Məhkəmə qərarları › İş №2-1(112)-2181/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2181/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2181/2023 16.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “tibbi müayinə, müalicə və s. güzəşt və imtiyazlardan istifadə edilməsi hüququnun təmin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “tibbi müayinə, müalicə və s. güzəşt və imtiyazlardan istifadə edilməsi hüququnun təmin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 3N ilə yaxın xidmət etmiş, N8 aprel NN13-cü ildə ona vəsiqə təqdim olunmuşdur. İddiaçi ’'Silahlı Qüvvələr veteranı” vəsiqəsi sahibləri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinə və müalicə olunmaq üçün müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı N1 noyabr NN16-cı il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən öz arzusu ilə "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə uyğun olaraq ehtiyata buraxılmışdır. "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 13-cü maddəsində və “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsində göstərilən təminatlar ona şamil olunmur. Belə ki, İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsində göstərilən təminatlara uyğun olaraq Azərbaycan Ordusundan tərxis olunduğu təqdirdə onun hərbi tibbi müəssələrdə tibbi təminat, müalicə, müayinə, sanatoriya- kurort müalicəsi və istirahət hüququ olardı. Qeyd edilənlərə bağlı İddiaçı Hüquq İdarəsi və Tibb idarəsi tərəfindən hüquqları izah olunaraq ətraflı məlumat verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin:

1. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. Hərbi qulluqçular məcburi qaydada ambulator və ya stasionar tibbi müayinədən, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər. N. Həqiqi hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat almaq hüququ vardır. Hərbi qulluqçuların, hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır.

3. Hərbi qulluqçuların xidmət yerində hərbi tibb müəssisələri olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət büdcəsi hesabına tibbi yardım göstərilir.

4. Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir.Mülki tibb müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi qulluqçularla yanaşı hərbi tibb müəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər.

5. Hərbi qulluqçular və onların ailə üzvləri (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi hüququna, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin olunmaq hüququna malikdirlər.

6. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, NN il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.

7. Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsinə əsasən hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə, hərbi hissələrdə və müəssisələrdə göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər, tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sanatoriya və istirahət evlərində təşkil edilmiş istirahətdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış NN il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi tibb müəssisələrində, tibbi təminat və sanatoriyakurort müalicəsi almaq hüququ saxlanılır. Bu maddədə göstərilən və mülki idarə, müəssisə və təşkilatlara ezam olunmuş (orada işləmiş) və ehtiyata və ya istefaya buraxılmış baş və ali zabit heyətindən olan şəxslər və onların ailə üzvləri də bilavasitə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən buraxılmış şəxslərlə bərabər hüquq, güzəşt və üstünlüklərə malikdirlər. Əgər göstərilən şəxslər üçün müəyyən olunmuş qaydada ehtiyata və ya istefaya buraxılana qədər qeydiyyatında olduqları poliklinikalardan istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüququ saxlanılarsa onda, poliklinikalar tərəfindən onlara və onların ailə üzvlərinə sanatoriya və istirahət evlərinə verilən putyovkaların haqqının ödənilməsindəki güzəştlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Normativ hüquqi aktın tələblərinin şərhinə keçməzdən əvvəl, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsinə dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Bu səbəbdən də qüvvədə olan qanunvericilik həmin şəxslərə xüsusi hüquqlar vermişdir ki, bu hüquqlardan biri də - onların tibbi təminatdan müalicədən istifadə etmək hüququdur. Yuxarda sadalanmış maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, yalnız NN il və daha çox xidmət etmiş, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətlərin ailə üzvlərinin belə bir tibbi təminatdan müalicədən istifadə etmək hüququ vardır. İşin faktiki və tərəflər arasında mübahisə doğurmayan hallarından görünür ki, iddiaçı xx.xx.1987-ci ildən xx.xx.199N-ci ilədək Voronej AHRMM-də; xx.xx.199N-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissədə; xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək N nömrəli hərbi hissədə; xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək N nömrəli hərbi hissədə; xx.xx.1999-cu ildən xx.xx.NNN3-cü ilədək N nömrəli hərbi hissədə; xx.xx.NNN3-cü ildən xx.xx.NNN5-ci ilədək SQ Hərbi Akademiyada; xx.xx.NNN5-ci ildən xx.xx.NN16-cı ilədək SQ TTM hərbi xidmətdə olmuşdur. Müdafiə Nazirinin xx.xx.NN16-cı il tarixli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hərbi qulluqçu kimi NN ildən çox xidmət etsə də, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından, onun tibbi təminatdan, müalicədən istifadə etmək hüququ saxlanılmamışdır. Belə ki, bir daha qeyd olunur ki, həm “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi, həmçinin də “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamə hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılan şəxslərin əhatə dairəsini konkret müəyyən etmiş, xidmət ilinin NN ildən çox olması və ehtiyata buraxılma əsasını ümumiləşdirərək həmin şəxslərin hansı kriteriyalara malik olmalı olduğunu təsbit etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı öz arzusu ilə ehtiyata buraxıldığından o, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsində göstərilən şəxslərin əhatə dairəsinə düşmür. Bu səbəbdən də Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati akt, hazırkı halda cavabdehin əmrinin qəbul edilməsinin zəruri edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir ki, faktiki şərtin sübut edilməsi həmin inzibati aktın məhkəmə qaydasında ləğvini istisna edən hal kimi qiymətləndirilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 3N gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-54N) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar