Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2187/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı oglunun, onun nümayəndəsi və vəkili X7 oglunun, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləgvi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Antiınhisar və İslehlak Bazarlarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 18.09.2020-ci il tarixli “Antiinhisar qanunvericiliyin pozulması əlamətləri ilə qaldırılmış işə baxılmasının nəticələri haqqında” qərarın və onun əsasında qəbul edilmiş 25.09.2020-ci il tarixli “Antiinhisar qanunvericiliyin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının odənilməsi haqqında Göstərişin ləğvi haqqında qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “İqtisadiyyat Nazirliyi yanında Antiınhisar və İslehlak Bazarlarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 18.09.2020-ci il tarixli “Antiinhisar qanunvericiliyin pozulması əlamətləri ilə qaldırılmış işə baxılmasının nəticələri haqqında” qərarın ləğvi haqqında qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 18.09.2020-ci il tarixli “Antiinhisar qanunvericiliyin pozulması əlamətləri ilə qaldırılmış işə baxılmasının nəticələri haqqında” qərar və onun əsasında 25.09.2020-ci il tarixli “Antiinhisar qanunvericiliyin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” göstəriş qəbul edilmişdir. Hər iki akt əsassız və qanunsuzdur. Belə ki, ölkədə “Puma” əmtəə nişanı ilə kontrafakt malların satışı açıq və kütləvidir. Həmin malları onların açıq olaraq satıldığı topdan satış məntəqəsindən almış, ərizəçini həmin məntəqəyə aparıb göstərmiş və özü də bu açıq satışı görmüşdür. Eyni zamanda barışıq razılaşması da tərtib edərək, ərizəçiyə təqdim etmiş, imzalamağı təklif etmişdir. Həmin layihədə gələcəkdə əgər belə pozuntulara yol verərsə külli miqdarda (qanunsuz satılmış malların dəyəri deyil, 1 illik bütün dövriyyənin həcmində) kompensasiya ödəmək öhdəliyini də üzərinə götürdüyünü qeyd etmişdir. Ərizəçi Komissiya iclasında bu layihəni aldığını və hələ şərtlərini öyrəndiyini təsdiq etmişdir. İddiaçı ərizə üzrə işəbaxma iclaslarında dəfələrlə bildirmişdir ki, icraatdan əvvəl “Puma” əmtəə nişanı ilə olan malların satışını, sosial şəbəkələrdə reklamını dayandırmış, mağazanın çölündə və daxilində olan reklam materiallarını çıxarmışdır. Ərizəçi özü də mağazaya gəlib, bunun şahidi olmuşdur. Lakin icraatı aparan Komissiyanın nümayəndəsi onun çoxsaylı dəvətinə baxmayaraq bir dəfə də olsun gəlib yerində bu halları yoxlamamışdır. Komissiya sədri bildirmişdir ki, pozuntuların könüllü surətdə aradan qaldırılması yalnız icraat başlanana qədər olduqda nəzərə alına bilər. Halbuki AR Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli qərarına görə antiinhisar qanunvericiliyinin pozulmasına yol vermiş şəxs qanun pozuntusunu könüllü surətdə aradan qaldırdıqda işin icraatına onun mahiyyəti üzrə qərar çıxarılmamışdan xitam verilə bilər. Bu deməkdir ki, işin bu əsasla xitamı icraat başlanandan sonra da mümkündür. Maliyyə sanksiyaları “Haqsız rəqabət haqqında” Qanunun 11.1-ci maddəsinə görə cavabdehin diskresion səlahiyyətidir. “İnzibati icraat haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maliyyə sanksiyasının təyinatı pozuntuya yol vermiş şəxsin motivasiyası, tərbiyəvi təsirdir, həm də bərpaetmədir. Ərizəçi yalnız cavabdehin gələcəkdə belə pozuntulara yol verməmək göstərişindən bəhrələnmiş, çünki iddiaçı pozuntu hallarını artıq könüllü aradan qaldırmış və gələcəkdə belə pozuntulara yol vərməyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Maliyyə sanksiyası ərizəçiyə deyil, dövlət büdcəsinə ödənildiyindən, qeyd edilən təyinatlar baxımından buna ehtiyac qalmamışdır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində göstərilən ‘Mütənasiblik prinsipinə” əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Onu da qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 37.3-cü maddəsinə görə nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Ərizəçi “Puma” SE adından verildiyini bildirdiyi etibarnamənin yalnız notarial qaydada təsdiq edilmiş tərcüməsini təqdim etmişdir. Halbuki 1961-ci il Haaqa Konvensiyasına görə bu sənədə apostil verilməlidir. Cavabdeh bu pozuntuya yol verməklə, ərizəçinin səlahiyyətini və mötəbərliyini yoxlamamışdır, baxmayaraq ki, özünün bütün qərarlarında icraatın məhz şikayət ərizəsinə əsasən başladığını xüsusi qeyd edir. Sözügedən Qərar həm də “İnzibatı icraat haqqında” Qanununda göstərilən Qanunçuluq prinsipinə (“İnzibatı orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar”), 12.1 -ci maddəsində göstərilən “Bərabərlik prinsipi”nə (“hamı qanun və inzibatı orqan qarşısında bərabərdir”) də ziddir. “Puma” əmıtəə nişanlı malların satışını və reklamını könüllü dayandırdıgı bazarda bu malların açıq, topdan və daha geniş olaraq pərakəndə satışını həyata keçirən satış məntəqələrinin bu fəaliyyətini davam etdirməsini gömrük orqanlarını bu malların ölkəyə açıq gətirilməsinə mane olmamasını nəzərə alaraq, cavabdeh iddiaçıya qarşı icraatı gələcəkdə bu hərəkətlərə yol vərməmək barədə göstərişlə bitirə bilərdi. Ölkədə karantin rejimindən əziyyət çəkən sahibkarlardan biri kimi iddiaçını iri məbləğdə cərimələmək ona qarşı yol verilmiş ayrı-seçkilikdir və qanun qarşısında bərabərlik prinsipinin pozulmasıdır. “Göstərişin" sözügedən qərar əsasında qəbul ediləcəyini nəzərə alaraq şərh edilənlər həm də göstərişə aiddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 02.11.2020-ci il tarixdə məhkəməyə daxil olmuş etirazda bildirilmişdir ki, iddiaçı İbrahimov X3 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 18.09.2020-ci il tarixli qərarın və onun əsasında qəbul edilmiş 25.09.2020-ci il tarixli göstərişin ləğvi haqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları haqqında” Qərarının 2.14-cü maddəsinə görə Dövlət Xidməti tərəfindən tətbiq edilən maliyyə sanksiyaları Xidmətin diskresyon səlahiyyətidir, yəni Dövlət Xidməti iddiaçının Xidmətin göstərişlərini yerinə yetirdiyinə görə tətbiq etməyə bilərdi və etməməliydi. Lakin iddiaçının bu mövqeyi əsassız hesab edilir. Belə ki, əgər iddiaçı tərəf Dövlət Xidmətinin göstərişlərini yerinə yetirməsəydi, onun barəsində Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli Qərarının 3.1-ci bəndində nəzərdə tutulmuş cərimə və maliyyə sanksiyaları tətbiq edilərdi. Digər tərəfdən iddiaçı barəsində tətbiq edilmiş maliyyə sanksiyası “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tətbiq edilmişdir. Həmin Qanunun 11.1-ci bəndində göstərişlərin verilməsi və maliyyə sanksiyalarının tətbiqi antiinhisar siyasətini həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verildikdə əldə edilmiş gəlirin bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verildikdə isə iki misli həcmində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Göründüyü kimi Dövlət Xidməti (onun komissiyası) tərəfindən maliyyə sanksiyalarının tətbiq edilməsi əsaslıdır və qanunvericiliyə uyğundur. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48-ci maddəsini rəhbər tutaraq iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Puma SE” şirkətinin səlahiyyətli nümayəndəsi X1 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 03.06.2020-ci il tarixdə daxil olmuş müraciətində (daxilolma qeydiyyatı: 5/944, 03.06.2020-ci il) “Puma SE” şirkətinə məxsus “PUMA” beynəlxalq əmtəə nişanından ünvan 2 ünvanında fiziki şəxs İddiaçı (VÖEN: **********) məxsus “Motorsport” (keçmiş “BMW Life") adlı mağazada qeyri-qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 10.06.2020-ci il tarixli AİBNDX-05/01-5/208 nömrəli məktubundan görünür ki, fiziki şəxs İddiaçı “PUMA" əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin, habelə adıçəkilən əmtəə nişanlı malların alış sənədlərinin və onlara aid sertifikatların müvafiq qaydada təsdiq edilmiş surətləri, məktubun alındığı tarixə qeyd olunan malların qalığı barədə (malın adı, qablaşdırma növü, məhsulun vahidinin həcmi, sayı, mədaxil və satış qiymətləri) məlumatlar tələb edilmişdir. İş materiallarında olan fiziki şəxs İddiaçı Dövlət Xidmətinə daxil olmuş 29.06.2020-ci il tarixli (daxilolma qeydiyyatı: 5/1086, 29.06.2020-ci il) məktubunda yaranmış vəziyyətlə bağlı “Puma” şirkətinin Azərbaycandakı rəsmi distribütoru ilə danışıqlara başladığını, mağazanın içində və çölündə olan “Puma” loqosunun tezliklə çıxarılacağını, eyni zamanda həmin loqodan sosial şəbəkələrdə istifadənin dayandırılacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 08.07.2020-ci il tarixli 05/01- 5/399 nömrəli məktubundan görünür ki, fiziki şəxs İddiaçı “PUMA” əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin, habelə adıçəkilən əmtəə nişanlı malların alış sənədlərinin və onlara aid sertifikatların müvafiq qaydada təsdiq edilmiş surətləri, məktubun alındığı tarixə qeyd olunan malların qalığı barədə (malın adı, qablaşdırma növü, məhsulun vahidinin həcmi, sayı, mədaxil və satış qiymətləri) məlumatlar təkrar tələb edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1123, Bakı şəhəri, Xətai rayonu, Cavanşir, ev 31, mənzil 8 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) barəsində 04.08.2020-ci il tarixli FA-01 nömrəli iş qaldırılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması haqqında 21 avqust 2020-ci il tarixli qərarla fiziki şəxs İddiaçı (VÖEN: **********) barəsində qaldırılmış 04.08.2020-ci il tarixli FA-01 nömrəli işə baxılması 31.08.2020-ci il tarixinə təxirə salınmışdır. İş materiallarından görünür ki, fiziki şəxs İddiaçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş məktubunda (daxilolma qeydiyyatı: 5/1644, 18.09.2020-ci il) “PUMA” əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin olmadığını, satışını həyata keçirdiyi bütün malları, o cümlədən “PUMA” əmtəə nişanlı malları açıq satış həyata keçirən topdan satış ticarət məntəqəsindən aldığından həmin malların mədaxilinə, yəni alışına dair sənədlərin olmadığını bildirmişdir. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq komissiyasının “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” 18.09.2020-ci il tarixli Qərarı ilə (çıxış nömrəsi Q-00011, 25 09.2020-ci il) fiziki şəxs İddiaçı (VÖEN. **********) barəsində, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2ci, 11-ci və 12-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalarının 2.12-ci bəndini rəhbər tutaraq “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasına əsasən 2524,5 manat (iki min beş yüz iyirmi dört manat əlli qəpik) həcmində maliyyə sanksiyası tətbiq edilmiş və Dövlət Xidmətinin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə 25.09.2020-ci il tarixli Göstərişi ilə (çıxış nömrəsi: G-00012, 25.09.2020-ci il) tətbiq edilmiş maliyyə sanksiyasının qeyd olunan qərarın qüvvəyə mindiyi tarixdən 30 gündən gec olmayaraq ödənilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, maliyyə sanksiyası dövlət büdcəsinə ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Tələbin (maliyyə sanksiyasının) icraya yönəldilməsi barədə” 20 noyabr 2020-ci il tarixli 1 nömrəli qərarı ilə borclu fiziki şəxs İddiaçı 2524,5 manat (iki min beş yüz iyirmi dört manat əlli qəpik) həcmində maliyyə sanksiyasının tutulmasının məcburi icrasını təmin etmək məqsədilə Xətai rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi hazırki iş üzrə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq komissiyasının “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında komissiyanın” 18.09.2020-ci il tarixli qərarının qanuniliyini mübahisələndirir. İşin araşdırılan hallarından məlum olur ki, “Puma SE” şirkətinin səlahiyyətli nümayəndəsi N.Ramazanovun İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 03.06.2020-ci il tarixli müraciəti daxil olaraq “Puma SE” şirkətinə məxsus “PUMA” beynəlxalq əmtəə nişanından ünvan 2 ünvanında fiziki şəxs İddiaçı (VÖEN: **********) məxsus “Motorsport” (keçmiş “BMW Life") adlı mağazada qeyri-qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığı bildirilmişdir. Surəti Dövlət Xidmətinə təqdim edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin 24.09.2019-cu il tarixli bildirişinə əsasən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən PUMA SE (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) adına qeydiyyata alınan 480708 saylı “PUMA” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 18, 25, 28-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 30.09.2023-cü il tarixinə qədər qüvvədədir. Dövlət Xidmətinin 10.06.2020-ci il tarixli AİBNDX-05/01-5/208 nömrəli məktubu ilə fiziki şəxs İddiaçı “PUMA" əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin, habelə adıçəkilən əmtəə nişanlı malların alış sənədlərinin və onlara aid sertifikatların müvafiq qaydada təsdiq edilmiş surətləri, məktubun alındığı tarixə qeyd olunan malların qalığı barədə (malın adı, qablaşdırma növü, məhsulun vahidinin həcmi, sayı, mədaxil və satış qiymətləri) məlumatlar tələb edilmişdir. Fiziki şəxs İddiaçı Dövlət Xidmətinə daxil olmuş 29.06.2020-ci il tarixli məktubunda yaranmış vəziyyətlə bağlı “Puma” şirkətinin Azərbaycandakı rəsmi distribütoru ilə danışıqlara başladığını, mağazanın içində və çölündə olan “Puma” loqosunun tezliklə çıxarılacağını, eyni zamanda həmin loqodan sosial şəbəkələrdə istifadənin dayandırılacağını bildirmişdir. Lakin tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Buna görə də fiziki şəxs İddiaçı 08.07.2020-ci il tarixdə təkrarən 05/01- 5/399 nömrəli məktub göndərilmişdir. Komissiyanın iclası 21.08.2020-ci il tarixinə təyin edilmiş, eyni zamanda fiziki şəxs İddiaçı bir sıra sənəd və məlumatların təqdim edilməsi xahiş edilmişdir. Komissiyanın qeyd olunan tarixə təyin edilmiş işə baxılma iclasında internet rabitəsi vasitəsi ilə fiziki şəxs İddiaçı və onun etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X5 və “Puma SE” şirkətinin səlahiyyətli nümayəndəsi X2 iştirak etmişlər. İclasda “Puma SE” şirkətinin səlahiyyətli nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, fiziki şəxs İddiaçı ilə dəfələrlə görüşülüb müzakirə aparılmasına və xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən “PUMA” əmtəə nişanından qeyri qanuni istifadə davam etdirilir və buna görə də təmsil elədiyi “Puma SE” şirkəti müracətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmasını və zəruri tədbirlərin görülməsini bir daha xahiş edir. Eyni zamanda Nəriman Ramazanov fiziki şəxs İddiaçı tərəfindən komissiyaya təqdim olunmuş sənədlərlə tanış olunması üçün şərait yaradılmasını xahiş etmişdir. Fiziki şəxs İddiaçı iclasda çıxış edərək “Puma” əmtəə nişanlı məhsulların satışı ilə bağlı pandemiya dövründən əvvəl “Puma” şirkətinin Azərbaycandakı rəsmi distribütoru ilə danışıqlara başlandığını, lakin mövcud pandemiya ilə əlaqədar olaraq mağazanın fəaliyyəti müvəqqəti olaraq dayandırıldığından yekun nəticəyə gəlməyin mümkün olmadığını və hal hazırda “Puma” əmtəə nişanlı məhsulların satışının dayandırıldığını bildirmişdir. Lakin “Puma SE” şirkətinin səlahiyyətli nümayəndəsi Nəriman Ramazanovun müraciətini nəzərə alaraq, qeyd olunan pozuntunun könüllü surətdə aradan qaldırmağa hazır olduğunu və bununla bağlı “Puma SE” şirkətinin səlahiyyətli nümayəndəsi ilə yenidən danışıqlar aparılması üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Komissiya qeyd olunanları nəzərə alaraq, 21 avqust 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli, 120 saylı Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.7 və 2.9-cu bəndlərini rəhbər tutaraq fiziki şəxs İddiaçı barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış 04.08.2020ci il tarixli FA-01 nömrəli işə baxılması 31.08.2020-ci il tarixinə təxirə salmışdır. Fiziki şəxs İddiaçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş məktubunda (daxilolma qeydiyyatı: 5/1644, 18.09.2020-ci il) “PUMA” əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin olmadığını, satışını həyata keçirdiyi bütün malları, o cümlədən “PUMA” əmtəə nişanlı malları açıq satış həyata keçirən topdan satış ticarət məntəqəsindən aldığından həmin malların mədaxilinə, yəni alışına dair sənədlərin olmadığını bildirmişdir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq komissiyasının “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” 18.09.2020-ci il tarixli Qərarı ilə (çıxış nömrəsi Q-00011, 25 09.2020ci il) fiziki şəxs İddiaçı barəsində, "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci, 11-ci və 12-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.12-ci bəndini rəhbər tutaraq “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasına əsasən 2524,5 manat (iki min beş yüz iyirmi dört manat əlli qəpik) həcmində maliyyə sanksiyası tətbiq edilmiş və Dövlət Xidmətinin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə 25.09.2020-ci il tarixli Göstərişi ilə (çıxış nömrəsi: G-00012, 25.09.2020-ci il) tətbiq edilmiş maliyyə sanksiyasının qeyd olunan qərarın qüvvəyə mindiyi tarixdən 30 gündən gec olmayaraq ödənilməsi tələb edilmişdir. Lakin borclu fiziki şəxs İddiaçı tərəfindən maliyyə sanksiyası dövlət büdcəsinə ödənilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Tələbin (maliyyə sanksiyasının) icraya yönəldilməsi barədə” 20 noyabr 2020-ci il tarixli 1 nömrəli qərarı ilə borclu fiziki şəxs İddiaçı 2524,5 manat (iki min beş yüz iyirmi dört manat əlli qəpik) həcmində maliyyə sanksiyası tutulması, məcburi icrasını təmin etmək məqsədilə Xətai rayon, icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Qanun Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün bazar subyektlərinə şamil edilir. Həmin Qanunun 4.-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Həmin Qanunun 9-cu maddəsinə əsasən bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi; əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması; əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına, ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. Həmin Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli, 203 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir. Əsasnaməyə görə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınmasını, məhdudlaşdırılmasını və aradan qaldırılmasını, əmtəə və xidmət (o cümlədən maliyyə xidmətləri) bazarlarında rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunmasını, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən, antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır (1). Hökmran mövqedən sui-istifadə edən, inhisarçılıq fəaliyyəti göstərən, öz hərəkətləri ilə rəqabəti məhdudlaşdıran və istehlakçıların mənafelərini pozan təsərrüfat subyektləri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək (9.9.); qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyə-sənaye qruplarının fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması, qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək (9.10.); antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxmaq, pozuntuların dayandırılması və (və ya) onların nəticələrinin aradan qaldırılması, maliyyə sanksiyalarının tətbiq olunması və antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş digər məsuliyyət tədbirlərinin tətbiqi haqqında qərarlar qəbul etmək və icrası məcburi olan göstərişlər vermək (10.9.) Dövlət Xidmətinin səlahiyyətlətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarı ilə “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” təsdiq edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Qaydalara əsasən: 1.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların vədigər qeyri-kommersiya təşkilatlarının müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. 1.2. Antiinhisar qanunvericiliyinin pozulması haqqında müraciətlər yazılı şəkildə ərizə verməklə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq surətdə təsdiq olunmuş surətləri əlavə olunmaqla Antiinhisar orqanına təqdim edilir. Xarici dildə tərtib olunmuş sənədlər, onların Azərbaycan dilinə lazımi qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmaqla təqdim edilir. Antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar və antiinhisar qanunvericiliyinin pozulması faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir (1 nömrəli əlavə). 1.3. Antiinhisar orqanında antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizəyə həmin ərizənin daxil olduğu tarixdən 1 ay müddətinə baxılır. Antiinhisar qanunvericiliyinin pozulması barədə nəticəyə gəlmək üçün qanunun pozulması əlamətlərinin əsas götürülməsinə sübut olmadıqda və ya sübutlar kifayət etmədikdə Antiinhisar orqanı əlavə sübutların toplanması və təhlili üçün ərizəyə baxılma müddətini əlavə olaraq bir aya qədər uzada bilər. Müddət artırıldıqda Antiinhisar orqanı ərizəçiyə yazılı şəkildə məlumat verməlidir. Antiinhisar orqanıqanun pozuntusu əlamətlərinin mövcudluğunu və ya olmadığını sübuta yetirmək məqsədilə yerlərdə yoxlama aparmaq hüququna malikdir. 1.5. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə Antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyası tərəfindən bu Qaydaların ikinci bölməs indəmüəyyən olunmuş qayda əsasında baxılır. Qanun pozuntusuna yol vermiş şəxsin yerləşdiyi ərazi (yaşayış yeri) və ya qanun pozuntusunun baş verdiyi ərazidə işlərə müvafiq ərazi orqanı tərəfindən ona verilmiş səlahiyyətlər dairəsində bu Qaydalara uyğun şəkildə baxıla bilər. 2.1. Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. 2.2. Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. 2.3. Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar (4 nömrəli əlavə) qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. 2.4. Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. İşə baxılarkən yaranmış və izahı üçün xüsusi biliklər tələb olunan məsələlərin aydınlaşdırılması məqsədi ilə Komissiya ekspert və mütəxəssislər cəlb edə bilər. Ekspert və mütəxəssislər rəy vermək üçün işin materialları ilə tanış ola bilərlər. 2.5. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işə Komissiya tərəfindən qanununpozulması əlamətləri üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan üç ay müddətinə baxılır. Zəruri hallarda işə baxılması müddəti Komissiya tərəfindən həmin müddətin qurtardığı vaxtından altı aydan çox olmayaraq uzadıla bilər. 2.6. İşə Komissiyanın iclasında baxılır və bu barədə protokol tərtib edilir. Protokol Komissiyanın sədri tərəfindən imzalanır. Komissiyanın iclası Komissiyanın sədri tərəfindən aparılır. Komissiyanın iclasında işə baxılması sədr tərəfindən elə aparılmalıdır ki, işdə baxılan halların ən geniş təhlili və qiymətləndirilməsi, antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və qarşısının alınması, işdə iştirak edən şəxslərin hüquqlarına və qanuni mənafelərinə riayət olunması təmin edilsin. 2.10. Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. Tərəflər, həmçinin işdə iştirak edən şəxslər aşağıdakı hüquqlara malikdirlər: iş qaldırıldığı gündən işin materialları ilə (kommersiya sirri kəsb edən məlumatlar istisna olunmaqla) tanış olmaq; sübutlar təqdim etmək; sübutların tədqiqində iştirak etmək; işə baxılmasında iştirak edən digər şəxslərə, o cümlədən ekspertlərə və mütəxəssislərə suallar vermək; vəsatət vermək; Komissiyaya yazılı və şifahi izahatlar vermək. 2.12. Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar (8 nömrəli əlavə) qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. Komissiya tərəfindən qərar yalnız komissiya üzvlərinin iştirakı və sadə səs çoxluğu ilə qəbul edilir. 2.16. Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş (10 nömrəli əlavə) on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanınınrəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. 2.17. Göstərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Göstərişin vaxtında icra edilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər. Göstərişin vaxtında icra edilməməsi — onun icrasından yayınma və ya qismən icra olunması, yaxud müəyyən olunmuş müddətdə icra olunmaması kimi başa düşülür. 3.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər vəməlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. 3.2. Bazar subyektlərinə antiinhisar qanunvericiliyinin pozulmasına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edilməsi haqqında işlərə baxılması, bu bölmədə nəzərdə tutulan hallar istisna olunmaqla, bu Qaydaların ikinci bölməsində müəyyən edilmiş qaydada kollegial şəkildə həyata keçirilir. 3.3. Bazar subyektlərinə cərimə tətbiq edilməsi və ya maliyyə sanksiyası tətbiq edilməsi üçün işlərə baxılmasına aşağıdakılar əsas ola bilər: antiinhisar orqanlarının göstərişlərinin icra olunmaması və antiinhisar qanunvericiliyinə əsasən antiinhisar orqanlarına təqdim edilməli olan vəsaitlərin, ərizələrin, sənədlərin və digər məlumatların təqdim olunmaması haqqında informasiyanı əks etdirən sənədlər; antiinhisar orqanlarının qanuni tələblərinin vaxtında yerinə yetirilməməsi;düzgün olmayan məlumatların təqdim edilməsi. 3.7. Cərimə və ya maliyyə sanksiyalarının tətbiqi haqqında işlərə baxılmasının nəticəsində Komissiya müvafiq qərar (11 nömrəli əlavə) qəbul edir və qərar Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Cərimə və maliyyə sanksiyalarının tətbiqi haqqında qərar 10 günün müddətində bu Qaydaların 2.3 bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir.Cərimə və maliyyə sanksiyalarının yerinə yetirilməsi haqqında göstəriş verilir. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır və bu Qaydaların 2.3 bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir. 3.9. Cərimə və ya maliyyə sanksiyalarının tətbiqi üçün əsas olmadıqda Komissiya işin icraatına xitam verilməsi haqqında qərar (12 nömrəli əlavə) çıxarır. Qərar Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. 4.1. İcra hakimiyyəti orqanları, bazar subyektləri (onların vəzifəli şəxsləri) və vətəndaşlar, o cümlədən fərdi sahibkarlar, mövcud qanunvericiliyə uyğun olaraq antiinhisar orqanlarının antiinhisar qanunvericiliyinin pozulması haqqında işi mahiyyət üzrə həll edən qərarlarının və göstərişlərinin tam və ya qismən etibarsız sayılması, cərimə tətbiq edilməsi və maliyyə sanksiyaları tətbiq edilməsi haqqında qərarların ləğv edilməsi barədə ərizə ilə inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdirlər. Antiinhisar orqanlarının qərarlarından və göstərişlərindən, iddia müddəti aid edilməyən tələblər istisna olunmaqla, çıxarıldığı gündən altı ay müddətinə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq komissiyasının Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 18.09.2020-ci il tarixli Qərarının qanuni olub-olmadığının yoxlanılması üçün məhkəmə iki istiqamət üzrə araşdırma aparır: 1) qərarın inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilib-edilmədiyi və 2) qərarın maddi hüquq normalarının tələblərinə əməl olunmaqla qəbul edilib-edilmədiyi. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrində isə təsbit olunmuşdur ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq komissiyasının Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında komissiyanın 18.09.2020-ci il tarixli Qərarı qəbul edilərkən cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati icraat aparılmışdır. İnzibati akt qəbul edilməsindən əvvəl inzibati icraat aparılmış, bu zaman marağına toxunan şəxslər həmin icraata cəlb edilmiş, inzibati orqan işin bütün faktiki hallarını xidməti vəzifəsinə görə aydınlaşdırmış və bunun üçün zəruri sübutları toplamışdır, inzibati akt qəbul edərkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara qiymət verilmişdir və nəhayət, qəbul edilmiş inzibati akt qanunda nəzərdə tutulmuq qaydada əsaslandırılmışdır. Ona görə də, qərar inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməklə qəbul olunmuşdur. Eyni zamanda iddiaçi tərəf də məhkəməyə mübahisələndirilən qərarın əsassızlıgını göstərən halları sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləgv edilməsi” tələbinə dair iddiası əsassız oldugundan təmin edilməməlidir. İPM-in 44-cü maddəsinə görə iddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər (maddə 44.1). Məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər (maddə 44.2). Xüsusilə təcili hallarda, işə baxan məhkəmə tərkibinə sədrlik edən hakim qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi barədə təkbaşına qərardad qəbul edə bilər. Maraqlı şəxsə bərpa olunmaz ziyanın vurulması təhlükəsinin mövcud olduğu hallarda, sədrlik edən hakim məhkəmə icraatı iştirakçılarının ilkin dinlənilməsindən imtina etməyə haqlıdır (maddə 44.3). Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır (maddə 44.4). Məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilmədiyindən, iş üzrə tətbiq edilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri”nin saxlanılmasına zərurət qalmır. Odur ki, iş üzrə Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)-7181/2020 saylı qərardadı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 40-44, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləgvi” tələbinə dair iddiası təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)-7181/2020 saylı qərardadı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2187/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2187/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver