Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2180/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qərarın ləğv olunması” tələbinə dair idiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 05.08.2021-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra Dövlət Xidməti) 05.08.2021-ci il tarixli “Antiinhisar qanuvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərar qəbul etməklə müəssisəyə “Haqsız rəqabət haqqında” AR Qanununun 4-cü maddəsinin 4-cü abzasının tələbini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1ci hissəsinin 2-ci cümləsinin tələbinə əsasən "xxxx" MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi gəlirin 1 misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyasının, adıçəkilən Qanunun 9-cu maddəsinin 2-ci abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbinə əsasən qablaşdırılmasının üzərində “Energy” sözü yazılmış alkoqolsuz içkilərin satışından bu Qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375.005,39 manat gəlirin 2 %-i miqdarında, yəni 7.500,11 manat maliyyə sanksiyasının təsdiq edilməsi və 01.09.2021-ci il tarixinə qədər yuxarıda qeyd olunan pozuntu hallarının aradan qaldırılması və nəticəsi haqqında Dövlət Xidmətinə məlumat verilməsi haqqında göstəriş verilməsi qərara alınmışdır. Aşağıdakı hüquqi əsaslara görə Dövlət Xidmətinin 05.08.2021-ci il tarixli “Antiinhisar qanuvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərarın ləvğ edilməsinə dair qərar qəbul edilməlidir. “Haqsız rəqabət haqqında” AR Qanununun 4-cü maddəsinin 4-cü abzasının tələbini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin 2-ci cümləsinin tələbinə əsasən "xxxx" MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi gəlirin 1 misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyası ilə bağlı qeyd edilməlidir ki, İddiaçı MMC tərəfindən istinad olunan Qanunun göstərilən maddələrinin tələbləri pozulmamışdır. Belə ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış 30.04.2020-ci il tarixli, 77AZ saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə məxsus mallar "xxxx" MMC-yə satılır və "xxxx" MMC distrübütorluq hüququ əsasında həmin malları yeganə satısıcısıdır (təchizatçısıdır). Həmin müqavilənin 3.4-cü bəndinin tələblərinə görə həmin bənddə göstərilən məlumatlar (istehsalçının adı, VÖEN-i, ünvanı, malların istehsal tarixi, malın tərkibi və s.) "xxxx" ММСyə satılacaq malların üzərində olmalıdır. Eyni zamanda, həmin bəndin son cümləsinin tələbinə görə isə “Qanunvericiliklə nəzərdə tutulan digər məlumatlar” da olmalıdır. Həm bu bəndin tələbini, həm "xxxx" MMC-nin tələbini nəzərə alaraq, "xxxx" MMC-yə satılmış məhsulların üzərinə həmin müəssisənin adı distrübütor kimi qeyd edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış 30.04.2020-ci il tarixli, 77AZ saylı alqı-satqı müqaviləsinin 9.1-ci bəndinin tələbinə görə müqavilə 30.12.2020-ci il tarixinə qədər qüvvədə qalacaqdır. Tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə 15 gün qalana (15.12.2020-ci il nəzərdə tutulur) kimi müqaviləni ləğv etmək barəsində müraciət etməzsə müqavilə hər dəfə 1 il müddətinə uzadılmış hesab ediləcək. "xxxx" MMC tərəfindən müqavilənin 9.1-ci bəndinin tələbinə uyğun olaraq müqavilənin müddətinin bitməsinə 15 gün qalana (15.12.2020-ci il nəzərdə tutulur) kimi müqaviləni ləğv etmək barəsində müraciət etmədiyindən müqavilə həmin şərtə uyğun olaraq, 30.12.2021-ci il tarixinə qədər uzadılmışdır. Qeyd olunan müqavilə 30.12.2021-ci il tarixinə qədər uzadıldığı üçün "xxxx" MMC müqavilənin ləğv edilməsi ilə bağlı istəyini yalnız həmin Müqavilənin 9.2-ci bəndinin tələbinə uyğun olaraq tələb edə bilər. Həmin bəndin tələbinə görə tərəflərdən biri müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda digər tərəf 10 gün əvvəlcədən məlumat verməklə müqaviləyə xitam verə bilər. Eləcə də, hər hansı səbəb göstərməməklə 60 gün qabaqcadan məlumat verməklə istənilən tərəf müqaviləyə xitam verə bilər. Lakin, hazırki iş üzrə "xxxx" MMC tərəfindən müqavilənin 9.2-ci bəndinin tələbinə uyğun olaraq müqaviləyə xitam verilməsi ilə bağlı heç bir müraciət daxil olmamışdır. "xxxx" MMC mübahisələndirilən qərar qəbul edilən iclasda bildirmişdir ki, guya elektron poçt (email) vasitəsi ilə müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Lakin, bu məlumat həqiqəti əks etdirmir. Belə ki, 06.01.2021-ci il tarixdə elekton poçt vasitəsi ilə edilmiş müraciətdə müqaviləyə xitam verilməsi iıə bağlı heç bir şərt qeyd edilməmişdir və üstəlik 9.2-ci bəndin tələbinə riayət olunmamışdır, yəni hansı əsasla və hansı tarixdən müqaviləyə xitam veriləcəyi qeyd edilməmişdir. Həmin müraciətdə yalnız pərakəndə satış sahəsində əməkdaşlığın dayandırılması, topdan satış sahəsində əməkdaşlıq istisna edilməyib və ətraflı müzakirə olanacağı qeyd edilmişdir. Eyni zamanda, həmin müraciətdə "xxxx" MMC-nin adının çıxarılması və satışın dayandırılması ilə bağlı hər-hansı tələb irəli sürülməmişdir. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış 30.04.2020-ci il tarixli, 77AZ saylı Alqı-satqı müqaviləsinin qüvvədə olmasının təsdiqləyən digər bir hal ondan ibarətdir ki, 14.07.2021ci il tarixdə "xxxx" MMC-nin əməkdaşı olan və mailto:Yasm.Ekberov@veyseloglu.azElektron ünvan adlı korporativ elektron poçtdan istifadə edən Yasin Ələkbərov tərəfindən yeni elektron poçt göndərilmiş və həmin poçtda yuxarıda qeyd olunan müqaviləyə xitam verilməsi ilə bağlı Razılaşma təqdim edilmişdir. Lakin, həmin Razılaşmanın tarixi 19.01.2021-ci il tarix göstərilmişdir. Razılaşmanın tarixi geri tarixə yazıldığı üçün cəmiyyət tərəfindən təsdiqlənməmişdir və qarşı tərəfə bu barədə mövqe bildirilmişdir. Əgər tərəflər arasında müqavilə "xxxx" MMC-nin bildirdiyi kimi 06.01.2021-ci il tarixli elektron poçt müraciəti ilə ləğv edilmişdirsə, o zaman yenidən xitam barəsində Razılaşma göndərməyə hansı zərurət yaranmışdır? Zərurət ondan ibarət idi ki, "xxxx" MMC maliyyə sanksiyasına məruz qalmamaq üçün mübahisə predmeti qəbul olunan iclasda belə bir əsassız və həqitəi əks etdirməyən məlumatlar (izahatlar) vermişdir. Dövlət Xidməti isə cəmiyyət tərəfindən təqdim edilmiş sənədlər və məlumatlarla əlaqədar düzgün araşdırma aparmadığından həmin sənədlərə və məlumatlara yalnış qiymət vermişdir. Dövlət Xidmətinin 05.08.2021-ci il tarixli “Antiinhisar qanuvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” qərarının “Haqsız rəqabət haqqında” AR Qanununun 9-cu maddəsinin 2-ci abzasının tələblərini pozduğuna görə, həmin 12-ci maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbinə əsasən qablaşdırılmasının üzərində “Energy” sözü yazılmış alkoqolsuz içkilərin satışından bu qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375005,39 manat gələrin 2 %-i miqdarında, yəni 7500,11 manat maliyyə sanksiyasının təsdiq edilməsi ilə bağlı qeyd edilməlidir ki, qərar bu hissədə də, əsassız və qanunsuzdur. Belə ki, Dövlət Xidməti 375005,39 manat gəlirin 2 %i miqdarında, yəni 7500,11 manat maliyyə sanksiyasının təsdiq edilməsini Cəmiyyət tərəfindən məhsulların üzərində “Energy” sözü istifadə etmələri və “Haqsız rəqabət haqqında” AR Qanunun 9-cu maddəsinin 2-ci bazasının tələblərini pozmağı ilə əsaslandırmışdır. Yəni cəmiyyət tərəfindən guya əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi. Dövlət xidmətlərinin bu mövqeyi razılaşmayaraq, qeyd olunur ki, məhsulların üzərində “Energy” sözü energetik içki təəsuratı yaratmaq üçün qeyd edilməmişdir. Həmin söz satışa çıxarılan və cəmiyyətə məxsus məhsulun qanuni əsaslarla qeydiyyatdan keçirilmiş Əmtəə nişanın adının tərkib hissəsidir. Belə ki, AR Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzinin 31.05.2021-ci il tarixli, 16 №-li Protokolu ilə təsdiq edilmiş “Əmtəə nişanının qeydiyyata alınması haqqında” Qərarı ilə “Pit Bull energy” əmtəə nişanı qeydiyyata alınmışdır. Həmin əmttə nişanı ilə bağlı müraciət 13.05.2020-ci il tarixdə edilmişdir. Həmin əmtəə nişanın tərcümə edilmiş mənası “Pit bulun enerji” deməkdir. Bu isə istehlakçıda hər hansı yanılma və çaşma halına səbəb ola bilməz. Eyni zamanda, qeyd edilməlidir ki, həmin məhsulun üzərində məhsulun istehsalı və tərkibi barədə ətraflı məlumat verilmişdir. Həmin məhsulun tərkibi ilə bağlı məlumatlar müəyyən edilir ki, hazırki alkoqolsuz qazlı vitaminli içki enerji içkisi deyil. Belə ki, AR X6 tərəfindən təsdiqlənmiş “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydalarının1.4-cü bəndində göstərilən qaydalar cəmiyyət tərəfindən pozulmamış və məhsulun tərkibi həmin qaydalara uyğun müəyyən edilmişdir. Misal üçün qeyd etmək olar ki, məhsulun tərkibində kofein 15mg/100mg əmsalından azdır. Lakin, məhsulun üzərində istehlakçı üçün bütün zəruri, məlumatların yazılmasını diqqətə almadan yalnız “Energy” sözünün istifadə edilməsini əsas götürmək əsassız və qanunsuzdur. “Energy” sözü əmtəə nişanı olaraq qeydə alınmış və cəmiyyətə məxsus olan əmtəənin nişanın adının tərkib hissəsidir və məhsulun üzərində “Pit bull Vitamin C + Energy” ifadəsinin yazılması əmtəə nişanın adı ilə bərabər reseptinin də qeyd edilməsi mənasını verir. Əmtəə nişanı olaraq digər bir əmtəə qeydiyyatdan keçmişdir. AR Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzinin 21.05.2021-ci il tarixli, 15 №-li Protokolu ilə təsdiq edilmiş “Əmtəə nişanının qeydiyyata alınması haqqında” Qərarı ilə “X14 The Energy” əmtəə nişanı qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı ilə bağlı müraciət 22.05.2020-ci il tarixdə edilmişdir. Qanuni əsaslarla əmtəə nişanın qeydiyyatdan keçirilməsi cəmiyyətə həmin adın istifadə edilməsi ilə müstəsna hüquq verməsinə baxmayaraq Dövlət Xidməti bunu nəzərə almamış və yuxarıda qeyd olunan qanunsuz qərarı qəbul etmişdir. Dövlət Xidmətinin 05.08.2021-ci il tarixli “Antiinhisar qanuvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” Qərarının 1-ci hissəsi ilə bağlı qeyd edilməlidir ki, Qərar həmin hissədə də, əsassız və qanunsuzdur. Belə ki, cəmiyyət tərəfindən hər hansı pozuntu hallarına yol verilmədiyi üçün həmin “pozuntu hallarının” aradan qaldırılması üçün zərurət yaranmamışdır. Lakin, qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən cəmiyyətə qarşı nümayiş etdirilən haqsız və etibarsız mövqe nəzərə alınaraq növbəti istehsal olunmuş məhsullarda artıq "xxxx" MMC-nin distrübütor kimi adının qeyd edilməsi istisna ediləcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 01.09.2021-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47 və 49-cu maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş və məhkəmə tərəfindən "xxxx" MMC və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və üçüncü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Xidmət tərəfindən "xxxx" MMC və "xxxx" MMC barəsində qaldırılmış 07.07.2021-ci il tarixli FA-22 nömrəli iş üzrə aparılmış araşdırmalar zamanı etiket göstəricisinə əsasən istehsalçısı “A+Co” MMC, sifarişçisi "xxxx" MMC və distribütoru "Veysəloğlu” MMC olan “PİT BULL” adlı alkoqolsuz içkinin markalanmasında “PİT BULL VİTAMİN C + ENERGY” sözləri qeyd edildiyi, habelə həmin sözlərə nisbətən daha kiçik hərflərlə “Alkoqolsuz vitaminləşdirilmiş qazlı içki” sözləri yazıldığı və etiket göstəricisinə əsasən həmin məhsulun tərkibində karbohidratlar 11,0 q, şəkər 11,0 q, yağlar 0 q, zülal 0 q, kofein 13 mq, vitamin C (askorbin turşusu) 14 mq təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Qida X1 28.09.2019-cu il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş, 04.10.2019-cu il tarixdə, **********0011 nömrə ilə X10 Reyestrində qeydiyyata alınmış və 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın 1.4-cü bəndinə əsasən enerji içkisi - tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və (və ya) antisedativ təsirə malik aşağıda sadalanan maddələrdən ən azı ikisi mövcud olan alkoqolsuz içki: kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, В qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktları. Tərkibində yuxarıda sadalanan maddələrdən yalnız kofein istifadə edildiyi halda, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir. Tərkibində yuxarıda sadalanan amin turşuları, В qrup vitaminlər və bitki ekstraktları kimi qrup maddələrdən eyni qrupa daxil olan hər hansı iki maddə istifadə edildikdə, həmin içkilər də enerji içkisi hesab edilir. Etiket göstəricisinə görə “PİT BULL” adlı məhsul qeyd olunan qaydaların tələblərinə əsasən enerji içkisi deyil və onun üzərində “ENERGY” sözü yazılmaqla həmin məhsulların istehlakçılarda enerji içkisi olması təəssüratı yaratmağa və həmin məhsulların xassələri, keyfiyyəti barədə düzgün olmayan məlumat verilməsinə səbəb ola bilər. Bununla əlaqədar olaraq hüquqi ünvanı "xxxx" MMC və İddiaçı MMC barələrində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış və sonunculardan zəruri sənəd və məlumatların təqdim edilməsi tələb edilmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin nümayəndəsi “PİT BULL VİTAMİN C+ENERGY” içkisinin hazırda "xxxx" MMC-yə aid olmadığını və onların sifarişi əsasında hazırlanmadığını, əmtəə nişanından istifadə hüququnun İddiaçı MMC-yə aid olduğunu, “PİT BULL VİTAMİN C+ENERGY” sözləri yazılmış “PİT BULL” adlı alkoqolsuz içkilərin satışını 2021-ci ilin əvvələrindən dayandırıldığını və 8 aya yaxındır ki, rəqib məhsulların satışını həyata keçirdikləri üçün qeyd edilən məhsulun alqı-satqısını həyata keçirmədiklərini, qarşı tərəfə (direktora) telefon vasitəsilə və “e-mail” formasında 2021-ci ilin yanvar ayında məlumat təqdim edilərək, distribütorluqdan çıxıldığının bildirildiyi, İddiaçı MMC-nin başqa müəssisələrə satışı həyata keçirdiyini, qeyd olunan məhsulların üzərində əsassız olaraq "xxxx" MMC-nin distributor kimi göstərildiyini qeyd etmişdir. Eyni zamanda, "xxxx" MMC-nin nümayəndəsi qeyd edilən məhsulun alışı ilə bağlı İddiaçı MMC ilə bağlanmış 30.04.2020-ci il tarixli müqaviləyə əsasən məhsulun üzərində yazılara görə məsuliyyətin birbaşa İddiaçı MMC-yə aid olduğunu bildirmişdir. Araşdırma nəticəsində Xidmət tərəfindən müvafiq qərar qəbul edilərək, İddiaçı MMC-yə icrası məcburi olan 11.08.2021-ci il tarixli Göstəriş göndərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, “PİT BULL VİTAMİN C+ENERGY” içkisi "xxxx" MMC-yə aid deyil və onların sifarişi əsasında hazırlanmır. Əmtəə nişanından istifadə hüququ İddiaçı MMC-yə aiddir. “PİT BULL VİTAMİN C+ENERGY” sözləri yazılmış “PİT BULL” adlı alkoqolsuz içkilərin satışını 2021-ci ilin əvvələrindən dayandırılmışlar və rəqib məhsulların satışını həyata keçirdikləri üçün qeyd edilən məhsulun alqı-satqısını həyata keçirmirlər. "xxxx" MMC-yə (direktora) telefon vasitəsilə və “e-mail” formasında 2021-ci ilin yanvar ayında məlumat təqdim edilərək, distribütorluqdan çıxdırları bildirilmişdir. İddiaçı MMC başqa müəssisələrə satışı həyata keçirərək, bu zaman qeyd olunan məhsulların üzərində əsassız olaraq "xxxx" MMC-ni distributor kimi göstərmişdir. Qeyd edilən məhsulun alışı ilə bağlı İddiaçı MMC ilə bağlanmış 30.04.2020-ci il tarixli müqaviləyə əsasən məhsulun üzərində yazılara görə məsuliyyət birbaşa İddiaçı MMC-yə aid edilmişdir. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarından görünür ki: İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 06.09.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC (direktor X11) (“Satıcı”) ilə 'Veysəloğlu" MMC (“Alıcı”) arasında 30 aprel 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 9.1-ci bəndində göstərimişdir ki, müqavilə qüvvəyə minmə tarixində qüvvəyə minir və 31.12.2020-ci il tarixinə qədər qüvvədə qalacaqdır. Tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə ən geci 15 (on beş) gün qalana kimi müqaviləni ləğv etmək barəsində müraciət etməzsə müqavilə hər dəfə 1(bir) il müddətinə uzadılmış hesab ediləcək. "xxxx" MMC İddiaçı MMC-yə (direktor Ayaz Aşırov) 06.01.2021-ci il tarixdə ünvanladığı məktubda göstərmişdir ki, şirkət rəhbərliyinin qərarı ilə 2021-ci ilin yanvar ayından etibarən məhsullarının pərakəndə satışı sahəsində onlarla əməkdaşlığı dayandırmaq məcburiyyətindədirlər. İşin topdan satış kanalı və ya şəbəkə vasitəsi ilə satışa davam etməsi mümkündür. Bu seçim daha da ətraflı müzakirə olunacaq. Ümid edirlər ki, qarşılıqlı öhdəlikləri yerinə yetirilməsi müsbət cəhətdən həll ediləcək. Xüsusən də bu gün yüz (bir yüz) min ədəd məhsul sataraq, 2020-ci ildə marketinq fəaliyyətinə görə borclarının ödənilməsi məsələsini həll etmişlər və 2020-ci ilin yekunlarına görə heç bir borcları yoxdur. Bundan əlavə, soyuducu və digər avadanlıqlarının köçürülməsi məsələsini qısa müddət ərzində həll edəcəklər. "xxxx" MMC İddiaçı MMC-yə (direktor Ayaz Aşırov) 17.07.2021-ci il tarixdə ünvanladığı məktub ilə, 30.04.2020-ci il tarixli 77AZ saylı alqı-satqı müqaviləsinin ləğvinə dair 19.01.2021-ci il tarixli razılaşma göndərmişdir. Razılaşmanın birinci bəndində göstərilmişdir ki, hazırki, razılaşmanın imzalanması ilə tərəflər arasında bağlanmış 30.04.2020-ci il tarixli 77AZ saylı alqı-satqı müqaviləsinə 19.01.2021-ci il tarixindən xitam verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticəsi haqqında” 05.08.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 07.07.2021-ci il tarixli FA-22 nömrəli əmrilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyası “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beçinci abaslarının tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ 1029, ünvan 1anı AZ 1142, Bakı şəhəri, Xətai rayonu, X12, ev 9, mənzil 161 olan İddiaçı MMC barələrində qaldırılmış 07.07.2021-ci il tarixli 07.07.2021-ci il tarixli FA-22 nömrəli işə baxaraq qərara almışdır: 1) Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X12, ev 9, mənzil 161 olan İddiaçınə (VÖEN: **********) sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində 'Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə etməklə və alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində “ENERGY” sözü yazmaqla həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verilməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozması hallarını 01.09.2021-ci il tarixinə kimi aradan qaldırması və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilməsi haqqında göstəriş verilsin. 2.) Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X12, ev 9, mənzil 161 olan İddiaçı MMC-yə (VÖEN: **********) sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində 'Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən 'Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə etməklə əldə etdiyi 141.230,07 manat (bir yüz qırx bir min iki yüz otuz manat yeddi qəpik) gəlirin bir misli həcmində, yəni 141.230,07 manat maliyyə sanksiyası tətbiq edilsin 3) Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X12, ev 9, mənzil 161 olan İddiaçı MMC-yə (VöEN: **********) sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində “ENERGY” sözü yazmaqla həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən qablaşdırılmasının üzərində “ENERGY” sözü yazılmış alkoqolsuz içkilərin satışından bu Qərarın 2-ci bəndində göstərilmiş gəlir çıxılmaqla əldə etdiyi 375.005,39 manat (üç yüz yetmiş beş min beş manat otuz doqquz qəpik) gəlirin 2 faizi miqdarında, yəni 7.500,11 manat (yeddi min beş yüz manat on bir qəpik) maliyyə sanksiyası tətbiq edilsin. 4) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış 07.07.2021-ci il tarixli FA-22 nömrəli işin hüquqi ünvanı AZ1029, ünvan 3li Cəmiyyəti (VÖEN: **********) üzrə hissəsinin icraatına xitam verilsin. Qeyd olunan qərardan görünür ki; - "xxxx" MMC-nin Xidmətə daxil olmuş 05.08.2021-ci il tarixli 06-08/2021 nömrəli məktubunda "xxxx" MMC barəsində hər hansı hüquqi məsuliyyət tədbirinin görülməsi qanunsuz və əsassız olduğu, qanunvericilik baxımından "xxxx" MMC qeyd olunan hüquq pozuntusunun subyekti olmadığı, "xxxx" MMC məhsulu İddiaçı MMC-dən satın alaraq ticari dövriyyənin digər subyektlərinə satışını həyata keçirərək, ikinci satıcı rolu oynadığını, 2021-ci ilin yanvar ayəndan sonra “PİT BULL” içkisinin İddiaçı MMC ilə alqı-satqısını sübut edən hər hansı qaimə və s. olmadığı, İddiaçı MMC bu əməli ilə “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinin tələblərini, həmçinin Mülki Məcəlləsinin tələblərini pozaraq "xxxx" MMC-ni bilərəkdən ylandan distribütor kimi göstərdiyi bildirilmişdir. - Təqdim edilmiş sənəd və məlumatlara əsasən sifarişçisi İddiaçı MMC olan alkoqolsuz içkilər üzrə aşağıdakılar müəyyən edilmişdir: - Qablaşdırılmasının üzərində “PİT BULL VİTAMİN C+ENERGY” və “Dstribütor: "xxxx" MMC” və s. sözləri yazılmış (250 ml) “PİT BULL” adlı alkoqolsuz içkilər 23 iyun 2020-ci il -12 yanvar 2021-ci il dövr ərzində "xxxx" MMC-yə satılmış və bundan İddiaçı MMC-nin əlavə dəyər vergisi çıxılmaqla 175.292,86 manat gəliri olmuşdur. - Qablaşdırılmasının üzərində “PİT BULL VİTAMİN C+ENERGY” və “Dstribütor: "xxxx" MMC” və s. sözləri yazılmış (250 ml) “PİT BULL” adlı alkoqolsuz içkilər 18 yanvar 2021-ci il – 26 iyul 2021-ci il dövr ərzində "xxxx" MMC-yə deyil digər rəqib bazar subyektlərinə satılmış və bundan İddiaçı MMC-nin əlavə dəyər vergisi çıxılmaqla 141.230,07 manat gəliri olmuşdur. - Qablaşdırılmasının üzərində “PİT BULL VİTAMİN C+ENERGY” sözləri yazılmış (500 ml) “PİT BULL” adlı alkoqolsuz içkilərin satışından mart 2020-ci il-iyul 2021-ci il ərzində İddiaçı MMC-nin əlavə dəyər vergisi çıxılmaqla 150.812,4 manat gəliri olmuşdur. - Qablaşdırılmasının üzərində “PİT BULL CİTRUS ENERGY” sözləri yazılmış (500 ml) “PİT BULL” adlı alkoqolsuz içkilərin satışından may 2020-ci il - iyul 2021-ci il ərzində İddiaçı MMC-nin əlavə dəyər vergisi çıxılmaqla 48.899,5 manat gəliri olmuşdur. - Qablaşdırılmasının üzərində “ENERGY” sözü yazılmış 250 ml (VİTAMİN C), 500 ml (VİTAMİN C) və 500 ml (CİTRUS) “PİT BULL” adlı alkoqolsuz içkilər etiket göstəricisində verilmiş məlumatlara əsasən Azərbaycan Respublikası Qida X1 28.09.2019-cu il tarixli 11 nömrəli Qərarı ilə təsdiqlənmiş, 04.10.2019-cu il tarixdə, **********0011 nömrə ilə X10 Reyestrində qeydiyyata alınmış və 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın tələblərinə əsasən enerji içkisi deyildir. - İddiaçı MMC ilə "xxxx" MMC alkoqolsuz içkilər bazarında bir-birinə rəqibdirlər. Azərbaycan Respublikası X6nin Xidmətə daxil olmuş 08.07.2021-ci il tarixli 9/2662 nömrəli məktubunda müayinələr nəticəsində “PİT BULL VİTAMİN C+ENERGY” adlı alkoqolsuz içkinin enerji içkisi olmadığı, lakin həmin məhsulların üzərində “energy” sözü yazılmaqla istehlakçıların çaşdırıldığı və haqsız rəqabətə yol verildiyi bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sankssiyasının ödənilməsi haqqında” 11.08.2021-ci il tarixli Göstərişlə aşaağıdakılar tələb olunmuşdur: Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X12, ev 9, m 161 olan İddiaçı (VÖEN: **********) sifarişini və satışını həyata keçirdiyi alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində "xxxx" MMC-nin adından qanunsuz istifadə etməklə və alkoqolsuz içkilərin qablaşdırılmasının üzərində “ENERGY” sözü yazmaqla həmin məhsulların keyfiyyəti və başqa xassələri barədə düzgün olmayan məlumatlar verməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərini pozması hallarını 01.09.2021-ci il tarixinə kimi aradan qaldırsın və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat versin. Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X12, ev 9, m 161 olan İddiaçı MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 07.07.2021-ci il tarixli FA-22 nömrəli əmrilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının 05.08.2021-ci il tarixli Qərarı ilə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozduğuna görə onun barəsində tətbiq edilmiş 141230,07 manat (yüz qırx bir min iki yüz otuz manat yeddi qəpik) məbləğində maliyyə sanksiyasını 30 (otuz) gündən gec olmayaraq aşağıdakı hesaba köçürülməsini təmin etsin: Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, X12, ev 9, m 161 olan İddiaçı MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 07.07.2021-ci il tarixli FA-22 nömrəli əmrilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının 05.08.2021-ci il tarixli Qərarı ilə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərini pozduğuna görə onun barəsində tətbiq edilmiş 7500,11 manat (yeddi min beş yüz manat on bir qəpik) məbləğində maliyyə sanksiyasını 30 (otuz) gündən gec olmayaraq aşağıdakı hesaba köçürülməsini təmin etsin: Bazar subyektlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin göstərişini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə, habelə düzgün olmayan məlumat verdiyinə və ya lazımi məlumatı vermədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin dördüncü və beşinci abzaslarına əsasən məsuliyyət daşıdıqları İddiaçı MMC-nin (VÖEN: **********) nəzərinə çatdırılsın. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş Şəhadətnamədən müəyyən olunur ki, 2021 1428 №li “Pit bull`s energy” əmtəə nişanı dövlət reyestrində 28.07.2021-ci il tarixdə qeyd olunmuşdur. Əmtəə nişanının sahibi “PİTS UA” LLC şirkətidir. Məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bununla əlaqədar məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiiyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Həmin Qaydaların: - 1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. - 2.1-ci bəndinə görə Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. - 2.2-ci bəndinə görə Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. - 2.3-cü bəndinə görə Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. 2.4-cü bəndinə görə Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. 2.10-cu bəndinə əsasən Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. 2.12-ci bəndinə əsasən Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. 2.16-cı bəndinə əsasən Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. “Antinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun: - 3-cü maddəsinə görə İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. - 16.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Beləliklə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 25-ci maddəsinə sasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Həmin Qanunun: - 11-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər. - 12-ci maddəsinin 1-ci bəndinə görə bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində; bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları tətbiq edilir. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları. Mübahisələndirilən qərardan görünür ki, sifarişçisi İddiaçı MMC olan alkoqolsuz içkilər üzrə araşdırma aparılarkən qablaşdırılmasının üzərində “PİT BULL VİTAMİN C+ENERGY” və “Dstribütor: "xxxx" MMC” və s. sözləri yazılmış (250 ml) “PİT BULL” adlı alkoqolsuz içkilərin 23 iyun 2020-ci il -12 yanvar 2021-ci il dövr ərzində "xxxx" MMC-yə satıldığı və bundan İddiaçı MMC-nin əlavə dəyər vergisi çıxılmaqla 175.292,86 manat gəlirinin olması; qablaşdırılmasının üzərində “PİT BULL VİTAMİN C+ENERGY” və “Dstribütor: "xxxx" MMC” və s. sözləri yazılmış (250 ml) “PİT BULL” adlı alkoqolsuz içkilərin 18 yanvar 2021-ci il – 26 iyul 2021-ci il dövr ərzində "xxxx" MMC-yə deyil digər rəqib bazar subyektlərinə satıldığı və bundan İddiaçı MMC-nin əlavə dəyər vergisi çıxılmaqla 141.230,07 manat gəlirinin olması; qablaşdırılmasının üzərində “PİT BULL VİTAMİN C+ENERGY” sözləri yazılmış (500 ml) “PİT BULL” adlı alkoqolsuz içkilərin satışından mart 2020-ci il-iyul 2021-ci il ərzində İddiaçı MMC-nin əlavə dəyər vergisi çıxılmaqla 150.812,4 manat gəlirinin olmması; qablaşdırılmasının üzərində “PİT BULL CİTRUS ENERGY” sözləri yazılmış (500 ml) “PİT BULL” adlı alkoqolsuz içkilərin satışından may 2020-ci il - iyul 2021-ci il ərzində İddiaçı MMC-nin əlavə dəyər vergisi çıxılmaqla 48.899,5 manat gəlirinin olması; qablaşdırılmasının üzərində “ENERGY” sözü yazılmış 250 ml (VİTAMİN C), 500 ml (VİTAMİN C) və 500 ml (CİTRUS) “PİT BULL” adlı alkoqolsuz içkilərin etiket göstəricisində verilmiş məlumatlara əsasən Azərbaycan Respublikası Qida X1 28.09.2019-cu il tarixli 11 nömrəli Qərarı ilə təsdiqlənmiş, 04.10.2019-cu il tarixdə, **********0011 nömrə ilə X10 Reyestrində qeydiyyata alınmış və 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın tələblərinə əsasən enerji içkisi olmadığı; İddiaçı MMC ilə "xxxx" MMC-nin alkoqolsuz içkilər bazarında bir-birinə rəqib olduqları müəyyən olunmuş və qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq iddiaçı barəsində maliyyə sanksiyaları tətbiq edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt, yəni cavabdeh inzibati orqanın qəbul etdiyi hər iki qərar həm formal-hüquqi baxımdan, həm maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin inzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlir, həmin qərar səlahiyyətli orqan tərəfindən qəbul edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərarlar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2180/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2180/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver