Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2181/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Mənə müharibə veteranı adı verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.NN-ci ildən 283, N və N saylı hərbi hissələrin tərkibində olmuşdur və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Kəlbəcər rayonu hissəsində hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü xx.xx.NN-ci ildən xx.xx.NN-ci il tarixlərini əhatə edib. N22-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmişdir. xx.xx.N22-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona müharibə veteranı adı verilməsindən imtina edib. Cavabdeh təşkilat qərarını əsaslandırmayıb. Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 Nə-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il 27 sentyabr tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatların bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi biıet (hərbi xidmət keçmələrim sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi düyüşiərdə iştiraKi sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvələr ehtiyata və istefaya buraxılmş, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Əsasnamənin birinci hissəsinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəsi vermək səlahiyyətli olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. X5 iddia ərizəsindən görünür ki, o, 05 oktyabr NN-ci il tarixdən 21 dekabr NN-ci il tarixədək 28N və N nömrəli nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi” üçün adının daxil edildiyi siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi tələbini irəli sürmüşdür. N nömrəli hərbi hissənin N noyabr N22-cı il tarixli 5117 nömrəli məktubuna əsasən iddiaçı X6 döyüş əməliyyatlarına cəlb olunmayan hərbi hissədə xidmət keçmişdir. Azərbaycan Respublikası İPM-nin 73.3.1-cı maddəsinə əsasən inzibati orqan Müdafiə Nazirliyinin komissiyanın xx.xx.N22-ci il tarixli iclas protokoluna əsasən iddiaçıya “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərməsindən imtina edilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası İPM-nin 47.2- ci maddəsini rəhbər tutaraq iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi” üçün sənədlərin Azərbaycan Respublikası Kabinetinə göndərilməsinə dair iddia ərizəsini rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.N24-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona “müharibə veteranı adı və statusu”-un verilməsi üçün sənədlərin Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.NN-ci il tarixdə N nömrəli hərbi hissədə, xx.xx.NN-ci il tarixdə N nömrəli hərbi hissədə xidmətdə olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.N23-cü il tarixli, 3-43-78/2-1440 nömrəli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində hərbi qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü ehtiyatda olan X3 Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və “Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununa əsasən xx.xx.NN-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və N nömrəli hərbi hissəyə təhvil verilmişdir. Hərbi vəzifəli X5 qismən səfərbərlik üzrə hərbi xidmət etməsi barədə əmrlər Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivində olduğu üçün əmrdən çıxarışların alınması üçün ora müraciət etməyiniz məqsədəuyğundur. İddiaçı N nömrəli hərbi hissədə xx.xx.NNci il tarixdən (əmrN°118) xx.xx.NN-ci il tarixədək (əmrN°40), N nömrəli hərbi hissədə xx.xx.NN-ci il tarixdən (əmrN°315) xx.xx.NN-ci il tarixədək (əmrN°347), N nömrəli hərbi hissədə xx.xx.NN-ci il tarixdən (əmrN°340) xx.xx.NN-ci il tarixədək (əmrN°366) hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.NN-ci il tarixli 274 nömrəli əmrinə əsasən qismən səfərbərlikdən tərxis edilmiş, xx.xx.N21-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində hərbi qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.N23-cü il tarixli 3-13-12/2- 152516/N23 nömrəli məktubu ilə göndərilmiş məlumatdan görünür ki, İddiaçı xx.xx.N15-ci il tarixində Cinayət Məcəlləsinin 332.1, 70 maddələri ilə Füzuli Hərbi Məhkləməsi tərəfindən 06 ay İnzibati Xar.Hər və 08 ay şərti sınaq müddəti ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N23-cü il tarixli, 1917 nömrəli məktubunda bildirilmişdir ki, 283, N, N Nə-li hərbi hissələrin NN-ci il tarixli sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı barəsində məlumat verə bilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 3-3-12/2-30-10703/N23 nömrəli, xx.xx.N23-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək 283, N və N №-li hərbi hissələrdə xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin, məlumat üçün bildirirəm ki, İddiaçı N Ne-li hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olarkən Füzuli Hərbi Məhkəməsinin 5 may N15-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsilə təqsirli bilinib 9 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə cəzası 8 ay sınaq müddəti ilə şərti təyin olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N23-cü il tarixli, 3-25-4/2-5708/N23 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr- noyabr NN-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işqal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə isə tamamlama mərkəzi olduğu üçün döyüş əməliyyatlarına cəlb edilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin 15 noyabr N23-cü il tarixli 7/2999 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə görə N nömrəli hərbi hissə və N hərbi hissə (qərargah taqımı, yanğından mühafizə koma istisna olmaqla) N sentyabr- noyabr NN-ci il tarixlərində Ermənistan Respublik; irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan əra; azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər. N nömrəli hərbi hiss tamamlama mərkəzi olduğu üçün döyüş əməliyyatlarına cəlb edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.N24-cü il tarixli, 326 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək davam edən Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin dəyişən heyətinə təyin edilmiş vətəndaş X5 hərbi hissənin siyahısına daxil olması və çıxarılması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrindən çıxarışlarını Sizin ünvanınıza göndərirəm. Məlumat üçün bildirirəm ki, Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmri ilə bilavasitə döyüşən hərbi hissələrə ezam olunmadığı üçün “Hərbi hissədə müvəqqəti olamayan və hərbi hissəyə müvəqqəti gəlmiş hərbi qulluqçuların uçotu kitabı”nda (Forma-5) vətəndaş X6 barəsində heç bir qeydiyyat yoxdur. -xx.xx.NN-ci il tarixli 315 nömrəli Əmrdən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 03 noyabr NN-ci il tarixli 0106 nömrəli əmrinə əsasən, Əsgər X1 üzrə hərbi xidmətdə olan hərbi qulluqçular N nömrəli hərbi hissədən (Tamamlama Mərkəzi) gəldiklərinə görə, 06 noyabr NN-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısına əlavə olunsun və N nömrəli hərbi hissəyə (Gəncə şəhəri) ezam olunsun. Əsas: 3-cü Ordu Korpusu komandirinin xx.xx.NN-ci il tarixli 55 nömrəli sərəncamı. -xx.xx.NN-ci il tarixli 323 nömrəli Əmrdən görünür ki, N nömrəli hərbi hissədə (Goran-1 Hərbi şəhərcik) ezamiyyətdə olan əsgər X1 üzrə hərbi xidmətdə olan hərbi qulluqçu xx.xx.NN-ci il tarixdən ezamiyyətdən gəlmiş hesab edilsin və xx.xx.NN-ci il tarixdən ərzaq təminatına qoyulsun. Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 1609 nömrəli məktubu. -xx.xx.NN-ci il tarixli 347 nömrəli Əmrdən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 03 noyabr NN-ci il tarixli 0106 nömrəli əmrinə əsasən, əsgər X1 üzrə hərbi xidmətdə olan hərbi qulluqçu N nömrəli hərbi hissəyə (Göygöl rayonu) getdiklərinə görə, 05 dekabr NN-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısından və 06 dekabr NN-ci il tarixdən ərzaq təminatından çıxarılsın. Əsas: 3-cü Ordu Korpusu komandirinin xx.xx.NN-ci il tarixli 80 nömrəli sərəncamı. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.N22-ci il tarixli, 5117 nömrəli məktubda bildirilmişdir ki, vətəndaş xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək vətən müharibəsi zamanı Gəncə və Şəmkir şəhərində yerləşən 283, N nömrəli hərbi hissələrdə öz xidməti vəzifələrinizi yerinə yetirmişdir. Əlavə olaraq bildirirəm ki, Gəncə və Şəmkir şəhəri döyüş əməliyyatları olan ərazi olmadığı üçün döyüş iştirakçılarına nəzərdə tutulmuş təltiflərlə təltif olunmağınız məqsədəuyğun hesab edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N15-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün: 1.o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;
2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İddiaçının NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək qismən səfərbərliyə cəlb ediərək, N nömrəli hərbi hissəyə təhvil verilməsi, onun N nömrəli hərbi hissədə xx.xx.NNci il tarixdən xx.xx.NN-ci il tarixədək, N nömrəli hərbi hissədə xx.xx.NN-ci il tarixdən (əmrN°315) xx.xx.NN-ci il tarixədək hərbi xidmət keçməsi, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.NN-ci il tarixli 274 nömrəli əmrinə əsasən qismən səfərbərlikdən tərxis edilməsi işin mübahisələndirilməyən hallarıdır. Qeyd edilənlər iddiaçı barəsində hərbi bilet, hərbi qeydiyyat kartası və cavabdehdən əldə edilmiş əmrlərdən çıxrışlarla öz təsdiqini tapmışdır. Eyni zamanda işdən müəyyən olunur ki, iddiaçının bəhs edilən dövrdə xidmət keçdiyi N nömrəli hərbi hissə tamamlama mərkəzi olduğu üçün döyüş əməliyyatlarına cəlb edilməmişdir. Həmçinin, N hərbi hissənin qərargah taqımı və yanğından mühafizə koma istisna olmaqla N sentyabr- noyabr NN-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər. Hazırkı halda iddiaçının xx.xx.NN-ci il tarixdən N nömrəli hərbi hissənin ərzaq təminatına qoyulduğu, 06 dekabr NN-ci il tarixdən ərzaq təminatından çıxarıldığı barədə əmrlər olsa da sonuncunun bəhs edilən dövrdə N nömrəli hərbi hissənin əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak edən hissəsində xidmət keçdiyi sübut olunmur. Halbuki, iddiaçının döyuş əməliyyatlarında iştirakı barədə hərbi bilet, qeydiyyat kartasında müvafiq qeydlər edilməmiş, bu barədə hərbi hissənin arayışı, eləcə də konket olaraq döyüş əməliyyatların aparılan bölgəyə, hərbi hissənin döyüşən hissəsinin tərkbində döyüş əməliyyatlarının bilavasitə cəlbinə dair müvafiq əmr aşkar olunmamışdır. Eləcə də iddiaçının vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmri ilə bilavasitə döyüşən hərbi hissələrə ezam olunmamış, bu barədə “Hərbi hissədə müvəqqəti olmayan və hərbi hissəyə müvəqqəti gəlmiş hərbi qulluqçuların uçotu kitabı”nda (Forma-5) iddiaçı barəsində heç bir qeydiyyat aparılmamışdır. Belə olan halda müəyyən olunur ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bildiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova