Məhkəmə qərarları › İş №2-1(112)-2184/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2184/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2184/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X6, üçüncü şəxs X1, üçüncü şəxs X1 vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Polis İdarəsinə qarşı “X1, X4, X9 və X10 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Polis İdarəsinə qarşı üçüncü şəxslər X5, X8, X14 və X15 olmaqla, sonuncuların Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov 20A saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Həmin fərdi yaşayış evinin iddiaçıya məxsus olmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2020-ci il tarixli qərar çıxarmışdır. 2007-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə X7, onun ailə üzvləri X8, X14, X10 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov 20 A saylı fərdi yaşayış evinə qeydiyyata salınması və istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İddiaçı Güldəniz Davidova və qeyrilərinə qarşı 30 noyabr 2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov 20 A saylı fərdi yaşayış evinə dair Güldəniz Davidova və qeyrilərinin həmin fərdi yaşayış evinə dair istifadə hüquqları olmamışdır. Buna görə də iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırlıq icraatının gedişində məhkəmənin 30 dekabr 2020-ci il tarixli, 2-1(112)- 7177/2020 saylı qərardadı ilə X5, X8, X14 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh sərəncamın icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixli, 101-36025-1220 saylı məktubu ilə iddiaçının müraciətinin həllinin mümkün olmadığı bildirilmiş, keçiriləcək məhkəmə iclasının onun nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun vəkili, habelə nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Üçüncü şəxs X5 və vəkili X3 məhkəmə qərarları ilə üçüncü şəxslərin həmin mənzildən istifadə hüquqlarına xitam verilmədiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər X8, X14 və X15 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: -X5, X8, X14 və X10 şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, onlar Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov 20A ünvanında qeydiyyatdadırlar. -İş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2018-ci il tarixli “İddiaçı şikayəti üzrə Azerbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarından görünür ki, Güldəniz Davidova və qeyrilərinin İddiaçı qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə, İddiaçı G.Davidova və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. -İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın 11 iyul 2019-cu il tarixli 2(103)-8694/19 saylı qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(011)- 589/2017 saylı qətnaməsi ləğv olunmuş, iddiaçılar X5 və qeyrilərinin cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinə köçürülmə və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddia rədd edilmiş, cavabdeh İddiaçı X2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. -İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-286/2020 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 iyul 2019-cu il tarixli, 2(103)- 8694/19 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddianın rədd olunması hissəsində həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. -İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2020-cu il tarixli 2(103)-8694/2019 saylı qərardadından görünür ki, İddiaçı ərizəsi təmin olunmuş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-8694/2017 saylı iş üzrə 05 oktyabr 2017-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi, iddiaçılar X5, X8, X14, X10 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “A” saylı fərdi yaşayış evindən çıxarılması qərara alınmış, qərardad dərhal qüvvəyə minmişdir. -Bakı Apelyasiya Məhkəməsinin 05 iyun 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, ərizəçi İddiaçı ərizəsi təmin olunmuş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8694/2017 saylı iş üzrə 05 oktyabr 2017-ci il tarixli qətnaməsinin icrasında dönüş edilmiş, X5, X8, X14, X10 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “A” saylı fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. -İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayonu İcra və Probasiya Şöbəsinin möhürü ilə təsdiq edilmiş 23 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8694/2021 saylı tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov 20A saylı fərdi yaşayış evi tam şəkildə boşaldılaraq İddiaçı təhvil verilmişdir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. İşin araşdırılan hallarından göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2018-ci il tarixli “İddiaçı şikayəti üzrə Azerbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Güldəniz Davidova və qeyrilərinin İddiaçı qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə, İddiaçı G.Davidova və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın 11 iyul 2019-cu il tarixli 2(103)-8694/19 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(011)-589/2017 saylı qətnaməsi ləğv olunmuş, iddiaçılar X5 və qeyrilərinin cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinə köçürülmə və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddia rədd edilmiş, cavabdeh İddiaçı X2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-286/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli, 2(103)-8694/19 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddianın rədd olunması hissəsində həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2020-cu il tarixli 2(103)- 8694/2019 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin olunmuş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-8694/2017 saylı iş üzrə 05 oktyabr 2017-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi, üçüncü şəxslər X1, X4, X9, X10 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi 20 “A” saylı fərdi yaşayış evindən çıxarılması qərara alınmış, qərardad dərhal qüvvəyə minmişdir. Həmin qərardadın icrasının təmin olunması üçün Bakı Apelyasiya Məhkəməsinin 05 iyun 2020-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Xətai rayonu İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra vərəqəsi tam icra edilərək, bu barədə 23 oktyabr 2020-ci il tarixli akt tərtib edilmişdir. Belə olan halda, üçüncü şəxslərin mənzildən çıxarılma barədə məhkəmə qərarı olduğu və icra edildiyi üçün onların orada qeydiyyatda qalması formal xarakter daşıyır və hazırkı qanunverciliyin tələbinə ziddir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1, X4, X9 və X10 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov 20A ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X1, X4, X9 və X10 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov 20A ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar