Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-217/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, İddiaçını vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X16 işə cəlb edilməklə torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X16 işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 40 ildən artıq müddətdir ki, ünvan 1 ünvanında yaşayır. xx.xx.1978-ci il tarixdə Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndiriməsinə aid pasport verilmişdir. xx.xx.1978-ci il tarixdə həmin pasport əsasında fərdi yaşayı şevinə dair onun və bacısı X10 paylı şəkildə mülkiyyət hüquqları dövlət qediyyatına alınmaqla çıxarış verilmişdir. Cavabdehə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Bütün sənədləri qanunvericiliyə uyğun olaraq təqdim etməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********64 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubu ilə həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 250 kv.m hissəsi digər fiziki şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyünü əsas gətirərək müraciətindən imtna etmişdir. Hesab edir ki, cavabdehin göstərilən əsaslarla imtina etməsi qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddiaya qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 250.0 kv.m hissəsi X9 mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Bu səbəbdən, tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2018-ci il tarixli, **********64 saylı cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə ərizəyə uyğun izahat verərək iddianın təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X15 adına texniki pasport tərtib olunmuşdur. Texniki pasportda cəmi meydançanın sahəsi 485.0 kv.m, cəmi tikinti altı sahə 178.8 kv.m göstərilmişdir. İşdə olan Azərbaycan SSR Bakı şəhər X4 İcraiyyə Komitəsi Bakı şəhər X3 Bürosu tərəfindən verilmiş 205 nömrəli kitabda, xx.xx.1978-ci il tarixdə, 11576-cı səhifədə aparılmış Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı verilmiş, ona görə ki, B.Məmmədov küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı, ½ hissədə X13 məxsusdur. İşdə olan X17 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, X17 paylı mülkiyyətdə olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin paylı şəkildə özəlləşməsinə və çıxarış verilməsinə etiraz etmir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********64 nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ilkin texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 250.0 kv.m hissəsi digər fiziki şəxsin mülkiyyətdə olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, **********49 nömrəli cavab məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi xx.xx.1978-ci il tarixdə ünvan 6 DNKnun xx.xx.1978-ci ilt arixli, 1kn-277 reyestr nömərli alğı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən ünvana dair alğısatqı müqaviləsinin surəti göndərilmişdir. Əlavə olaraq, xx.xx.2018-ci il tarixli, **********64 çıxış nömrəli cavab məktubuna əsasən sözügedən ünvanın torpaq sahəsinə dair digər fiziki şəxsin adına olan hissəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətləri göndərilmişdir: - 26 aprel 1978-ci il tarixdə Bakı şəhərində notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən, X22 ünvan 7 ünvanında 511.0 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hisəsini İddiaçı satmışdır. -Bakı şəhəri 42 saylı notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 01 mart 2006-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nə əsasən, satıcı X14 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 30/36 nömrəli arayışa əsasən, ümumi sahəsi 172.0 kv.m olan, ünvan 8 ünvanda yerləşən qeyriyaşayış sahəsini alıcı X9 mülkiyyətinə vermişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş **********05 nömrəli, xx.xx.2018-ci il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Lakin, dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə döngəsi, 53 ünvanında yerləşən və hazırda X9 mülkiyyətində olan qeyri-yaşayış binası ilə bağlı arxiv qovluğunda aşkar edilən sənədlərin surətləri göndərilmişdir: - Bakı şəhəri 42 saylı notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 01 mart 2006-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nə əsasən satıcı X14 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 30/36 nömrəli arayışa əsasən, ümumi sahəsi 172.0 kv.m olan, ünvan 8 ünvanda yerləşən qeyriyaşayış sahəsini alıcı X9 mülkiyyətinə vermişdir. - Bakı şəhəri 19 saylı notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nə əsasən satıcı X16 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, 11/2735 saylı arayışa əsasən ümumi sahəsi 172.0 kv.m olan Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsini alıcı "xxxx" MMC-nin mülkiyyətinə vermişdir. Satılan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********06-06301, qeydiyyat nömrəsi 110600525, xx.xx.2006-cı il tarixdə verilmiş seriya nömrəsi MH ******* olan çıxarışa əsasən satıcıya məxsus olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə 53 ünvanında yerləşən, ümumi sahəsi 129.8 kv.m olan, 0.01824 ha torpaq sahəsində yerləşən (torpaq sahəsinə hüquq növü istifadədə olmaqla) qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2011-ci il qeydiyyat tarixi, **********06-06301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhər Notariusu T.H.Kərimova tərəfindən 13 fevral 2013-cü il tarixdə təsdiq edilmiş, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alğısatqı müqaviləsi”-nə əsasən, satıcı "xxxx" MMC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 11/925 nömrəli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə döngəsi, 53 ünvanında yerləşən, ümumi sahəsi 129.8 kv.m olan qeyri-yaşayış binasını alıcı X18 mülkiyyətinə vermişdir. Satılan qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********06-06301, MA ******* seriyalı dövlət reyestrindən çıxarış əsasında satıcıya məxsus olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə 53 ünvanında yerləşən, ümumi sahəsi 129.8 kv.m olan, 0.01824 ha torpaq sahəsində yerləşən (torpaq sahəsinə hüquq növü istifadədə olmaqla) qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə X18 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2013-cü il qeydiyyat tarixi, **********06-06301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə döngəsi, 53 ünvanında yerləşən mağazanın hüquq subyekti X20r, texniki pasport qeyriyaşayış sahəsinin xx.xx.2013-cü il tarixə olan vəziyyətinə əsasən xx.xx.2013-cü il tarixdə tərtib olunmuşdur. Texniki pasportda torpaq sahəsinin ölçüsü faktiki istifadədə 0.14953 ha, əsas tikili altında 0.01824 ha, digər tikili və qurğular altında 0.00477 ha göstərilmişdir. Məhkəmənin 2-1(81)-2971/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən, "xxxx" MMC-dən mütəxəssis dəvət edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1) ünvan 13 ünvanında yerləşən torpaq sahəsinin 250.0 kv.m hissəsi X9 mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşürmü? Məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 15 mart 2019-cu il tarixli, 31272 nömrəli rəy təqdim edilmişdir. Rəyin tədqiqatının nəticəsinə əsasən iş materiallarına əlavə edilmiş DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********67 saylı, xx.xx.2018-ci il tarixli məktuba əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 250.0 kv.m hissəsi X9 mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfidən təqdim edilmiş **********70 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubundan müəyyən edilir ki, ünvan 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənəd) və plan-ölçüsü arxiv qovluğunda mövcud deyil. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş ünvan 8 ünvanında yerləşən daşınmaz əmlaka dair X6 hüquqlarının qeydiyyata alınması barədə çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətlərindən müəyyən edilmişdir ki: - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 147/78 nömrəli “X34” Kiçik Müəssisəsinə məxsus olan mövcud ticarət köşklərində kommersiya fəaliyyətinə icazə verilməsi haqqında” sərəncamına əsasən, “X34” Kiçik Müəsissəsi rayon icra hakimiyyətinə müraciət edərək, kiçik müəssisəyə məxsus olan C.Məmmədquluzadə küçəsi, 53 ünvanında yerləşən 53 nömrəli uçmuş evin yerində və 1ci Yasamal küçəsi, 252 nömrəli evin qarşısında yerləşdirilmiş ticarət köşklərində kommersiya fəaliyyətinə icazə verilməsi və köşklərin qanuniləşdirilməsi haqqında xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, C.Məmmədquluzadə küçəsi, ev 53 ünvanında uçulmuş evin yerində və 1-ci ünvan 15ş ticarət köşklərinin “X34” Kiçik Müəssisəsinə məxsus olması faktı təsdiq edilmiş, “X34” Kiçik Müəssissəsinə yuxarıda göstərilən ünvanlara yerləşdirilmiş ticarət köşklərində kommersiya fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. - 17 saylı Bakı şəhəri Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 30 iyul 2003-cü il tarixli müqaviləyə əsasən, satıcı Nəbiyev.F.M Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 147/78 nömrəli sərəncamına əsasən “X34” Kiçik Müəssisinə məxsus Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, 1-ci Yasamal küçəsində yerləşən 252-nömərli evin qarşı hissəsində 520 kv.m torpaq sahəsinə yerləşən 189.0 kv.m ticarət obyektini X1. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 474 inventar nömrəli, 08 aprel 2004-cü il tarixdə tərtib edilmiş qeyri-yaşayış binasının texniki pasportun surətindən görünür ki, Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorunun 3M-1-48 saylı reyestrli 30 iyul 2003-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış binasına dair texniki pasport verilmişdir. Qeyri-yaşayış binası 1993-cü il tarixdə tikilmiş, tikilinin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü 1495.3 kv.m, tikinti altı sahəsi 186.9 kv.m göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş **********06-06301 reyestr nömrəli X9 texniki pasportla istifadəsində olan torpaq sahəsinin və ********** nömrəsi ilə İddiaçı tərəfindən müraciət olunan torpaq sahəsinin yerləşmə sxemindən müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X9 mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin istifadədə olan, tikinti altı sahəsindən kənarda yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsi yalnız, X9 texniki pasportla istifadəsində olan torpaq sahəsi ilə 250.0 kv.m hissədə üst-üstə düşür. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 04 may 2018-ci il tarixli, **********64 nömrəli imtina məktubu verilmişdir. İddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, - İddiaçının iddia etdiyi torpaq sahəsinə dair həmin ünvanda yerləşən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X15 adına Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1978-ci il tarixli texniki pasport verilmişdir. Həmin texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi tikinti sahəsi 178.8 kv.m, cəmi meydançanın sahəsi 485.0 kv.m göstərilmişdir. Ə.Əliyev tərəfindən xx.xx.1978-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 16 ünvanında 511 kv.m torpaq sahəsində yerləşən, 49 kv.m yaşayış sahəsi olan, 3 otaqlı, köməkçi sahəsi 85 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi İddiaçı satılmışdır. Azərbaycan SSR Bakı şəhər X4 İcraiyyə Komitəsi Bakı şəhər X3 Bürosu tərəfindən İddiaçı verilmiş, 205 nömrəli kitabda, xx.xx.1978-ci il tarixdə, 11576-cı səhifədə aparılmış Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışla B.Məmmədov küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüquqi ilə ½ hissədə İddiaçı, ½ hissədə X13 məxsus olmuşdur. - Hazırda digər şəxsin mülkiyyətində olan ünvan 17 ünvanında yerləşən qeyriyaşayış sahəsinin əvvəlki hüquq sahibi X14 olmuş, İ.Hümbətov sözügedən qeyri-yaşayış sahəsini 30 iyul 2003-cü il tarixli alğı-satqı müqaviləsi əsasında almış və həmin alğı-satqı müqaviləsində 520 kv.m torpaq sahəsində yerləşən, 189.0 kv.m obyektin satıldığı göstərilmişdir. İ.Hümbətovun adına tərtib edilmiş texniki pasportda tikinti altı sahə 186.9 kv.m, ümumi istifadədə olan sahə 1495.3 kv.m göstərilmişdir. İ.Hümbətov sonradan həmin qeyri-yaşayış sahəsini notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən X11 satmış, həmin alğı-satqı müqaviləsində qeyri-yaşayış sahəsinin ümumi ölçüsü 172.0 kv.m göstərilmişdir. X19 tərəfindən alğı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə satılmış, sözügedən alğı-satqı müqaviləsində qeyri-yaşayış sahəsinin ümumi ölçüsü 172.0 kv.m, yerləşdiyi istifadədə olan torpaq sahəsinin ölçüsü 0.14953 ha göstərilmişdir. Qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilən zaman daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyri-yaşayış sahəsinin ölçüsü 129.8 kv.m, torpaq sahəsinin ölçüsü 0.01824 ha, hüquq növü istifadədə göstərilmişdir. "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsi alğı-satqı müqaviləsinə əsasən X2 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib olunmuşdur. Çıxarışda torpaq sahəsinin ölçüsü 0.01824 ha, mülkiyyət növü - dövlət, hüquq növü - istifadədə göstərilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş **********06-06301 reyestr nömrəli X9 texniki pasportla istifadəsində olan torpaq sahəsinin və ********** nömrəsi ilə İddiaçı tərəfindən müraciət olunan torpaq sahəsinin yerləşmə sxemindən müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X9 mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin istifadədə olan, tikinti altı sahəsindən kənarda yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsi yalnız, X9 texniki pasportla istifadəsində olan torpaq sahəsi ilə 250.0 kv.m hissədə üst-üstə düşür. Beləliklə işin hallarından göründüyü kimi, 3-cü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.01824 ha olmaqla, mülkiyyət növü dövlət, torpaq sahəsinin hüquq növü istifadədədir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsinin əsası kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 250.0 kv.m hissəsinin digər fiziki şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşməsinə istinad edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin üst-üstə düşmə halı, 3-cü şəxsə məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin tikinti altı sahəsi ilə deyil, yalnız X9 adına tərtib olunmuş texniki pasporta faktiki sahə kimi göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Halbuki, X9 faktiki istifadədə olan həmin torpaq sahəsinə dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmamışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi tikinti altı torpaq sahəsinə dair mülkiyyət hüququ dövlətə məxsus olmaqla, hüquqi növü istifadə göstərilmişdir. Ümumiyyətlə sözügedən qeyri-yaşayış sahəsi ilkin alğı-satqı müqaviləsinin predmeti olan zaman da, tikinti altı sahədən əlavə olan torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olması məhkəmə araşdırması öz təsdiqini tapmamışdır. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, Bu Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2.4-cü maddəsinə əsasən (2016-cı il 11 iyul tarixli, 984 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə), üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanı tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İddia olunan torpaq sahəsi üzərində yerləşən tikiliyə dair Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli texniki pasport tərtib edilmiş, cavabdeh tərəfindən isə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə paylı mülkiyyət hüququ ilə çıxarışlar verilmişdir. Sözügedən fərdi yaşayış evinin digər mülkiyyətçisi X17 notarial qaydada razılıq ərizəsi təqdim edərək, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin paylı şəkildə özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız hesab edilməklə, iddia tələbinin ünvan 1 ünvanında yerləşən yerləşən torpaq sahəsi üzərində iddiaçının paylı mülkiyyət hüququnun qeydiyyata alınmaqla, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi təmin edilməsi iddiaçının niyyətinə, hüquqi marağına və iddia tələbinin məzmununa uyğun olmaqla ondan kənara çıxma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən yerləşən torpaq sahəsi üzərində İddiaçı paylı mülkiyyət hüququ qeydiyyata alınmaqla, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-217/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-217/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver