Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2189/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun barəsində qəbul etdiyi Azərbaycan Respublikasının ərazisində müvəqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında 02 oktyabr 2020-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Xidmətə müraciət edərək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Xidmət onun ərizəsini təmin etməmiş və Azərbaycan Respublikasının ərazisində müvəqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında 02 oktybar 2020-ci il tarixli, ******* saylı qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsə imtina verilməsi üçün əsas olan halın mövcudluğu müəyyən edilmişdir. Lakin bir ifadə ilə mövqeyini əsaslandıran Xidmət qərarında ona imtina verilməsi üçün əsas olan halın nədən ibarət olmasını qeyd etməmişdir. O, 1997-ci il tarixdən 23 ildir ki, qanuni əsaslarla Azərbaycan Respublikasında yaşayır. 21 iyun 2000-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Həmidova (İbrahim) Pərvanə Sabir qızı ilə rəsmi nikaha daxil olmuş və ailə qurmuşdur. 07.12.2002-ci il tarixdə bir övladları - X6 doğulmuşdur. X10 ilə ümumi birgə mülkiyyətdə əmlakları var. Onun ailə üzvləri Azərbaycan Respublikasında yaşayır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı 03.09.2020-ci il tarixdə Xidmətə müraciət etmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 47.5-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, ‘‘Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 48.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün ******* seriya nömrəli icazə vəsiqəsinin surətindən görünür ki, Suriya Ərəb Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsi 12.10.2019-cu il tarixindən 12.10.2020-ci il tarixədək müəyyən edilmişdir. İcazə verilməsinə əsas qohumluq münasibəti, yaşayış yeri ünvan 1 ünvanı qeyd edilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AZE 08802468 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 02.09.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, “Səadət sarayı” tərəfindən verilmiş 21.06.2000-ci il tarixli, 383027 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 01.02.1974-cu ildə Suriyanın İkdə şəhərində anadan olmuş X7 ilə 02.09.1973-cü ildə Bakı şəhərində anadan olmuş X8 arasında 21.06.2000-ci ildə nigah bağlanmışdır. Nikah qeyd ediləndən sonra ərə İbrahim, arvada İbrahim familyası verilmişdir. - Bakı şəhəri, Xətai rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş 27.08.2003-cü il tarixli, AZ-İ 375583 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X12, anası X10 olan X6 07.12.2002-ci ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 07.12.2002-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 159578 №-li, 23.07.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvandakı ümumi sahəsi 44,0 kvm. olan yaşayış sahəsinin 22,1 kvm. hissəsi X4 mülkiyyətindədir. - Xidmət tərəfindən qəbul edilmiş 02.10.2020-ci il tarixli, ******* saylı qərarın suərtindən görünür ki, Suriya Ərəb Respublikası vətəndaşı İbrahim Mohamadın 03 sentyabr 2020-ci il tarixli müraciətində qohumluq münasibəti əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsə imtina verilməsi üçün əsas olan halın mövcudluğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Suriya Ərəb Respublikası vətəndaşı İbrahim Mohamadın 03 sentyabr 2020-ci il tarixli müraciətinin təmin edilməməsi, Suriya Ərəb Respublikası vətəndaşı ********* nömrəli pasporta malik olan İbrahim Mohamada Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi, Suriya Ərəb Respublikası vətəndaşı ********* nömrəli pasporta malik olan İbrahim Mohamadın üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyinin qoyulması və bəndin icrasına nəzarət Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilməsi qərara alınmışdır. - Xidmətin Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin üzadılması barədə 06.10.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçın Azərbaycan Respublikasında müvəqqəti olma müddəti 05 dekabr 2020-ci il tarixədək uzadılmışdır. - Xidmətin 03.12.2020-ci il tarixli, ******* nömrəli qərarının surətindən görünür ki, İbrahim Mohamad 02 noyabr 2020-ci il tarixli müraciətində Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq münasibətində olması ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsə daimi yaşamaq üçün icazənin verilməsi məqsədəuyğun hesab edilmədiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Suriya Ərəb Respublikası vətəndaşı İbrahim Mohamadın 02 noyabr 2020-ci il tarixli müraciətinin təmin edilməməsi və onun 10 gün ərzində ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılması ilə bağlı müraciət etmədiyi təqdirdə Azərbaycan Respublikasının ərazisini tərk etməsi qərara alınmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Əhməd oğlu 01.02.1974-cü il tarixində Suriyada doğulmuşdur və Suriya Ərəb Respublikasının vətəndaşındır. X7 ilə Azərbaycan Respublikası vətəndaşı X8 arasında 21.06.2000-ci ildə nikah bağlanmış, birgə nikahlarından 07.12.2002-ci ildə X6 Bakı şəhərində doğulmuşdur. Xidmət tərəfindən iddiaçıya Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələr verilsə də sonuncu dəfə Xidmət tərəfindən qəbul edilmiş 02 oktyabr 2020-ci il tarixli, ******* saylı qərarı ilə onun Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün müraciəti şəxsə imtina verilməsi üçün əsas olan halın mövcudluğu müəyyən edilməsi əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir. - 44.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. - 44.2-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. - 45.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir: Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda (45.1.1); ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda (45.1.2); Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda (45.1.3); Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda (45.1.3-1); iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda (45.1.4); bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda (45.1.4-1); Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda (45.1.5); xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda (45.1.6); Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda (45.1.6-1); Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda (45.1.7); bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci və 64.0.17-ci maddələrində nəzərdə tutulan hallarda (45.1.7-1); Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda (45.1.8); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda (45.1.9); dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda (45.1.10); insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda (45.1.10- 1); cinayət təqibi orqanlarına yardım göstərdikdə (45.1.10-2); Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda (45.1.11). - 47.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. - 48.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. - 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, bu Məcəllənin 45.1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər. - 49.2-ci maddəsinə əsasən bu Məcəllənin 45.1.2-ci maddəsində göstərilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər. - 49.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 45.1.5-ci maddəsində göstərilən əsasa görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün müraciət etmiş şəxsə icazə vəsiqəsi verilərkən onun həmin müraciət üzrə əlaqəli olan ailə üzvünə verilmiş icazə vəsiqəsinin etibarlılıq müddəti nəzərə alınır. - 50.1-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda (50.1.1); Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə (50.1.2); şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (50.1.3); pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda (50.1.4); müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla) (50.1.5); əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda (50.1.6); Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda (50.1.7); bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə (50.1.7-1); 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda (50.1.8); xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə (50.1.9); Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə (50.1.10); barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə (50.1.11); Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda (50.1.12); əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə (50.1.13); 50.2-ci maddəsinə əsasən bu Məcəllənin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12-ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. Qanunvericiliyin tələblərindən göründüyü kimi Məcəllənin 50.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Suriya Ərəb Respublikasının vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı müraciəti üzrə icraat zamanı şəxsə imtina verilməsi üçün halın mövcudluğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı müraciəti ilə bağlı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğundur, ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2189/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2189/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver