Məhkəmə qərarları › İş №2-1(112)-2184/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2184/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2184/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək peşə fəaliyyətinə 1983-cü ildən başlayaraq müəyyən müddət ərzində bir neçə peşə fəaliyyətini icra etdikdən sonra 1992-ci ildən neft sənayesində çalışmağa başlamışdır. xx.xx.1992-ci ildə «Xəzər-5» neft buruğuna takilajçı kimi qəbul edilərək bir ildən sonra «Xəzərqazmaneftqazsənaye» İB-də 4-cü dərəcəli neft və qaz üzrə istismar və kəşfiyyat quyuların qazılmasında qazmaçı köməkçisinə keçirilmişdir. Həmin vaxtdan da neftin qazılması və həsilatına aid olan işlərdə çalışmışdır. Bununla əlaqədar olaraq cavabdeh təşkilata müraciət edərək iddiaçı ümumi sığorta stajını nəzərə almaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh ona imtina edərək bildirmişdir ki, onun xx.xx.2006-cı il tarixə qədər xüsusi güzəştli iş stajı olmadığından pensiyanın təyin edilməsi mümkün deyil. İddiaçı bununla razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçıya məxsus sənədlərdən müəyyən olunur ki, onun xx.xx.1997-ci il tarixinə ümümi iş stajı 20 ildən az təşkil edir. Belə olan halda, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiаçının nümayəndəsi və vəkili X2 məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışındа öz nümаyəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməməlidir . İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin, “sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatın, Dövlət Sosial Sığorta şəhadətnaməsinin, hərbi biletin surətlərini, Arxiv arayışlarını, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1965-ci ildə doğulmuşdur. НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1984-ci il tarixdən xx.xx.1987-ci il tarixə qədər Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatına baxılmasının təxirə salınması haqqında” məktubunda görtərilmişdir:” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər." Cavabdehin iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-cu il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan Siyahı üzrə müəyyən edilir. xx.xx.1983-cü il tarixli ИТ-№0822656 nömrəli əmək kitabçasında xx.xx.1992-ci- xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “Xəzərqazmaneftqaz”İB-nin “xüsusiləşdirilmiş texniki Vasitələrlə ” Dəniz Kəşfiyyat qazma İdarəsində, xx.xx.1996- xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “X5” ltd şirkətində ilədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ciil tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft qaz kondensatı, kömür və şiştin emalı bölməsində (10) nəzərdə tutulmamışdır.Bu səbəbdən də x xxxxxx 2006-ci il tarixinədək güzəştli iş stajı 10 ildən az təşkil edir. İş materiallarında olan iddiaçıya məxsus ИТ-№0822656 nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1983-ci ildə əmək fəaliyyətinə başlamış, həmin tarixdən xx.xx.1984cü il tarixədək AzSSR”Qoskomnefte-proyekt”Bakı mal-daşınma neft bazasında REM-nə yükvuran fəhlə, xx.xx.1984-ci il tarixdən xx.xx.1987-ci il tarixə qədər Sovet Ordusunda hərbi xidmət etmişdir, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixə qədər Az.SSR SMT İstehsal-Texnoloji komplektləşməsi idarəsi yükvuran fəhlə kimi, xx.xx.1989-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi Azərbaycan SSR Daxili İşlər Nazirliyi Milis orqanlarında xidmət etmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Azərbaycan Respublika Qızıl Aypara Cəmiyyətinin Mərkəzi Komitəsi "Mərhəmət" jurnalı redaksiyasının sürücü, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər "Xəzər-5" üzən buruq qurğusuna dörd dərəcəli takelajçı, xx.xx.1993-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər həmin qurğuda Neft qaz istismar və kəşfıyyət buruğu üzrə qazımaçının dörd dərəcəli köməkçisi vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixə qədər "Xəzər-2" üzən buruq qurğusuna Neft qaz istismar və kəşfıyyət buruğu üzrə qazımaçının dördüncü dərəcəli köməkçisi vəzifəsində, xx.xx.1996-cı il tarixdən "X7 Corporation" şirkətində fəhlə, xx.xx.1997-ci il tarixdən "xxxx" şirkətində müqavilənin başa çatması ilə əlaqədar Xəzər Qazıma Şirkətində fəhlə, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixə qədər nasoslar operatoru, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər yuxarı fəhlə, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər qazmaçı köməkçisi, xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixə qədər “KCA Deutag Caspian Limited” şirkətinə qazma məhlulu operatoru köməkçisi, qazma məhlulu operatoru, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cu il tarixə qədər “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətinin Azərbyacn nümayəndəliyində qazmaçı köməkçisi, qazmaçı məhlulu operatoru, şlam avadanlığı üzrə operator, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər “xxxx” QSC-də təmir sahəsində yardımçı fəhlə işləmiş, xx.xx.2016-cı il tarixdən “xxxx” MMC-də birinci qazmaçı köməkçisi vəzifəsində işləyir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər "Xəzər-5" üzən buruq qurğusuna dörd dərəcəli takelajçı, xx.xx.1993-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər həmin qurğuda Neft qaz istismar və kəşfıyyət buruğu üzrə qazmaçının dörd dərəcəli köməkçisi, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixə qədər "Xəzər-2" üzən buruq qurğusuna Neft qaz istismar və kəşfıyyət buruğu üzrə qazmaçının dördüncü dərəcəli köməkçisi peşələrində işəlmişdir. “X5 Ltd” tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixə qədər neftin qazılması və hasilatı – fəhlə peşəsində işləmişdir. “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətinin xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixə qədər “KCA Deutag Caspian Limited” şirkətində qazma məhlulu operatoru köməkçisi, qazma məhlulu operatoru, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cu il tarixə qədər “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətinin Azərbyacan nümayəndəliyində qazmaçı köməkçisi, qazmaçı məhlulu operatoru, şlam avadanlığı üzrə operator peşələrində işləmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1965-ci il təvəllüdlüdür, iddiaçı 52 yaşı tamam olduğu tarixdə onun 20 ildən artıq ümümi stajı,10 ildən artıq güzəştli stajının olmasını əsas kimi göstərərək ona 52 yaşdan güzəştli yaşa görə əmək pensiyasının təyin olunması üçün inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan güzəştli stajı yoxdur. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1“-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan“sığortaolunanların:“kişilər -“60“yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55“yaşına çatdıqda, azı 20 il“sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa“və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1““nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunvericiliyə görə iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasını təyn edilməsi üçün «Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi tarixə, yəni xx.xx.2006-ci il tarixinə 20 il ümumi iş stajı, 10 il əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi ilə bağlı staj olmalıdır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 20 (iyirmi) ildən çox (2 il hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) olmasına baxmayaraq onun, xx.xx.2006-cı il tarixinədək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan istehsalatlarda və peşələrdə işlədiyi stajı 10 ildən az təşkil edir. Belə ki, iddiaçının işlədiyi fəhlə peşələri: yükvuran fəhlə, takelajçı, nasoslar üzrə operator, 1 nömrəli Siyada ümumiyyətlə göstərilməmişdir; qazmaçı köməkçi peşəsində isə xx.xx.2000-ci ildən xx.xx.2006-ci il tarixədək işlədiyi müddət qanunla tələb olunan 10 ildən azdır. Buna görə də iddiaçının yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-ci, 69-cu, 85ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə qərаrа аldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar