Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2174/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X36 iştirakları ilə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X54 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********122 saylı və xx.xx.2021-ci il tarixli **********0120 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********0122 saylı və xx.xx.2021-ci il tarixli **********0668 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli **********122 saylı və xx.xx.2021-ci il tarixli **********0120 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarına əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərarlar vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən hesab edir ki, ləğv olunmalıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçı barədə operativ vergi nəzarəti həyata keçirilmiş, nəticədə xx.xx.2021-ci il tarixli 004751 və 004752 nömrəli aktlar tərtib olunmuş, aktlar əsasında mübahisələndirilən qərarlar çıxarılmışdır. Həmin qərarlara əsasən iddiaçı barədə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə müvafiq olaraq 28000 manat və 34000 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən maraqlı şəxslərin inzibati orqana ərizə və ya şikayətlə müraciət etmək, inzibati icraatda şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak etmək, inzibati icraatın hərtərəfli, tam və obyektiv aparılmasını və qanunsuz inzibati aktın ləğv olunmasını tələb etmək, inzibati orqanın qərarlarından yuxarı inzibati orqana və (və ya) məhkəməyə müraciət etmək hüquqları müəyyən olunmuşdur. İddiaçı guya, şadlıq evində işləyib, əmək müqaviləsi olmayan və izahatları vergi əməkdaşları tərəfindən məcburi alınan şəxsləri araşdırmış və məlum olmuşdur ki, onlardan X16 nağara ifaçısıdır və şadlıq evinə heç bir aidiyyəti yoxdur, bəy və gəlini evdən çıxarkən müşayiət etmiş, həmin gün əllərini yumaq üçün şadlıq sarayına daxil olmuş və ordan çıxarkən vergi əməkdaşları tərəfindən saxlanılaraq qeyri-qanuni işçi kimi izahatı alınmışdır. X23 aparatla şəkil çəkən zaman yaxalanmış və məcburi şadlıq sarayının qeyri-qanuni işçisi kimi izahatı alınmış, iddiaçı onu məcburən işçi kimi əmək müqaviləsi ilə qeydiyyata almasına baxmayaraq o, bir dəfə də olsun bu günə kimi şadlıq sarayına işçi qismində gəlməmişdir. X4 və X24 isə şadlıq evinin işçisi X2 bacısı və bacısı oğludur, onlar da qohumu ilə görüşməyə gələrkən vergi əməkdaşları tərəfindən saxlanılaraq guya orda çalışan qeyri-qanuni işçilər kimi məcburi izahatları alınmışdır. X17 isə qonşuluqda yerləşən “Rifah” market mağazasından çıxarkən musiqinin səsini eşidib maraq üçün şadlıq sarayına girmiş və orda vergi əməkdaşları tərəfindən, guya işçi kimi izahatı alınmışdır. Belə ki, həmçinin həmin qərarda izahatları alınmış 18 nəfərlə əlaqə yaradılaraq onlardan ərizələr alınmış və onlar öz ərizələrində iddiaçının müəssisəsi ilə heç bir əlaqələrinin olmadıqlarını və tərtib edilmiş aktın, maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişlər. İzahatları alınmış 9 nəfər X25, X50, X26, X6, X37, X9, X7, X27, X51 ümumilikdə axtarıb tapa bilməmişlər, çox güman ki, toy mərasiminə gələn qonaqlardan olmuşlar. İzahatları vergi əməkdaşları tərəfindən məcburi alınmış və adlarını məcburən işçi kimi əmək müqaviləsilə qeydiyyatdan keçirdiyi şəxslərin çoxu şadlıq sarayının işçiləri kimi bir gün də olsa, gələrək işləməmişlər, yəni onların şadlıq sarayı ilə demək olar ki, heç bir iş əlaqələri yoxdur. Həmçinin qeyd etmək istəyir ki, həmin gün izahatları alınmış şəxslərin əksəriyyəti vergi əməkdaşlarının davranışlarından öz narazılıqlarını bildirmiş və onlardan alınan izahatları vergi orqanının əməkdaşlarından çəkindikləri üçün imzaladıqlarını bildirmişlər. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Cavabdeh iddiaya dair etirazında və ona əlavədə bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X54 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8388 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov (Sahil qəs), 7D ünvanında yerləşən “Kral’’ şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 17 (on yeddi) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004752 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 16 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Bir nəfər şəxs isə izahat verməkdən imtina etmiş və bu hal müvafiq aktla rəsmiləşdirilmişdir. Əlavə olaraq, iddiaçı da izahat verərək 17 (on yeddi) nəfər şəxsin əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0122 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 34.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə Baş idarənin xx.xx.2021-ci il tarixli **********555100 nömrəli məktubu ilə vergi ödəyicisinə göndərilmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, **********0120 saylı qərar Baş İdarənin xx.xx.2021-ci il tarixli, **********7892 saylı qərarı ilə ləğv edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********0120 və **********0122 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********0122 və xx.xx.2021-ci il tarixli **********0668 saylı qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli **********0668 saylı qərara dair bildilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X54 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8387 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Emin Quliyev 45N ünvanında yerləşən “Tural” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 12 (on iki) nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, 2 (iki) nəfəri isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən, ümumilikdə 14 (on dörd) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004751 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 13 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Bir nəfər şəxs isə ailəsində problem olduğunu əsas gətirərək iş yerini tərk etmiş və bu səbəbdən izahat verməmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0120 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 28.000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Sonradan qəbul edilmiş qərara yenidən baxılaraq, **********0120 nömrəli məsuliyyətə cəlb etmə qərarı ləğv edilərək, 3 nəfər fiziki şəxsə (1.X17 (FİN 6HL6GSB) 2.X9 (FİN 0U8PJVM) 3.X27 (FİN 1WFWSZ) görə tətbiq edilən maliyyə sanksiyası ləğv edilmiş, xx.xx.2021-ci il tarixdə **********0668 nömrəli məsuliyyətə cəlb etmə qərarı qəbul edilmiş, Baş İdarənin **********272700 nömrəli məktubu ilə iddiaçıya göndərilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) ayrıayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və dəqiqləşdirilmiş iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraza və ona əlavəyə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahatında iddiaçıya məxsus “Kral’’ şadlıq evində yoxlama keçirilən gün fotoqraf işləyən dostuna flaş kart gətirdiyini, X52 yoxlama keçirilən gün atasının dostunun qızının toy mərasimdə iştirak etdiyini, X10 dostu ilə görüşməyə gəldiyini, X16 və X28 qonaq kimi toy mərasiminə gəldiklərini, izahatları alınan zaman vergi orqanı əməkdaşlarının onların həmin şadlıq sarayının işçisi olduğunu zənn edərək yanlış olaraq izahatlarını aldıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən vergi orqanının əməkdaşı X29 izahat verərək bildirmişdir ki, Bakı şəhəri X54 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8388 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov (Sahil qəs), 7D ünvanında yerləşən “Kral’’ şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirində iştirak etmiş, bu zaman 17 (on yeddi) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinin müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004752 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla və ona əlavə ilə rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 16 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Bir nəfər şəxs isə izahat verməkdən imtina etmiş və bu hal müvafiq aktla rəsmiləşdirilmişdir. Əlavə olaraq, iddiaçı da izahat verərək 17 (on yeddi) nəfər şəxsin əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. İddiaçı özü onları təqdim edərək əmək müqaviləsi olmayan şəxslərin şəxsiyyət vəsiqələri əsasında onların şəxsiyyəti müəyyən edilmiş, könüllü şəkildə izahatları alınmışdır. Şəxslərin əksəriyyəti izahatları bir-birinə baxaraq yazdıqları üçün əksəriyyətinin məzmunu eynilik təşkil edə bilər. İzahat alınan zaman həmin şəxslərə qarşı heç bir təzyiq və ya məcburetmə halı müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən vergi orqanının əməkdaşı X38 izahat verərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X54 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8387 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Emin Quliyev 45N ünvanında yerləşən “Tural” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirində iştirak etmiş, bu zaman 12 (on iki) nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, 2 (iki) nəfəri isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən, ümumilikdə 14 (on dörd) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004751 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 13 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Bir nəfər şəxs isə ailəsində problem olduğunu əsas gətirərək iş yerini tərk etmiş və bu səbəbdən izahat verməmişdir. İzahat alınan zaman həmin şəxslərə qarşı heç bir təzyiq və ya məcburetmə halı müəyyən edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ********** VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0122 saylı qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 17 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 34000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. - Cavabdehin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********8391 saylı xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, iddiaçıdan yoxlamanın keçirilməsi üçün zəruri sənədlər tələb edilmişdir. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********8388 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarından görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: şadlıq evlərinin xidmətləri) həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov (Sahil qəs.) 7D ünvandakı obyektdə “Kral” şadlıq sarayı (110213722-11002) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211591101 saylı çıxarışdan görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: şadlıq evlərinin xidmətləri) həyata keçirdiyi “Kral” şadlıq sarayında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vergi nəzarətinin keçirilməsi qeydiyyata alınmışdır. - Cavabdehin xx.xx.2021-ci il tarixli 004752 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” tərtib edilən aktdan və ona əlavədən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 17 nəfər fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçı barədə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyası üçün tədbirlərin görülməsi təklif olunmuş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. X13 izahat verməkdən imtina etmiş və bu hal operativ vergi nəzarətini aparan şəxslər tərəfindən müvafiq aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. - İddiaçının xx.xx.2021-ci il tarixli vergi orqanına yazdıgı izahatından görünür ki, o, izahatında adlarını göstərdiyi 17 nəfər şəxslə pandemiya dövründə şadlıq sarayının fəaliyyətinə yeni icazənin verilməsi, həmin şəxslərin davamlı olaraq işə gəlməməsi, təcrübəsinin kifayət qədər olmaması səbəbindən əmək və ya xidməti müqavilə bağlamadıgını, qisa müddət ərzində həmin şəxslərlə müqavilə bağlanacagını bildirmişdir. - Operativ vergi nəzarəti tədbiri zamanı 16 nəfər fiziki şəxsdən alınmış izahatlardan görünür ki, onlar əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. - Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0120 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 24000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 2 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. - Cavabdehin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********8392 saylı xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, iddiaçıdan yoxlamanın keçirilməsi üçün zəruri sənədlər tələb edilmişdir. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********8387 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarından görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: şadlıq evlərinin xidmətləri) həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Emin Quliyev, 45N ünvandakı obyektdə “Tural” şadlıq sarayı (**********-11001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211591102 saylı çıxarışdan görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: şadlıq evlərinin xidmətləri) həyata keçirdiyi “Tural” şadlıq sarayında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vergi nəzarətinin keçirilməsi qeydiyyata alınmışdır. - Cavabdehin xx.xx.2021-ci il tarixli 004751 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” tərtib edilən aktdan və ona əlavədən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq 12 (on iki) nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, 2 (iki) nəfəri isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən, ümumilikdə 14 (on dörd) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, iddiaçı barədə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyası üçün tədbirlərin görülməsi təklif olunmuş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. - X72 ailəsində problem olduğunu əsas gətirərək iş yerini tərk etmiş və bu səbəbdən izahat verməmiş, bu hal operativ vergi nəzarətini aparan şəxslər tərəfindən müvafiq aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. - İddiaçının xx.xx.2021-ci il tarixli vergi orqanına yazdıgı izahatından görünür ki, o, izahatında adlarını göstərdiyi 14 nəfər şəxslə pandemiya dövründə şadlıq sarayının fəaliyyətinə yeni icazənin verilməsi, həmin şəxslərin davamlı olaraq işə gəlməməsi, təcrübəsinin kifayət qədər olmaması səbəbindən əmək və ya xidməti müqavilə bağlamadıgını, qisa müddət ərzində həmin şəxslərlə müqavilə bağlanacagını bildirmişdir. - Operativ vergi nəzarəti tədbiri zamanı 13 nəfər fiziki şəxsdən alınmış izahatlardan görünür ki, onlar əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. - Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” xx.xx.2021-ci il tarixli **********7892 saylı qərarından görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0120 saylı qərar ləğv edilmişdir. - Cavabdehin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********0123 saylı tələbnaməsindən görünür ki, büdcəyə ödənilməli olan 34000 manat vəsaitin xx.xx.2021-ci il tarixə kimi ödənilməsi tələb edilmişdir. - Cavabdehin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********0121 saylı tələbnaməsindən görünür ki, büdcəyə ödənilməli olan 28000 manat vəsaitin xx.xx.2021-ci il tarixə kimi ödənilməsi tələb edilmişdir. - Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0668 saylı qərarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 22000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. - İddiaçının Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə ünvanlanmış məktubundan görünür ki, o, 27 nəfər işçiyə görə vurulmuş ziyanı ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. - Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Azərbaycah Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 27 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı Füzuli oğlu barəsində istintaq olunan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli 395-VİQR nömrəli qərarı ilə qəbul edilmiş amnistiya aktına əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsilə xitam verilmiş, vətəndaş X45, X39, X11, X18, X30, X31, X3, X5, X19, X73, X12, X10, X53, X23, X26, X4, X20fu, X32, X8, X52, X37, X33, X16, X34, X59, X15 və X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin (xidmətlərin) yerifıə yetirilməsinə cəlb edilmələri nəticəsində ödənilməkdən yayındırılmış 800,03 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, 61,54 manat icbari tibbi sığorta haqlarının isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olan hesablarına köçürülməsinin təmin olunması üçün müvafiq hesabatların alınması, habelə gələcəkdə analoji halların baş verməsinin qarşısının alınmasından ötrü vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamələrin nəzarətdə saxlanılması və işçi sayında azalmaq olduğu halda, məlumatın dəqiqləşdirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X54 Üzrə Baş İdarəsinə tapşırılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;(...) 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.10 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 219.3. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. 219.4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından asılıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin edilibedilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə müqavilə mövcud olmadan fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. Hazırkı işin aşağıdakı faktiki halları ilə isə fiziki şəxslərin iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə əmək müqaviləsi olmadan işə cəlb edildiyini, nəticədə iddiaçının vergi pozuntusunda təqsirini təsdiq edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********8387 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: şadlıq evlərinin xidmətləri) həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Emin Quliyev 45N ünvanındakı “Tural” şadlıq evində, cavabdehin xx.xx.2021-ci il tarixli **********8388 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən isə iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: şadlıq evlərinin xidmətləri) həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov (Sahil qəs.) 7D ünvandakı “Kral” şadlıq sarayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır. Nəticədə, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0122 saylı qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 17 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 34000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0668 saylı qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 22000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarları qanuni və əsaslı olmuşdur. İddiaçının iddia tələbinin əsasını cəmi 27 nəfər şəxsin onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Kral” və “Tural” şadlıq saraylarında işləməməsi, həmin şəxslərin vergi orqanının əməkdaşlarından çəkindikləri üçün izahat vermələri təşkil edir. Lakin məhkəmə iclasında şahid qismində dindirilən X23 şadlıq sarayında yoxlama keçirilən gün fotoqraf işləyən dostuna flaş kart gətirdiyini, bu zaman vergi orqanı işçilərinin onu həmin şadlıq sarayının işçisi olduğunu zənn edərək, izahatının alındıgını bildirsə, iddiaçının məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində videoçəkənlə dost olduğu üçün onunla görüşərək hal-əhval tutmaq üçün gəldiyini yazmışdır. Həmçinin də məhkəmə iclasında şahid qismində dindirilən X52 şadlıq sarayında yoxlama keçirilən gün atasının dostunun qızının toy mərasimində iştirak etdiyini, bu zaman vergi orqanı işçilərinin onu həmin şadlıq sarayının işçisi olduğunu zənn edərək, izahatının alındıgını bildirsə, iddiaçının məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində şadlıq sarayında kababçı kimi işləyən qardaşı ilə görüşməyə gəldiyini yazmışdır. Bundan başqa, digər şahidlərin də iş materiallarındakı ərizələri ilə notarial qaydada təsdiq edilmiş ərizələri arasında ziddiyyətli məqamlar olduğu üçün məhkəmə tərəfindən həmin şəxslərin iddiaçı ilə faktiki əmək münasibətlərində olmamaları barədə ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, ərizələrinə zidd olaraq, şahidlər vergi orqanı tərəfindən aparılmış yoxlama zamanı verdikləri izahatlarında iddiaçı ilə faktiki əmək münasibətlərin olmamalarını, lakin əmək və ya xidməti müqavilə bağlamadıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahatında iddiaçıya məxsus “Kral’’ şadlıq evində yoxlama keçirilən gün fotoqraf işləyən dostuna flaş kart gətirdiyini, X52 yoxlama keçirilən gün atasının dostunun qızının toy mərasimdə iştirak etdiyini, X10 dostu ilə görüşməyə gəldiyini, X16 və X28 qonaq kimi toy mərasiminə gəldiklərini, izahatları alınan zaman vergi orqanı əməkdaşlarının onların həmin şadlıq sarayının işçisi olduğunu zənn edərək yanlış olaraq izahatlarını aldıqlarını bildirmişlər. Qeyd olunan şəxslər vermiş olduqları məcburi alınması iş materialları ilə sübut olunmayan izahatlarında fəaliyyətdə olan obyektlərin işçiləri kimi iddiaçı tərəfindən işə cəlb edildiklərini vergi orqanına təqdim etmiş, vergi orqanı da həmin məlumatlar əsasında iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, həmin qərarın qəbul edilməsində iddiaçının izahatı məhkəmə hesab edir ki, həlledici olmuşdur. İddiaçı isə verilən izahatların məcburi olaraq alınması barədə iddiasında qeyd etsə də, məhkəmə araşdırması zamanı məcburetmənin nədən ibarət olması müəyyən edilməmiş, vergi orqanın yoxlamada iştirak etmiş əməkdaşlarının da şahid qismində dindirilərkən hər hansı məcburiyyət tədbirlərini həyata keçirdiyini aşkar etməmişdir. Qeyd olunan hal isə iddiaçının dəlillərinin həqiqəti əks etdirmədiyini və vergi məsuliyyətindən yayınma ilə bağlı müdafiə xarakterli dəlil kimi məhkəmənin qiymətləndirmə aparılması üçün əsas verir. İzahatların psixoloji təsir altında alınması ilə bağlı qeyd olunanların həqiqəti əks etdirməyini məhkəmə onunla təsdiq edir ki, qeyd olunan hallar yalnız iddiaçının və faktiki işə cəlb edilmiş şəxslərin izahatında öz əksini tapmış, psixoloji təsirə məruz qalmanı təsdiq edəcək digər sübutlar məhkəməyə təqdim edilməmiş, vergi yoxlamasında iştirak edən şəxslər isə məhkəməyə verdiyi izahatlarında işçilərin izahatı alınarkən heç bir təzyiqin mövcud olmadığını qeyd etmişdir. Buna görə də məhkəmə hesab edir ki, izahatlardan əlavə məcburetmə ilə bağlı halı təsdiq edəcək heç bir əsaslı sübut məhkəməyə təqdim edilmədiyindən həmin halın mövcudluğu öz təsdiqini tapmır. Eyni zamanda, iddiaçının dəlilləri onun tərəfindən operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktları və ona əlavələri imzalamaqla, iddiaçının xx.xx.2021-ci il tarixli vergi orqanına yazdıgı izahatı, habelə Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə ünvanlanmış məktubu ilə təkzib edilir. Hansılarda ki, iddiaçı vergi orqanı tərəfindən aparılmış ibtidai istintaq zamanı 27 nəfər şəxslə faktiki əmək münasibətlərində olsa da, müxtəlif səbəblərdən onu rəsmiləşdirmədiyini etiraf etmiş, dəymiş ziyanı ödəmiş və sonda ərizə ilə cinayət işi üzrə icraata xitam verilməsini istintaq orqanından xahiş etmişdir. Nəticədə, Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 27 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı Füzuli oğlu barəsində istintaq olunan cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbində işin faktiki hallarına dair halların, mövcud olmadığı öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar göstərilmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2021-ci il tarixli **********0122 saylı və xx.xx.2021-ci il tarixli **********0668 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarının ləğv edilməsi” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8
Hakim Mehriban Qarayeva