Məhkəmə qərarları › İş №2-1(112)-2185/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2185/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2185/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən çıxarılması haqqında 02 avqust 2021-ci il tarixli əmrin ləğv olunmaqla, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X10 üzrə Baş İdarəsinin sahə təhkimçiliyi idarəsinin 8-ci şöbəsinin sabiq Baş dövlət Vergi müfəttişi vəzifəsinə bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X10 üzrə Baş İdarəsinin sahə təhkimçiliyi idarəsinin 8-ci şöbəsinin sabiq Baş dövlət Vergi müfəttişi olaraq 16.08.2011-ci il tarixində mümkün 70 baldan 70 bal toplayaraq Vergilər Nazirliyinə xidmətə qəbul olunmuşdur. Xidmət dövründə dəfələrlə rəhbərlik tərəfindən müxtəlif vəzifələrə irəli çəkilmiş, rütbə və təşəkkürlə təltif olunmuşdur. Ümumilikdə, 4 müxtəlif şöbənin rəisi, 2 idarənin rəis müavini, 1 şöbənin rəis müavini olmuşdur. Sonuncu dəfə 5 ay əvvəl kiçik vergi xidməti müşaviri rütbəsi ilə təltif olunmuşdur. İşlədiyi müddət ərzində vergidən yayınan hüquqi və fiziki şəxslərin müəyyən edilməsi, onların qanuna uyğun olaraq vergiyə cəlb edilməsi istiqamətində lazımi tədbirlər görmüşdür. Eyni zamanda onların vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq sənədlərinin qaydaya salınması istiqamətində tövsiyələr vermişdir. Lakin cari ilin iyul ayında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Korrupsiyaya qarşı mübarizə şöbəsi tərəfindən iddiaçıya qarşı kobud qanun pozuntusu baş vermiş, hüquqları pozulmuşdur. Belə ki, 02 iyul 2021-ci il tarixdə iddiaçı ilə bağlı ciddi araşdırma aparmadan, zəruri faktlar, sübutlar toplanmadan, vergi ödəyicisi olmayan şəxsin, həmin şöbənin əməkdaşlarının təhriki ilə yazdığı ərizə əsasında, 02 avqust 2021ci il tarixdə Əmək Məcəlləsinin 70 ç maddəsi ilə işdən xaric edilmişdir. Bununla da qanun normaları kobud şəkildə pozulmuşdur. Belə ki, tərəfindən hər hansı qanunazidd əməl olunmasa da, işəgötürən belə saydığı halda da dərhal ən sərt cəzanı tətbiq etməməli idi. İddiaçının əmək fəaliyyətində Əmək Məcəlləsinin 70-ci (ç) və 72-ci maddəsinin hər hansı normasında göstərilənlərə əməl olunmamışdır. Lakin barəsində hər hansı cinayət təqibi mövcud deyildir. İnzibati xətaya gəldikdə isə əmrdə hər hansı inzibati xətanın tərəfindən törədilməsi barədə, guya ki, qanunazidd əməl - inzibati xəta törətmişdirsə, bunun nədən ibarət olması barədə hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Cavabdehin iddiaya dair etirazında bildirilmişdir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı 16.08.2012-ci il tarixdə 4 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının məcburi alınması şöbəsinin Vergi borcları üzrə ilkin işlərin təşkili və araşdırma bölməsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş və 02.08.2021-ci il tarixədək vergi orqanında müxtəlif vəzifələrdə çalışmış, tutduğu sonuncu vəzifə isə Bakı şəhəri X10 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 02.08.2021-ci il tarixli **********706800 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46cı maddəsinin 5-ci hissəsinə əsasən İddiaçı vergi orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, onunla bağlı ciddi araşdırma aparılmadan, zəruri faktlar, sübutlar toplanmadan, vergi ödəyicisi olmayan şəxsin yazdığı ərizə əsasında 02.08.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Bununla bağlı qeyd edilmişdir ki, sabiq əməkdaş İddiaçı tutduğu vəzifədən azad olunmasına səbəb Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən 02.07.2021-ci il tarixdə fərdi sahibkar X2 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Zövq” adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı onun yol verdiyi pozuntuların aşkar edilməsi olmuşdur. Belə ki, həmin tədbirlər zamanı X2 qardaşı X1 və əmək müqaviləsi üzrə işçisi X5 vergi orqanı əməkdaşları tərəfindən vergidən yayınma hallarına himayədarlıq edilməsinə dair bildirdikləri məlumatlar Dövlət Vergi Xidmətinin Daxili təhlükəsizlik baş idarəsində araşdırılarkən aidiyyəti şəxslərdən, o cümlədən İddiaçı alınmış yazılı izahatlar və toplanmış dəlillər əsasında sonuncunun vergi orqanında işlədiyi halda qanunsuz olaraq maddi nemətlərin əldə edilməsinə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməklə qulluq mövqeyindən sui-istifadə etdiyi, vergi ödəyicilərinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilədiyi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmadığı və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmədiyi müəyyən edilmişdir. Bu hərəkətlərə (hərəkətsizliklərə) yol verməklə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.2-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 5-ci abzasının, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” qaydalarının 4.2-ci bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin, iddiaçı öz ərizəsində onun tərəfindən hər hansı qanunazidd əməlin törədilmədiyini, əməlində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndində və 72-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol verilmədiyini, hətta törədildiyi təqdirdə belə işəgötürən tərəfindən barəsində ən sərt cəzanın tətbiq edilməməli olduğunu bildirmişdir. Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsasdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı vergi orqanında işlədiyi halda qanunsuz olaraq maddi nemətlərin əldə edilməsinə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməklə qulluq mövqeyindən sui-istifadə etməsi, vergi ödəyicilərinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləməsi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmaması və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməməsi xidməti araşdırma zamanı toplanmış sübutlarla təsdiqini tapmışdır. Həmçinin iddiaçı öz ərizəsində vergi orqanlarında işlədiyi müddət ərzində nümunəvi işçi olduğuna və vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirdiyinə dair dəlillər gətirməyə çalışmışdır. Lakin İddiaçı qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, İddiaçı dövlət vergi orqanlarında işlədiyi dövrdə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 2 dəfə yazılı xəbərdarlıq edilmiş və barəsində “6 ay müddətinə aşağı vəzifəyə keçirmə” intizam tənbehi tədbiri görülmüşdür. Bundan başqa, İddiaçı 10.01.2018-ci il tarixdə çalışdığı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq sərəncama götürülmüş, 09.03.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vəzifəyə təyin olunmuş, 12.07.2018-ci il tarixdə həmin Departamentdə də aparılan struktur dəyişikliyi ilə əlaqədar yenidən sərəncama götürülmüş, 06.08.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X12 Departamentində vəzifəyə təyin edilmişdir. Göründüyü kimi, İddiaçı ayrı-ayrı strukturlarda 6 ay ərzində 2 dəfə sərəncama götürülməsi halları onun vəzifə səlahiyətlərini məqbul dərəcədə yerinə yetirmədiyini və müvafiq peşəkarlıq səviyyəsinə malik olmadığını bir daha təsdiq edir. Beləliklə, İddiaçı yuxarıda qeyd edilən hərəkətləri ilə Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndində nəzərdə tutulmuş normanın pozulmasına yol vermiş, yəni əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən birinə aid olan əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Eyni zamanda İddiaçı vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirməməklə Vergi Məcəlləsinin 31.0.2-nin maddəsinin tələbini pozmuşdur. Bunlarla yanaşı artıq qeyd olunduğu kimi İddiaçı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 5-ci abzasının, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” qaydalarının 4.2-ci bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2-ci bəndlərinin tələblərini də kobud şəkildə pozmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi, həmçinin əlavə olaraq Vergilər Nazirliyi yanında Bakı şəhəri X10 üzrə Departamentinin Operativ vergi nəzarəti idarəsinin şöbələrinin əməkdaşları arasında sahə bölgüsü (təhkimçiliyin təsdiq edilməsi) barədə 26.04.2019-cu il tarixli **********153000 nömrəli əmrinə əsasən təhkim olunduğu ərazidə vergi ödəyicisi Nizami rayonu Qara Qarayev prospekti 74 D ünvanında fəaliyyət göstərən fərdi sahibkar X3 məxsus “Zövq” adlı obyektdə müşahidə keçirdiyini və aşkar etdiyi nöqsanları müəyyən olunmuş məlumat formasına uyğun tərtib edərək növbəti iş günündən gec olmayaraq şöbə rəisinə təqdim etdiyini, iş fəaliyyətində “Sahibkarların dəstəklənməsi məqsədi ilə əlavə tədbirlərin görülməsi haqqında” Vergilər Nazirinin 05.03.2019-cu il tarixli **********194500 əmrinə və Vergilər Nazirliyinin 24.06.2016-cı il tarixli **********876400 nömrəli əmri ilə təsdiq edilmiş Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsinin Qaydalarını əsas tutdugunu və hər-hansı qanun pozuntusuna yol vermədiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verdi və olaraq bildirdi ki, İddiaçı tərəfindən məhkəməyə əlavə dəlillər iddiaçının 2 izahatından, Vergilər Nazirliyi yanında Bakı şəhəri X10 üzrə Departamentinin Operativ vergi nəzarəti idarəsinin şöbələrinin əməkdaşları arasında sahə bölgüsünün (təhkimçiliyin təsdiq edilməsi) barədə 26.04.2019-cu il tarixli **********153000 nömrəli əmrindən və vergi ödəyicisi X1 (VÖEN: **********) təsərrüfat subyektində aparılmış müşahidənin nəticəsi barədə məlumatdan ibarət olmuşdur. İddiaçının təqdim etdiyi izahatlarında 26.04.2019-cu il tarixli **********153000 nömrəli əmr əsasən təhkim olunduğu ərazidə müşahidələr apararaq nəticəsi barəsində məlumat formasını tərtib etdiyini, Nizami rayonu Qara Qarayev prospekti 74 D ünvanında fəaliyyət göstərən fərdi sahibkar X3 məxsus “Zövq” adlı obyektdə müşahidə keçirdiyini və aşkar etdiyi nöqsanları müəyyən olunmuş məlumat formasına uyğun tərtib edərək növbəti iş günündən gec olmayaraq şöbə rəisinə təqdim etdiyini bildirmişdir. İddiaçı gətirdiyi dəlilləri əsaslandırmaq məqsədi ilə “Sahibkarların dəstəklənməsi məqsədi ilə əlavə tədbirlərin görülməsi haqqında” Vergilər Nazirinin 05.03.2019-cu il tarixli **********194500 əmrinə və Vergilər Nazirliyinin 24.06.2016-cı il tarixli **********876400 nömrəli əmri ilə təsdiq edilmiş Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsinin Qaydalarına istinad etmişdir. Vergilər Nazirliyinin 24.06.2016-cı il tarixli **********876400 nömrəli əmri ilə təsdiq edilmiş Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsi Qaydalarının 4.4-cü bəndinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi məqsədilə vəzifəli şəxs müşahidənin aparılması üçün sahədə fəaliyyət göstərən vergi ödəyiciləri, onların obyektləri barədə vergi orqanında olan məlumat bazasından son tarixə olan siyahını əldə edir. Müşahidə zamanı siyahıda göstərilməyən obyekt aşkar edildikdə, vəzifəli şəxs vergi orqanlarında uçota durmadan fəaliyyət göstərilməsi, NKA quraşdırılmaması və ya ciddi hesabat blanklarının mövcud olmaması hallarının aşkar edilməsi məqsədilə obyektə daxil olur, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada araşdırmaları davam etdirir və zəruri hallarda vergi orqanlarında olmayan və özünün müəyyən edə bilmədiyi məlumatların əldə olunması üçün müvafiq orqanlara sorğularla müraciət edir. Müşahidə bitdikdən sonra vəzifəli şəxs aşkar olunmuş faktlar barədə qeydlər aparır və ətraflı məlumat hazırlayıb qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görülməsi üçün (operativ vergi nəzarətinin keçirilməsi üçün qərarın qəbul olunması) müvafiq xidməti məruzə ilə aidiyyəti struktur vahidinin rəisinə müraciət edir. Göründüyü kimi iddiaçının istinad etdiyi daxili Qaydalara əsasən müşahidə aparan vəzifəli şəxs yalnızca aşkar etdiyi məlumatları təqdim etməklə kifayətlənməməli, həm də müəyyən edilmiş qaydada araşdırmaları davam etdirməli, zəruri hallarda vergi orqanlarında olmayan və özünün müəyyən edə bilmədiyi məlumatların əldə olunması üçün müvafiq orqanlara sorğularla müraciət etməlidir. Həmçinin müşahidə bitdikdən sonra vəzifəli şəxs aşkar olunmuş faktlar barədə qeydlər aparır və ətraflı məlumat hazırlayıb qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görülməsi üçün (operativ vergi nəzarətinin keçirilməsi üçün qərarın qəbul olunması) müvafiq xidməti məruzə ilə aidiyyəti struktur vahidinin rəisinə müraciət edir. İddiaçı isə öz izahatında həmin Qaydaların müvafiq bəndinə istinad etdiyinə baxmayaraq öz öhdəliyinin ancaq apardığı müşahidənin nəticəsi barədə tərtib edilmiş məlumat formasının şöbə rəisinə təqdim etməkdən ibarət olduğunu və əlavə olaraq hər hansı araşdırma aparmalı, məlumat hazırlamalı olduğu barədə qeydin olmadığını bildirmişdir. Halbuki, iddiaçının öz izahatında istinad etdiyi Vergilər Nazirliyinin 24.06.2016-cı il tarixli **********876400 nömrəli əmri ilə təsdiq edilmiş Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsinin Qaydalarının 4-cü bəndində həmin hərəkətlərin edilməli olduğu qeyd edilmişdir. Eyni zamanda iddiaçı aşkar etdiyi pozuntular və faktlar barədə vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) aparılmış müşahidənin nəticəsi barədə məlumat forması tərtib etdiyini bildirsə də, qeyd olunan məlumat forması ancaq müşahidə aparılmış obyektdə həmin vaxt mövcud faktiki məlumatları əks etdirir. Qeyd olunan məlumatların uçot baza məlumatları ilə (rəsmi məlumatlarla) uyğun təşkil edib-etmədiyini və hər hansı pozuntunun olub-olmamasını müəyyən etmək üçün vəzifəli şəxs tərəfindən Qaydalarda göstərildiyi üzrə müvafiq araşdırmanın aparılması, apardığı araşdırmanın nəticələri barədə qeydlər aparmaqla ətraflı məlumatın hazırlanması vacib və zəruridir. Lakin iş qovluğu məlumatlarına əsasən iddiaçının iş üzrə dəlil kimi təqdim etdiyi məlumat forması vergi ödəyicisinin obyektində hər hansı pozuntunun mövcud olubolmamasını sübuta yetirmir. Həmçinin, vergi ödəyicisi X1 və əmək müqaviləsi üzrə işçisi X5 vergi orqanı əməkdaşları tərəfindən vergidən yayınma hallarına himayədarlıq edilməsinə dair məlumatlar vermişlər. Qeyd olunanlarla bağlı Dövlət Vergi Xidmətinin Daxili təhlükəsizlik baş idarəsində araşdırılarkən aidiyyəti şəxslərdən, o cümlədən İddiaçı alınmış yazılı izahatlar və toplanmış dəlillər əsasında sonuncunun vergi orqanında işlədiyi halda qanunsuz olaraq maddi nemətlərin əldə edilməsinə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməklə qulluq mövqeyindən sui-istifadə etdiyi, vergi ödəyicilərinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilədiyi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmadığı və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmədiyi müəyyən edilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan: - İddiaçıya məxsus 07.07.2009-cu il tarixli ******* saylı əmək kitabçasından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi olmuş İddiaçı Dövlət Vergi Xidmətinin 02.08.2021-ci il tarixli **********706800 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanlarında xidmətinə xitam verilmişdir. - Dövlət Vergi Xidmətinin 02.08.2021-ci il tarixli **********706800 saylı əmrinin təsdiqlənmiş surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi olmuş İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Əmrin əsaslandırma hissəsində göstərilmişdir ki, xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol vermələri barədə daxil olmuş məlumat əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Daxili təhlükəsizlik baş idarəsində aparılan xidməti araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, Xidmətin Bakı şəhəri X10 üzrə Baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi İddiaçı vergi orqanında işlədiyi halda qanunsuz olaraq maddi nemətlərin əldə edilməsinə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməklə qulluq mövqeyindən sui-istifadə etmiş, vergi ödəyicilərinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləmiş, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmamış və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməmişdir. Bu hərəkətlərə (hərəkətsizliyə) yol verməklə İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.2-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 1-ci və 5-ci abzaslarının, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” qaydalarının 4.1-ci, 4.2-ci, 4.8-ci 4.9-ci və 4.12-ci bəndlərinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 3.2.1-ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2-ci yarımbəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. - Daxili təhlükəsizlik baş idarəsinin 17.07.2021-ci il tarixli **********815600 nömrəli xidməti məruzəsindən görünür ki, Xidmətin Bakı şəhəri X10 üzrə Baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi İddiaçı vergi orqanında işlədiyi halda qanunsuz olaraq maddi nemətlərin əldə edilməsinə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməklə qulluq mövqeyindən sui-istifadə etmiş, vergi ödəyicilərinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləmiş, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmamış və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməmişdir. - Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) aparılmış müşahidənin nəticələri barədə məlumatdan görünür ki, iddiaçı vergi ödəyicisi X1 (VÖEN **********) Qara Qarayev pr 74 D ünvanında yerləşən obyekti barədə məlumatı doldurmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırki iş üzrə iddiaçının əsas tələbi – tutduğu vəzifədən azad edilməsi barədə əmrin ləğv edilməsi və onun işə bərpa edilməsini irəli sürmüşdür. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 32.1 və 37-ci maddələrinin tələblərindən çıxış edərək hər iki tələbin bir icraatda baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı əsaslara görə iddiaçının gətirdiyi arqumentləri onun barəsində verilmiş müvafiq əmrin qanunsuzluğuna səbəb ola biləcək sübutetmə vasitəsi kimi qəbul etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq maddələrinə əsasən əsasən: 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 5.2 Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;...

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;...

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ...e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 31-ci maddəsi. Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır: 31.0.1. bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək; 31.0.2. vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək; 31.0.3. vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq... Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əsasən: 1-ci maddəsi. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. 34-cü maddəsi. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; vergi orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamları yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla müəyyən edilmiş digər sirrləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq. 35-ci maddəsi. Vergi orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə dair vəzifə borcları vəzifə təlimatları ilə müəyyən edilir. 46-cı maddəsi. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə; 75-ci maddəsi. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: ...5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə;... Azərbaycan Respublikası Vergilər nazirinin 24.06.2016-cı il tarixli **********876400 nömrəli əmri ilə təsdiq edilmiş “Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsi Qaydaları”na əsasən: 2.1.1. Təhkimçilik prinsipi - vergi orqanının səlahiyyət dairəsinə aid olan ərazidə sahə bölgüsü aparılmaqla bu sahələrdə operativ vergi nəzarəti tədbirlərinin ayrı-ayrı vəzifəli şəxslərinin həmin sahələrə təhkim olunması prinsipi əsasında həyata keçirilməsidir. 3.1. Vergi orqanının operativ vergi nəzarətini təhkimçilik prinsipi ilə həyata keçirən struktur vahidi tərəfindən həmin vergi orqanının əhatə dairəsinə daxil olan ərazi üzrə operativ vergi nəzarətini həyata keçirən vəzifəli şəxslərin sayı, vergi ödəyicilərinin obyektlərinin sayı və onların ərazidə yerləşmə vəziyyəti nəzərə alınmaqla sahələrə bölünür. Sahə bölgüsü yuxarı vergi orqanı ilə razılaşdırılmaqla vergi orqanının rəisi (rəis müavini) tərəfindən təsdiq edilir. 3.2. Vergi orqanında olan uçot məlumatlarına əsasən bölgü əsasında müəyyən olunmuş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri və onların obyektlərinin sayı müəyyən edilir. 3.3. Hər bir sahənin ölçüsündən və sahədə olan obyektlərin sayından asılı olaraq təhkim olunacaq vəzifəli şəxslərin sayı müəyyən olunur. Sahələr üzrə vəzifəli şəxslər təhkim olunarkən onların iş təcrübəsi, peşəkarlığı və intizamlılığı nəzərə alınır. 3.4. Vəzifəli şəxslərin sahələr üzrə təhkim olunması və zərurət yarandıqda onların digərləri ilə əvəz olunması və yaxud yerlərinin dəyişdirilməsi yuxarı vergi orqanı ilə razılaşdırılmaqla müvafiq vergi orqanının əmri ilə rəsmiləşdirilir. 4.1. Vəzifəli şəxslər təhkim olunduqları sahə(lər)də olan obyektlərdə və nəqliyyat vasitələrində mütəmadi olaraq müşahidə aparırlar. 4.2. Müşahidələr vergi orqanının operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarı olmadan və vergi ödəyicilərinin fəaliyyətinə müdaxilə edilmədən həyata keçirilir, lakin zərurət olduğu təqdirdə sahə üzrə təhkim olunmuş vəzifəli şəxs tərəfindən (xidməti vəsiqə təqdim etməklə) vergi ödəyicilərinin obyektlərinə daxil olmaqla şifahi sorğular aparıla, eləcə də vergi ödəyicisinin fəaliyyətinə dair məlumatlar (VÖEN, kassa çeki və ya qəbz, obyektin mülkiyyəti sənədi, bağlanılmış icarə müqaviləsi, və s) dəqiqləşdirilə bilər. Sorğular vergi ödəyicisinin iş rejimini pozmadan aparılmalı və ödəyici tərəfindən könüllü olaraq cavablandırmaqdan imtina edildiyi hallarda dərhal dayandırılmalıdır. Bu hallarda məlumatların (VÖEN, kassa çeki və ya qəbz barədə) dəqiqləşdirilməsi vəzifəli şəxsin obyektdə müştəri qismində çıxış edərək müvafiq sənədlərin əldə edilməsi vasitəsilə həyata keçirilə bilər. Müşahidə zamanı siyahıda göstərilməyən obyekt aşkar edildikdə, vəzifəli şəxs vergi orqanlarında uçota durmadan fəaliyyət göstərilməsi, NKA quraşdırılmaması və ya ciddi hesabat blanklarının mövcud olmaması hallarının aşkar edilməsi məqsədilə obyektə daxil olur, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada araşdırmaları davam etdirir və zəruri hallarda vergi orqanlarında olmayan və özünün müəyyən edə bilmədiyi məlumatların əldə olunması üçün müvafiq orqanlara sorğularla müraciət edir. Müşahidə bitdikdən sonra vəzifəli şəxs aşkar olunmuş faktlar barədə qeydlər aparır və ətraflı məlumat hazırlayıb qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görülməsi üçün (operativ vergi nəzarətinin keçirilməsi üçün qərarın qəbul olunması) müvafiq xidməti məruzə ilə aidiyyəti struktur vahidinin rəisinə müraciət edir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımandan hüquqi qiymət verən məhkəmə qeyd edir ki, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı maddi və prosessual hüquq normalarına riayət edilməsi müəyyən edilmişdir. Buna görə də iddiaçının hər hansı hüququnun pozulması müəyyyən edilməmişdir. Cavabdehin mübahisələndirilən əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin normalarına uyğun qəbul edilmişdir. Belə ki, işin hallarına görə iddiaçı 16.08.2012-ci il tarixdə 4 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının məcburi alınması şöbəsinin Vergi borcları üzrə ilkin işlərin təşkili və araşdırma bölməsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, 02.08.2021-ci il tarixədək vergi orqanında müxtəlif vəzifələrdə çalışmış, tutduğu sonuncu vəzifə Bakı şəhəri X10 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 02.08.2021-ci il tarixli **********706800 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçının irəli sürdüyü dəlillərinə görə onunla bağlı ciddi araşdırma aparılmadan, zəruri faktlar, sübutlar toplanmadan, vergi ödəyicisi olmayan şəxsin yazdığı ərizə əsasında əsassız və qanunsuz olaraq 02.08.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. İşin halları məhkəmədə araşdırılarkən müəyyən edilmişdir ki, ki, iddiaçının tutduğu vəzifədən azad olunmasına səbəb Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən 02.07.2021-ci il tarixdə fərdi sahibkar X2 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən “Zövq” adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı onun yol verdiyi pozuntuların aşkar edilməsi olmuşdur. İddiaçı barədə aparılan araşdırma zamanı onun səlahiyyətlərinə aid olmadığı halda təhkim edildiyi ərazidə yerləşən obyektin sahibi X6 ilə bir neçə dəfə telefon danışığı aparması, görüş yeri təyin etməsi müəyyən edilmişdir. İddiaçının vergi orqanına verdiyi izahatlarından görünür ki, iddiaçı ona verilən “Siz qanunsuzluğu aşkar etdiyiniz zaman hansı işləri görmüsüz?” sualına cavab olaraq şifahi xəbərdarlıq etdiyini, “Həmin obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə şifahi və yazılı formada məruzə etmisinizmi?” sualına cavab olaraq obyekt sahiblərinin sənədləşmənin özlərinin təqdim edəcəyini bildirdiklərini, iddiaçı X6 ilə 01.07.2021-ci il tarixdə “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığında görüşmək istəsə də, sonuncunun görüşə gəlmədiyini, 02.07.2021-ci il tarixdə vergi orqanı tərəfindən yoxlama aparıldığı zaman X1 ona zəng etdiyini bildirmiş və bunu əraziyə onun təhkim edilməsi ilə əlaqələndirsə də, 15.06.2021-ci il tarixdə saat 13:59-da, 17.06.2021-ci il tarixdə saat 11:12-də, 30.06.2021-ci il tarixdə saat 20:05-də iki dəfə, saat 23:10-da bir dəfə X6 ilə telefon vasitəsi ilə əlaqə saxladığını təsdiqləmiş, bunu X1 obyekti sənədləşdirmədən yayınmaq üçün xahiş etməsi və ondan velosiped almaq istəməsi ilə izah etmişdir. Halbuki, iddiaçının vəzifəli şəxs kimi səlahiyyətləri obyektdə yoxlama aparmaq, aşkar etdiyi nöqsanları rəsmiləşdirməklə məhdudlaşır. Belə ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Vergilər nazirinin 24.06.2016-cı il tarixli **********876400 nömrəli əmri ilə təsdiq edilmiş “Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsi Qaydaları”nın 4.4-cü bəndinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi məqsədilə vəzifəli şəxs kimi iddiaçı müşahidənin aparılması üçün sahədə fəaliyyət göstərən vergi ödəyiciləri, onların obyektləri barədə vergi orqanında olan məlumat bazasından son tarixə olan siyahını əldə etməli, müşahidə zamanı siyahıda göstərilməyən obyekt aşkar edildikdə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərilməsi, NKA quraşdırılmaması və ya ciddi hesabat blanklarının mövcud olmaması hallarının aşkar edilməsi məqsədilə obyektə daxil olmalı, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada araşdırmaları davam etdirməli və zəruri hallarda vergi orqanlarında olmayan və özünün müəyyən edə bilmədiyi məlumatların əldə olunması üçün müvafiq orqanlara sorğularla müraciət etməli idi. Daha sonra isə müşahidə bitdikdən sonra vəzifəli şəxs kimi aşkar olunmuş faktlar barədə qeydlər aparmalı və ətraflı məlumat hazırlayıb qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görülməsi üçün (operativ vergi nəzarətinin keçirilməsi üçün qərarın qəbul olunması) müvafiq xidməti məruzə ilə aidiyyəti struktur vahidinin rəisinə müraciət etməli idi. İddiaçının gətirdiyi dəlillər ona gərə əsassızdır ki, iddiaçı həmin Qaydaların müvafiq bəndinə istinad etdiyinə baxmayaraq öz öhdəliyinin ancaq apardığı müşahidənin nəticəsi barədə tərtib edilmiş məlumat formasının şöbə rəisinə təqdim etməkdən ibarət olduğunu və əlavə olaraq hər hansı araşdırma aparmalı oldugunu, qeyd olunan məlumat forması ancaq müşahidə aparılmış obyektdə həmin vaxt mövcud faktiki məlumatları əks etdirir, qeyd olunan məlumatların uçot baza məlumatları ilə (rəsmi məlumatlarla) uyğun təşkil edib-etmədiyini və hər hansı pozuntunun olub-olmamasını müəyyən etmək üçün Qaydalarda göstərildiyi üzrə müvafiq araşdırma aparılma, apardığı araşdırmanın nəticələri barədə qeydlər aparmaqla ətraflı məlumatın hazırlanması vacib və zəruri idi, bunula da iş qovluğu məlumatlarına əsasən iddiaçının iş üzrə dəlil kimi təqdim etdiyi məlumat forması vergi ödəyicisinin obyektində hər hansı pozuntunun mövcud olub-olmamasını sübuta yetirmir. Bütün bunlar isə vətəndaşların haqlı narazılığına səbəb olmuş və iddiaçının fəaliyyətində olan nöqsanlar barədə aidiyyəti üzrə şikayətlər verilməsinə səbəb olmuşdur. Belə ki, həmin tədbirlər zamanı X2 qardaşı X1 və əmək müqaviləsi üzrə işçisi X5 vergi orqanı əməkdaşları tərəfindən vergidən yayınma hallarına himayədarlıq edilməsinə dair bildirdikləri məlumatlar Dövlət Vergi Xidmətinin Daxili təhlükəsizlik baş idarəsində araşdırılarkən aidiyyəti şəxslərdən, o cümlədən İddiaçı alınmış yazılı izahatlar və toplanmış dəlillər əsasında sonuncunun vergi orqanında işlədiyi halda qanunsuz olaraq maddi nemətlərin əldə edilməsinə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməklə qulluq mövqeyindən sui-istifadə etdiyi, vergi ödəyicilərinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilədiyi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmadığı və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmədiyi xidməti araşdırma zamanı toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Əlavə olaraq o da qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində vergi orqanlarında işlədiyi müddət ərzində nümunəvi işçi olduğuna və vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirdiyinə dair dəlillər gətirsə də, cavabdehdən tələb edilmiş onun şəxsi iş materiallarında saxlanılan sənədlərdən göründüyü kimi iddiaçıya dövlət vergi orqanlarında işlədiyi dövrdə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 2 dəfə yazılı xəbərdarlıq edilməsi, barəsində “6 ay müddətinə aşağı vəzifəyə keçirmə” intizam tənbehi tədbirinin görülməsi, habelə çalışdığı ayrı-ayrı strukturlarda 6 ay ərzində 2 dəfə sərəncama götürülməsi halları onun bu dəlillərini inkar edən hal kimi qiymətləndirilməlidir. Beləliklə də cavabdeh orqan iddiaçının yuxarıda qeyd edilən hərəkətlərinə qiymət verərək əsaslı olaraq onun Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndində nəzərdə tutulmuş normanın pozulmasına yol verdiyini, yəni əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən birinə aid olan əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyini, eyni zamanda vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirməməklə Vergi Məcəlləsinin 31.0.2-nin maddəsinin tələbini pozdugunu, həmçinin də “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 5-ci abzasının, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” qaydalarının 4.2-ci bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2-ci bəndlərinin tələblərini də kobud şəkildə pozuldugunu əsas götürərək 02.08.2021-ci il tarixli **********706800 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən iddiaçının vergi orqanlarında xidmətinə xitam vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən əmri maddihüquqi baxımdan da qanuni olmuş, həmçinin qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-in: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı işdən çıxarılması haqqında cavabdehin 02 avqust 2021-ci il tarixli əmrinin ləğv olunmaqla, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X10 üzrə Baş İdarəsinin sahə təhkimçiliyi idarəsinin 8-ci şöbəsinin sabiq Baş dövlət Vergi müfəttişi vəzifəsinə bərpa olunması barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5

Sədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar