Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2174/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdehlər Səhiyyə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Səhiyyə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının imtinasının qanunsuz hesab edilməklə, ona Bilateral 4-cü dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozlu xəstəliklərlə əlliliyin təyin edilməsi, əlilliyinə görə pensiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Doğulduğu vaxtdan sağlamlığı normal olsa da, yaşı artdıqca sağlamlığında problemlər yaranmağa başlamış və sol qulağı tamamilə eşitmək funksiyasını itirmiş, sağ qulağı isə 25 % eşidir. Ona tibbi müayinə zamanı Bilateral ağır 4-cü dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Dəfələrlə ona əlilliyə görə pensiya təyin edilməsi üçün Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekpsert Komissiyasıda müayinədən keçərək, tələb olunan sənədləri təqdim etmişdir. Lakin müxtəlif bəhanələrlə, fərqli-fərqli əsaslarla pensiyasını təyin etməkdən imtina etmişlər. Sonuncu dəfə xx.xx.2024-cü il tarixli 3-17-4/2- Ə-18098/2024 saylı məktubla imtina edilərək bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Frespublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisəsinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, onun əlillik vəziyyəti dövlət tibb müəssisəsinin T00186864AEJ nömrəli göndərişi əsasında xx.xx.2024cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra onun müraciətinə əsasən xx.xx.2024-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır. Lakin məhkəmənin nəzərinə çatdırılır ki, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X5 verdiyi çıxarışdan görünür ki, halhazırda tam diaqnoz: Bilateral ağır 4-cü dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Qeyd olunan xəstəlik hər biri əlilliyə əsas verən xəstəliklər olmaqla, əmək qabiliyyətinin tamamilə itirilməsinə səbəb olur. Əlillik təyin edilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçirilmişdir və ona müxtəlif səbəblərlə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdehin qanunsuz və əsassız imtinası isə onun hüquqularını pozur. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-12152/2024 nömrəli qərardadı ilə cavabdeh Səhiyyə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası əsl cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavabdehlər siyahısından çıxarılmış və iddia tələbi dəqiqləşdirilmiş şəkildə “İddiaçı əlilliyin təyin olunması öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-12152/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması” tələbinə dair iş üzrə İddiaçı mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşübdüşməməsi ilə bağlı qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-2174/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-2174/2025 nömrəli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2024-cü il tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni “Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli lll-İV dərəcəli sağ tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə” müəyyən edilmişdir. Hazırda “Göndərişin natamam doldurulması- Əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə dəqiqləşdirilsin” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bakı Xəzər Tibb Mərkəzi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli göndərişin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” bölməsindən görünür ki, İddiaçı eşitmə dərəcəsini müəyyənləşdirmək üçün ilk dəfə 21,06.2023-cü il tarixində Bera testindən keçmişdir. Bera testi nəticəsində İddiaçı eşitməsinin sağ qulaqda 90 db, sol qulaqda 50 db olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində təkrar Bera testindən keçmiş, sağ qulaqda eşitmə 90 db, sol qulaqda isə 70 db müəyyən edilmişdir. 41-55 db- ikinci dərəcə, 56-70 db- üçüncü dərəcə, 71-90 db- dördüncü dərəcə ağıreşitmə hesab edilir. 8 ay müddətində ağıreşitmənin ikinci dərəcədən üçüncü dərəcəyə keçməsi tibbi cəhətdən mümkün sayılmadığından bu hal şübhəli hal kimi qiymətləndirilmiş və diaqnostik müayinələrin dəqiqləşdirilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar geri qaytarılmasında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İİ. Tədqiq edilən sübutlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-Ə-18098/2024 saylı məktubdan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, onun əlillik vəziyyəti dövlət tibb müəssisəsinin T00186864AEJ nömrəli göndərişi əsasında xx.xx.2024cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən (Səbəb: Əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə dəqiqləşdirilməsi) göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra müraciətinə əsasən xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır. Respublika Diaqnostika Mərkəzinin L1385291 nömrəli Bera müayinəsindən görünür ki, xx.xx.1966-cı ildə anadan olmuş İddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunmuş və bilateral ağır 4-cü dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli İİİ-İV dərəcəli sağ tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə” diaqnozu ilə qiymətləndirilmiş və mərkəzə göndərilmə səbəbi: “Göndərişin natamam doldurulması, əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə dəqiqləşdirilsin” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bakı Xəzər Tibb Mərkəzi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si T00186864AEJ, göndəriş tarixi xx.xx.2024-cü il) göndərişi verən müəssisədə xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2023-cü il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Əsas diaqnoz H93.3 Eşitmə sinirinin xəstəlikləri, 2 tərəfli koxlear nevrit. Ağırlaşma: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli İİİ-İV dərəcəli, sağ tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlivinln tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-1295/2025 saylı vətəndaşın əyani müayinə olunması haqqında məktubundan görünür ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlivinln tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 1-565/2025 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı müraciəti əsasında Bakı Xəzər Tibb Mərkəzi tərəfindən “İki tərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sol tərəfli İİİ-İV dərəcəli sağ tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə.” diaqnozu ilə xx.xx.2024-cü il tarixli T00186864AEJ nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması (səbəb: Əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə dəqiqləşdirilsin) səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixində DTSERAda xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri ağıreşitmədən olmuşdur. Təqdim edilmiş sənədlər arasında, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli ambulator xəstənin 12328 tibbi vərəqinə əsasən diaqnoz “İkitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə İV dərəcə.” şəklində göstərilmiş, həmin tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəyə medikamentoz yuxu altında aparılmış BERA-test müayinəsinin nəticəsi “Bilateral ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı.” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, orta-yüksək tonlu səs qıcıqlarına rahatlıqla reaksiya vermiş, müayinə edən həkimmütəxəssisin suallarını aydın və açıq şəkildə cavablandırmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da aparılmış Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq total, sol qulaq 55 (əlli beş) db.” kimi qiymətləndirilmiş, instrumental müayinə aparılan zaman aqrovasiya etdiyi məlum olmuş, əlillik təyinatına əsas verən ağıreşitmə aşkar edilməmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli T00186864AEJ nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. İddiaçı müraciəti əsasında Bakı Xəzər Tibb Mərkəzi tərəfindən “İki tərəfli koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sol tərəfli İİİ-İV dərəcəli sağ tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə.” diaqnozu ilə xx.xx.2024-cü il tarixli T00186864AEJ nömrəli göndəriş rəsmiləşdirilsə də, X6 Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması (səbəb: Əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə dəqiqləşdirilsin) səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixində DTSERAda xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri ağıreşitmədən olmuşdur. Təqdim edilmiş sənədlər arasında, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli ambulator xəstənin 12328 tibbi vərəqinə əsasən diaqnoz “İkitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə İV dərəcə.” şəklində göstərilmiş, həmin tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəyə medikamentoz yuxu altında aparılmış BERA-test müayinəsinin nəticəsi “Bilateral ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı.” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, orta-yüksək tonlu səs qıcıqlarına rahatlıqla reaksiya vermiş, müayinə edən həkimmütəxəssisin suallarını aydın və açıq şəkildə cavablandırmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da aparılmış Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq total, sol qulaq 55 (əlli beş) db.” kimi qiymətləndirilmiş, instrumental müayinə aparılan zaman aqrovasiya etdiyi məlum olmuş, əlillik təyinatına əsas verən ağıreşitmə aşkar edilməmişdir. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli T00186864AEJ nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 xx.xx.2025-ci il tarixli 1685 nömrəli məktubu ilə təqdim edilmiş 2-1(112)-2174/2025 saylı inzibati iş üzrə keçən İddiaçı haqqında olan xx.xx.2025-ci il tarixli T228/2025 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən ATU-nun X3 LOR həkimin müayinəsinə göndərilmiş və Bera testi nəticəsində ona “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 2-ci dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu qoyulmuşdur. İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı Xəzər Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2024-cü il tarixli T00186864AEJ saylı forma 088 göndərişində qeyd edilmiş diaqnozda “Eşitmə sinirinin xəstəlikləri. İkitərəfli koxlear nevrit” əsas xəstəlikdir, “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sol tərəfli İİİ-İV dərəcəli, sağ tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə” isə onun ağırlaşmasıdır. Diaqnozda qeyd edilən xəstəliklərlə əlaqədar o, əlavə müalicə olunsa da sağalan deyildir, əksinə insan yaşlaşdıqca ağırlaşandırlar. Əlilliyin təyini ilə əlaqədar olan sualın həlli isə məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01. 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Hazırki iddia məcburetməyə dair iddiadır. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti Bakı Xəzər Tibb Mərkəzi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si T00186864AEJ, göndəriş tarixi xx.xx.2024-cü il) əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, xx.xx.2024-cü il tarixdə imtina barədə qərar qəbul edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddia mümkündür. İV. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbi əsasılı cavabdehin imtinası isə əsassızdır. Belə ki, iddiaçı barəsində rəsmiləşdirilmiş sonuncu göndərişdə, onun xəstəlikləri aşağıdakı kimi müəyyən edilımişdir: Əsas diaqnoz H93.3 Eşitmə sinirinin xəstəlikləri, 2 tərəfli koxlear nevrit. Ağırlaşma: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli İİİ-İV dərəcəli, sağ tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə. Qeyd edilən diaqnozların iddiaçıda mövcudluğu və iddiaçıya əlillik təyin edilməsi üçün əsas verməsinin araşdırılması ilə bağlı Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Patalogiya Anatomoiya Birliyi publik hüquqi şəxsinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, Bera testi nəticəsində ona “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 2-ci dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu qoyulmuşdur. İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı Xəzər Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2024-cü il tarixli T00186864AEJ saylı forma 088 göndərişində qeyd edilmiş diaqnozda “Eşitmə sinirinin xəstəlikləri. İkitərəfli koxlear nevrit” əsas xəstəlikdir, “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sol tərəfli İİİ-İV dərəcəli, sağ tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə” isə onun ağırlaşmasıdır. Diaqnozda qeyd edilən xəstəliklərlə əlaqədar o, əlavə müalicə olunsa da sağalan deyildir, əksinə insan yaşlaşdıqca ağırlaşandırlar. Ekspert rəyindən də göründüyü kimi, iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə olan əsas diqnoz və ağırlaşmalar iddiaçıda mövcuddur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-921/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadlarında (məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı cavabdehin orqanın kassasiya şikayətinin mümkünsüz hesab edilməsinə dair) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1428/2024 nömrəli; 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-1148/2024 nömrəli, 2- 1(102)-522/2024 nömrəli; 2-1(102)- 2378/2023 nömrəli; 2-1(102)-2458/2024 nömrəli; 2- 1(102)-2702/2024 nömrəli; 2-1(102)-2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli; 2-1(102)-437/2024 nömrəli; 2-1(102)-2500/2023 nömrəli; 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli; 2-1(102)- 2636/2024 nömrəli; 2-1(102)-2702/2024 nömrəli; 2-1(102)-2950/2024 nömrəli; 2-1(102)- 3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. [9] 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. İş materiallarında müəyyən edilir ki, cavabdehin həkim komsiyyası tərəfindən keçirilmiş əyani müayinə xarici görünüşə əsaslanan formal əyani müayinədən ibarət olmuşdur. TSEK-in əyani müayinənin nəticəsi lazımi qaydada, xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi və xarici görünüşə əsaslanan formal əyani müayinənin nəticələrinə əsaslanmışdır. Halbuki iddiaçının xəstəliyi eşitmə qüsuru ilə bağlıdır və bu diaqnozun həqiqətən də iddiaçıda olub-olmamasını müəyyən edilməsi, onun xarici görünüşünün müayinəsi ilə mümkün deyildir. Məhkəmə qeyd edir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıda olan diqanozlar Meyarlarda təsbit edilmiş və həmin diqanoz həmçinin əlillk təyinatına əsas verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları).
9.1. Qulağın və məməyəbənzər çıxıntının H60-H95 xəstəlikləri Qulağın eşitmə pozuntusu törədən Q16 anadangəlmə inkişaf qüsurları Qiymətləndirmə 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, 40 5 il digər tərəf üzrə İV dərəcə 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz 9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi 60 müddətsiz
Ekspert rəyindən də müəyyən edilir ki, Eşitmə sinirinin xəstəlikləri. İkitərəfli koxlear nevrit” əsas xəstəlikdir, “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sol tərəfli İİİ-İV dərəcəli, sağ tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə” isə onun ağırlaşmasıdır. Diaqnozda qeyd edilən xəstəliklərlə əlaqədar o, əlavə müalicə olunsa da, sağalan deyildir, əksinə insan yaşlaşdıqca ağırlaşandırlar.
Meyarların 9.1.4-cü bəndində təsbit edilmiş ikitərəfli İV dərəcə eşitmə zəifliyi diqanozuna görə müddətiz, orqanizmin funksiyalarının 50 % pozulması ilə bağlı əlillik təyin edilməsinə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: ... 33.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldi:
İddia təmin edilsin. İddiaçı xx.xx.2025-ci il tarixli göndəriş əsasında xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının müvafiq dərəcəsinin təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
X8