Məhkəmə qərarları › İş №2-1(112)-2173/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2173/2020

09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2173/2020 09.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X6, X4, X7, X8 və X9 olmaqla) “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X6, X4, X7, X8 və X9 olmaqla) qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, 3-cü şəxslər X6, X4, X7, X8, X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 50.84 kv.metr olan mənzili müvafiq qaydada alqı-satqı ilə almışdır. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2017-ci il tarixində ******* nömrəli çıxarış verilmişdir. Qeyd edilən Çıxarış dövlət reyestrində 2363 nömrəli reyestr kitabının 220094 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin ünvanda olan ev onun xüsusi mülkiyyətindədir.ünvan 3ması zamanı xx.xx.2017-ci il tarixli 4Ə -112 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilədə vətəndaşlar X6, X4, X7, X8 və X1 olaraq özləri tərəfindən 2 (iki) il müddətinə müvəqqəti qeydiyyatda qalmalarını və bu müddət bitdikdən sonra qeydiyyatdan çıxacaqlarını bildirmişlər.xx.xx.2019-cu il tarixində müqavilədə qeyd edilmiş müddət bitdikdən sonra həmin ünvanda müvəqqəti qeydiyyatda qalan X6, X4, X7, X8 və X1 olaraq qeydiyyatdan çıxmamışlar.Həmin evin alınmasından və müvafiq qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra X6, X4, X7, X8 və X9 onunla birgə faktiki olaraq yaşamamışlar. Onlar Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Dəmiryolu dalanda özləri tərəfindən inşa edilmiş həyət evində yaşayırlar. Adı çəkilən şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə müaciət olunmuşdur.Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli 013-35984B nömrəli məktubunda Zabrat qəsəbəsi, N. Nərimanov küçəsi, ev 23, mənzil 187 ünvanında qeydiyyatda olan X6, X4, X7, X8 və X3 çıxarılmalar Sabunçu RPİ QMB-nin səlahiyyətinin olmadığı qeyd edilmişdir. Bu faktla bağlı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X5 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 08 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Digər tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 23 ünvanında yerləşən 187 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 23 ünvanında yerləşən 187 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı, **********81-05101-093087 reyestr nömrəli Çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********12 saylı, xx.xx.2020-ci il tarixli məktubla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş AN-İ saylı ******* saylı, 27 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X6 ünvan 4 ünvanında yerləşən 187 saylı mənzili İddiaçı satılmışdır. Həmin alqı-satqı müqaviləsinin 13-cü bəndindən görünür ki, X6 qeydiyyatda olan digər ailə üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixdən həmin ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində sorğular bölməsində şəxsiyyət vəsiqəsi məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü X9, xx.xx.1964-cü il təvəllüdlü X6, xx.xx.1989-cu il təvəllüdlü X7 və xx.xx.1991ci il təvəllüdlü X8 ünvan 5 ünvanında qeydiyyatdadırlar. İşin hallarından görünür ki, iddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatlarının formal olması ilə əsaslandırır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 073-35984B saylı imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları barədə müraciətinə baxılmış, qeydiyyatdan çıxarılmanın səlahiyyətləri daxilində olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı 27 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 23 ünvanında yerləşən 187 saylı mənzili iş üzrə üçüncü şəxs X2 almışdır və mənzil üzərində onun mülkiyyət hüququ 06 noyabr 2017-ci il tarixdə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Mənzil həmin tarixdən iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, keçmiş mülkiyyətçi X6 və onun ailə üzvləri X4, X7, X8 və X9 bu günədək iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin həmin mənzildə yaşamaması, qeydiyyatlarının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X6, X4, X7, X8 və X9 iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 23 ünvanında yerləşən 187 saylı mənzildəalqı-satqı müqaviləsi bağlanan vaxtdan yaşamadıqları halda üçüncü şəxslərin həmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 23 ünvanında yerləşən 187 saylı mənzildənqeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 23 ünvanında yerləşən 187 saylı mənzildən X6, X4, X7, X8 və X3 qeydiyyatdan çıxarılmaları vəzifəsiBakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar