Məhkəmə qərarları › İş №2-1(112)-217/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-217/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-217/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxsin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı 3-cü şəxs X3 işə cəlb edilməklə sərəncamın ləğvi barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı 3-cü şəxs X3 işə cəlb edilməklə Bakı şəhəri Cavabdeh1 846 saylı, xx.xx.1994-cü il tarixli sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 119 saylı sahədə yerləşən ümumi sahəsi 0.072 ha olan torpaq sahəsinin tam mülkiyyətçisidir. Qeyd edilən torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Qeyd edilən çıxarış daşınmaz əmlakın dövlət reyestrində 728 nömrəli reyestr kitabının 68953 nömrəli vərəqində qeydiyyata alınmışdır və ərazi üzrə torpaq sahəsinin plan ölçüsünün sxemi də, hazırlanmışdır. Həmçinin qeyd edilən ərazi onun sahibliyində olduğu üçün bu günə kimi tərəfindən Bakıxanov bələdiyyəsinə torpağın qanunla nəzərdə tutulmuş vergisi də, ödənilmişdir. Son vaxtlar X3 adlı şəxs tam qanuni sənədlərlə mülkiyyəti olan ərazinin, guya onun olduğu iddiası ilə ona müraciət etmişdir. Bundan sonra məlum olmuşdur ki, Bakı şəhəri SCavabdeh1 tərəfindən verilən xx xxx 1994-cü il tarixli, 846 nömrəli sərəncam Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsi (indiki Yavər Əliyev küçəsi) 119 saylı yerə aid edilmişdir. Lakin, qeyd olunan ərazinin tam xüsusi mülkiyyətçisi olduğu üçün Bakı şəhəri Cavabdeh1 tərəfindən xx xxx 1994-cü il tarixdə verilən 846 nömrəli sərəncamın ləğv edilməsi zərurəti yaranmışdır. Buradan da, göründüyü kimi, X.Əliyevə məxsus sərəncam qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Lakin, hal-hazırda X3 onun qanuni sənədlərlə sahibliyində olan torpaq ərazisinə çıxarış alınması üçün öz əsassız sərəncamı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin hallarından da, göründüyü kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsi (indiki Yavər Əliyev küçəsi 5) 119 saylı yerdə 0.072 ha olan torpaq sahəsinin tam mülkiyyətçisidir. Lakin, tam qanuni əsaslarla faktiki sahibliyində olan ərazinin hal-hazırda iş üzrə üçüncü şəxs olan X3 tərəfindən əlindən alınması təhlükəsi yaranmışdır. Bütün bu halları nəzərə alaraq, Bakı şəhəri Cavabdeh1 tərəfindən verilən xx xxx 1994-cü il tarixli, 846 nömrəli sərəncamın etibarsız edilməsi zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri qaydasında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili iddiaya qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 119 saylı sahədə yerləşən 0.072 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən X4 xüsusi mülkiyyətindədir. İddiaçı sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 728 nömrəli reyestr kitabının 68953 nömrəli vərəqində qeydiyyata alınmış, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 119 saylı sahədə yerləşən torpaq sahəsinin xx xxxx 2018-ci il tarixli, AN seriyalı, 267481 saylı plan və ölçüsü tərtib edilmişdir. İş üzrə 3-cü şəxs X3 iddiaçıya müraciət edərək, ona Bakı şəhəri Cavabdeh1 tərəfindən verilən xx xxx 1994-cü il tarixli, 846 nömrəli sərəncamı əsas gətirərək, 119 saylı sahənin sözügedən sərəncamla ona verildiyini əsas gətirmişdir. Bu səbəbdən də, İddiaçı sözügedən sərəncamın ləğvi ilə bağlı hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Eləcə də, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 119 saylı sahədə yerləşən ümumi sahəsi 0.072 ha olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququna sahibdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiasına görə 3-cü şəxs X1 hazırki iş üzrə mübahisəli sərəncama əsasən çıxarış almasını tələb etdiyi torpaq sahəsi hazırda iddiaçının xüsusi mülkiyyətində olduğundan, hazırki iddia da, mövcud vəziyyətdə mübahisəli sərəncamla iddiaçının hüquqlarının pozulması halı və onun hüquqi müdafiəyə ehtiyacı olması halı müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar