Məhkəmə qərarları › İş №2-1(112)-2186/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2186/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2186/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “vəzifəli şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi, mənzildən çıxarılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ərizələrində fakt üzrə “X3” MMC-nin müdiri X1 İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə cərimələnməsi və Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanması, eyni Məcəllənin 148-ci maddəsi ilə Ələkbərov Vagif barəsində cinayət işi başlanması və İXM-in 211.2-ci maddəsi ilə cərimələnməsi, “X3” MMC-nin yerləşdiyi Bakı şəhəri S.Vurğun 34 yaşayış sahəsini qanunsuz qeyri-yaşayış kimi istifadə edilməsinə son qoyularaq mənzildən çıxarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəllər işləmiş oldugu “X3” MMC-də xüsusi karantin rejiminin tələbləri pozuldugundan, tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə edilmədiyindən iddiaçı xx.xx.2021-cı il tarixdə rəhbərliyə bu barədə iradını bildirdikdə şirkət rəhbərinin müavini Ələkbərov Vagif onun ünvanına təhqir söyləmiş və müdir X2 şər atarag iddiaçını işdən azad etmişdir. İddiaçı bu barədə foto və video faktları əlavə edərək cavabdehə xx.xx.2021-cı, xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixlərdə etdiyi onlayn müraciətlərinə baxılmayaraq şirkətə qarşı hec bir tədbir görülmədiyindən şirkət rəhbərliyi karantin rejiminin (digər pozuntularla birgə) tələblərinə riayət etməməyə davam etmiş və nəticə olaraq 2021-ci ilin mart ayında şirkətdə COVİD19 xəstəliyinə ilk yoluxanlar qeydə alınmışdır. Cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində qanun pozuntularına reaksiya verilmədiyindən xəstəlik yayılmış və bununla da vətəndaşların həyatı və sağlamlığı, iddiaçı və ailəsi daxil olmaqla təhlükə ilə qarşılaşmışlar. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin hazırlıq iclasında iddiaçıya hüquqi yardım göstərilərək müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmiş, iddiaçı tərəfindən işə mahiyyəti üzrə baxılması təkid edildiyindən iclasda iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə sorgusuna əsasən daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vətəndaş İddiaçı “COVİD-19” pandemiyasının davam etməsi ilə əlaqədar işlədiyi “X3" MMC-nin vəzifəli şəxslərinin şirkətin daxilində tibbi maskadan istifadə etməmələri, dəfələrlə bu barədə bildirdiyi iradlara məhəl qoyulmaması, bu cür halları videogörüntülərə qeydə aldıqdan sonra işdən çıxarılması, eləcə də onun qanunsuz işdən azad edilməsi məsələsinə baxılaraq ölçü götürülməsi haqda Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsində baxılaraq həmin şirkətin rəhbərliyi tərəfindən karantin rejimi qaydalarına riayət olunmaması kimi xüsusatlar təsdiqlənməmiş, eləcə də müraciətində göstərdiyi digər hallarla bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi vətəndaşa tövsiyə edilmişdir. Beləliklə hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçının tələbi cavabdehin üzərinə “X3” MMC-nin vəzifəli şəxslərinin İnzibati Xətalar Məcəlləsinin və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə inzibati xətalar və cinayət məsuliyyətinə cəlb edilməsi, şirkətin yerləşdiyi mənzildən çıxarılmasından ibarətdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən şirkətin vəzifəli şəxslərinin hərəkətlərinə hüquqi qiymət verilməsi, inzibati xətalar və cinayət işinin başlanmasına dair qərar qəbul edilməsi haqqında cavabdehə etdiyi müraciətləri cavabdeh orqan aidiyyəti orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə) araşdırılması üçün göndərmiş, aidiyyəti orqan müraciət üzrə müvafiq araşdırma apararaq iddiaçının müraciətini cavablandırmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonrainzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 3.1-ci maddəsində əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. “İnzibati icraat haqqında” Qanunun 3.2.1.,3.2.2-ci maddələrinə görə bu Qanun cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Göründüyü kimi iddiaçının birinci tələbi inzibati orqanın cinayət prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlı olduğundan, onun tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə “mənzildən çıxarılma” tələbi ilə baglı həmçinin qeyd edir ki, iddiaçı ilə üçüncü şəxslər arasındakı münasibətlər mülki hüquq münasibətləri olmaqla mülki məhkəmə icraatının araşdırma predmetinə aiddir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17- ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə hesab edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyil və bununla da hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilməmişdir. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırkı iddia tələbində qaldırdığı məsələlər barəsində ümumi yurisdiksiyalı məhkəməyə iddia vermək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3AKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar