Məhkəmə qərarları › İş №2-1(112)-218/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-218/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-218/2023 25.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi X18 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X23 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha. torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış və hazırda İddiaçı2 adına verilmiş plan-ölçü sənədinin, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsi üzərində verilməsindən ibarət cavabdehin hərəkətlərinin qanunsuz sayılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X23 adına ilkin qeydiyyatı aparılmış, hazırda İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 ünvanda 0,073135 ha. torpaq sahəsinin, İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda 0,06 ha. torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və planölçünün etibarsız hesab edilməsi; İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda 0,06 ha. torpaq sahəsinin naturada yerinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz sayılması, naturada yerdəyişmə ilə bağlı aparılmış qeydlərin etibarsız hesab edilməsi, etibarsızlıqla bağlı hüquqi nəticələrin reyestrdə qeydə alınması və İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda 0,06 ha. torpaq sahəsinin xx.xx.2011-ci il tarixli AA 035122 nömrəli planölçüsünə əsasən sərhədlərinin və döngə nöqtələrinin koordinatlarının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli, MA ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi və sonuncunun torpaq sahəsinə dair ilkin sənədlərinə uyğun olaraq, yeni “Torpaq sahəsinin plan və ölçüsü”nün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iddia ərizələri üzrə inzibati işə üçüncü şəxs qismində X66, X43, X50 göstərilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ( üçüncü şəxs qismində X66, X43, X50 və İddiaçı2 olmaqla) X23 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 ünvanda 0,073135 ha. torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış və hazırda İddiaçı2 adına verilmiş plan-ölçü sənədinin İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsi üzərində verilməsindən ibarət cavabdehin hərəkətlərinin qanunsuz sayılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X23 adına ilkin qeydiyyatı aparılmış, hazırda İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 ünvanda 0,073135 ha. torpaq sahəsinin İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda 0,06 ha. torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və plan-ölçünün etibarsız hesab edilməsi; İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda 0,06 ha. torpaq sahəsinin naturada yerinin dəyişdirilməsi ilə bağlı cavabdehn hərəkətlərinin qanunsuz sayılması, naturada yerdəyişmə ilə bağlı aparılmış qeydlərin etibarsız hesab edilməsi, etibarsızlıqla bağlı hüquqi nəticələrin reyestrdə qeydə alınması vəzifəsinin cavabdehə tapşırılması, İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda 0,06 ha. torpaq sahəsinin xx.xx.2011-ci il tarixli, AA 035122 nömrəli plan-ölçüsünə əsasən sərhədlərinin və döngə nöqtələri koordinatlarının bərpa edilməsi vəzifəsinin cavabdehə tapşırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi mülkiyyətçisidir.Çıxarışın verilməsinə əsas xx.xx.2006-cı ildə X52 ilə bağlanmış alqı-satqı müqaviləsi olmuşdur.Həmin alqı-satqı müqaviləsinə əsasən X52 mülkiyyətində olan, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinin 0,06 ha hissəsini İddiaçı1 satmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 ünvandakı sahəsi 750 kv metr olan torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayonu XDS İK-nin xx.xx.1990-cı il tarixli, 9 saylı qərarı ilə fərdi ev tikmək məqsədilə mərhum X30 ayrılmışdır.Həmin torpaq sahəsinə dair mərhum Əminə Rzayevanın adına Azərbaycan Respublikası DTXK Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2011-ci ildə 20325 nömrə ilə uçota alınmış A 379501 seriyalı torpaq sahəsinin plan və ölçüsü verilmişdir.Əminə Rzayeva xx.xx.1994-cü ildə vəfat etmişdir.X28 Anar Vaqif oğlu ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə müraciət edərək mərhum anasının adına verilmiş sözügedən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.Lakin imtina cavabı verilmiş, imtina cavabında torpaq sahəsinin ********** nömrəli, xx.xx.2011-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən digər fiziki şəxsin mülkiyyətində olması göstərilmişdir. X53 iddiası əsasında qəbul edilmiş 2 saylı Bakı İnzibati -İqtisadi məhkəməsinin 2in(82)- 727/2013 nömrəli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, Anar Rzayevin mübahisələndirdiyi şəhadətnamə və reyestrdən çıxarış barəsində verilmiş torpaq sahəsi ilə (iddia tələbində mübahisələndirilən sahə İddiaçı1 mülkiyyətində olan ərazi olmuşdur) onun (A.Rzayevin) istifadəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşməsi təsdiq edilmədiyindən iddia tələbi xx.xx.2004-cü il tarixli, JN-12983D seriyalı, kod 00300016 saylı torpağın mülkiyyət şəhadətnaməsinin, seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissələrində əsassız sayılmalıdır.İddiaçının (A.Rzayevin) istifadəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması iş materialları ilə təsdiqlənməmişdir.Məhz buna görə məhkəmə xx.xx.2013-cü il tarixli qərarı ilə iddia tələbini qismən təmin edərək Bakı şəhəri, Xəzər rayonu, XDS İK-ni xx.xx.1990-cı il tarixli, 9 saylı qərarı ilə X30 ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 750 kv metr torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını qərara almışdır.İddia tələbi qalan hissədə (xx.xx.2004cü il tarixli, JN-12983d seriyalı, kod 00300016 saylı torpağın mülkiyyət şəhadətnaməsinin, seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissələrində) rədd edilmişdir.Həmin qərardan İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında inzibati iş Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının icraatında olan zaman təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, mərhum Əminə Rayevanın adına verilmiş torpaq sahəsinin plan və ölçüsündə əsas olan döngə nöqtələrinin koordinatlarına və İddiaçı1 adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündə döngə nöqtələrinin koordinatlarına əsasən həmin torpaq sahələri üst-üstə düşmürlər.Bu rəydən sonra qərardan İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüşdür.Bundan sonra qeyd edilən məhkəmə qərarı əsasında X23 adına Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 731,35 kv metr torpaq sahəsinin mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarış verilmişdir.Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərdəkan qəsəbəsində 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsi xx.xx.2014-cü ildə X23 adına ilkin qeydiyata alınmışdır. Bundan sonra həmin torpaq sahəsi miras əmlak kimi X54 adına rəsmiləşdirilmişdir.xx.xx.2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X24 adına qeydə alınmış, xx.xx.2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X29 adına qeydə alınmışdır, bundan sonra xx.xx.2014-cü ildə bağlanmış bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsi İddiaçı2 bağışlanmışdır və xx.xx.2015-ci ildə İddiaçı2 adına qeydiyyata alınmışdır.Hazırda da həmin şəxsin mülkiyyətindədir.Cavabdehin xx.xx.2020-ci il tarixli məlumatında qeyd edilir ki, dövlət reyestrində olan məlumatlara əsasən X23 adına qeydə alnmış Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsi X29 adına qeydə alınmış və sonradan İddiaçı2 bağışlanılmış torpaq sahəsi ilə eyni torpaq sahəsidir.Bir neçə ay bundan əvvəl İddiaçı1 özünə məxsus torpaq sahəsinin başqaları tərəfindən qanunsuz olaraq zəbt və istifadə edildiyini, torpaq sahəsində bitki və ağac satışı fəaliyyəti ilə məşğul olmasını müəyyən etdikdən sonra Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə müraciət etmişdir.Bölmədə araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı1 məxsus torpaq sahəsinə İddiaçı2 qanunsuz olaraq sahiblik edir.İddiaçı2 həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını bildirmiş və çıxarış təqdim etmişdir.Verilmiş vəkil sorğusuna cavabında cavabdeh göstərmişdir ki, Mərdəkan qəsəbəsi, 3/129 saylı torpaq sahəsinin İddiaçı2 adına mülkiyyətdə olan torpaq sahəsinin arxiv qovluğunda olan məhkəmə qətnaməsinə və keçmiş DTXK-nın verdiyi bildiriş məktubuna, koordinatlara əsasən bu sahə ilə üst-üstə düşən, hazırda İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin yeri naturada müəyyən edilib dəyişdirilmiş, lakin hüquq sahibi (İddiaçı1) sənədləri düzəliş edilməsi üçün İdarəyə təqdim etməmişdir, bu səbəbdən torpaq sahələrinin üst-üstə düşməsi davam edir.Halbuki 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, Elsel Novruzinin adına olan 0.12 torpaq sahəsi və İddiaçı1 adına verilmiş torpaq sahəsi ilə Anar Rzayevin istifadəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşməsi sübut edilmir.Anar Rzayevin istifadəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması iş üzrə sübutlarla təsdiq edilmir.Bu hal həm birinci instansiya, həm də apellyasiya instansiya mərhələlərində işə baxılması zamanı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyləri ilə də öz təsdiqini tapmışdır.Bundan başqa cavabdeh vəkil sorğularına verdiyi cavablarda bildirmişdir ki, İddiaçı1 məxsus torpaq sahəsinin yeri natirada müəyyən edilərək dəyişdirilmişdir. Lakin bu dəyişməyə əsas olan sənədlər cavabdehdən tələb edilsə də cavabdeh həmin sənədləri təqdim etməmişdir.İddiaçı1 adına torpaq sahəsinə dair mülkiyyət hüquqları xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, bundan təqribən 3 il sonra Əminə Rzayevanın, sonda isə İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış verildikdə nəyə görəsə Əminə Rzayevanın torpaq sahəsinin yerini dəqiq müəyyənləşdirmək əvəzinə daha əvvəl qeydiyyat apardığı torpaq sahəsinin (İddiaçı1 torpaq sahəsinin) yerini dəyişdirmişdir.Cavabdeh İddiaçı1 adına qeydə aldığı torpaq sahəsinin üzərində mülkiyyət hüququnu bu dəfə Əminə Rzayevanın adına qeydə almışdır.İddiaçı1 özünə məxsus torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair əqd imzalamamış, torpaq sahəsinin yerinin dəyişdirilməsi barədə heç bir quruma müraciət etməmişdir.Cavabdeh isə heç bir əsas və məhkəmə qətnaməsi olmadan İddiaçı1 adına olan torpaq sahəsinin yerini dəyişdirməklə iddiaçının dövlət tərəfindən qorunan və təminat verilən mülkiyyət hüquqlarına qəsd etmişdir.Bundan başqa X23 adına torpaq sahəsi verilməsi barədə Əzizbəyov rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 9 saylı qərarın və bu qərara əlavə edilmiş cizgi planın arxiv surətinin təqdim edilməsi barədə sorğuya cavabda qərarın surəti təqdim edilmiş, lakin bildirilmişdir ki, qərara cizgi planı əlavə edilməmişdir.O zaman sual yaranır ki, cavabdeh mərhum Əminə Rzayevanın adına Mərdəkan qəsəbəsi, 3/129 saylı ünvanda torpaq sahəsini qeydə alan zaman torpaq sahəsinin koordinatlarını necə müəyyən etmiş və digər şəxsin – İddiaçı1 artıq reyestrdə qeydə alınmış torpaq sahəsinin üzərində qanunsuz olaraq növbəti dəfə qeydiyyat aparmışdır.İddiaçı1 göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı1 iddiasına dair etirazını təqdim edərək göstərmişdir ki,elektron kadastr məlumatlarına əsasən hazırda İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı, **********46 reyestr nömrəli torpaq sahəsinin arxiv qovluğunda olan məhkəmə qətnaməsinə və (ləğv edilmiş) DTXK-nin verdiyi bildiriş məktubuna, koordinatlara əsasən bu torpaq sahəsi ilə üst-üstə düşən hazırda İddiaçı1 mülkiyyətində olan ünvan 5 ünvanında olan **********14 reyestr nömrəli torpaq sahəsi naturada müəyyən edilib dəyişdirilmişdir.Lakin hüquq sahibi sənədlərə düzəliş edilməsi üçün idarəyə müraciət etməmişdir.Bu səbəbdən də torpaq sahələrinin üst-üstə düşməsi qalmaqdadır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində İddiaçı1 göstərilməklə) iddia qaldıraraq İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli, MA ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi və sonuncunun torpaq sahəsinə dair ilkin sənədlərinə uyğun olaraq, yeni “Torpaq sahəsinin plan və ölçüsü”nün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 ünvanda 0,073135 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı İddiaçı1 tərəfindən mübahisələndirilməmişdir.Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edən dövlət orqanının hərəkətlərinin qanunsuz hesab edilməsinə dair iddia əsassızdır.Qeyd edilən qərarda məhkəmənin əsaslandığı xx/xx-1731 saylı, xx.xx.2013-cü il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, hazırda maraqlı şəxs İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair ilkin mülkiyyətçi X30 Əzizbəyov rayon X42 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 09 saylı qərarı və qərarın ayrılmaz tərkib hissəsi olan cizgi planında torpaq sahəsinin koordinatları, ilkin mülkiyyətçiyə sonradan – yəni xx.xx.2011-ci il tarixdə verilmiş 379501 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlarla üst-üstə düşür.Yəni torpaq sahəsinə dair ilkin sənədlərdə və sonradan verilmiş sənədlərdə torpaq sahəsinin ölçüləri ilə bağlı hər hansı uyğunsuzluq yoxdur.Adı çəkilən qərarda məhkəmənin əsaslandığı xx/xx-1731 saylı, xx.xx.2013-cü il tarixli mütəxəssis rəyində həmçinin bildirilmişdir ki, hazırki iş üzrə İddiaçı1 adına olan sənədlərin verilməsinə əsas olmuş ilkin sənədlər, yəni xx.xx.2000-ci il tarixli, 1648 saylı sərəncama dair cizgi planı təqdim edilməmişdir.Yəni torpağın koordinatları müəyyən edilməmişdir.Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 10/4593 nömrəli ekspert rəyinə əsasən də torpağa dair İddiaçı1 adına verilmiş sənədlərlə torpağa dair ilkin sənədlər arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir.İddiaçının təqdim etdiyi DƏDRX-nin xx.xx.2020-ci il tarixli məktubu iddiaçıya imtina məktubu deyildir.Həmin məktubda iddiaçıya hüquq sahibi kimi ona məxsus torpaq sahəsinə dair sənədlərə düzəliş edilməsi üçün idarəyə müraciət edilməsinin zəruriliyi bildirilmişdir.Məhz iddiaçının idarəyə müraciət etməməsi səbəbindən onun sənədlərində uyğunsuzluğun qalması davam etməkdədir.Beləliklə, yuxarıda qeyd edilən məhkəmə qərarına, habelə ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli, MA ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”ndə ilkin sənədlərə uyğun olmayan koordinatlar əks olunmuşdir.İddiaçı2 göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən İddiaçı2 iddiasına dair etirazın təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı2 iddiasına dair etirazını məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)- 1023/2023 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə verilmiş plan və ölçünün ləğv edilməsi barədə” (üçüncü şəxs qismində İddiaçı1 cəlb edilməklə) iddia ərizəsinə dair 2-1(112)-1023/ 2023 nömrəli inzibati iş üzrə icraatı 2- 1(112)- 218/2023 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi qərara alınmışdır (hakim G.Sevdimalıyeva). Məhkəmənin 2-1(112)-218 / 2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı2 və İddiaçı1 üçüncü şəxslər qismində icraatda iştiraklarına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati 0-aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda hər iki iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçılar cavabdehə iddia tələblərindəki göstərilən məsələlər ilə bağlı müraciət etmiş və imtina cavabı almışlar, iddialar düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında İddiaçı2 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi K.İsrayıllı məhkəmə iclasında İddiaçı1 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək hər iki iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçıların nümayəndə və vəkilllərini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki,İddiaçı1 iddia tələbi əsaslı, İddiaçı2 iddiası isə əsassızdır. İş materiallarında olan: Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 1648 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən X44 Mərdəkan qəsəbəsi, 118 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv metr torpaq sahəsi ayrılmışdır. ******* nömrəli, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 qəsəbəsi, 118 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsini X4. “Torpağın mülkiyyətə verilməsi haqqında” JN-12983D nömrəli şəhadətnaməyə əsasən xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,12 ha torpaq sahəsi X31 mülkiyyətinə keçmişdir. AN-İ ******* nömrəli, xx.xx.2006-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X52 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsinin 0,06 ha hissəsini İddiaçı1 satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 5 (0,06 ha) xx.xx.2011-ci ildə İddiaçı1 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “Torpaq sahəsinin plan və ölçüsü” adlı sənədə əsasən ünvan 5nin (0,06 ha) planı və ölçüsü xx.xx.2011-ci ildə İddiaçı1 adına tərtib edilmişdir, torpaq sahəsinin koordinatları:1.X427276.42, Y4481298,25, 2. X427299,22, Y4481308,9, 3. X427309,75, Y4481287.47, 4.X427286,83, Y4481276.81. Döngə nöqtələri arasında məsafə 1-2 arasında 25,17 m, 2-3 arasında 23,87 m, 3-4 arasında 25,28 m, 4-1 arasında 23,83 m müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X52 ünvan 9 sahədə yerləşən 0,12 ha torpaq sahəsindən qalan 0,06 ha hissəsini X7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 9 sahədə yerləşən 0,06 ha torpaq sahəsi X45 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. xx.xx.2007-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X60 ünvan 9 sahədə yerləşən 0,06 ha torpaq sahəsini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən X9 DTXK tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN-12983 D kod 00300016 nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsi Bakı şəhəri, 41 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə457 reyestr nömrəli daşınmaz əmlakın alıq-satqı müqaviləsinə əsasən xx.xx.2007-ci ildə X45 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 187,9 kv metr torpaq sahəsi Bakı şəhəri Mərdəkan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına, torpaq sahəsinin sxeminə, torpaqların alqı-satqı aktına, 62 nömrəli, xx.xx.2007ci il tarixli arayışa əsasən keçmiş DTXK tərəfindən X55 verilmiş xx.xx.2007-ci il tarixli AZ011290 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən xx.xx.2007-ci ildə X45 adına qeydiyyatdan keçmişdir, sözügedən 0,07879 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dərya Dadaşov küçəsi, 67 saylı fərdi yaşayış evi Bakı şəhəri 41 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2007-c il tarixli, 4Ə/773 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 809 nömrəli, xx.xx.2009-cu il tarixli sərəncamına və razılaşdırılmış eskiz layihəsinə əsasən xx.xx.2010-cu il tarixdə X19 adına qeydiyyatdan keçmişdir.Elektron baza məlumatlarına əsasən həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları: X 427256,209, Y 4481263,809, X 427246,239, Y 4481284,815, X 427276,378, Y 4481298,852, X 427286,736, Y 4481277,118 göstərilmişdir. Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 9 nömrəli, xx.xx.1990-cı il tarixli qərarına əsasən X30 fərdi yaşayış evinin inşa edilməsi üçün Mərdəkan qəsəbəsində 3/129 nömrəli sahədə 750 kv metr torpaq sahəsi ayrılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarına əsasən iddiaçı X67 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı (üçüncü şəxslər X52 və İddiaçı1) JN-12983D kod 00300016 qeydiyyat nömrəli, xx.xx.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, N-1 seriyalı, ******* nömrəli, 17.07,2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsinin iddiaçının adına ilkin dövlət qeydiyyatının aparılması və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi haqqında iddia qaldırmışdır.Məhkəmənin xx.xx.2013-cü il tarixli qərardadı ilə iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində mümkün sayılmamışdır.İddiaçının mübahisələndirdiyi şəhadətnamə və reyestrdən çıxarış barəsində verilmiş torpaq sahəsi ilə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşməsi sübutlarla təsdiqlənmədiyindən iddia tələbi torpağın nülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və torpağa mülkiyyət hüququnun qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissələrində əsassız hesab edilmiş, iddiaçının istifadəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması iş üzrə sübutlarla təsdiq edilmədiyi üçün iddia iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verlməsi hissəsində əsaslı hesab edilmişdir, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu XDS İK-nin xx.xx.1990-cı il tarixli, 9 saylı qərarı ilə iddiaçının anası X30 (mərhum) ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 750 kv metr torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2012-ci il tarixli, 2in(82)- 1997/2013 saylı qərardadın icrası ilə bağlı verdiyi mütəxəssis rəyinə əsasən X30 Əzizbəyov rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 09 saylı qərarı və qərarın ayrılmaz tərkib hissəsi olan tərpənmə nöqtələrilə bağlılıq olmaq şərti ilə tərtib edilmiş cizgi planında qeyd olunan torpaq sahəsi A№379501 saylı “Torpaq sahəsinin planı və ölçüsün”də qeyd edilmiş koordinatlarla üst-üstə düşür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyinə əsasən iddiaçı X53 mərhum anası X23 adına verilmiş torpaq sahəsinin planı və ölçüsündə olan əsas döngə nöqtələrinin koordinatlarına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən üçüncü şəxs kimi İddiaçı1 adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə döngə nöqtələrinin koordinatlarına əsasən həmin torpaq sahələri üst-üstə düşmür və ayrı-ayrı torpaq sahələridir.Məlumat üçün bildirilmişdir ki, X53 xx.xx.2012-ci il tarixli müraciətinə əsasən JN-12983 D kod 00300016 sayı şəhadətnamədə göstərilən məlumatlarla A №379501 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən məlumatlar üst-üstə düşdüyü üçün mübahisələndirilmiş və JN-12983 D şəhadətnamədə göstərilən torpaq sahəsinə yeni dəqiqləşdirilmiş və sahəyə yeni koordinatlar verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahə (0,073135 ha)) xx.xx.2014-cü ildə X23 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2014-cü il tarixli şəhadətnaməyə əsasən X67 və qeyrilərinə miras əmlak – Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı 0,073135 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2014-cü il tarixli vərəsəlikdə miras payın bağışlanması haqqında müqaviləyə əsasən X67 və qeyriləri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum anaları X20 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı 0,073135 ha torpaq sahəsini qardaşları X57 bağışlamışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahə (0,073135 ha)) xx.xx.2014-cü ildə X54 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. AN-İ ******* nömrəli,xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X66 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahəni (0,073135 ha) X2. ların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahə (0,073135 ha) xx.xx.2014-cü ildə X24 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. AN-İ ******* nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X43 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahəni (0,073135 ha) X35 satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahə (0,073135 ha) X29 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. Daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən xx.xx.2014-cü ildə X50 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahəni (0,073135 ha) İddiaçı2 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahə 0,073135 ha ölçüdə xx.xx.2015-ci ildə İddiaçı2 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü adlı sənədə əsasən həmin sənəd Xəzər rayonu, Mərdəkan qəsəbəsində mərhum X30 Xəzər rayonu, XDS İK-nin xx.xx.1990-cı il tarixli, 9 saylı qərarı ilə 750 kv metr torpaq sahəsinin 3/129 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılması ilə bağlı tərtib edilmişdir.Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları: 2. X 427303,86, Y 4481311,47, 3. 427313,90, Y 4481289,40, 5. X427286,49, Y 4481276,87, 1. 427276,35, Y 4481298,55, döngə nöqtələri arasında məsafə 2-3 arasında 24.25m, 3-5 arasında 30.14, 5-1 arasında 23.94 m, 1-2 arasında 30.40 m göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09999438 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, ev 51 paylı mülkiyyət kimi X38 1/3 hissə, X14 1/3 hissə, X26 1/9 hissə, X33 1/9 hissə və X21 1/9 hissə mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdehin “BHM və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən İddiaçı2 mülkiyyətində olan **********46 reyestr nömrəli torpaq sahəsinin arxiv qovluğunda olan məhkəmə qətnaməsinə və keçmiş DTXK-nin verdiyi bildiriş məktubuna, koordinatlara əsasən bu sahə ilə üst-üstə düşən hazırda İddiaçı1 mülkiyyətində olan **********14 reyestr nömrəli torpaq sahəsinin yeri naturada müəyyən edilib dəyişdirilmişdir. Lakin hüquq sahibi sənədləri düzəliş edilməsi üçün idarəyə təqdim etməmişdir, bu səbəbdən də torpaq sahələrinin üst-üstə düşməsi qalmaqdadır. Cavabdehin “BHM və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahədə yerləşən 0,073135 ha torpaq sahəsi 19 saylı DNK-da xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X29 adına qeydiyyata alınmışdır, həmin torpaq sahəsi ilə X39 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/129 saylı sahədə yerləşən 0,073135 ha torpaq sahəsi eyni torpaq sahəsidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə əsasən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4593 nömrəli ekspert rəyinə əsasən: Qərardadın birinci və ikinci sualları üzrə: ünvan 9 ünvanda yerləşən İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli, MA №0305381 saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin ona dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara görə ilkin olaraq X23 adına qeydiyyata alınmış (xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) və hazırda üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan Mərdəkan qəsəbəsi, 3/129 saylı ünvanda yerləşən 0,073135 ha ərazisi olan torpaq sahəsinin (xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********46 reyestr nömrəli seriya RX ******* saylı çıxarış) ilə üst-üstə düşməsi müəyyən edilir.İddiaçı1 adına verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsinə əsas olmuş ilkin sənəd olan əvvəlki mülkiyyətçi X31 adına verilmiş JN-12983D, kod 00300016 nömrəli şəhadətnaməyə əsasən AR DTXK tərəfindən verilmiş koordinatlar, üçüncü şəxs İddiaçı2 mülkiyyətində olan Mərdəkan qəsəbəsi, 3/129 saylı ünvanda yerləşən 0,073135 ha ərazisi olan torpaq sahəsi (xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********46 reyestr nömrəli seriya RX ******* saylı çıxarış) ilə üst-üstə düşməsi müəyyən edilmir.Bu da İddiaçı1 adına verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində əks olunan koordinatların həmin sənədin verilməsinə əsas olmuş ilkin sənədə, yəni JN-12983 D, kod 00300016 nömrəli şəhadətnaməyə əsasən AR DTXK tərəfindən verilmiş koordinatlar arasında uyğunsuzluqla əlaqədardır.Qərardadın üçüncü və dördüncü sualları üzrə: İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli, MA №0305381 saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”ndə, həmin torpaq sahəsinin ilkin sənədinə əsasən müəyyən edilmiş koordinatlara uyğun olmayan koordinatlar əks olunmuşdur.Bununla əlaqədar DƏDRX tərəfindən İddiaçı1, onun torpağının naturada yerinin müəyyən edilməsi barədə məlumat verilmiş, lakin İddiaçı1 torpağa dair sənədlərin düzəliş edilməsi üçün DƏDRX-ə təqdim etməmişdir.Qərardadın beşinci sualı üzrə: İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə dair olan xx.xx.2011-ci il tarixli, MA №0305381 saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”ndə əks olunan koordinatlarla yerində baxış keçirilmiş mübahisəli torpaq sahəsinin koordinatları uyğunluq təşkil etsə də İddiaçı1 adına verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin pıan və ölçüsü” sənədinin verilməsinə əsas olmuş ilkin sənəddə, yəni əvvəlki mülkiyyətçi X31 adına verilmiş JN-12983D, kod 00300016 nömrəli şəhadətnaməyə əsasən AR DTXK tərəfindən verilmiş koordinatlar yerində baxış keçirilmiş mübahisəli torpaq sahəsinin koordinatları ilə uyğunluq (eynilik) təşkil etmir.Qərardadın altıncı sualı üzrə:İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş çıxarışa və plan-ölçüyə əsasən torpağın döngə nöqtələrinin koordinatları faktiki naturada mövcud olan yerində baxış keçirilmiş torpaq sahəsi ilə uyğunluq (eynilik) təşkil edir.Qərardadın yeddinci sualı üzrə: İş materiallarında olan məlumatlara əsasən daşınmaz əmlakın elektron baza və arxiv məlumatlarına əsasən faktiki naturada mövcud olan və yerində baxış keçirilmiş, döngə nöqtələrinin koordinatları müəyyən edilmiş 0.073135 ha torpaq sahəsi əvvəl Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014cü il tarixli RX ******* nömrəli çıxarışa əsasən X23 vərəsəlik hüququ haqqında şəhadətnamə ilə RX0450336 saylı, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən X54, Bakı şəhəri 38 saylı DNK-nın xx.xx.2014-cü il tarixli daşınmaz əmakın alqı-satqı müqaviləsinə əsasən X24, 19 saylı DNK-nın xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X29 mülkiyyətində olmuş və hal-hazırda xx.xx.2014-cü il tarixli, RX ******* saylı çıxarışa əsasən İddiaçı2 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 saylı sahənin bir hissəsi ünvanında yerləşən 600 kv metr torpaq sahəsinin mülkiyyət hüququna dair keçmiş DTXK tərəfindən X37 JN-12983D (kod ********) saylı şəhadətnamə verilmiş, sonradan xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı1 satılmışdır. İddiaçı1 xx.xx.2011-ci ildə idarəyə müraciət etmiş və öz adına ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış almışdır.Xəzər rayonu Mərdəkan qəsəbəsi 2/129 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün X30 Əzizbəyov (Xəzər) rayon XDS İK-nın 9 saylı, xx.xx.1990-cı il tarixli qərarına əsasən 750 kv metr torpaq sahəsi ayrılmışdır. Bu qərar əsasında mərhum X23 adına keçmiş DTXK tərəfindən xx.xx.2011-ci il tarixli, 29325 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Qeyd olunan sənədlər əsasında 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və göstərilən torpaq sahəsinin İddiaçı1 məxsus **********14 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur, yuxarıda qeyd edilən çıxarışlar əsasında İddiaçı1 mülkiyyətindəki torpaq sahəsi ilə İddiaçı2 mülkiyyətindəki torpaq sahəsində üst-üstə düşmə mövcuddur,İddiaçı1 mülkiyyətindəki torpaq sahəsinin hansı hissədə naturada yeri dəyişdirilmiş, bu nə vaxt baş vermişdir və bu dəyişməyə əsas nə olmuşdur” sualına cavab olaraq keçmiş DTXK-nın nəzdində Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Bakı X58 Mərkəzi tərəfindən verilmİş xx.xx.2012-ci il tarixli, 48-894B nömrəli məktubun və koordinat cədvəlinin məhkəməyə göndərilməsi qeyd edlmşdir, “İddiaçı1 mülkiyyətindəki yuxarıda göstərilmiş torpaq sahəsinin naturada yeri dəyişdirilənə qədər onun yeri-ərazisi, sahəsi və döngə koordinatları müəyyən edilməklə hansı olmuşdur” sualına cavab olaraq İddiaçı1 adına verilmiş xx.xx.2011-ci il tarixli **********14 reyestr nömrəli, 0,06 ha torpaq sahəsi üçün tərtib edilmiş plan və ölçünün məhkəməyə göndərilməsi qeyd edilmişdir,”İddiaçı1 mülkiyyətindəki torpaq sahəsinə dair verilmiş çıxarışa və plan ölçüyə əsasən torpağın döngə nöqtələrinin koordinatları faktiki naturada mövcud olan və yerində baxış keçirilmiş torpaq sahəsi ilə uyğunluq təşkil edirmi” sualına cavab olaraq “mülkiyyətə verilmiş torpaq sahəsi baxış keçirilmiş torpaq sahəsi ilə uyğundur” cavabı qeyd edilmişdir, “İddiaçı2 mülkiyyətindəki torpaq sahəsinə dair verilmiş çıxarışa və plan ölçüyə əsasən torpağın döngə nöqtələrinin koordinatları faktiki naturada mövcud olan və yerində baxış keçirilmiş torpaq sahəsi ilə uyğunluq təşkil edirmi” sualına cavab olaraq torpaq sahəsinə verilmiş çıxarış və plan-ölçünün faktiki vəziyyətə uyğunluq təşkil etdiyi qeyd edilmişdir,mütəxəssis rəyinə əlavə edilmiş DTXK-nın nəzdində Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Bakı X58 Mərkəzi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 48-894B nömrəli məktuba əsasən X31 Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki torpaq sahəsinin koordinatları: 1) X=427252.3663, y=4481315.6789, 2)X=427293.6423, Y=4481336.3829, 3)X=427303.8649, Y=4481311,4709, 4) X=427276.3515, Y=4481298.5488, 5) X- =427263.4737, Y=4481292.5704 göstərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, X37 məxsus olmuş 0,12 ha torpaq sahəsinə dair 2004-cü ildə şəhadətnamə verilərkən sahənin döngə nöqtələrinin koordinatları göstərilməmişdir, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 saylı torpaq sahəsi 0,12 ha olmaqla Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1648 nömrəli sərəncamı əsasında ilkin olaraq X44 ayrılmış, DTKX-nin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinə dair JN 12120 saylı, xx.xx.2004-cü il tarixli şəhadətnamə verilmişdir, torpaq sahəsi sonradan xx.xx.2004-cü ildə X5 və JN-12983 nömrəli şəhadətnamə verilmişdir, ilkin olaraq ayrılmış 0,12 ha torpaq sahəsinin coğrafi yerləşməsini bildirən, təsdiq edilmiş cizgidə dəqiq istinad məlumatları, sahənin koordinatları göstərilməmişdir.Cizgidə sahənin şimal-qərb və cənub-qərb sərhədlərinin məsafə ölçüsü 51,0 metr olmaqla hər iki tərəfin digər sahələrlə qonşu olduğu, şimal şərq tərəfinin ölçüsü 22,5 metr qeyd olunmaqla 28 May küçəsinə çıxış kimi göstərilmişdir, “X31 adına qeyd edilən şəhadətnamədə 2004-cü ildə göstərilmiş ilkin koordinatlar üzrə 0,12 ha torpaq sahəsinin və bu torpaq sahəsindən alqı-satqı yolu ilə İddiaçı1 satılmış 0,06 ha, torpaq sahəsinin (xx.xx.2011-ci il tarixli,********** qeydiyyat, **********14 reyestr nömrəli seriya MA ******* saylı çıxarış) ilkin qeydiyyat koordinatlar üzrə üst-üstə düşüb-düşməməsi və eyni ərazi olub-olmaması barədə ətraflı məlumatın təqdim edilməsi” sualına cavab olaraq göstərilmişdir ki, keçmiş DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən vaxtilə verilmiş torpaq sahələrinin mülkiyyət hüququna dair şəhadətnamələrin qrafiki və aytributiv təsvirində arxiv əsaslarında sahənin döngə nöqtələrinin koordinatları göstərilməmişdir, X31 adına verilmiş JN-12983 D saylı şəhadətnamə əsasında aparılmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi və İddiaçı1 satılmış 0,06 ha torpaq sahəsinin dövlət qeydiyyatı ilə bağlı verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat, **********14 reyestr nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışa əsasən tərtib olunmuş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sahənin döngə nöqtələrinin koordinatları, döngələr arasındakı məsafə ölçüləri göstərilmişdir.Bu koordinatların əks etdirdiyi torpaq sahəsi Əzizbəyov (Xəzər) rayon XDS İK-nin xx.xx.1990-cı tarixli, 9 saylı qərarına əsasən keçmiş DTXK Bakı şəhər şöbəsinin X23 adına verilmiş Mərdəkan qəsəbəsi, 3/129 saylı 0,0750 ha (faktiki 0,0731 ha) torpaq sahəsinə dair plan və ölçü (kadastr planı) sənədində göstərilmuş döngə nöqtələrinin koordinatlarına nəzərən eyni sahəni əhatə etməklə üst-üstə düşür. Yuxarıda qeyd olunan sənədlər və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)727/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı əsasında torpaq sahəsi xx.xx.2014-cü ildə X23 adına qeydiyyata alınmışdır, hal-hazırda İddiaçı2 adına qeydiyyatdadır.”X31 adına qeyd ediən şəhadətnamə əsasında mövcud olmuş 0,12 ha torpaq sahəsinin döngə koordinatlarının sonradan dəyişdirilib-dəyişdirilməməsi barədə ətraflı məlumatın, əgər dəyişdirilmişdirsə hansı tarixdə edilməsi və dəyişdirilməyə əsas oilmuş sənədlərin surətlərinin təqdim edilməsi ilə bağlı” suala cavabda qeyd edilmişdir ki, vətəndaş X16 DTXK-ə müraciəti əsasında X64 və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Bakı X58 Mərkəzi tərəfindən keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli, 48-894B nömrəli bildiriş məktubunun əlavəsində X31 adına verilmiş JN-12983D saylı şəhadətnamə üzrə torpaq sahəsinin faktiki vəziyyətində döngə nöqtələrinin müəyyənləşdirilməsinə dair koordinat cədvəli göstərilmişdir.Araşdırma zamanı müəyyən olunmuşdur ki, məktubda qeyd olunan döngə nöqtələrinin koordinatları mübahisəli torpaq sahəsinin şimal sərhəd qonşuluğundakı torpaq sahəsini əhatə edir.Buna baxmayaraq həmin sahənin və üzərindəki tikililərin kimin istifadəsində olması, hər hansı bir hüquqi və ya texniki sənəd əsaslarının olub-olmaması barədə məlumat verilməmişdir.Bundan əlavə mübahisə tərəflərindən bununla bağlı hər hansı dəyişikliyin ediməsinə dair rəsmi müraciət daxil olmamışdır.X11 ayrılan 118 saylı torpaq sahəsinin sxemi və baş plandan çıxarış əlavə edilmişdir. Cavabdeh tərəfindən “BHM və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən vətəndaş X16 DTXK müraciəti əsasında X64 və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Bakı X58 Mərkəzi tərəfindən keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli, 48-894B nömrəli bildiriş məktubunun əlavəsində X31 adına verilmiş JN-12983D saylı şəhadətnamə üzrə torpaq sahəsinin faktiki vəziyyətində döngə nöqtələrinin müəyyənləşdirilməsinə dair koordinat cədvəli göstərilmişdir.Araşdırma zamanı müəyyən olunmuşdur ki, məktubda qeyd olunan döngə nöqtələrinin koordinatları mübahisəli torpaq sahəsinin şimal sərhəd qonşuluğundakı torpaq sahəsini əhatə edir.Həmin ərazinin torpaq sahəsi 0,12 ha olmaqla fərdi yaşayış evi paylı mülkiyyət üzrə X46 1/3 hissə, X17 1/3 hissə, X34 1/9 hissə, X40 1/9 hissə və X27 1/9 hissə aid olmaqla dövlət qeydiyyatına alınmışdır.Qeyd olunan fərdi yaşayış evinin qeydiyyatına dair ilkin əsaslar Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamı və bununla bağlı keçmiş DTXK tərəfindən verilmiş JN-1653H saylı şəhadətnamə olmuşdur (yaşayış evi ilkin olaraq 2002-ci ildə qeydiyyata alınmışdır).Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmişdir. “X59 və Ekspertiza Mərkəzi” MMC-nin 192 №li, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və ortofoto görüntüsünə əsasən İddiaçı1 məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2006-cı ildə alqısatqı yolu ilə əldə edilmişdir, xx.xx.2011-ci ildə reyestrdən çıxarış alınmışdır, hal-hazırda da İddiaçı1 mülkiyyətindədir.İddiaçı2 mülkiyyətinə verilmiş Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixində ilkin olaraq X23 adına reyestrdən çıxarış verilmişdir, sonradan özgəninkiləşdirmə müqavilələri nəticəsində mülkiyyətçi dəyişmiş, hazırda 0,073135 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı2 mülkiyyətindədir.Qeyd edilən tarixlər nəzərə alınmaqla hər iki torpaq sahəsi üst-üstə düşür, İddiaçı2 mülkiyyətinə verilmiş Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsi, ilkin olaraq X23 adına xx.xx.2014-cü il tarixdə ilkin hüquqi qeydiyyata alınarkən və onun adına xx.xx.2011-ci il tarixli, 29325 nömrəli, A 379501 seriyalı torpaq sahəsinin plan və ölçüsü verilərkən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş Kadastr planından götürülmüşdür.Kadastr planında X23 adına torpaq sahəsinin Əzizbəyov RİH XDS İK-nin xx.xx.1990-cı il tarixli 9 saylı qərarına əsasən ayrılması qeyd edilmiş, lakin təqdim edimiş sorğudakı arxiv məlumatlarına əsasən Əzizbəyov RİH XDS İK-nin xx.xx.1990-cı il tarixli, 9 saylı qərarına hər hansı cizgi-plan əlavə edilməmişdir. İddiaçı1 məxsus torpaq sahəsi X9 DTXK Bakı şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN-12983 D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən məxsus olan 0,12 ha torpaq sahəsi ilkin qeydiyyata alınma zamanı koordinatlar əsas götürülməklə üst-üstə düşür, eyni ərazini əhatə edir, X37 məxsus olmuş JN-12983 D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsindən digər 0,06 ha torpaq sahəsini X12 və hazırda X19 mülkiyyətində olan Mərdəkan qəsəbəsi, Dərya Dadaşov küçəsi,67 ünvanındakı 0,07879 ha torpaq sahəsi, döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 118 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə həmsərhəd olmaqla bir-birinə bitişik yerləşir, X9 DTXK Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2004-cü ildə JN 12983D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən ona məxsus 0,12 ha torpaq sahəsinin həmin dövrdəki döngə nöqtələrinin koordinatları müəyyən edilərək həmin torpağın yeri sxemdə göstərilir, JN 12983D nömrəli şəhadətnamə verilərkən mövcud olmuş döngə nöqtələrinin koordinatarı arasında İddiaçı1 məxsus Xəzər rayon Mərdəkan qəsəbəsi, 118 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə verilmiş koordinatlar İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli AA 035122 saylı torpaq sahəsinin plan və ölçüsündəki koordinatlarla eynidir, həmin 0,06 ha torpağın yeri sxemdə göstərilir, müəyyən edilmiş koordinatlara əsasən hər iki torpaq sahəsi eyni ərazini əhatə edir.X37 məxsus olmuş JN 12983D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsi xx.xx.2012-ci ildən sonra müəyyən edilmiş döngə koordinatlarına əsasən həmin yerə bitişik, qonşu torpaq sahəsinə yerləşdirilmişdir.xx.xx.2012-ci ildən sonra dəyişdirilmiş döngə koordinatları əsasında X37 məxsus olmuş 0,12 ha torpaq sahəsi, hazırda İddiaçı1 məxsus 0,06 ha və X25 məxsus 0,07879 ha torpaq sahəsi ilə eyni ərazini əhatə etmir, bitişik olmaqla qonşu ərazidə yerləşir.X37 məxsus olmuş JN12983D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının dəyişdirilməsinə əsas keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nəzdində fəaliyyət göstərmiş X64 və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Bakı X36 xx.xx.2012-ci il tarixli 48- 894B saylı məktubuna əsasən X67 adlı şəxsin müraciəti olmuşdur.X53 müraciətinə əsasən 2012-ci ildə X37 məxsus olmuş 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəyişdirilsə də Anar Rzayevin mərhum anası X23 adına ilkin qeydiyyat dəyişdirilmədən 2 il sonra xx.xx.2014-cü ildə aparılmışdır.2012-ci ildə edilmiş bu dəyişdirmə zamanı X31 adına JN12983 D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsi mövcud olmamışdır, belə ki, həmin 0,12 ha torpaq sahəsi 6 il əvvəl xx.xx.2006-cı ildə artıq iki vətəndaşa - İddiaçı1 və Emin Xanlarova satılmışdır. X47 məxsus olmuş JN12983 D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsi xx.xx.2012-ci ildən sonra dəyişdirilmiş döngə nöqtələrinin koordinatlarına əsasən hal-hazırda X41 və ailə üzvlərinin paylı mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür, X41 və ailə üzvlərinin paylı mülkiyyətində olan torpaq sahəsinin əldə edilməsinin əsası Əzizbəyov RİHB-nin xx.xx.2000-ci il tarixli sərəncamı və keçmiş DTXK-nın JN-1653 H saylı şəhadətnaməsi, eləcə də həmin ünvanda olan yaşayış evinin 2002-ci ildə reyestrdə qeydiyyata alınması olmuşdur.Hal-hazırda həmin ərazi X48 və ailə üzvlərinin paylı mülkiyyətindədir və torpaq sahəsinin üst-üstə düşməsi qalmaqdadır.İddiaçı1 məxsus Xəzər rayonu Mərdəkan qəsəbəsi, 118 ünvanında yerləşən 0,06 torpaq sahəsi ilə İddiaçı2 mülkiyyətinə verilmiş Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsinin üst-üstə düşməsinin X37 JN12983D nömrəli Torpağın mülkiyyətə verilməsinə diar şəhadətnaməyə əsasən məxsus olmuş 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nəzdində fəaliyyət göstərmiş X64 və Monitorinqi Elm- İstehsalat Mərkəzinin Bakı X36 xx.xx.2012-ci il tarixli 48-894B saylı məktubuna əsasən dəyişdirilməsi arasında hər hansı əlaqə və bağlılıq yoxdur.X15 JN12983 D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olmuş 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları 2012-ci ildə dəyişdirilərkən artıq həmin torpaq sahəsi 6 il əvvəl 2006-cı ildə hər biri 0,06 ha olmaqla İddiaçı1 və Emin Xanlarova satılmışdır, yəni koordinat dəyişilməsi zamanı X31 adında JN 12983D nömrəli şəhadətnamə əsasında 0,12 ha torpaq sahəsi artıq mövcud deyildi.X6 JN 12983 D nömrəli şəhadətnamə əsasında məxsus olmuş 0,12 ha torpaq sahəsinin koordinatları 2012-ci ildə dəyişdirlərkən nə İddiaçı1 məxsus 0,06 ha torpaq sahəsinin, nə də ki, 0,06 ha torpaq sahəsinin (hazırda X19 mülkiyyətində olan) koordinatları dəyişdirilməmiş, olduğu kimi saxlanılmışdır.İddiaçı1 məxsus Mərdəkan qəsəbəsi, 118 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ilə İddiaçı2 mülkiyyətinə verilmiş Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 0,073135 ha torpaq sahəsinin üst-üstə düşməsi faktı həmin 0,073135 ha torpaq sahəsi xx.xx.2014-cü ildə X23 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyat aparılmasından sonra yaranmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09999438 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, ev 51 paylı mülkiyyət kimi X38 1/3 hissə, X14 1/3 hissə, X26 1/9 hissə, X33 1/9 hissə və X21 1/9 hissə mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı1 cavabdehə ünvanlanmış ərizəsindən görünür ki, İddiaçı1 iddia ərizəsində göstərilən tələbə uyğun qaydada cavadehə yazılı müraciət ünvanlamışdır. Habelə İddiaçı2 cavabdehə ünvanlanmış ərizəsindən görünür ki, İddiaçı2 iddia ərizəsində göstərilən tələbə uyğun qaydada cavadehə yazılı müraciət ünvanlamışdır. Eyni zamanda məhkəməyə sübut qismində İddiaçı1 tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ünvanlanmış məktubu, “BHM və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli məktubları əlavə edilmişdir. Məhkəmə hər iki iddia ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İşin faktiki hallarına əsasən həm İddiaçı1, həm də İddiaçı2 Bakı şəhərində Mərdəkan qəsəbəsində yerləşən ayrı-ayrı torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, lakin hazırda cavabdeh hər iki torpağın koordinatlarının üst-üstə düşməsini bildirir və bunu onunla izah edir ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin yeri vaxtilə X53 xx.xx.2012-ci il tarixli müraciətinə əsasən dəqiqləşdirilmiş və sahəyə yeni koordinatlar verilmişdir, İddiaçı1 isə bununla bağlı cavabdehə müraciət etməmişdir. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, iki torpaq mülkiyyətçisi arasında mübahisə yaranmasına səbəb məhz cavabdeh tərəfindən mülkiyyətçi olan İddiaçı1 müraciəti olmadan və ya bununla bağlı məhkəmə qətnaməsi olmadan İddiaçı1 torpaq sahəsinin yerinin dəyişdirilməsidir, halbuki cavabdehin hazırki mübahisənin yaranmasına səbəb olmuş torpaq sahəsinin yerinin (koordinatının) dəyişdirilməsində ifadə olunmuş hərəkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 141.3-cü maddəsinin tələblərinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıda istinad edilən normalarına uyğun olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Beləliklə, işin faktiki halalrına əsasən cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq torpaq mülkiyyətçisi Mehman İbrahmovun müraciəti və ya qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan İddiaçı1 torpağının yerini naturada dəyişdirmişdir, bu da onun nəticəsində baş vermişdir ki, hazırda İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətçisi olmuş X67 adlı şəxsin müraciəti əsasında 2012-ci ildə İddiaçı1 torpaq sahəsini satmış X31 adına vaxtilə qeydə alınmış torpaq sahəsinin koordinatlarına cavabdeh dəyişiklik etmişdir.Halbuki qanunvericilikdə məhkəmə aktı və mülkiyyətçi olmayan şəxsin müraciəti olmadan torpaq sahəsi ilə bağlı qeydə alınmış məlumatlara dəyişiklik edilməsi nəzərdə tutulmamışdır.X8 adına vaxtilə qeydə alınmış torpaq sahəsinin koordinatlarına cavabdeh tərəfindən dəyişiklik edilərkən X52 artıq 6 il idi ki, həmin torpaq sahəsinin mülkiyyətçisi deyildi, belə olan halda cavabdeh, mülkiyyətində artıq torpaq olmayan şəxsin adına qeydə alınmış, yəni faktiki mövcud olmayan mülkiyyətçinin torpağının koordinatlarına dəyişiklik etmişdir.Bundan əlavə cavabdeh belə dəyişikliyin hüquqi əsaslarını təsdiq edən - yəni əslində torpağın ilkin koordinatlarının düzgün olmadığını və torpağın faktiki olaraq düzəliş edilmiş koordinatlara uyğun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa koordinatlarına dəyişiklik edilmiş 0.12 ha torpaq sahəsi vahid əmlak şəkilində X37 məxsus olmuşdur, İddiaçı1 torpaq sahəsi də həmin torpaq sahəsinin bir hissəsidir, qalan 0,06 ha hissəsi ilkin olaraq X52 tərəfindən X10 və hazırda X19 mülkiyyətində olan torpaq sahəsidir, 0,12 ha torpaq sahəsinin X31 adına qeydə alınmış koordinatlarına dəyişiklik edildiyi halda həm İddiaçı1, həm də X3 torpaq sahələrinin yerləri dəyişilməli idi, lakin yalnız İddiaçı1 torpağının yeri dəyişdirilmiş, Sevanə Məmmədovanın torpaq sahəsinin yeri isə dəyişdirilmədən olduğu kimi saxlanılmışdır. Halbuki iş materiallarına əsasən X25 məxsus torpaq sahəsi, döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı1 məxsus 0,06 ha torpaq sahəsinə həmsərhəd olmaqla birbirinə bitişik yerləşir, X31 adına verilmiş xx.xx.2004-cü ildə JN 12983 D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, həm İddiaçı1 məxsus Xəzər rayon Mərdəkan qəsəbəsi, 118 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini, həm də X10 və hazırda X19 mülkiyyətində olan torpaq sahəsini əhatə edir.xx.xx.2012-ci ildən sonra dəyişdirilmiş döngə koordinatları əsasında X37 məxsus olmuş 0,12 ha torpaq sahəsi, hazırda İddiaçı1 məxsus 0,06 ha və X25 məxsus 0,07879 ha torpaq sahəsi ilə eyni ərazini əhatə etmir. Həmçinin o halda qeyd edilməlidir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçıların torpaq sahələri eyni sahə deyillər, həmin qərara əsasən iddiaçı X53 mübahisələndirdiyi, barəsində JN-12983D kod 00300016 qeydiyyat nömrəli, xx.xx.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (X31 adına olan), ******* nömrəli çıxarış verilmiş (İddiaçı1 adına verilmiş) torpaq sahəsi ilə iddiaçı X53 – İddiaçı2 torpağının əvvəlki mülkiyyətçilərində biri, torpağın koordinatlarının dəyişdirilməsi barədə müraciət edən şəxs kimi cavabdeh tərəfindən göstərilmiş şəxs) istifadəsinə verilmiş torpaq sahəsinin üst-üstə düşməsi sübutlarla təsdiqlənməmişdir, iddiaçının istifadəsində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması sübut edilməmişdir. Hazırki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4593 nömrəli ekspert rəyində İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi ilə həmin sahənin ilkin sənədi olan əvvəlki mülkiyyətçi X31 adına verilmiş şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ayrı-ayrı ərazilər olduğu üçün həmin torpaq sahələri arasında koordinatlar arasında uyğunsuzluğun mövcud olması qeyd edilsə də məhkəmə ekspert rəyinin qeyd edilən hissəsi ilə razılaşmır, belə ki, ekspert tərəfindən həmin uyğunsuzluq İddiaçı2 torpağının əvvəlki mülkiyyətçiərindən biri olan X28 Anar Vaqif oğlunun müraciəti əsasında dəyişdirilmiş koordinatlar əsasında müəyyən edilmişdir. Halbuki torpaq sahəsinin koordinatları ilkin məlumatlar – koordinatlara dəyişiklik edilməzdən əvvəl müəyyən edilmiş koordinatlar əsasında müəyyən edilməli idi. Bütün yuxarıda sadalananlar, habelə İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi ilə İddiaçı2 torpaq sahəsinin müxtəlif olması da həmin sahələrin eyni sahə olmadığını təsdiq edir. Belə olan halda cavabdeh, İddiaçı1 hazırki iddia tələbində əks olunan müraciətini təmin etməli olduğu halda etməmiş, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun həmin Qanunun 24.1-ci maddəsində nəzərdə tutulmuş “inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur”, 24.3-cü maddəsində nəzərdə tutulmuş “inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir”, 10.1-ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir”, 11.1-ci maddəsində nəzərdə tutulmuş “inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar” prinsiplərini pozmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, X64 sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;3.1.26-cı bəndinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.1.36-cı bəndinə əsasən mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı1 iddiası əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə İddiaçı2 İddiaçı1 adına olan xx.xx.2011-ci il tarixli, MA ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi və sonuncunun torpaq sahəsinə dair ilkin sənədlərinə uyğun olaraq, yeni “Torpaq sahəsinin plan və ölçüsü”nün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi ilə bağlı qeyd edir ki, hal-hazırda İddiaçı1 adına olan torpaq sahəsinin İddiaçı2 (ilkin mülkiyyətçi X23) adına olan torpaq sahəsi ilə eyni olmaması qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-727/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı ilə müəyyən edilir, eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticəsinə dair tərtib edilmiş ekspert rəyinin 5-ci hissəsində göstərilir ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, MA №0305381 saylı çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”ndə əks olunan koordinatlarla yerində baxış keçirilmiş mübahisəli torpaq sahəsinin koordinatları uyğunluq təşkil edir. Belə olan halda xx.xx.2011-ci il tarixli, MA ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən məlumatlar torpaq sahəsinin faktiki koordinatlarını və ölçüsünü əks etdirdiyi üçün həmin sənədin ləğv edilməsi tələbini məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 iddia tələbi təmin edilməli, X23 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha. torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış və hazırda İddiaçı2 adına verilmiş plan-ölçü sənədinin, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsi üzərində verilməsindən ibarət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz sayılmalı, cavabdeh tərfindən daşınmaz əmlakın dövlət reyestrində X23 adına ilkin qeydiyyatı aparılmış, hazırda İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha. torpaq sahəsinin, İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və plan-ölçü etibarsız hesab edilməli, İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsinin naturada yerinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz sayılsın, naturada yerdəyişmə ilə bağlı aparılmış qeydlər etibarsız hesab edilsin, etibarsızlıqla bağlı hüquqi nəticələrin reyestrdə qeydə alınması vəzifəsi cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir,İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsinin xx.xx.2011-ci il tarixli AA 035122 nömrəli plan-ölçüsünə əsasən sərhədlərinin və döngə nöqtələri koordinatlarının bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir, İddiaçı2 iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı1 iddiası təmin olunduğu üçün iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı1 iddia tələbi təmin edilsin. X23 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha. torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış və hazırda İddiaçı2 adına verilmiş plan-ölçü sənədinin, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsi üzərində verilməsindən ibarət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz sayılsın; Cavabdeh tərfindən daşınmaz əmlakın dövlət reyestrində X23 adına ilkin qeydiyyatı aparılmış, hazırda İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0,073135 ha. torpaq sahəsinin, İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və planölçü etibarsız hesab edilsin; İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsinin naturada yerinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz sayılsın, naturada yerdəyişmə ilə bağlı aparılmış qeydlər etibarsız hesab edilsin, etibarsızlıqla bağlı hüquqi nəticələrin reyestrdə qeydə alınması vəzifəsi cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin; İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 118 ünvanda 0,06 ha. torpaq sahəsinin xx.xx.2011-ci il tarixli AA 035122 nömrəli plan-ölçüsünə əsasən sərhədlərinin və döngə nöqtələri koordinatlarının bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddiaçı2 iddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat məbləğində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Adı: X22, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinə Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar