Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-217/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli 113 nömrəli sərəncamının, Komitə tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 001665 nömrəli şəhadətnamənin, Komitə ilə bağlanmış xx.xx.2007-ci il tarixli 1371 nömrəli müqavilənin ünvan 1 ünvanında yerləşən 119,2 kv.m zirzəminin 42 kv.m hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Uşaq dünyası” kiçik müəssisəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış ünvan 2 ünvanında yerləşən 119.2 kv.m qeyri-yaşayış sahəsinin (zirzəminin) alğı-satqısına dair xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, 1996-cı ildən ünvan 2, mənzil 4 ünvanında yaşayır. Qeyd olunan mənzil binanın birinci yaşayış mərtəbəsində yerləşir. Həmin vaxtdan bugünə kimi mənzilin altında olan zirzəmi onun və ailəsinin istifadəsində olmuşdur. Bunun bariz nümunəsi kimi, o həmin zirzəmini istifadə etməsi üçün Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat birliyi ilə xx.xx.2005-ci il tarixdə 15 saylı İstismar yığım müqaviləsi bağlanmış və ünvan 2, mənzil 4 ünvanında yerləşən mənzilin altındakı 42 kv.m yarım zirzəmi onun istifadəsinə verilmişdir. Bundan basqa həmin müqavilənin 7-ci bəndinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar olan hallarda istismar yığım toplayan təşkilat müqaviləyə dəyişiklik edərək iki nüsxədə istismar yığımı ödəyən təşkilata göndərir və ya ləğv edilməsi barədə razılığa gəlmədikdə, mübahisə baxılmaq üçün Ali İqtisad Məhkəməsinə verilir. Lakin daha sonra məlum olur ki, həmin yarımzirzəmi hansısa yolla “Uşaq Dünyası” kiçik müəssisəsinə satılmışdır. Onunla Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli 15 saylı istismar yığım barədə müqavilənin ləğv edilməsinə dair hər hansı bildiriş ona daxil olmamışdır. Bundan sonra araşdırma apardığı zaman məlum olmuşdur ki, onun və qonşusunun altında yerləşən 119.2 kv.m. yarımzirzəmi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2006-cı il tarixli x/o-206 nömrəli razılıq məktubuna əsasən 2007-ci il tarixdə cavabdeh “Uşaq Dünyası” kiçik müəssisəsi tərəfindən özəlləşdirilmişdir. Sözügedən yarım zirzəmi ona məxsus mənzilin birinci mərtəbəsində yerləşir. Həmin yarızirzəmi onun və ailəsinin istifadəsində olmuşdur. Həmin yarım zirzəmiyə dair 15 saylı istismar yığım barədə müqavilənin ləğv edilməsinə dair ona hər hansı bir məlumat daxil olmamış və üstünlük hüququ pozulmuşdur. Həmin yarızirzəmi qeyri-yaşayış sahəsi sayıla bilməz, ora onun mülkiyyətində olan mənzilin ayrılmaz tərkib hissəsidir. Bütün bu proseslər saxta yolla və onun heç bir məlumatı olmadan baş vermişdir. Heç bir zaman ona bu barədə bildirilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********61 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, mübahisənin predmeti olan ünvan 2 ünvanında yerləşən 119.2 kv.m qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə “Uşaq Dünyası” kiçik müəssisəsi arasında 17 oktyabr 2006-cı il tarixli, 3828 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Daha sonra icarəçi “Uşaq Dünyası" kiçik müəssisəsinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqram”nın 4.6.5-ci yarımbəndinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 113 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 119.2 kv.m qeyri yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, Komitə ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 1371 nömrəli alqı-satqı müqaviləsi əsasında qeyd olunan əmlak “Uşaq Dünyası” kiçik müəssisəsi tərəfindən satın alınmış və ona xx.xx.2007-ci il tarixli, 001665 dövlət əmlakının özəlləşdirilməsini təsdiq edən şəhadətnamə verilmişdir. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli, 15 nömrəli istismar yığım müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinin onun istifadəsinə verildiyini, əmlak üzərində istifadə hüququ olmasına baxmayaraq özəlləşdirilmə zamanı onun əmlakı satın almaqda üstünlük hüququnun pozulduğunu bildirmişdir. Bununla əlaqədar bildiririk ki, xx.xx.2005-ci il tarixli, 15 nömrəli istismar yığım müqaviləsi qeyri-yaşayış sahəsi üzərində iddiaçının hər hansı hüququnu (istifadə, icarə) yaradan əqd olmamış, yalnız qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən istismarı ilə bağlı tərəflər arasındakı münasibətləri tənzimləmişdir. Eyni zamanda bildirilir ki, müvafiq qeyri-yaşayış sahəsi iddiaçının qanuni istifadəsində olmadığından, həmin istismar yığımı müqaviləsinin bağlanılması da qanunsuz olmuşdur. Belə ki, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Beləliklə, qeyd edilən Fərmana və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1027 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci bəndinə uyğun olaraq dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrini istifadəyə və icarəyə vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Göründüyü kimi, iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi arasında qeyri-yaşayış sahəsinin istismar yığımı müqaviləsi yalnız həmin əmlakın Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının icarəsinə verildiyi və onun qanuni istifadəsində olduğu halda bağlanıla bilərdi. İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında qeyd edilən qeyriyaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmadığından və həmin əmlak üzərində iddiaçının hər-hansı hüququ rəsmi reyestrdə qeydə alınmadığından, mübahisəli əmlak özəlləşdirilərkən iddiaçının həmin əmlakla bağlı üstünlük hüququ olmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd edilənlərdən əlavə bildirilir ki, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə balanssaxlayıcı təşkilat olan Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2006-cı il tarixli, x/o-206 nömrəli məktubu ilə razılıq verilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı 15 il ərzində mübahisənin predmeti olan əmlakın özəlləşdirilməsindən xəbərdar olmuşdur. Belə ki, T.ldrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında işə baxan məhkəmələrin mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməli olduğu bildirilmişdir. Qeyd edək ki, İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən ediiməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, həmin müqavilənin qanunsuz olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbi 3 hissədən ibarətdir: 1. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli 113 nömrəli sərəncamının ləğv edilməsi; 2. Komitə ilə bağlanmış xx.xx.2007-ci il tarixli 1371 nömrəli müqavilənin ünvan 1 ünvanında yerləşən 119,2 kv.m zirzəminin 42 kv.m hissəsində ləğv edilməsi; 3. Komitə tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 001665 nömrəli şəhadətnamənin ünvan 1 ünvanında yerləşən 119,2 kv.m zirzəminin 42 kv.m hissəsində ləğv edilməsi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq nəzərinizə çatdırılmışdır ki, iş üzrə iddia tələbinin mümkünlüyü məsələsinə qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddia tələbindən aydın olur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 001665 nömrəli şəhadətnamənin ünvan 1 ünvanında yerləşən 119,2 kv.m zirzəminin 42 kv.m hissəsində ləğv edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sözügedən şəhadətnamə mülki hüquqi əqd, yəni Komitə ilə bağlanmış xx.xx.2007-ci il tarixli 1371 nömrəli müqavilə əsasında tərtib edilmiş və verilmişdir, həmin müqavilənin bağlanmasına əsas qismində isə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli 113 nömrəli sərəncamı çıxış etməkdədir. Odur ki, şəhadətnamə bilavasitə müqavilə əsasında tərtib edildiyindən həmin müqavilə ləğv edilmədən şəhadətnamənin ləğvi məsələsinə baxıla bilməz. Mülki hüquqi əqdlərin isə inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilməsi yolverilməzdir. Yəni sözügedən alqı-satqı müqaviləsinin tərəfləri hazırkı münasibətdə xüsusi hüququn subyekti qismində müqavilə öhdəliklərinin icrası ilə bağlı yaranan mübahisənin tərəfləridir. Məlum olduğu kimi isə istənilən müqavilənin bağlanması, icrası və ya ləğv edilməsi ilə əlaqədar olan məsələlərin həll edilməsi qaydası Mülki Məcəllənin müvafiq müddəaları ilə müəyyən edilmişdir, yəni, tərəflər arasında hazırkı mübahisə üzrə müqavilə və onun əsasında verilmiş şəhadətnamənin ləğvi hissəsində iddia tələbi inzibati hüquq münasibətlərindən deyil, mülki hüquq münasibətlərindən qaynaqlanır. Başqa sözlə, hazırkı mübahisə müqavilə və onun əsasında verilmiş şəhadətnamənin ləğvi hissəsində inzibati mübahisə deyildir. Onun arzuladığı məqsədə mübahisələndirdi sərəncamın ona münasibətdə ləğvinə nail olduqdan sonra, alğı-satqı müqaviləsi və onun əsasında verilmiş şəhadətnamənin ləğvi ilə bağlı müvafiq iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə tələb irəli sürərək nail ola bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Yuxarıda göstərilənlərdən əlavə iddiaçıya xx.xx.2007-ci il tarixli sərəncama münasibətdə sözügedən sərəncamın ümumi xarakterli olması bildirilmişdir. Lakin sərəncamın mübahisələndirilməsi ilə bağlı da nəzərinə çatdırılmışdır ki, həmin hissədə iddia müddətlərinə əməl edilməsi vəziyyətinin yoxlanılması zərurəti vardır. Belə ki, İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Sözügedən sərəncam barədə hələ cavabdehlər “Uşaq Dünyası” kiçik müəssisəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki işə baxılarkən məlumatlı olmasına baxmayaraq (sözügedən mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5031/2021 nömrəli qətnaməsində sərəncama birbaşa olaraq istinad edilmişdir) xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən İPM-in 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Odur ki, iddiaçıya yuxarıda qeyd olunanlarla bağlı yazılı münasibətinin məhkəməyə bildirilməsi təklif edilmişdir. Yardım məktubu iddiaçının qeydiyyatda olduğu və özünün iddia ərizəsində qeyd etdiyi ünvana, həmçinin nümayəndəsi və vəkilinə göndərilmiş, vəkili tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı münasibətin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə hüququ marağı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 001665 nömrəli şəhadətnamənin ünvan 1 ünvanında yerləşən 119,2 kv.m zirzəminin 42 kv.m hissəsində ləğv edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sözügedən şəhadətnamə mülki hüquqi əqd, yəni Komitə ilə bağlanmış xx.xx.2007-ci il tarixli 1371 nömrəli müqavilə əsasında tərtib edilmiş və verilmişdir, həmin müqavilənin bağlanmasına əsas qismində isə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli 113 nömrəli sərəncamı çıxış etməkdədir. Odur ki, şəhadətnamə bilavasitə müqavilə əsasında tərtib edildiyindən həmin müqavilə ləğv edilmədən şəhadətnamənin ləğvi məsələsinə baxıla bilməz. Mülki hüquqi əqdlərin isə inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilməsi yolverilməzdir. Yəni sözügedən alqı-satqı müqaviləsinin tərəfləri hazırkı münasibətdə xüsusi hüququn subyekti qismində müqavilə öhdəliklərinin icrası ilə bağlı yaranan mübahisənin tərəfləridir. Məlum olduğu kimi isə istənilən müqavilənin bağlanması, icrası və ya ləğv edilməsi ilə əlaqədar olan məsələlərin həll edilməsi qaydası Mülki Məcəllənin müvafiq müddəaları ilə müəyyən edilmişdir, yəni, tərəflər arasında hazırkı mübahisə üzrə müqavilə və onun əsasında verilmiş şəhadətnamənin ləğvi hissəsində iddia tələbi inzibati hüquq münasibətlərindən deyil, mülki hüquq münasibətlərindən qaynaqlanır. Başqa sözlə, hazırkı mübahisə müqavilə və onun əsasında verilmiş şəhadətnamənin ləğvi hissəsində inzibati mübahisə deyildir. Onun arzuladığı məqsədə mübahisələndirdi sərəncamın ona münasibətdə ləğvinə nail olduqdan sonra, alğı-satqı müqaviləsi və onun əsasında verilmiş şəhadətnamənin ləğvinə nail ola bilər. İddia tələbinin xx.xx.2007-ci il tarixli sərəncama münasibətdə iddia müddətlərinə əməl edilməsi vəziyyətinin yoxlanılması zərurəti yaranmışdır. Sözügedən sərəncam barədə hələ cavabdehlər “Uşaq dünyası” kiçik müəssisəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki işə baxılarkən məlumatlı olmasına baxmayaraq (sözügedən mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5031/2021 nömrəli qətnaməsində sərəncama birbaşa olaraq istinad edilmişdir) xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Sözügedən sərəncam barədə hələ cavabdehlər “Uşaq dünyası” kiçik müəssisəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki işə baxılarkən məlumatlı olmanıza baxmayaraq (sözügedən mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5031/2021 nömrəli qətnaməsində sərəncama birbaşa olaraq istinad edilmişdir) xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmisiniz. Bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli, 2-1(102)-887/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2- 1(102)-1149/2023 nömrəli qərarlarında müddətlə bağlı məsələyə münasibətdə eyni hüquqi mövqedən çıxış etmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin 24.4-cü maddəsinə görə isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya məhkəmə tərəfindən yazılı şəkildə hüquqi yardım göstərilməklə dinlənilmə hüququ təmin edilmiş, qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və bununla da iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilməsi tamamlanmışdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli 113 nömrəli sərəncamının, Komitə tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 001665 nömrəli şəhadətnamənin, Komitə ilə bağlanmış xx.xx.2007-ci il tarixli 1371 nömrəli müqavilənin ünvan 1 ünvanında yerləşən 119,2 kv.m zirzəminin 42 kv.m hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2-1(112)-217/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-217/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver