Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2174/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon Bələdiyyəsinə qarşı “Bakı şəhəri Xətai rayon, Xətai Bələdiyyəsinin №18.05/13-648A nömrəli qərarının ləğv edilməsi ” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Xətai rayon Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri Xətai rayon, Xətai Bələdiyyəsinin №18.05/13-648A nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayonu R.Məmmədov küçəsi 26, 122 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. 2021-ci ildən 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə bu mənzildə yaşayırlar. Bu günə kimi 82 saylı Mənzil İstismar Sahəsinə hər il mənzil yığım pulunu ödəyir. Belə ki, 22 avqust 2023-cü il tarixdə Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərəfindən zəng olunaraq xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Bələdiyyəsinin 646A nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərarın qəbul edildiyini və 208.2 manat məbləğndə pul vəsaitinin Xətai Bələdiyyəsinə ödənilməli olduğu bildirmişdir. Yalnız bu zaman iddiaçıya məlum olmuşdur ki, Xətai Bələdiyyəsi əsassız olaraq barəsinə №18.05/13-648A nömrəli qərar qəbul edərək icra olunması üçün aidiyyatı üzrə Xətai rayon İcra şöbəsinə göndərmişdir. Həyətyanı sahələrin abadlaşdırılması və bina daxilində müəyyən işlərin görülməsi ilə əlaqədar dəfələrlə Xətai rayon Bələdiyyəsinə şifahi şəkildə müraciət etmiş, lakin bildirilib ki, bu işlərə baxmırlar. Bələdiyyə tərəfindən iddiaçıya hər hansı bir bildiriş tədiyyə (xəbərdarlıq) göndərilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının İX-cu fəsli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, “İnzibati icraatı haqqında” Azərbaycan Respublikasının Qanunu, İnzibati Xətalar Məcəlləsi, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Bələdiyyələrinin vergi xidməti orqanı haqqında Əsasnamə”, Azərbaycan Respublikasının Vergi Məcəlləsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərinin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait” və digər hüquqi aktlar yerli (bələdiyyə) vergilərinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı yaranan iqtisadi və digər münasibətləri tənzimləyir. Yerli vergilər(bələdiyyə vergiləri) dövlət vergi sisteminin tərkib hissəsidir. “Bələdiyyələrinin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 17 iyun 2003-cü il tarixli Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamənin 1.3-cü maddəsinə əsasən, bu Əsasnamədə istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada təfsir edilir.” Yuxarıda qeyd edilən qanunvericiliyə əsaslanaraq Xətai rayon, Xətai bələdiyyəsi şikayətçinin tələblərini əsassız hesab edir. Belə ki, İddiaçı Azərbaycan Respublikasının vergi qanunvericiliyinin əmlak vergisi ilə bağlı öhdəliyindən bilərəkdən yayınmış və yerinə yetirməmişdir. İddiaçı illər öncə əmlakına dair mülkiyyət haqqında şəhadətnaməni əldə etsə də yerli vergi xidməti orqanında uçota alınmaq barədə bilərəkdən müraciət etməmişdir. İddiaçı Konstitusiyanın 73.1-cimaddəsini, Vergi Məcəlləsinin 11-ci, 77.1,77.3-cü, 77-1.1 və 15.1.2-1 –ci və 34.3-cü , 200.5-ci maddələrinin tələblərini bilərəkdən pozmuşdur. Vergi Məcəlləsinin 50.2.2, 50.2.3 və 83.2.4-cü maddələrinin tələblərinə uyğun olaraq mənbəyi məlum olan mənbədən məlumatları əldə edilmiş, həmin Məcəllənin 32, 32.4-cü, 85-ci, 59.1-ci və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərinin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait”ə əsasən uçota almış və vergi ödəyicisinə borc məbləgini və faizləri əks etdirən tədiyyə bildirişlərini son olaraq 2020-ci ildən etibarən dəfələrlə göndərilmişdir. Lakin o,vergini ödəməklə bağlı hər hansı bir addım atmamışdır. xx.xx.2021-ci il tarixdə həmin mənzili notariat qaydada alqı-satqı yolu ilə X3 almışdır. Mənzilin əvvəlki mülkiyyətçisi əmlak vergisini ödəmədən İddiaçı satmışdır. Satıcı və alıcı bu barədə vergi xidməti orqanına qanunvericiliyin tələblərinə əsasən hər hansı bir məlumat verməmişlər. Faktiki olaraq son 2020-ci ildən həmin ünvana Ş.Kazımovun adına əmlak vergisi hesablanmış Tədiyyə bildirişi, xəbərdarlıq, inzibati akt göndərilməsinə baxmayaraq şikayətçı buna göz yumaraq susmuşdur. Hətta həmin mənzilin qapısını bələdiyyənin əməkdaşına açan şəxs xx.xx.2023-cü il, saat 15-00 kirayəçi olduğu bildirərək mənzilin sahibi ödəniş etmək fikrində deyil demişdir. Poçt xidməti vasitəsilə həmin ünvana göndərilmiş xx.xx.2023-cü il tarixli sifarişli inzibati akt olan zərfin geri qaytarılan hissəsində xx.xx.2023-cü il tarixində Kazımov yazaraq imzaları ilə təsdiq etmiş və məktubu qəbul etmişlər. Yəni iddiaçı qanunvericiliyin tələbini bir neçə dəfə pozmuşdur. Vergi Xidmətinin əməkdaşını aldatmaq, mənzilin 2021-ci ildən onun adında olmasına baxmayaraq Kazımovun yerinə imza etmək. Bələdiyyənin əməkdaşları tərəfindən Kazımova verginin ödənilməsi barədə məlumat verildikdə isə o 2021-ci ildə həmin əmlakı satdığını, İddiaçı vergini ödəməli olduğunu bildirsə də sonuncu ödəməyəcəyəm, verin icraya deməklə kifayətlənmişdir. Yuxarıda göstərilənlərə əsasən onun vergi öhdəliyindən son 2021-ci ildən xəbəri olmuşdur. Son olaraq xx.xx.2023-cü il tarixində iddiaçının ünvanına qoyulmuş Tədiyyə bildirişi və Xəbərdarlığın kötüyündə bələdiyyənin vergi ağenti tərəfindən verginin ödənilməsindən imtina edilməsi barədə imza edilməklə qeydlər aparılaraq vergi xidmətinin vəzifəli şəxslərinə təqdim edilmişdir. Bundan sonra 08.02 2023-cü il tarixində iddiaçıya 00066 nömrəli İnzibatı Akt tərtib edilərək sonuncu Xəbərdarlıq edilmişdir. Akt qanunvericiliyin tələbinə əsasən poçt vasitəsilə iddiaçının ünvanına göndərilmişdir. İnzibatı akta, yaxud aktın ayrı-ayrı hissələrinə öz etirazını yazılı şəkildə 30 gün müddətində bildirməsi onun nəzərinə çatdırılmışdır. Lakin iddiaçı 30 gün müddətində Akta, yaxud Aktın ayrı-ayrı-hissələrinə öz etirazını bildirməmiş və aktda göstərildiyi kimi onunla bağı xx.xx.2023-cü il tarixində qərar qəbul ediləcəyi gün bələdiyyədə iştirakı haqqında bildirilsə də gəlməmişdir. Nəhayət, vaxt axını keçdikdən sonra xx.xx.2023-cü il tarixli, bələdiyyənin vergi xidməti orqanının təqdimatı əsasında bələdiyyə tərəfindən xx.xx.2023-cü il tarixində 18.05/13-648 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarın 3-cü bəndinə əsasən qanunamüvafiq qaydada qərar barədə iddiaçıya məlumat verilsə də nəticəsiz qaldığından Qərarın məcburi icra olunması məqsədilə xx.xx.2023-cü il tarixində Xətai İcra şöbəsinə 01/526 nömrəli məktubla müraciət edilmişdir. Mənzilin əvvəlki mülkiyyətçisi Şakir Kazımov alqı-satqı müqaviləsini bələdiyyəyə təqdim etdikdən sonra Xətai icra şöbəsinin icraatında olan 18.05/13-648 nömrəli iş geri qaytarılmışdır. Bundan sonra iddiaçı ilə bağlı 18.05/13- 648A nömrəli Qərar qəbul edilmişdir. Qərar barədə iddiaçıya bildirilsə də o “verin icra şöbəsinə” demişdir.Cavabdeh göstərilənlərə əsasən Xətai bələdiyyəsinin xx.xx.2023-cü il tarixli , 18.05./13-648 A nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsin əsasən:
- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 32.1.mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2. aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır.
İş materiallarında olan:
AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. ********** qeydiyyat nömrəli, xx.xx.2021-cı il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir Xətai rayon Xətai Bələdiyyəsinin 18.05/13-648A nömrəli, 31 iyul 2023-cü il tarixli Qərarına əsasən, ümumilikdə hesablanmış 138.20 manat, maliyyə sanksiyası üzrə 70.00 manat, ümumilikdə 138,20 manat borc məbləğinin İddiaçı tutulub Xətai Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlərin görülməsi və öhdəliklərin icra olunması üçün Bakı şəhəri Xətai raqyon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon icra şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Bakı şəhəri Xətai Bələdiyyəsinin 648A nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı 208.2 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Xətai rayon Xətai Bələdiyyəsini xeyrinə ödənilməlidir. Xətai rayon İcra şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 189193/2023-4k nömrəli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, iddiaçıdan Bakı şəhəri Xətai Bələdiyyəsinin 648A nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə əlavə olaraq Mənzil-Kommunal Xidməti üçün mədaxil qəbzləri təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya etiraza əlavə olaraq mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. 31 iyul 2023-cü il tarixli **********5112 nömrəli tədiyyə bildirişinə əsasən İddiaçı 2023-cü il üçün əmlak vergisi üçün 208,2 manat məbləğində vergi borcu , o cümlədən əmlak vergisi 30,48 manat, ötən dövrlər üçün 76,2 manat əsas borc, 31,52 manat faiz və 70 manat maliyyə sanksiyasının ödənilməsi tələb olunmuşdur. “2023-cü il üçün yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin X6”ndən görünür ki, vergi ödəyicisi İddiaçı Xətai rayon, R.Məmmədov 26, m.86 və m. 122 (zona 7E) əmlak üzrə 31 iyul 2023-cü il tarixinə qalıq borcu 126,16 manat, maliyyə saksiyası 70 manat təşkil edir. Cavabdehin 08 fevral 2023-cü il tarixli, 00066 nömrəli İnzibati akta əsasən X4 əmlaka dair mülkiyyət sənədini aldıqdan sonra yerli vergi xidməti orqanına təqdim etmədiyi üçün Vergi Məcəllənin 50.1.1, 50.23.-cü maddələrinin tələblərini pozmuşdur, ona hesablanmış 100,69 manat vergini könüllü olaraq xx.xx.2023-cü il tarixədək ödənilməsi tələbnaməsi qoyuldu. AN –İN ******* nömrəli 10 sentyabr 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, X1 ünvan 3 ünvanda yerləşən mənzili tam mülkiyyət hüququ üzrə Alıcı İddiaçı mülkiyyətinə verir. Cavabdeh əlavə olaraq Ş.S.Kazımova ünvanladığı poçt xəbərnamələrini məhkəməyə təqdim etmişdir. İV. Məhkəmənin mövqeyi
8. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
- 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2.qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 51.1. inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - 51.2. bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. - 51.3. bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. - 58.1. inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3. qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
9.İlkin olaraq məhkəmə qeyd edir ki, cavabdeh mübahisələndirilən qərarı (inzibati aktı) qəbul edən zaman iddiaçını bu barədə məlumatlandırmamış, bununla da “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinin tələblərini pozmuşdur.
10. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 2.1. yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. - 2.2. bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. - 3.2. yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:
- 1.2. bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. - 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). - 4.4. yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5.0. vergi məbləğləri aşağıdakı formalarda tutulur:5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). - 8.1. yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; - 32.2. vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. - 196. bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. - 197.1. aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; - 198.2. müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər - 200.1. binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. - 200.4. bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. - 200.5. cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 65.1. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. - 70.1. vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. - 70.2. vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur - 70.2-1. sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır:70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün;70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. - 70.2-2. sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. - 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.
12. Göründüyü kimi qanunvericilikdə bələdiyyə tərəfindən hesablanmış vergi, faiz və maliyyə sanksiyasının vergi ödəyicisinə əvvəlcədən göndərilmiş tədiyyə bildirişi əsasında tutulması nəzərdə tutulmuşdur. Lakin belə bir bildirişin İddiaçı göndərilməsi inzibati işin materialları ilə təsdiqlənməmişdir, eyni zamanda qərarda vergilərin hesablandığı dövr və hesablanma qaydası göstərilməmişdi.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı barəsində cavabdeh Bakı şəhəri Xətair rayon Xətai Bələdiyyəsinin qəbul etdiyi №18.05/13-648A nömrəli qərarı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
14. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı barəsində cavabdeh Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin qəbul etdiyi №18.05/13-648A nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova