdə Silahlı Qüvvələrin Hərbi X3 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı xidməti otağından N (bir) ədəd qeydiyyatdan keçirilməyən şəxsi kompüter, N (bir) ədəd smartfon tipli mobil telefon və N (bir) ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən xarici yaddaş qurğusu (fleşkart) aşkar edilmişdir. Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin nümayəndələri tərəfindən polkovnik İddiaçı xidməti otağında aşkar edilmiş qeydiyyatdan keçirilməyən şəxsi kompüterə baxış keçirilən zaman kompüterin yaddaşında qeyri-məxfi, təlim üzrə məxfi, formalaşdırılmış sənədlər və tədris vəsaitləri aşkar edilmiş, həmin kompüterin mütəmadi olaraq internet şəbəkəsinə qoşulması müəyyən edilmişdir. Həmçinin, xidməti otaqda aşkar olunmuş smartfon tipli mobil telefonla polkovnik İddiaçı müntəzəm olaraq internet vasitəsilə sosial şəbəkələrə qoşulması və “Facebook” sosial şəbəkəsindən istifadə etdiyi müəyyən edilmişdir. Aşkarlanan fakt ciddi əhəmiyyət kəsb etdiyindən, Azərbaycan Respublikası Müdafiə Nazirinin 2NN4-cü il N7 dekabr tarixli, N3N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın 544.6-cı və 544.7-ci maddələrinin və Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 2NN4-cü il N6 fevral tarixli, NN9 nömrəli və 2NN4-cü il N4 oktyabr tarixli, NN66 nömrəli əmrlərinin tələbləri kobud surətdə pozulduğundan dərhal Müdafiə Nazirliyinin rəhbər heyətinə məruzə edilmiş və Müdafiə naziri tərəfindən polkovnik İddiaçı “aşağı vəzifəyə keçirmə” intizam cəzası elan edilmiş və cəzanın icra olunmasının təmin edilməsi haqqında Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin rəisinə göstəriş verilmişdir. Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin rəisinin 54 nömrəli, NN.N7.2NN9-cu il tarixli əmri ilə təqsirkar şəxslər cəzalandırılmış, polkovnik İddiaçı tutduğu vəzifədən azad edilərək, bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimatın aidiyyəti üzrə göndərilməsinin təmin olunması Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə tapşırılmışdır. N2.N7.2NN9-cu il tarixdə müvafiq təqdimat aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 iyul 2NN9-cu il tarixli N576 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikasının Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında aşağı vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi X3 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı tutduğu vəzifədən azad edilmiş və N9N-cı motoatıcı briqadanın (N9N saylı hərbi hissənin) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı Müdafiə Nazirliyinin rəhbər heyətinin əmrlərinin tələblərini kobud surətdə pozduğunu və əmri pozduğuna görə intizam məsuliyyətinə cəlb olunacağının rəsmiləşdiriləcəyini bildiyindən və buna görə də intizam məsuliyyətinə cəlb olunmaqdan yayınmaq üçün N2 iyul 2NN9-cu ildə, yol verdiyi intizam pozuntusu aşkarlanandan bir gün sonra Döyüş Təminatı və MTT kafedrasının rəisinə raport təqdim edərək, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) həqiqi hərbi xidmətdə ehtiyata buraxılması barədə yuxarıda komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmişdir. Halbuki, Müdafiə naziri tərəfindən verilmiş intizam cəzasının icrasının təmin etmək məqsədilə NN.N8.2NN9-cu il tarixdə polkovnik İddiaçı məlumat verilmiş və təqdimatı aidiyyəti üzrə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmişdir. İddiaçının bir gün sonra öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması üçün rapot verməsi onun intizam məsuliyyətinə cəlb olunmasını aradan qaldıra bilməzdi. Müdafiə naziri onun bilavasitə özünün və birinci müavininin əmrlərini pozmuş zabiti intizam qaydasında cəzalandırıb aşağı vəzifəyə təyin etməklə hərbi qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətlərindən istifadə etmiş, qanunu pozmamışdır. Azərbaycan Respublikasının Silahlı XN 6-cı maddəsinə əsasən komandirin (rəisin) əmri tabelikdə olanlar üçün qanundur. Əmr sözsüz, dəqiq və vaxtında yerinə yetirilməlidir. Sonda iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 iyul 2NN9-cu il tarixli N576 nömrəli əmrinin ləğv edilməsi və onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmağı barədə N2 iyul 2NN9-cu il tarixli raportu nəzərə alınaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. N9 mart 2N2N-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, o, həmişə xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışmışdır. 2NN9-cu ilin fevral-iyul aylarında Türkiyədə təhsil aldığı zaman tələb olunan hesabatların təqdim edilməsi üçün sosial şəbəkələrdən və ailəsi ilə əlaqə saxlamaq üçün mobil telefondan istifadə etmişdir. Türkiyədə təhsil alarkən ona tədris edilmiş materialları Hərbi Akademiyada tədrisin aparılması üçün özünə məxsus kompüterdə saxlamışdır. Həmin kompüterdə heç bir hərbi əhəmiyyətli məxfi sənəd olmadığına baxmayaraq, aşağı vəzifəyə keçirilməyə təqdim edilmişdir. N2 iyul 2NN9-cu il tarixdə ailə vəziyyəti ilə bağlı Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisinə raport verərək, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin onun uzunmüddətli xidməti, müxtəlif təltifnamələrlə təltif edilməsi və onu müsbət xarakterizə edən digər bu kimi hallar, ümumiyyətlə, nəzərə alınmamış, Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 iyul 2NN9-cu il tarixli N576 nömrəli əmri ilə N9N-cı motoatıcı briqadanın (N9N nömrəli hərbi hissə) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Buna əsas kimi isə göstərilmişdir ki, NN.N7.2NN9-cu il tarixdə onun xidməti otağından N (bir) ədəd qeydiyyatdan keçirilməyən şəxsi kompüter, N (bir) ədəd smartfon tipli mobil telefon və N (bir) ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən xarici yaddaş qurğusu (fleşkart) aşkar edilmişdir. Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin nümayəndələri onun xidməti otağında aşkar edilmiş qeydiyyatdan keçirilməyən şəxsi kompüterə baxış keçirilən zaman kompüterin yaddaşında qeyri-məxfi, təlim üzrə məxfi, formalaşdırılmış sənədlər və tədris vəsaitləri aşkar edilmiş, həmin kompüterin mütəmadi olaraq internet şəbəkəsinə qoşulması müəyyən edilmişdir. Həmçinin, xidməti otaqda aşkar olunmuş smartfon tipli mobil telefonla onun müntəzəm olaraq internet vasitəsilə sosial şəbəkələrə qoşulması və “Facebook” sosial şəbəkəsindən istifadə etdiyi müəyyən edilmişdir. Halbuki, əsas vəzifə borcu tədrislə əlaqədar olduğundan tədris vəsaitlərinin tərtib edilməsi üçün internet resurslarından istifadə etmişdir ki, bu da zəruridir. İxtisasının motoatıcı olmasına baxmayaraq, o, xidmətini davam etdirmək üçün döyüş bölməsinə göndərilmişdir ki, bu da düzgün deyildir. Azərbaycan Ordusunda, ümumilikdə, 3N ildən çox müddət ərzində, demək olar ki, qüsursuz olaraq xidmət etmişdir. Bu halda da, onun aşağı vəzifəyə keçirilməsi ona qarşı cavabdehin qərəzli mövqeyinin olduğunu təsdiq edir. Haqqında tərtib edilmiş sənədlərdə qeyd edilənlər absurddur və əsassızdır. Bundan başqa, onun xidməti otağında yoxlama aparmış şəxslərin xidməti yoxlama aparma ilə əlaqədar səlahiyyətləri olmamış və bu hal cavabdeh tərəfindən, ümumiyyətlə, əsaslandırılmamışdır. İddiaçı izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi mübahisələndirilən əmri əsassız və qanunsuz hesab edərək, iddiaçının izahatında qeyd etdiyi halları təsdiq etdi və əlavə olaraq bildirdi ki, iddiaçının xidməti yerindən internet informasiya resurslarından və “Facebook” sosial şəbəkəsindən istifadə etməsi ilə əlaqədar cavabdehin dəlilləri tamamilə əsassızdır, ona görə ki, hərbi təynatlı tədris müəssisələrində internet informasiya ehtiyatından istifadə edilməsi qadağan deyildir. Habelə, iddiaçının xidməti otağında yoxlama aparmış şəxslərin xidməti yoxlama aparma ilə əlaqədar səlahiyyətlərinın olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Bundan başqa cavabdeh tərəfindən müvafiq xidməti yoxlamanın aparılmasını zəruri edən hallar da əsaslandırılmamışdır. Nümayəndə izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X9 iddiaya dair N3.NN.2NN9-cu il tarixli, NN/4777 saylı yazılı münasibətindəgöstərilənlərə uyğun izahat verdi və şifahi məhkəmə baxışı iclasında məhkəməyə təqdim edilmiş yazılı izahatda (iş materiallarına əlavə edilmişdir) qeyd edilənləri təsdiq edərək, iddianın təmin edilməməsiniməhkəmədən xahiş etdi. Cavabdeh Müdafiə Nazirliyinin digər nümayəndəsi XN2 da X6 izahatında qeyd etdiyi halları təsdiq etdi və əlavə olaraq bildirdi ki, hərbi xidmətkeçmə yerlərində hərbi qulluqçulara “istifadəsinə icazə verilmiş və qeydiyyatdan keçirilmiş” informasiya vasitələrindən istifadəyə icazə verilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin N4.NN.2NN4-cü il tarixli, NN66 saylı “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” əmrinə əsasən Müdafiə Nazirliyinin bütün idarələrinə məlumat sızmasının qarşısının alınması məqsədilə müxtəlif növ şəkil, videoçəkmə, CPS naviqasiya və internetlə əlaqəsi olan smartfon tipli əşyaların istifadə edilməsi qadağan edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin N6.N2.2NN4-cü il tarixli, NN9 saylı “Məlumatların sızmasının qarşısının alınması haqqında” digər əmri ilə hərbi hissələrin dislokasiya ərazilərində mobil telefonların istifadəsi qadağan edilmişdir. İddiaçı isə məhz həmin əmrlərin, o cümlədən, Azərbaycan Respublikası Müdafiə Nazirinin 2NN4-cü il N7 dekabr tarixli, N3N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın tələblərini pozmaqla hərbi təyinatlı təhsil müəssisində internet informasiya sisteminə çıxış əldə etmiş, internetlə əlaqəsi olan smartfon tipli əşyalardan istifadə etmişdir. Nümayəndə izahatının sonunda iddia tələbini əsassız hesab edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.N-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.N-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırki iş üzrə iddiaçının əsas tələbi – aşağı vəzifəyə keçirilməsinə dair əmrin ləğv edilməsi ilə yanaşı onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə əlavə tələb də irəli sürmüşdür. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 32.N və 37-ci maddələrinin tələblərindən çıxış edərək hər iki tələbin bir icraatda baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: - NN iyul 2NN9-cu il tarixli akt (təsdiq edilmiş surət) müvafiq komissiya tərəfindən ona görə tərtib edilmişdir ki, NN.N7.2NN9-cu il tarixdə Silahlı Qüvvələrin Hərbi X4 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı xidməti otağından N (bir) ədəd qeydiyyatdan keçirilməyən şəxsi kompüter, N (bir) ədəd smartfon tipli mobil telefon və N (bir) ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən xarici yaddaş qurğusu (fleşkart) aşkar edilmişdir. Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin nümayəndələri tərəfindən polkovnik İddiaçı xidməti otağında aşkar edilmiş qeydiyyatdan keçirilməyən şəxsi kompüterə baxış keçirilən zaman kompüterin yaddaşında qeyri-məxfi, təlim üzrə məxfi, formalaşdırılmış sənədlər və tədris vəsaitləri aşkar edilmiş, həmin kompüterin mütəmadi olaraq internet şəbəkəsinə qoşulması məlum olmuşdur. Həmçinin, xidməti otaqda aşkar olunmuş smartfon tipli mobil telefonla polkovnik İddiaçı müntəzəm olaraq internet vasitəsilə sosial şəbəkələrə qoşulması və “Facebook” sosial şəbəkəsindən istifadə etdiyi müəyyən edilmişdir; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə ünvanlanmış 26/32N4 çıxış nömrəli, N6.N9.2NN9-cu il tarixli məktubda (təsdiq edilmiş surət) aşağıdakılar göstərilmişdir: “Sizin N5 sentyabr 2NN9-cu il tarixli N/428N nömrəli məktubunuza cavab olaraq bildirirəm ki, NN.N7.2NN9-cu il tarixdə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin tabeliyində olan Silahlı Qüvvələrin Hərbi X7 və Hərbi Təhsil Baş İdarəsinin bir qrup zabiti tərəfindən nizam-intizamın və xidməti fəaliyyətin yerinə yetirilməsi yoxlanılmışdır. Yoxlaman zamanı Silahlı Qüvvələrin Hərbi X4 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı xidməti otağından N (bir) ədəd qeydiyyatdan keçirilməyən şəxsi kompüter, N (bir) ədəd smartfon tipli mobil telefon və N (bir) ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən xarici yaddaş qurğusu (fleşkart) aşkar edilmişdir. Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin nümayəndələri tərəfindən polkovnik İddiaçı xidməti otağında aşkar edilmiş qeydiyyatdan keçirilməyən şəxsi kompüterə baxış keçirilən zaman kompüterin yaddaşında qeyri-məxfi, təlim üzrə məxfi, formalaşdırılmış sənədlər və tədris vəsaitləri aşkar edilmiş, həmin kompüterin mütəmadi olaraq internet şəbəkəsinə qoşulması məlum olmuşdur. Həmçinin, xidməti otaqda aşkar olunmuş smartfon tipli mobil telefonla polkovnik İddiaçı müntəzəm olaraq internet vasitəsilə sosial şəbəkələrə qoşulması və “Facebook” sosial şəbəkəsindən istifadə etdiyi məlum olmuş, bu haqda dərhal akt tərtib edilmiş və polkovnik İddiaçı aktla tanış olaraq imza etmiş, heç bir etirazını bildirməmiş, bu vasitələrin xidməti əraziyə gətirilməsinin qadağan olduğunu bildiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini deyərək ona köməklik edilməsini xahiş etmişdir. Bununla da polkovnik İddiaçı tərəfindən məlumat daşıyıcılarının uçota alınması və saxlanılması qaydalarını özündə əks etdirən Azərbaycan Respublikası Müdafiə Nazirinin 2NN4-cü il N7 dekabr tarixli, N3N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın 544.6-cı və 544.7-ci maddələrinin və Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 2NN4-cü il N6 fevral tarixli, NN9 nömrəli və 2NN4-cü il N4 oktyabr tarixli, NN66 nömrəli əmrlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilən vasitələrin xidməti ərazilərə gətirilməsi və istifadəsinin qəti qadağan olması barədə bütün hərbi qulluqçular, o cümlədən, polkovnik İddiaçı dəfələrlə xəbərdar edilmişdir. Qeyd edilən fakt ciddi əhəmiyyət kəsb etdiyindən Müdafiə Nazirliyinin rəhbər heyətinə məruzə edilmiş və Müdafiə naziri tərəfindən polkovnik İddiaçı “aşağı vəzifəyə keçirmə” intizam cəzası elan edilmiş, cəzanın icra olunmasının təmin edilməsi haqqında Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin rəisinə göstəriş verilmişdir. Əmrin icrasını təmin etmək məqsədilə və qeyd edilən yoxlama zamanı aşkar edilmiş nöqsanlarla bağlı digər şəxslərin də intizam məsuliyyətinə cəlb edilməsi haqda Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsində əmr hazırlanaraq, aidiyyəti üzrə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə müvafiq göstərişlər verilmişdir. Müdafiə naziri tərəfindən verilmiş intizam cəzasının icrasının təmin etmək məqsədilə NN.N8.2NN9-cu il tarixdə polkovnik İddiaçı məlumat verilmiş və təqdimatı aidiyyəti üzrə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmişdir. Bundan polkovnik İddiaçı raportla müraciət edərək, ehtiyata buraxılmaq istəməsini bildirmiş, bu raport isə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə N5.N8.2NN9-cu il tarixdə təqdim edilmişdir. N5.N9.2NN9-cu il tarixdə isə polkovnik İddiaçı digər hərbi hissədə aşağı vəzifəyə təyin edilməsi haqqında Müdafiə nazirinin N576 nömrəli əmri var idi. Onu da qeyd edirəm ki, göstərilən faktlar və Müdafiə naziri tərəfindən verilmiş intizam cəzası barədə NN.N8.2NN9-cu il tarixdə polkovnik İddiaçı Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən ətraflı məlumatlar verilmişdir”. (Cavabdehin nümayəndəsi X9tərəfindən iş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında məhkəməyə təqdim edilmiş N9 mart 2NN9-cu il tarixli, 26/959 saylı məktubla Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə ünvanlanmış 26/32N4 çıxış nömrəli, N6.N9.2NN9-cu il tarixli məktubda mexaniki səhvə yol verildiyi bildirilmiş və bu səbəbdən həmin məktubun 3-cü və 5-ci abzaslarındakı “NN.N8.2NN9” rəqəmlərinin “NN.N7.2NN9-cu il” kimi, 4-cü abzasdakı “N5.N8.2NN9” və “N5.N9.2NN9” rəqəmlərinin “N5.N7.2NN9” kimi oxunması xahiş edilmişdir); - Döyüş Təminatı və MTT kafedrasının rəisinə ünvanlanmış N2 iyul 2NN9-cu il tarixli raportun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Kimya təminatı silsiləsinin rəisi – dosent, polkovnik İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) həqiqi hərbi xidmətdə ehtiyata buraxılması barədə yuxarıda komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmişdir; - Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisinin 54 saylı, N.N7.2NN9-cu il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında keçirilən yoxlamaların nəticələrinə əsasən təqsirkar şəxslərin cəzalandırılması haqqında” əmrinin təsdiq edilmiş surətindən görünür ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın və Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 2NN4-cü il N6 fevral tarixli, NN9 nömrəli və 2NN4-cü il N4 oktyabr tarixli, NN66 nömrəli əmrlərinin tələbləri kobud şəkildə pozduğuna görə NN.N7.2NN9-cu il tarixdə Silahlı Qüvvələrin Hərbi X4 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi - dosent, polkovnik İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə müvafiq olaraq tutduğu vəzifədən azad edilərək, bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimatının aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi əmr edilmişdir; - N2 iyul 2NN9-cu il tarixdə tərtib edilmiş söhbət vərəqəsinin (təsdiq edilmiş surət) 4cü qrafasından məlum olur ki, Silahlı Qüvvələrin Hərbi X4 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi - dosent, polkovnik İddiaçı həmin söhbət vərəqəsində göstərilmiş və onun barəsində tutulmuş irad və nöqsanlarla qismən razı olduğunu bildirmişdir; - Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinin adından tərtib edilmiş təqdimatın təsdiq edilmiş surətindən bəlli olur ki, polkovnik İddiaçı (Əməliyyat-taktiki fakültənin Döyüş təminatı və maddi - texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi – dosent) tutduğu vəzifəyə uyğun olmadığından onun başqa hərbi hissədə aşağı vəzifəyə təyin edilməsi üçün yuxarı rəislər qarşısında vəsatət qaldırılmış, təqdimatın nəticəsi olaraq, həmin təqdimat əsasında İddiaçı aşağı vəzifəyə təyin olunmasına yuxarı komandanlıq tərəfindən razılıq verilmişdir; - Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 iyul 2NN9-cu il tarixli N576 nömrəli əmrinin təsdiq edilmiş surətindən bəlli olur ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikasının Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında aşağı vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi X3 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı tutduğu vəzifədən azad edilmiş və N9N-cı motoatıcı briqadanın (N9N saylı hərbi hissənin) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir; - Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinin N49 saylı, N7.N7.2NN9-cu il tarixli əmrindən görünür ki, həmin əmrlə Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 iyul 2NN9-cu il tarixli N576 nömrəli əmri əsas sayılmaqla polkovnik İddiaçı (Əməliyyat-taktiki fakültənin Döyüş təminatı və maddi - texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi – dosent) Azərbaycan Respublikası Müdafiə nazirinin N5 iyul 2NN9-cu il tarixli N576 nömrəli əmri ilə N9N-cı motoatıcı briqadanın (N9N nömrəli hərbi hissə) Döyüş hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N8 iyul 2NN9-cu il tarixdən Hərbi Akademiyanın şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N9N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi qərara alınmışdır; - Müdafiə Nazirliyindən N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş 28.NN.2NN9-cu il tarixli, N/574 saylı məktubun qoşmasında İddiaçı Azərbaycan Ordusunda zabit qismində həqiqi hərbi xidməti barədə aşağıdakı məlumatlar qeyd edilmişdir: “Ehtiyatda olan polkovnik İddiaçı Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsində qeydiyyatdan keçən şəxsi işinin ikinci nüsxəsi qeydiyyata alınması və saxlanılması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə göndərilmişdir. Əlavə olaraq ehtiyatda olan polkovnik İddiaçı Azərbaycan Ordusunda zabit qismində həqiqi hərbi xidməti barədə aşağıdaki məlumatlar ünvanınıza göndərilir (şəxsi heyət üzrə əmrləri əsasında): - 29.N8.N992-ci il tarixdən NN.N9.N992-ci il tarixədək Müdafiə nazirinin sərəncamında; NN.N9.N992-ci il tarixdən 22.N9.N992-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamında; 22.N9.N992ci il tarixdən 25.N5.N994-cü il tarixədək Analitik hesablama stansiyasında bölmənin baş operatoru; 25.N5.N994-cü il tarixdən N6.N9.N994-cü il tarixədək N nömrəli hərbi hissədə qərargah rəisinin köməkçisi; N6.N9.N994-cü il tarixdən N9.N5.N995-ci il tarixədək Hərbi Dəniz Qüvvələrində bölük komandiri; N9.N5.N995-ci il tarixdən 3N.N8.N997-ci il tarixədək N nömrəli hərbi hissədə qərargah rəisinin köməkçisi; 3N.N8.N997-ci il tarixdən N2.N5.N999-cu il tarixədək 3N4 nömrəli hərbi hissədə bölmə rəisi; N2.N5.N999-cu il tarixdən 28.N5.2NNN-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət rəisi; 28.N5.2NNN-ci il tarixdən 2N.N8.2NNN-ci il tarixədək Silahlı Qüvvələrin kimya xidmətinin zabiti; 2N.N8.2NNN-ci il tarixdən 29.N2.2NN4-cü il tarixədək 3N4 nömrəli hərbi hissədə xidmət rəisi; 29.N2.2NN4-cü il tarixdən N4.N8.2NN5-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət rəisi; N4.N8.2NN5-ci il tarixdən 28.N6.2NN7-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyici; 28.N6.2NN7-ci il tarixdən N3.N5.2NNN-cu il tarixədək 2N2 nömrəli hərbi hissədə bölmə rəisinin baş köməkçisi, N3.N5.2NNN-cu il tarixdən N2.N5.2NNN-ci il tarixədək N nömrəli hərbi hissədə bölmənin baş zabiti; N2.N5.2NNN -ci il tarixdən 27.N3.2NN3-cü il tarixədək N57 nömrəli hərbi hissədə bölmənin zabiti; 27.N3.2NN3-cü il tarixdən N9.N2.2NN4-cü il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində baş müəllim; N9.N2.2NN4-cü il tarixdən 28.N2.2NN5-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında kafedranın dosenti; 28.N2.2NN5-ci il tarixdən 27.N2.2NN7-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında silsilənin dosenti; 27.N2.2NN7-ci il tarixdən N5.N7.2NN9-cu il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında silsilə rəisi-dosent; N5.N7.2NN9-cu il tarixdən N4.NN.2NN9-cu il tarixədək N9N nömrəli hərbi hissədə bölmə rəisi; Azərbaycan Respublikası Müdafiə nazirinin N4.NN.2NN9-cu il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır; - Azərbaycan Respublikası Müdafiə nazirinin N4.NN.2NN9-cu il tarixli müvafiq əmrinin məhz İddiaçı tərəfindən N2 iyul 2NN9-cu il tarixdə Döyüş təminatı və MTT kafedrasının rəisinə təqdim edilmiş raportun yekun nəticəsi olaraq qəbul edilibedilməməsini müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinə göndərilmiş məhkəmə sorğusuna cavab olaraq, cavabdehin nümayəndəsi XN2 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı izahatda göstərilmişdir ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə Müdafiə nazirinin N85N nömrəli, N4 noyabr 2NN9-cu il tarixli əmri iddiaçının N9N nömrəli hərbi hissənin komandirinə təqdim etdiyi 22.N7.2NN9-cu il tarixdə qeydə alınmış raportun nəticəsidir. İş materiallarına, həmçinin, AZ-İ seriyalı, NN9564 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin, müxtəlif medallarla təltif edilməyə dair vəsiqələrin surətləri və digər sənədlər də əlavə edilmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə mübahisə İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisə ilə baglıdır ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.N.2, 2.N.NN və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Hazırkı işdə iddianın mümkünlüyünə dair digər xüsusi mümkünlük şərtləri də mövcuddur. Belə ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə, yəni inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 3N gün müddətində qaldırılmışdır (İPM-in 38.N-ci maddəsi). Göründüyü kimi, iddiaçı onun barəsində verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 iyul 2NN9-cu il tarixli N576 nömrəli əmrinin qanuniliyini mübahisələndirilmişdir. Bununla baglı məhkəmə qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 8N-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. Həmin Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında hərbi qulluqçular yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilə bilər. Həmin Əsasnamənin 8N-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X5 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X5”nin 67-ci maddəsinə əsasən zabitlərə aşağıdakı intizam cəzaları verilə bilər: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri NN sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma. Həmin Nizamnamənin 74-cü maddəsinin N-ci bəndinə əsasən Silahlı Qüvvələr növü komandanının zabitlərə aşağıdakı intizam cəzaları vermə hüquqları vardır: a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; b) hauptvaxtda saxlanmaqla kiçik zabitləri NN, baş zabitləri 5 sutkayadək həbs etmək; v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək; q) bölük, 4-cü dərəcəli gəmi komandirləri, onlara müvafiq və aşağı vəzifədə olan zabitləri aşağı vəzifəyə keçirmək. Həmin Nizamnamənin 96-cı maddəsinə əsasən intizam cəzaları bir qayda olaraq dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayaraq icra edilir. Verilmiş intizam cəzası bir ay keçdikdən sonra icra edilmir, lakin təqsirkarın xidmət vərəqəsinə yazılır. Bu halda icranı təmin etməyən şəxs məsuliyyət daşımalıdır. Həmin Nizamnamənin 98-ci maddəsinə əsasən verilmiş intizam cəzaları zabitlərə, generallara və admirallara — şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə — baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara — generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir. Əlavə olaraq işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımandan hüquqi qiymət verən məhkəmə qeyd edir ki, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: N) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: N. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda «İnzibati icraat haqqında» Qanunun 58-ci və 6N-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin, “Azərbaycan Respublikası Silahlı X5”nin müddəalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. “Azərbaycan Respublikasının Silahlı X5”nin 6-cı maddəsinə əsasən komandirin (rəisin) əmri tabelikdə olanlar üçün qanundur. Əmr sözsüz, dəqiq və vaxtında yerinə yetirilməlidir. İşin şərh edilən hallarından məlum olur ki, xüsusi (hərbi) təyinatlı təhsil müəssəsində hərbi xidmət zamanı NN.N7.2NN9-cu il tarixdə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 2NN4-cü il N7 dekabr tarixli N3N nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın, Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Məlumatların sızmasının qarşısının alınması haqqında” 2NN4-cü il N6 fevral tarixli NN9 nömrəli və “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” 2NN4-cü il N4 oktyabr tarixli NN66 nömrəli əmrlərinin tələblərini kobud surətdə pozmaqla xidməti intizam pozuntularına yol vermişdir. Nəticədə iddiaçının barəsində intizam icraatı başlanılmış, iddiaçıya “aşağı vəzifəyə keçirmə” intizam cəzası elan edilmiş və bu barədə ona NN.N7.2NN9-cu il tarixdə məlumat verilməklə, intizam icraatı çərçivəsində müvafiq prosedur hərəkətlər edildikdən sonra o, aşağı vəzifəyə təyin edilməsi üçün yuxarı komandanlığa təqdim edilmiş, sonda Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 iyul 2NN9-cu il tarixli N576 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikasının Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında aşağı vəzifəyə keçirilmə) müvafiq olaraq tutduğu vəzifədən azad edilmiş və N9N-cı motoatıcı briqadanın (N9N saylı hərbi hissənin) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı əmrin əsassız və qanunsuz olmasını iddia etsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddianın ilk tələbi (cavabdehin əmrinin ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər törəmə tələbi də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir. Məhkəmə son olaraq, o halı da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhz onun barəsində intizam icraatının başlanılmasından NN.N7.2NN9-cu il tarixdə “aşağı vəzifəyə keçirmə” intizam cəzası yazılı göstərişlə elan edilməklə xəbərdar olduqdan sonra, yəni N2.N7.2NN9-cu il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisinə raport verərək, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırması barədə dəlilləri artıq başlanılmış intizam icraatının dayandırılması və ya həmin icraatın nəticəsi olaraq intizam məsuliyyətinə cəlb edilməməsi üçün əsas olmadıgından yuxarıda qeyd olunan qanunvericilik normaları ilə təkzib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.N-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «əmrin ləğvi, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3ƏDRLİK EDƏN: M.Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-217/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-217/2020
19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver