Məhkəmə qərarları › İş №2-1(112)-2175/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2175/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2175/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X4, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X14 cəlb olunmaqla) «işçi komissiyanın yaradılması, arayışın etibarsız hesab edilməsi və s.» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «işçi komissiyanın yaradılması, arayışın etibarsız hesab edilməsi və s.» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı (MMC) tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və həmin Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 3 sentyabr 2021-ci il tarixli Lxxxx/2021 saylı, 17 noyabr 2021-ci il tarixli L02-ll/2021 saylı, 7 iyul 2022-ci il tarixli Lxxxx/2022 saylı məktublarla MMC-nin sabiq işçisi X9 "xxxx" saxta olması məsələsinə araşdırılaraq baxılması, növbəti müayinəyə MMC-nin nümayəndəsinin iştirakının təmin edilməsi və aparılan araşdırılmalar nəticəsində Sərvər Kərimova verilmiş əlillik statusunun peşə xəstəliyi ilə bağlı olmadığı müəyyən edilərək ləğv edilməsi haqqında müvafiq qərarın qəbul olunması xahiş edilmişdir. Lakin müraciətlərə baxılarkən şəffaflıq təmin edilməmiş, MMC-nin nümayəndəsi sadəcə olaraq müşahidəçi qismində belə müayinədə iştirak üçün dəvət edilməmiş, yenidən saxtakarlığa yol verilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş şikayət məktublarından sonra qaldırılan məsələnin ört-basdır edilməsi, MMCnin sakitləşdirilməsi məqsədilə yalnız Sərvər Kərimovun əmək qabiliyyətinin itirilmə faizi 80%-dən 65%-ə endirilmişdir. Bununla da, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçının yuxarıda qeyd olunan haqlı şikayətlərinə əsla məhəl qoymamış, hərəkətsizlik nümayiş etdirmiş və iddiaçıya göndərdiyi 27 iyul 2019-cu il tarixli məktubunda Sərvər Kərimovu tibbi müayinəyə cəlb etmək iqtidarında olmadığını qeyd edərək, iddiaçıya məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İPM-in 38.2-ci maddəsinin tələblərinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Əlilliyin ləğvi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış sonuncu 7 iyul 2022-ci il tarixli Lxx-xx/2022 saylı məktuba cavab olaraq, həmin qurimun göndərdiyi 18 iyul 2022-ci il tarixli **********8 saylı imtina məktubu isə iddiaçıya rəsmi olaraq 25 iyul 2022-ci il tarixdə təqdim edilmişdir. Heç bir “peşə xastəliyi” daimi xarakter daşımır və müəyyən zaman çərçivəsində müalicə olunur. X15 isə, tam sağlamdır, peşə xəstəliyindən əziyyət çəkmir. Əgər əziyyət çəksəydi, MMC-nin ona dəfələrlə təklif etdiyi, xaricdə, dünyanın ən müasir tibb müəssisəsində müalicə olunmasına etiraz etməzdi. Onun müalicəsi bədənində hər hansı tibbi əməliyyat aparılması ilə bağlı deyil, sadəcə olaraq sağlamlığının bərpası üçün müvafiq prosedurlar keçirməkdən ibarətdir. Ona görə də, onun "xxxx" (əgər o, həqiqətən də əlildirsə) “peşə xəstəliyi” ilə əlaqədar olmasının heç bir elmi və ya məntiqi izahı yoxdur. Sərvər Kərimovun MMC-dəki iş yerində peşə xəstəliklərini törədən istehsalat faktorları heç vaxt mövcud olmamışdır. Aparilmiş araşdırmalar zamanı səhiyyə orqanından aldınan rəsmi cavabda göstərilir ki, guya Sərvər Kərimovun “peşə xəsləliyi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2002-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”nın 17-ci bəndində göstərilən hala uyğundur. Bu bəndə əsasən, “Peşə xəstəliklərini törədən istehsalat faktorları” olaraq, “uzun müddət (minimum 10 ildən az olmamaq şərti ilə) ağır yüklərin qaldırılması və daşınması (eyni tipli və yüksək gərgin hərəkətlərlə, xüsusi güc tətbiq etməklə əllərdə yüklərin sistematik saxlanılması, bədənin məcburi vəziyyəti və s.)” göstərilir ki, Sərvər Kərimovun iş yerində belə faktorlar heç vaxt mövcud olmamışdır. MMC-nin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X16 Xidmətinin mütəxəssisi X19 dənizində yerləşən iş yerinə baxış keçirmiş, araşdırmalar aparmış və həmin araşdırmaların nəticəsində İddiaçı MMC-yə ünvanladığı 07 may 2012-ci il tarixli No 07/4-1-579 saylı Rəyində (Rəyin surəti əlavə olunur), S.Kərimovun iş yerində ağır fiziki əmək tələb edən bütün texnoloji proseslərin işəgötürən tərəfindən tam avtomatlaşdırıldığı” və “peşə xəstəliklərini törədən istehsalat faktorları”nın mövcud olmadığını qeyd etmişdir. Sərvər Kərimovun 2005 – 2010-cu illər ərzində "xxxx" MMC-də çalışdığı dövrdə, “İnternational SOS Clinic” Tibb müəssisəsinin mütəmadi olaraq "xxxx" MMC-nin işçilərinin “X20 X2 Təlimatları”na (“UK X6’s (UKOOA) Medical Guidlines”) uyğun apardığı X7 da göründüyü kimi (Arayışların surətləri əlavə olunur), qeyd olunan dövr ərzində (yəni, 2005-ci ilin fevral ayından 2010-cu ilin noyabr ayınadək olan dövrdə) S.Kərimovun səhhətində heç bir nasazlıq qeydə alınmayıb və o, tam sağlam və işə yaralı işçi kimi "Maersk Drilling Services” MMC-də öz əmək fəaliyyətini davam etdirmişdir. Sərvər Kərimovun İddiaçı MMC-də çalışdığı “Yuxarı qurğu fəhləsi” peşəsi qanunvericiliklə təsdiq olunmuş “peşə xəstəliyi” yaradan iş yerləri Siyahısına uyğun deyil. Sərvər Kərimovun İddiaçı MMC-də çalışdığı “Yuxarı qurğu fəhləsi” peşəsi və iş yeri əsla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2002-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 17-ci bəndində nəzərdə tutplan iş yeri təsnifatına uyğun deyil, peşə xəstəliyi yaratmır və həmin peşədə çalışan işçinin peşə xəstəliyinə tutulması bir qayda olaraq istisna olunur. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq işçinin (Sərvər Kərimovun) peşə xəstəliyinə tutulması üçün onun həmin vəzifədə ən azı 10 il çalışması zəruridir. Yuxarıda qeyd olunduğu kimi, Sərvər Kərimovun İddiaçı MMC-də çalışdığı “Yuxarı qurğu fəhləsi” peşəsi və iş yeri əsla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2002-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 17-ci bəndində nəzərdə tutulan iş yerinə uyğun deyil və uyğun olduğu halda belə, qanunvericiliklə işçinin peşə xəstəliyinə tutulması üçün onun həmin vəzifədə ən azı 10 il çalışması zəruridir. Sərvər Kərimov isə, "xxxx" MMC-də cəmi 6 il işləmişdir. Görünlüyü kimi, Sərvər Kərimovun xəstəliyinin məhz "xxxx" MMC-nin təqsiri üzündən peşə mənşəli olması heç bir halda Cəmiyyətin üzərinə qoyula bilməz. Sərvər Kərimova “peşə xəstəliyinə” görə “əlillik” verilərkən, mövcud qanunvericiliklə tələb olunan "xxxx" İddiaçı tərəfindən heç vaxt Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə verilməmişdir. Sərvər Kərimova ilk dəfə 2010-cu ilin 10 may tarixdə peşə xəstəliyinə görə “əlillik” verilərkən, qanunvericilikdə mövcud olmuş və qanunvericiliklə tələb olunan "xxxx" MMC tərəfindən heç vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə verilməmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 oktyabr 2021-ci il tarixli **********5 saylı cavab məktubunda qeyd olunan AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 2.10-cu bəndində göstərilir ki, istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X3 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. Peşə xəstəliyi ilə əlaqədar Sərvər Kərimova “ikinci dərəcəli əlillik” müəyyən edilərkən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qanunverciliyin qeyd olunan tələblərinə əsla məhəl qoymamış və bu tələbi kobudcasına pozmuşdur – konkret olaraq, işəgötürənin yazılı sorğusu olmadığı halda, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sənədləri qəbul edərək Sərvər Kərimova “ikinci dərəcəli əlillik” müəyyən etmişdir. İkinci dərəcə əlillik statusu əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir. Bundan başqa, AR Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2-ci bəndində qeyd olunur ki, ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. X24 sağlamdır və əmək fəaliyyətinə malikdir. Sərvər Kərimovun sağlam və əmək qabiliyyətli olması faktı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan TSEK-in forma 88 üzrə bütün və hətta 25 iyun 2021-ci il tarixli müayinə aktından çıxarışda da qeyd olunur ki, o “yüngül işlərdə işləyə bilər”. Qanun “ikinci dərəcə”li əlilin (Sərvər Kərimovun) əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilməsini tələb edir, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə TSEK-in forma 88 üzrə müayinə aktından çıxarışında onun “yüngül işlərdə işləyə bildiyini” qeyd edir. X25 həqiqətən də əlildirsə, onda nə üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq, ona fərdi reabilitasiya proqramı tərtib edilmir və bu proqram çərçivəsində onun müalicə və reabitasiya məsələsi irəli çəkilmir. X21 əmək qabiliyyətinin itirilmə faizinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 80%-dən 65%-ə endirilməsi qərarı ilə razılaşmayaraq, 19 may 2022-ci il tarixdə Agentliyə qarşı Bakı İnzibati Məhkəməsində İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar yeni iddia qaldırmışdır (İş No: 2-1(112)-8900/2022). Yuxarida qeyd olunanları nəzərə alaraq, məhkəmədən Sərvər Kərimovun işləmiş olduğu “Yuxarı qurğu fəhləsi” peşəsinin əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində işçinin peşə xəstəliyinə tutulmasının ehtimal olunması ilə bağlı aidiyyatı işçi komissiyanın yaradılması, “Yuxarı qurğu fəhləsi” peşəsinin əmək funksiyasının müəyyən müddətdə icrası zamanı işçinin peşə xəstəliyinə tutulmasının ehtimal olunması ilə bağlı Komissiyanın rəyinə əsasən Sərvər Kərimovun müalicəsinin İddiaçı MMC-nin üzərinə qoyulması və “Yuxarı qurğu fəhləsi” peşəsinin əmək funksiyasının müəyyən müddətdə icrası zamanı işçinin peşə xəstəliyinə tutulması ehtimalının olub-olmaması ilə bağlı Komissiyanın rəyinə əsasən cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “peşə xastəliyi” əsasında Sərvər Kərimovun “ikinci dərəcə əlil” olması haqqında verdiyi ilkin arayışının etibarsız hesab edilməsi vəzifəsinin vavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinnə mürafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxsin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X14 inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında bildirilir ki, məhkəmənin icraatında olan İddiaçı MMC-nin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair işlə bağlı hesab edilir ki, iddiaçının məsələ ilə bağlı subyektiv hüquqları mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Hazırkı işdə İddiaçı MMC-nin vətəndaş X13 əlillik dərəcəsinin təyin olunması ilə əlaqədar qərarla bağlı iddiası, fikrimizcə, mümkünsüz hesab edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər (nümayəndələri) və üçüncü şəxs gəlmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1.1) fiziki və ya hüquqi şəxsin ərizəsi; (28.1.2) inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; (28.1.3) inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Hazırkı iş üzrə İddiaçı MMC aşağıdakı tələbləri irəli sürür: - aidiyyəti işçi komissiyasının yaradılması və komissiyanın rəyinə əsasən üçüncü şəxs Sərvər Kərimovun işlədiyi peşənin əmək funksiyasının müəyyən müddətdə icrası zamanı işçinin peşə xəstəliyinə tutulmasının ehtimal olunması ilə bağlı onun müalicəsinin İddiaçı MMC-nin üzərinə qoyulması; - komissiyanın rəyinə əsasən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üçüncü şəxs Sərvər Kərimovun “ikinci dərəcə əlil” olması haqqında verdiyi ilkin arayışının etibarsız hesab edilməsi. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1.1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Həmçin Qaydaların 3.4-cü maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları müvafiq səlahiyyətli inzibati orqan kimi hazırkı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fiziki şəxsin əlilliyinin qiymətləndirilməsi üzrə imtina barədə qərarının və ya həmin qurumun hərəkətsizliyinin məhkəmə qaydasında mübahisələndirilməsini mümkün sayır, lakin bu şikayətin verilməsi hüququnu əlilliyi olan şəxsin özünə və ya nümayəndəsinə aid etmişdir. Hazırkı halda isə, məhkəmədən üçüncü şəxs X13 cavabdeh inzibati orqan tərəfindən təyin olunmuş əlilliyin etibarsız sayılmasını vaxtilə onun işəgötürəni qismində çıxış etmiş qurum kimi iddiaçı İddiaçı MMC tələb edir. Halbuki, iddiaçının belə hüququ mövcud deyil. Bundan başqa, iddiada üçüncü şəxs X9 işlədiyi peşənin əmək funksiyalarının peşə xəstəliyinə tutulma ilə bağlılığının araşdırılması üzrə komissiaya yaradılması və üçüncü şəxsin müalicəsinin iddiaçının üzərinə qoyulması da tələb olunur ki, bu hərəkət də ümumiyyətlə inzibatiın və ondan yaranan mübahisə kimi inzibati məhkəmə icraatının predmeti kimi çıxış edə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia üzrə tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən deyil. Bununla da, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar