Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2171/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı ölümün qeydə alınması və müvafiq ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ölümünün qeydə alınması və müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Nizami rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2-1(112)-2171/2021 saylı qərardadı ilə Cavabdehsı məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə (dəftərxana vasitəsi ilə) müraciət edərək, cavabdeh qismində Cavabdehsını göstərməklə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X6 28.04.1957-ci il tarixdə İmişli rayonu, Qulubəyli kəndində anadan olmuşdur. 31.03.2020-ci il tarixdə səhhətində ağırlaşma olmuşdur. Lakin təcili tibbi yardım gələrkən artıq vəfat etmişdir. Bakı şəhəri Təcili və X5 Stansiyasının 7 saylı bölmə tərəfindən Ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Nizami rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, X3 ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülərək, müraciətindən imtina edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinə ölüm faktının tanınmasına dair ərizə ilə müraciət etsə də, məhkəmənin 2(007)-1960/2020 saylı, 22.06.2020-ci il tarixli qərardadı ilə iddiasının qəbul edilməsindən imtina verilmiş və sənədlər geri qaytarılmışdır. Buna görə də, iddia tələbini inzibati qaydada məhkəmədə mübahisələndirməyə məcbur olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 16.06.2020-ci il tarixli № 05Q-675/15 saylı imtina məktubunun surətindən görünür ki, Nizami rayon qeydiyyat şöbəsi ərinin ölümünün qeydə alınması ilə bağlı ərizəsinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 10.2003-cü il tarixli, qərarı, ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm—faktını—təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdr. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 10.08.2020-ci il tarixli № 3021-01/12 saylı məktubun surətindən görünür ki, 31.03.2020-ci il tarixdə ölmüş X3 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə müraciətinə Bakı şəhər Baş Səhiyyə İdarəsində baxılmışdır. 28.04.1957ci il təvəllüdlü M.Əliyevin Bakı şəhəri 26 nömrəli Şəhər Poliklinikasına uzun müddət ərzində sağlamlıq vəziyyəti ilə bağlı heç bir müayinə və müalicə aparılmadığından, onun ölümünə səbəb olan halı müəyyən etmək mümkün olmamışdır. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 26 nömrəli şəhər Poliklinikasının 21.05.2020-ci il tarixli № 171 saylı Nizami rayon Məhkəməsinin sorğusuna cavab olaraq ünvanladığı məktubun surətindən görünür ki, ünvan 31, mənzil 47-də qeydiyyatda olmuş və Xətai rayonu, Kənd Əhmədli 6-cı X8 ev 6da yaşamış, 28.04.1957-ci il təvəllüdlü X6 uzun müddət 26 nömrəli şəhər poliklinikasına müraciət etməmiş və ölümün səbəbi sahə həkiminə məlum olmadığı üçün ona poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.06.2020-ci il tarixli 2(007)-1960/2020 saylı qərardadının surətindən görünür ki, ərizəçi İddiaçı “28 aprel 1957-ci il təvəllüdlü X2 31 mart 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə qəbul edilməkdən imtina edilmiş və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərar alınmışdır. - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1959-cu il təvəllüdlüdür, ünvan 4 ünvanında qeydiyyatdadır. - V – ЖГ № 493089 nömrəli nikah haqında şəhadətnamənin surətindən görünür ki, X6 və X7 13 fevral 1992-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1992-ci ilin 02 ayının 13 günündə 1313 АГ № ilə qeyd edilmişdir. - Bakı şəhəri Təcili və X9 Stansiyasının 7 saylı bölməsi tərəfindən Xətai rayon Prokurorluğunun sorğusu əsasında verilmiş 31.03.2020-ci il tarixli № 31 saylı arayışından görünür ki, 31 mart 2020-ci il tarixdə 11:06-da 6-cı Əhmədli Mirhəsanağa küçəsi 6, X4 adına olan çağırış yerinə gələn 7 saylı bölmənin həkimi Seyid Rzayev M. qoyduğu diaqnoz həkimə qədər ölüm, kişi cinsli meyid. Məhkəmə sorğusu əsasında Bakı şəhər 26 nömrəli şəhər poliklinikası tərəfindən təqdim olunmuş 14 aprel 2021-ci il tarixli № 145 saylı məktubun surətindən görünür ki, 1957-ci il təvəllüdlü mərhum X6 poliklinikaya müraciət etməyib və 10 ildən artıqdır ki, ünvan 5 ünvanında yaşamır. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, 31.03.2020-ci il tarixdə ünvan 6 ünvanında İddiaçı həyat yoldaşı, 28.04.1957-ci il təvəllüdlü X2 ölümü hadisəsi baş vermiş, iddiaçı həyat yoldaşının ölümü haqqında tibbi şəhadətnamənin verilməsi üçün mərhumun yaşayış yeri üzrə şəhər poliklinikasına müraciət etmiş, ərizə təmin edilməmiş, cavab olaraq Bakı şəhər Baş səhiyyə idarəsi 26 nömrəli şəhər poliklinikası tərəfindən ünvanlanmış 171 saylı, 21.05.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 31, mənzil 47-də qeydiyyatda olmuş və Xətai rayonu, Kənd Əhmədli 6-cı X8 ev 6-da yaşamış, 28.04.1957-ci il təvəllüdlü X6 uzun müddət 26 nömrəli şəhər poliklinikasına müraciət etməmiş və ölümün səbəbi sahə həkiminə məlum olmadığı üçün ona poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən ( yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 39cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1-ci bəndinə görə “ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X5 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun ( şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının ( həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən aşağıdakı hallarda tibbi şəhadətnamə patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; Həmin Qaydanın 4.5-ci bəndinə əsasən ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 4.7-ci bəndinə görə şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10) ” üzrə kodlaşdırılmalıdır. Həmin Qaydanın 4.8-ci bəndinə əsasən şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 (üç) nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Təcili və X5 stansiyasının 7 saylı bölməsinin verdiyi xəbərdarlıq vərəqəsinə əsasən 31 mart 2020-ci il tarixdə ünvan 6 ünvanında 28.04.1957-ci il təvəllüdlü X2 ölümü hadisəsinin baş verməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə uyğun olaraq tərtib edilməsi və mərhumun həyat yoldaşı, İddiaçı təqdim edilməsi vəzifəsi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 26 nömrəli Şəhər Poliklinikasının üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Təcili və X5 stansiyasının 7 saylı bölməsinin verdiyi xəbərdarlıq vərəqəsinə əsasən 31 mart 2020-ci il tarixdə ünvan 6 ünvanında 28.04.1957-ci il təvəllüdlü X2 ölümü hadisəsinin baş verməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə uyğun olaraq tərtib edilməsi və mərhumun həyat yoldaşı, İddiaçı təqdim edilməsi vəzifəsi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 26 nömrəli Şəhər Poliklinikasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2171/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2171/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver