Məhkəmə qərarları › İş №2-1(112)-2189/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2189/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2189/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “iddiaçıya 60 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin üzərinə iddiaçıya yaşa görə əmək pensiya verilməsi vəzifəsini qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçıya 60 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ərizə ilə cavabdeh inzibati orqana pensiya təyin olunması barədə müraciət etmiş, lakin ona xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 153238/2024 sayl məktubla imtina cavabı verilmişdir. Qeyd edilən cavabda, yazılmışdır ki, Azərbaycan Respubilikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 04 iyun 2024cü il tarixdə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Mərkəzi filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 21 noyabr 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2002-xx.xx.2012-ci il tarixlər arasındakı dövr ərzində "Bakı Əlvan Metal” ASC-də rəngsaz çilingər işlədiyi qeyd olunmamışdır. Tərəflərindən iş stajına dair məlumatların araşıdırılması zamanı xx.xx.2002-xx.xx.2012-il tarixlər arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.2002- xx.xx.2005-ci il tarixlər arasındakı dövr üzrə də işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də, xx.xx.2002-xx.xx.2012-ci il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmadığı üçün onun iş stajının 25 ildən az (20 il 6 ay 9 gün (xx.xx.1982-xx.xx.1984-cü il, 18.1 1.1985-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixlərdən sonra 2 il 5 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bununla da əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilən dövrlərdə o "xxxx" müəssisəsində ağır iş rejimli yerdə işləmiş və bununla bağlı əmək kitabçasında müvafiq qeydlər vardır, lakin həmin dövrə məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmaması ondan asılı olan hal deyil və o bununla bağlı məlumatlı deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin dairəsi müəyyən edilmişdir. Belə ki, onun qeyd olunan illərdə əmək stajının olması əmək kitabçasında olan qeydlərlə sübuta yetirilir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, İddiaçı "xxxx" ASC-də ağır rejimli iş şəraitində işlədiyi və əmək kitabçasında bununla bağlı qeydlər olduğu halda həmin dövrlərdə MDSS ödənilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməməsinin qanunsuz olduğunu iddia edir. İddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçı müraciəti üzrə aparılmış inzibati araşdırma nəticəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-N- 153238/2024 nömrəli imtina məktubu ilə ümumi sığorta stajı 25 ildən az, 20 il 6 ay 9 gün olması və güzəştli sığorta stajının olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edildiyi müəyyən olunur. İddiaçı təqdim etdiyi 21 noyabr 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 2 il 5 ay əmək fəaliyyəti dövrləri daxil edilməklə ümumi sığorta stajı 20 il 6 ay 19 gün təşkil edir. Həmçinin, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20496,78 manat təşkil edir. İddiaçının mübahisələndirilərək, sığorta stajına daxil edilməyən dövrlər xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də rəngsaz çilingər vəzifəsində işlədiyi əmək fəaliyyəti dövrləridir. Sözügedən dövrlərin araşdırılması zamanı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edildiyindən xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər üzrə də işləyibişləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli 3-17-1/3- 16523/2024 nömrəli xidməti məktubla Bakı Əlvan Metal ATSC (SUN: **********7) tərəfindən 2006-2012-ci illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə hesablanma aparılmasına baxmayaraq məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi (2010-cu il istisna olmaqla, cəmi 150,00 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir) müəyyən olunur. Bu səbəbdən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində 2006-2008, 2011 və 2012-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və pensiya kapitalına dair məlumat əks olunmamışdır. Həmçinin, MElS-də sığortaedən tərəfindən 2009 və 2010-cu illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı sığortaolunanlar haqqında hesabatlarda İddiaçı dair məlumatlar əks olunmamışdır. Eləcə də, MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsindən sığortaedənin fəaliyyət statusu 11 yanvar 2013-cü il tarixdən “Dondurulmuş” olaraq qeydə alındığı görünür, (sığortaedənin statusu haqqında “Bildiriş" əlavə olunur). Beləliklə, hesab edirlər ki, iddiaçının fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqlarının öz əksini tapmaması onun müəssisədə işləməməsinə dair əsaslı şübhə yaratdığından xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək (6 il 9 ay 1 gün) olan və xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (4 il 1 gün) olan dövrlər sığorta stajına daxil edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının məcburetmə növündə olan iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar. İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. 770610 №-li diplomdan görünür ki, iddiaçı 25 iyun 1985-ci ildə barmen peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu (2 il) bitirmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, 25 may 1982-ci ildən 09 iyun 1984-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasınnın tərcümə və təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1985-xx.xx.1986-cı illərdə Əzizbəyov rayonu Profilaktik dezinfeksiya şöbəsində Neft Daşlarında dezinfektor vəzifəsində işləmiş, xx.xx.1986-xx.xx.2001-ci illdərdə Bakı Əlvan metal ərintilərinin emalı zavodunda işləmiş (xx.xx.1986-cı ildə 1 nömrəli sahəyə yükvuran, xx.xx.1987-ci ildə 2-ci dərəcəli pardaqlayıcı, 13..03.1989-cu ildə 2-ci dərəcəli pardaqlayıcı, xx.xx.1990-cı ildə mebel furniturunun istehsalı sexində pardaqlayıcı, xx.xx.1993-cü ildə kilid sexində pardaqlayıcı), xx.xx.2002-xx.xx.2012-ci illərdə "xxxx" ASC-də kilid sexində rəngsaz çilingər peşəsində işləmişdir. "xxxx" ASC-nin 01 №-li xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.2012-ci il tarixinə kimi "xxxx" ASC-də kilid sexində rəngsaz çilingər vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən verilmiş xx.xx.2024-cü il tarixli 3- 17-1/2-M-153238/2024 №-li imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 21 noyabr 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2002xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC- də rəngsaz çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Tərəflərindən iş stajına dair məlumatların araşdırılması zamanı, xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib- işləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də xx.xx.2002-xx.xx.2012-ci il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən az (20 il 6 ay 9 gün (xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 5 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20496,78 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı":

11. Metal emalı 11.5. Metal emalı üzrə sair peşələr - rezervuarlarda, gəmilərin bölmələrində, qapalı kameralarda məşğul olan rəngsazlar 11.14. Metal emalının digər peşələri - xrom oksidinin tətbiq edilməsi işlərində məşğul olan saat hissələrinin diş pardaqlayıcıları - 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar

Məhkəmənin mövqeyi:

Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu yuxarıda qeyd olunan tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının xx.xx.2024-ci il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. İddiaçı ilə cavabdeh arasında mübahisənin yaranmasının səbəb olmuş hal ondan ibarətdir ki, cavabdeh hesab edir ki, iddiaçının ümumi stajl 25 ildən az, güzəştli iş stajı isə yoxdur. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı) Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil müddəti əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq ümumi iş stajına da daxil edilməlidir. Belə ki, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ümumi stajı 25 ildən çoxdur. Belə ki, iddiaçı texniki peşə məktəbini bitirmiş şəxsdir və təhsil müddəti 02 ildir. İddiaçı 2 il həqiqi hərbi xidmətdə olmuşdur. Əmək kitabçasına əsasən xx.xx.1985-ci ildən xx.xx.2005-ci ilə qədər olan ümumi stajı 20 il 01 ay təşkil edir. Əmək kitabçasında 2006-cı ildən 2012-ci ilədək iddiaçının Bakı Əlvan Metal ASC-də işlədiyi qeyd edilsə də, 2006- 2012-ci illər üzrə cavabdehə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə hesablanma aparılmasına baxmayaraq məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi (2010-cu il istisna olmaqla, cəmi 150,00 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir) müəyyən olunmuşdur. Bu səbəbdən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində 2006-2008, 2011 və 2012-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və pensiya kapitalına dair məlumat əks olunmamışdır. Həmçinin, MElS-də sığortaedən tərəfindən 2009 və 2010-cu illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı sığortaolunanlar haqqında hesabatlarda İddiaçı dair məlumatlar əks olunmamışdır. Belə olan halda iddiaçının 2006-cı ildən sonrakı ümumi stajı sadəcə 1 il (2010-cu il) təşkil edir. Nəticə olaraq iddiaçının ümumi stajı 25 il 01 ay (20 il 01 ay+02 il+02 il+01 il) təşkil edir. Göründüyü kimi iddiaçının ümumi stajı 25 ildən çoxdur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi staj tələbi ödənilmişdir. Cavabdehin ümumi stajın ödənilməməsi ilə bağlı dəlili işdə olan sənədlərlə təkzib olunmuşdir. Cavabdeh tərəfindən iddiaçının əmək stajını təsdiq edən sənədlərin tam həcmdə nəzərə alınmaması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Şərh olunan normaların məzmunundan da müəyyən olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq iddiasında olan şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu barədə işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməlidir. İddiaçının işlədiyi müəssisə tərəfindən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli arayış) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu barədə müəssisəyə sorğu göndərmiş, lakin iddiaçının zərərli əmək şəraitində işləməsi faktı müəyyən edilməmişdir. "xxxx" ATSC tərəfindən verilmiş arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olması göstərilməmiş, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatlar və eyniləşdirmə üçün zəruri olan meyar əlamətləri əks etdirilməmiş və arayış əsaslandırılmamışdır. Əlavə olaraq, arayışında iddiaçının xx.xx.1986-cı ildən xx.xx.2012-ci ilədək rəngsaz çilingər vəzifəsində çalışması qeyd edilmişdir. Lakin bu məlumatlar iddiaçının əmək kitabçasındakı qeydlərlə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçın əmək kitabçasında xx.xx.1986-cı ildən yükvuran vəsifəsində, xx.xx.1987-ci ildən xx.xx.2001-ci ilə kimi isə pardaqlayıcı (2-ci dərəcəli pardaqlayıcı, mebel furniturunun istehsalı sexinin pardaqlayıcısı, kilid sexinin pardaqlayıcısı) vəzifəsində çalışdığı qeyd edilmişdir. Göründüy kimi sözügedən arayış mötəbər sübut deyildir. Əlavə olaraq iddiaçının çalışdığı vəzifə (pardaqlayıcı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda göstərilən vəzifəyə (- xrom oksidinin tətbiq edilməsi işlərində məşğul olan saat hissələrinin diş pardaqlayıcıları; - 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar) uyğun gəlmir. İddiaçının əmək kitabçasında və təqdim etdiyi arayışda həmin peşə siyahıda adı qeyd olunan kimi göstərilməmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçının 60 yaşı xx.xx.2024-cü ildə tamam olmuşdur, həmin tarixə ümumi iş stajı 25 ildən çoxdur, lakin iddiaçının güzəştli ştajı yoxdur. Yəni iddiaçıya yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslardan biri mövcud deyildir və cavabdeh qeyd edilən halları nəzərə almışdır. Göstərilənlərə əsasən məhkəmə cavabdehin iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququnun olmaması mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının müraciətinin təmin edilməməsində ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri (ümumi stajla bağlı olanlar istisna olmaqla) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar