Məhkəmə qərarları › İş №2-1(112)-2171/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2171/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2171/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəzaxilasetmə Xidmətinə qarşı “əmək haqqından tutulan məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun əmək haqqından tutulmuş məbləğin hesablanaraq ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21.10.1994-cü il tarixdən 16.02.2012-ci il tarixə kimi ondan gəlir vergisi kimi tutulmuş pulun Azərbaycan manatı məzənnəsi ilə tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1992-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə Xidmətində “Svetlomor-2” qəza-xilasetmə gəmisində aşpaz vəzifəsində işləmişdir. Eyni zamanda həmin müəssisədə digər əmək fəaliyyəti ilə də uzun müddət məşğul olmuşdur. İşlədiyi müddətdə atası Nəcəfqulu Rzaqulu oğlunun X4 iştirakçısı olması barədə cavabdeh təşkilata müvafiq arayış təqdim etmişdir. Lakin buna baxmayaraq, X7 iştirakçılarının və əlillərinin övladlarına dövlət tərəfindən verilən imtiyazı cavabdeh ona şamil etməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi tərəfindən verilmiş 115 saylı, 04.08.2021-ci il tarixli arayışından görünür ki, onun atası 1922-ci il təvəllüdlü, kapitan Nəcəfqulu Rzaqulu oğlu 1941-ci ildən 1945-ci ilədək X5 iştirak etmişdir, o, 25 noyabr 1945-ci il tarixdən 27 avqust 1956-cı ilədək “zabit” qismində SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir, “Hərbi ximətkeçmə haqqında” Əsasnamənin 59-cu maddəsinin “b” bəndinə əsasən (ştatı ixtisara düşdüyünə görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır, kapitan Nəcəfqulu Rzaqulu oğlu 10 sentyabr 1956-cı ildən SHXÇDX-nin Xəzər rayon idarəsində arxiv qeydiyyatındadır. Atası X4 iştirakçısı olsa da, onun övladlarına və dul qalmış arvadına qanunla nəzərdə tutulmuş imtiyazlar şamil edilməli olduğu halda, həmin qanun ona münasibətdə şamil olunmamışdır. İşlədiyi müddət ərzində ondan əsassız və qanunsuz olaraq aldığı əmək haqqıından gəlir vergisi tutulmuşdur. Həmin vaxt qüvvədə olan Vergilər Məcəlləsinə əsasən X7 iştirakçılarının arvadı və uşaqları vergi ödəmələrindən azaddırlar. İş üzrə cavabdehə sorğu verilmiş, cavabdehin 01.03.2022-ci il tarixli məktubundan aydın olur ki, 2008-ci ilin iyun ayından 2012-ci ilin dekabr ayına kimi 4965 manat gəlir vergisi tutulmuşdur. Cavabdehin imtinası qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı 17.10.2008-ci il tarixdən 20.02.2012-cı il tarixədək Xidmətin “Svetlomor-2" qəzaxilasetmə gəmisində aşpaz vəzifəsində işləmişdir. İddiaçı işlədiyi müddət ərzində atası X3 X4 iştirakçısı olması ilə bağlı Xidmətə heç bir sənəd təqdim etməmişdir. X7 iştirakçılarının və əlillərinin övladlarına verilən imtiyaz, Azərbaycan Respublikasının Vergi Məcəlləsində Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli № 1356-VQD nömrəli Qanununa əsasən edilmiş dəyişiklik üzrə 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Bununla əlaqədar, iddiaçının Xidmətdə əmək fəaliyyətində olduğu dövrdə əmək haqqından tutulmuş və dövlətə ödənilmiş vergilərin Xidmət tərəfindən geri qaytarılması mümkün deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə Xidməti tərəfindən İddiaçı ünvanlanmış 19.08.2021-ci il tarixli məktubda qeyd edilir: X8 Nazirliyinin Xəzər Hövzə Qəza-xilaselmə Xidmətinə ünvanladığınız müraciətinizə cavab olaraq bildiririk ki, Siz 17.10.2008-ci il tarixdən - 20.02.2012-cı il tarixinədək Xidmətin “Svetlomor-2" qəza-xilasetmə gəmisində aşpaz vəzifəsində işləmisiniz. İşlədiyiniz müddət ərzində atanız X3 X4 iştirakçısı olması ilə bağlı Xidmətə heç bir sənəd təqdim etməmisiniz. Məlumat üçün bildiririk ki, X7 iştirakçılarının və əlillərinin övladlarına verilən imtiyaz, Azərbaycan Respublikasının Vergi Məcəlləsində Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli № 1356-VQD nömrəli Qanununa əsasən edilmiş dəyişiklik üzrə 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Bununla əlaqədar, Sızın Xidmətdə əmək fəaliyyətində olduğunuz dövrdə əmək haqqınızdan tutulmuş və dövlətə ödənilmiş vergilərin Xidmət tərəfindən geri qaytarılması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin 04.08.2021-ci il tarixli 115 saylı arayışından görünür ki, İddiaçı mərhum atası 1922-ci il təvəllüdlü, kapitan X6 1941-ci ildən 1945-ci ilədək X5 iştirak etmişdir. O, 25.11.1945-ci il tarixdən 27.08.1956-cı il tarixədək “zabit” qismində SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. “Hərbi ximətkeçmə haqqında” Əsasnamənin 59-cu maddəsinin “b” bəndinə əsasən (ştatı ixtisara düşdüyünə görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Kapitan X6 10.09.1956-cı ildən SHXÇDX-nin Xəzər rayon idarəsində arxiv qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsinin 11.10.2021-ci il tarixli 134 saylı arayışından görünür ki, İddiaçı mərhum atası 1922-ci təvəllüdlü Nəcəfqulu Rzaqulu oğluna 20.01.1981-ci il tarixdə keçmiş Əzizbəyov RHK (SHXÇDX-nin Xəzər Rİ) tərəfindən J-519989 №-li X7 veteranının vəsiqəsi verilmişdir. Əsas: BVM iştirakçısının vəsiqələrinin verilməsi üzrə cədvəl səhifə 2, sıra sayı 48. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır (30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 102.2.5-ci maddədə “(ərlərinin)” sözündən sonra “və övladlarının” sözləri əlavə edilmişdir, həmin dəyişiklik 01.01.2019-cu ildən qüvvəyə minmişdir). Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 16.02.2012-cı il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2" qəza-xilasetmə gəmisində aşpaz vəzifəsində işləmişdir. Hazırda iddiaçı onun atası X7 iştirakçısı olduğu üçün 21.10.1994-cü il tarixdən 16.02.2012-ci il tarixə kimi ondan gəlir vergisi kimi tutulmuş pulun cavabdehdən tutularaq ona verilməsini tələb edir. Lakin iddiaçının tələb etdiyi gəlir vergisindən güzəştləri nəzərdə tutan norma Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 30 noyabr 2018-ci ildə əlavə edilmişdir və 01.01.2019cu ildən qüvvəyə minmişdir. İddiaçı isə 16.02.2012-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə Xidmətində tutduğu vəzifəsindən azad edilmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi güzəşt onun işlədiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar