Məhkəmə qərarları › İş №2-1(112)-2188/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2188/2022

21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2188/2022 21.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə (3-cü şəxslər X2, X4, X3) qarşı “sərəncamın etibarsız hesab olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə (3-cü şəxslər X2, X4, X3) tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh 459 №li, 23 sentyabr 2014-cü il tarixli Sərəncamın və onun hüquqi nəticələrinin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə zərurət yarandığından Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 1.85 ha torpaq sahəsinin hal-hazırda Bakı Şəhər İcra Hakimiyyətinin, yaxud Cavabdeh ərazisinə aid olması barədə məlumatın verilməsi məhkəmənin 13 dekabr 2021-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, sözügedən 1,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 20.05.2015-ci il tarixli **********22 reyestr nömrəli çıxarış ilə X1 99 illik icarə hüququnun tanındığı, torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən hal-hazırda Abşeron rayonunun inzibati ərazisinin hüdudlarının daxilində yerləşdiyi, o cümlədən Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən X1 icarəsində olan torpaq sahəsinin icarə hüququnun bir hissələri notarial qaydada təsdiqlənmiş icarə müqavilələri əsasında özgəninkiləşdirilmiş və yerdə qalan 0,03 ha hissəsi isə ümumi yol olaraq X1 adında saxlanılmışdır. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra növbəti hazırlıq icraatı iclası 21.02.2022-ci il tarixə təyin edilərək bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndələri vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə tərəflərin iştirakı olmadan iddianın ərazi aidiyyəti məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilir ki, ləğv edilməsi tələb olunan Cavabdeh 459 №li, 23 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə ayrılan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 1.85 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonunun inzibati ərazisinin hüdudlarının daxilində yerləşir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisə predmeti olan torpaq sahəsinin ünvanı Abşeron quşçuluq sovxozunun ərazisi ərazi yurisdiksiyası baxımından Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. (17.1) Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə (3-cü şəxslər X2, X4, X3) qarşı “sərəncamın etibarsız hesab olunması” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2188/2022 saylı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar