Məhkəmə qərarları › İş №2-1(112)-217/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-217/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-217/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin etməməsi barədə hərəkətlərin qanunsuz hesab edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 1995-cı ilin mart ayından, yəni 4 yaşından İ tip (insulindən asılı) şəkərli diabet xəstəsidir. Sağlamlıq imkanları məhdud olduğuna görə 18 yaşınadək uşaqlar üçün verilən sosial müavinət almışdır. 18 yaşı tamam olduqdan sonra xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək ona 3-cü qrup əlillik verilmişdir. Əlillik təyinatı sonuncu dəfə xx.xx.2017-ci il tarixdə təyin edilmiş və 5 il müddətinə təyin olunduğundan xx.xx.2022-ci il tarixdə əlilliyin yenidən təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 və Reabilitasiya Xidmətinə müraciət edərək, xəstəliyini təsdiq edən sənədləri təqdim etmişdir. Əlilliyinin təyin edilməsindən imtinanın səbəbi: əlavə müalicəyə ehtiyacın olması Ətraflı İxtisaslaşdırılmış müalicə davam etdirilsin qeyd olunmuşdur. Tibbi-sosial ekspert komissiyasına 2022-ci ilin iyun ayından bugünə kimi mütəmadi olaraq müraciətlər edilsə də, tibbi-sosial ekspert komissiyası tərəfindən əsassız olaraq imtina verilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh xidmət tərəfindən qəbul edilərək, müayinə olunmuşdur. Xidmət əməkdaşlarının şifahi göstərişi ilə növbəti dəfə 20 saylı şəhər Poliklinikasının göndərişi əsasında Akademik M.A.Topçubaşov adına X6 müayinə olunmuşdur. Burada ona XBT-10 siyahısı üzrə İ79.2 yəni Digər rubrikalarda təsnıf olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya diaqnozu qoyulmuşdur. Bununla da 1 ay ərzində 3 dəfə doppler müayinəsindən keçirilmişdir. Lakin Forma 88-in göndərilməsinə tətbiq olunan məhdudiyyət səbəbindən qeyd edilən sənədin göndərilməsi mümkün olmamışdır. Cavabdehin etirazı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet. Diabetik polineyropatiya. Diabetik retinopatiya. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: insulindən asılı şəkərli diabet. Diabetik polineyropatiya. Diabetik retinopatiya” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet. Diabetik polineyropatiya. Diabetik retinopatiya. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: İnsulindən asılı şəkərli diabet. Diabetik polineyropatiya. Diabetik retinopatiya” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Gözlərin zədələnməsi ilə., İ tip. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə) , Tor qişanın diabetik angiopatiya Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), . Nevrasteniya, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07- E07.9,E10,E12,E15-E16.1 ,E22.0-E22.1 ,E23.0-E23.2,...” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet Diaqnozun mətni: insulindən asılı şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., insulindən asılı olan şəkərli diabet İ tip Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müalicəsi davam etdirilsin." səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə idarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Əsas diaqnoz E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İnsulindən asılı şəkərli diabet İ tip,çoxsaylı ağırlaşmalarla Ağırlaşma H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU- diabetik angiopatiyası. Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların diabetik angiopatiya. Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Diabetik nefropatiya. Ağırlaşma G63.2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polineyropatiya. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə) , VİS OD=0.7k\ilə=0.9,VİS OS=06k\ilə=0.9 OU-Diabetik retinopatiyası. Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, OU-Mürəkkəb miopik astiqmtizm. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Göndərişdə qeyd edilmiş köməkçi diaqnostik müayinə nəticələrinə əsasən xəstəyə ixtisaslaşmış müalicəni davam etdirməsi tövsiyə edilir.” səbəbi ilə imtina verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli, V00077754JİB nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “E10.7insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla, H35.0- fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OUdiabetik angiopatiyası, İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya, G63.2*-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), diabetik polineyropatiya, H36.0*diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), VİS OD=0.7k\ilə=0.9, VİS OS=06k/ilə=0.9, OU-diabetik retinopatiyası”qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, qərarında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2001-ci il tarixdə ilkin müayinə edilmiş və iki il müddətinə sağlamlıq imkanları məhdudluğunun təyini barədə qərar verilmişdir. xx.xx.2014-cü il tarixində təkrar müayinə zamanı bir il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2015-ci il tarixində təkrar müayinə zamanı bir il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmiş, xx.xx.2016-cı il tarixində şəxsin üçüncü dərəcə əlilliyi Əlillik Alt sistemi tərəfindən avtomatlaşdırılmış qaydada beş il müddətinə (xx.xx.2021-ci il tarixinə kimi) uzadılmışdır. xx.xx.2017-ci il tarixində onun əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan təkrar qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik müddəti başa çatdıqdan (xx.xx.2022-ci il tarixdən) sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün dövlət tibb müəssisəsi tərəfindən iki göndəriş rəsmiləşdirilmiş, həmin göndərişlər əsasında əlillik vəziyyəti xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy qatı kafi inkişaf etmişdir. Dili nəm, ərpsizdir. Əsas şikayətləri yanğı hissi, çoxlu maye qəbul etmədəndir. Deməsinə görə gün ərzində 30 vahid olmaqla bir dəfə Lantus, hər dəfə 20 vahid olmaqla 3 dəfə Novarapid inyeksiyası qəbul edir. Obyektiv müayinə zamanı hər iki aşağı ətrafda arteria pedis dorzalis və arteria tibialis anterior və posterior üzərində nəbz əllənir. Dəri temperaturu normaldır, tük örtüyü seyrəlib, dəri turqoru saxlanılıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılan dopler müayinəsi zamanı hər iki aşağı ətrafda bifazik axın müşahidə edilməklə, magistral damarların aterosklerozu diaqnozu müəyyən edilmişdir. Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji xəstəxanasının xx.xx.2023-cü il tarixli səhhətin müayinə aktında qanda kreatinin səviyyəsi 74 mmol/l, sidik cövhəri 4,7 mmol/l olmaqla “diabetik nefropatiya” diaqnozu müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılan oftolmoloqun müayinəsi zamanı ViS OU-0,7 (onda yeddi) k/etmir müəyyən edilir. Beləliklə şəkərli diabet nəticəsində hədəf orqanlarda əlilliyin təyininə əsas verən patofunksional ağırlaşmalar aşkar edilmir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə “diaqnoz əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T 699/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən “Bakı Baş Səhiyyə İdarəsi”nin xx.xx.2023-cü il tarixli Forma 088 göndərişində qeyd edilmiş əsas xəstəlik və hədəf orqanlarında olan ağırlaşmaları “Əsas diaqnoz: E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla. Ağırlaşmalar: H35.0- fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-diabetik angiopatiyası, İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya, G63.2*-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), diabetik polineyropatiya, H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), VİS OD=0.7k\ilə=0.9, VİS OS=06k/ilə=0.9, OU-diabetik retinopatiyası” diaqnozları xəstənin stasionarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:

11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları Qeyd. Orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır.

11.2. Şəkərli diabet. E10-E14 Qeyd. Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir.

11.2.1.insulindən asılı şəkərli diabet. E10 Qiymətləndirmə 11.2.1.1. 18 yaşınadək şəxslərdə birinci tip şəkərli diabet (ağırlaşmalar olmadan) (65 faiz, 5 il)

11.2.2. diabetik nefropatiya- N08.3* Qiymətləndirmə 11.2.2.1.diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİ mərhələ, XBÇ İ mərhələ (35-60 faiz,2 il) 11.2.2.2.diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİİ mərhələ, XBÇ ll mərhələ (65-80 faiz, 2 il) 11.2.2.3. diabetik nefropatiya, XBX lV mərhələ, XBÇ lll mərhələ adekvat effektiv əvəzedici terapiyanın (hemodializ, peritoneal dializ, böyrək köçürülməsi) aparılması şərtilə şəkərli diabetin digər ağır və aparılan müalicənin fəsadlarının olmadığı halda (90 faiz, müddətsiz) 11.2.2.4. diabetik nefropatiya, XBÇ V mərhələ, terminal mərhələ, adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyri-effektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması (100 faiz, müddətsiz)

11.2.3. diabetik retinopatiya- H36.0* Qiymətləndirmə 11.2.3.1.diabetik retinopatiya, qeyri-proliferativ və ya proliferativ önü (venoz anomaliyaların qoşulması – dəqiq görmə, əyrilik, kolibr rəqsi, çoxsaylı yumşaq və sərt eksudatlar, daha böyük retinal qansızmalar) və ya proliferativ (görmə sinirinin diskinin və (və ya) torlu qişanın digər hissələrinin neovaskulyarizasiyası, retinal, periretinal və intraviteral qansızmalar/hemoftalm, qansızma sahəsində və neovaskulyarizasiya boyu fibroz toxumanın əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin 0,1-dən çox və 0,3-ə qədər olması ilə (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu 40 dərəcəyə qədər, lakin 20 dərəcədən geniş (35-60 faiz, 2 il) 11.2.3.2. diabetik retinopatiya qeyri-proliferativ və ya preproliferativ və ya terminal (gözün ön kamerasının küncünün neovaskulyarizasiyası, ikincili rubeoz qlaukomanın əmələ gəlməsi ilə nəticələnən; torlu qişanın ayrılmasına səbəb olan traksion sindromlu vitreoretinal şvartların əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,05-ə qədər olması ilə və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu < 20 dərəcəyə qədər, lakin 10 dərəcədən geniş (65-80 faiz, 2 il) 11.2.3.3. diabetik retinopatiya proliferativ və (və ya) makulopatiyalar görmə itiliyi (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,04 aralığında, periferiyadan görmə sahəsinin daralması, fiksasiya nöqtəsindən radius boyu 10-0 dərəcə (85-100 faiz, müddətsiz)

11.2.4. diabetik polineyropatiya- G63.2* Qiymətləndirmə 11.2.4.1.təzahür edən sensomotor nevropatiya pəncənin parezi və (və ya) tarazlığın pozulması ilə və ya pəncə xorasının residivinin yüksək riskinin formalaşması və (və ya) təzahür edən xroniki ağrı sindromu ilə (35-60 faiz, 2 il)

11.2.5. diabetik periferik angiopatiya- İ79.2* Qiymətləndirmə 11.2.5.1.diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ İİ mərhələ (40 faiz, 1 il) 11.2.5.2.diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ İİİ mərhələ (80 faiz, 2 il) 11.2.5.3.diabetik makroangiopatiya hər iki aşağı ətrafda, qanqrenanın əmələ gəlməsi ilə, tələb olunanda hər iki ətrafın yuxarı hissədən amputasiyası və qan dövranının bərpa edilməsinin və protezləşdirilməsinin qeyri-mümkün olması ilə, XAÇ İV mərhələ (90-100 faiz,müddətsiz)

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu- xx.xx.2023-cü il tarixli, V00077754JİB nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla, H35.0fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-diabetik angiopatiyası, İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya, G63.2*-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), diabetik polineyropatiya, H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), VİS OD=0.7k\ilə=0.9, VİS OS=06k/ilə=0.9, OU-diabetik retinopatiyası”qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəliklər yuxarıda istinad edilən əsasnamənin 11.2-ci bəndin maddələrində təsbit edilmişdir və onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması iş materiallarında olan sənədlər və ekspert rəyi ilə təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T 699/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən “Bakı Baş Səhiyyə İdarəsi”nin xx.xx.2023-cü il tarixli Forma 088 göndərişində qeyd edilmiş əsas xəstəlik və hədəf orqanlarında olan ağırlaşmaları “Əsas diaqnoz: E10.7-insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla. Ağırlaşmalar: H35.0- fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-diabetik angiopatiyası, İ79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, diabetik nefropatiya, G63.2*-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), diabetik polineyropatiya, H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), VİS OD=0.7k\ilə=0.9, VİS OS=06k/ilə=0.9, OU-diabetik retinopatiyası” diaqnozları xəstənin stasionarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixli, V00077754JİB nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli, V00077754JİB nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar