Məhkəmə qərarları › İş №2-1(112)-219/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-219/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-219/2021 05.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X5 nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdehin nümayəndəsi X19 iştirakları ilə İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər X37, X38, X9 cəlb olunmaqla) plan ölçünün ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X37 cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair X25 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün, çıxarışın və daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüququna dair X25 adına olan qeydiyyatın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X38 üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı həmçinin iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək, işə baxılıb qurtarana kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahədə yerləşən X29 məxsus olan 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(81)-3285/2019 saylı 10.10.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 3-cü şəxslər X30 və X29 qarşı qeydiyyatın etibarsız hesab edilməsi barədə işə mahiyyəti üzrə baxılanadək, X29 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmənin 2-1(81)-3285/2019 saylı 06.12.2019-cu il tarixli qərardadı ilə iddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər X38 və X37 cəlb olunmaqla) iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz olunması, iş üzrə X3 3-cü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin 2-1(81)-3285/2019 saylı 28.12.2019-cu il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən verilmiş RX seriyalı, ******* nömrəli, Daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 olan, ********** qeydiyyat nömrəli, 06.04.2017-ci il tarixli çıxarışa əsasən Səbail Rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ev 1806X saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətimdədir. Bildirir ki, o həmin torpaq sahəsini Səbail Rayonu Badamdar Bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli 166 salı qərarı ilə alqı-satqı yolu ilə almışdır. Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Qeyd edir ki, onun evinin qarşısında heç kimə məxsus olmayan uzunsov zolaq formasında təxminən 2,5 sot civarında ümumi istifadədə olan çökəklik boş sahə vardı. Həmin sahənin altından su xətti, evinin yağış suları üçün tikilmiş anbar və kanalizayiya xətti və qaz xətti keçir. Sonradan həmin boş ərazini doldurmuş, orda ağaclar əkmiş, asvalt çəkmiş və oranı abadlaşdırdır. Bütün bu işlər Məhərrəm Miriyevin və digər qonşularının gözü qarşısında aparılmışdır. Onu da qeyd edir ki, onun yerilə üzbəüz aşağı tərəfdə Ağayev Teymura məxsus olan 600 kvadrat metr hasarlanmış torpaq sahəsi olmuşdur. Həmin hasara alınmış 600 kvadrat metr torpaq sahəsinin ortasından yeni hasar tikməklə özünün əvvəldən mövcud olan hasarının bir tərəfini sökərək ərazini genişləndirmək üçün iddiaçının abadlaşdırdığı yerdəki ağacları kəsmiş, həmin altından komunikasiya xətləri keçən torpaq sahəsini öz torpaq sahəsinə qatmaq üçün hasar tikirmişdir ki, bu da iddiaçının qanuni mənafeinə toxunduğu üçün bu barədə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin həmin vaxt iddia ərizəsi başqa cavabdehə yəni Miriyev Məhərrəmə qarşı olmuşdur. Lakin bu hal sonradan müəyyən olunmuşdur. Məhkəmə araşdırması və aparılmış ekspertizalardan məlum olmuşdur ki, cavabdeh həmin yerə kadastr planını düzgün verməmiş və qeyd olunan yer üzrə ilkin torpaq ayırma sənədləri ilə kadastr planında qeyd olunan ölçülər fərqlənir. Yuxarıda qeyd olunanlara asasan hesab edir ki, həmin torpaq sahəsinə dair Ağayev Teymur oğlunun adına verilmiş kadastr planı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridə aparılmış qeydiyyatı əsassız hesab olunmalıdır. İddiaçı 06 dekabr 2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə tədim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair X3 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı 05 fevral 2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə tədim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, bildirirlər ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair X25 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün, çıxarışın və daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüququna dair X25 adına olan qeydiyyatın etibarsız hesab edilməsi barədə iddiası etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. Bundan əlavə, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə Səbail rayon İcra Hakimiyyəti Başçısının 8 fevral 1995-ci il tarixli, 464 nömrəli sərəncamı əsasında X10 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, 31.03.2014-cü il tarixli çıxarış verilmişdir. X17 ilə X37 arasında bağlanmış 11.04.2014-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X25 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, 02.05.2014-cü il tarixli çıxarış verilmişdir. X37 ilə X38 arasında 19.07.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə X29 bağışlanılmış və A.T.Ağayevə ********** qeydiyyat nömrəli, 09.08.2016-cı il tarixli çıxarış verilmişdir. Həmçinin, iddiaçı X10 adına verilmiş çıxarışın, plan və ölçünün ləğv edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə əvvəllər müraciət etmiş, daha sonra isə iddiaçının ərizəsi əsasında məhkəmənin 12.09.2017-ci il tarixli, 2-1(81)-3044/2017 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Eyni zamanda bildirirlər ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən İddiaçı cavabdeh Bakı şəhəri. Səbail rayon İcra Hakimiyyətinə qarşı X17 və X38 3-cü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv edilməsi tələbinə dair 2-1(81)-313/2018 saylı inzibati ış üzrə sorğu daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikası Qanununun 8.0.1 ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı’nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; huquqı və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxıl edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə "Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron usulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X33 iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı iclasında iştirak edən 3-cü şəxs X25 nümayəndəsi X34 iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - 15 sentyabr 2006-cı il tarixli İ66N9-li Qərarın təsdiq edilmiş surətinə görə “Bələdiyyə ərazisində olan torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə” Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən ölçüsü 940,0 kv.m ibarət torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı satılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1806X saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 370 nömrəli reyestr kitabının 34656 nömrəli vərəqində (00401300Ö351 reyestr nömrəsi) ********** qeydiyyat nömrəsi ilə 06 aprel 2017-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 481 nömrəli reyestr kitabının 45530 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 02 may 2014-cü il tarixdə X25 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 481 nömrəli reyestr kitabının 45530 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 09 avqust 2016-cı il tarixdə Ağayev Azər Teymur oğlunun adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış 0,06 ha xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 481 nömrəli reyestr kitabının 45530 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə 31 mart 2014-cü il tarixdə X10 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 08 fevral 1995-ci il tarixli 464 saylı «fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə» sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m.fərdi ev tikmək üçün X31, X1, X2, oğluna, X6, X13, X8, X21, X4 və X22 torpaq sahəsi ayrılmışdır. - Səbail rayon İcra Hakimiyyəti Başçısının İ müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş 464 №li 08 fevral 1995-ci il tarixli Sərəncama əsasən X13 ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 500 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastr kitabında 37681 nömrə ilə qeydə alınan AN №li 05.03.2014-cü il tarixli Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. - Məhkəmə araşdırması zamanı Məhkəmənin 2-1(112)-175/2020 saylı 16 mart 2020-ci il tarixli Qərardadı əsasında iş üzrə məhkəmə tikinti ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertiza mərkəzi Tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumat əsasında ekspertizanın aparılmasından imtina edilmişdir. 15 oktyabr 2020-ci il tarixdə Məhkəmənin 2-1(112)-175/2020 saylı 16 mart 2020-ci il tarixli Qərardadı icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. 13 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə mütəxəssis rəyi daxil olmuşdur. Məhkəmə tərəfindən ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: X7 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 128 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülərlə həmin torpaq sahəsinin hazırkı plan və ölçüsü arasında fərq vardırmı? X7 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 128 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülər, sxemlər nəzərə alınmaqla işlənmişdirmi? Mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: Mübahisələndirilən torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır. Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2-1(112)-175/2020 nömrəli qərardadında mütəxəssis qarşısında qoyulmuş suallar arxiv və elektron baza məlumatları ilə bağlı olduğu üçün "xxxx”-nə sorğu göndərilmiş “xxxx" tərəfindən suallar aşağıdakı kimi cavablandırılmışdır: Araşdırma zamanı məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 08.02 1995-ci ilratixli 464 nömrəli sərəncamının ayrılmaz hissəsi olan X13 Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 600 kv.m. torpaq sahəsinin ayrılmasına dair Səbail RİFİB-nın birinci müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi F.Qasımzadə tərəfindən təsdiq olunmuş mart 2005-ci il tarixli 12 nömrəli torpaq sahəşinin yerləşmə sxemi ilə Səbail rayon İcra Hakimiyyəti Başçısının 06.04.1998-ci ilratixli 463 nömrəli sərəncamının ayrılmaz hissəsi olan Məmmədova (Vəliyeva) Şəbinə İsmayıl qızına ayrılmış Badamdar qəsəbəsi 3cü yaşayış massivi 1228 saylı 600 kvadrat metr torpaq sahəsinə dair tərtib olunmuş və Səbail RİHB-nın birinci müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbə üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş 19.01.2005-ci il tarixli torpaq sahəsinin yerləşmə sxemi hazırlandığı zaman mövcud olan torpaq qanunvericiliyinin müvafiq qaydalarına uyğun hazırlanmamış, sözügedən sxemlər miqyassız, situasiyasız, məsafələrlə heç bir istinad nöqtələrinə bağlanmamış olmaları ilə yanaşı, bu sxemlərləri naturada (yerində) müəyyən etmək mümkün deyil. Sxemlərin vizual görüntüsündə hər iki vətəndaşa müxtəlif vaxtlarda hazırlanmış sxemlər eyni nömrə ilə nömrələndiyindən bu sahənin eyni yer olmasını deməyə əsas verir. Araşdırma zamanı 2008- 2015-ci illərdə sözügedən ərazidəki torpaq sahəsi mövcud olmuş, hal-hazırda isə həmin ərazidə üç həyətyanı sahə mövcuddur ki, bunlardan M.M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin 280 kv.m hissəsi qəsəbə daxili yolundan mənimsənilmişdir. Toplanmış materiallara, elektron kadastr baza məlumatlarına və yuxarıda qeyd edilənlərə əsasən: X13 ayrılmış torpaq sahəsinin sxem ilə Məmmədova (Vəliyevə) Şəbinə İsmayıl qızına ayrılmış torpaq sahəsinin sxeminin eyni yer və nömrə olması, naturada yerinin müəyyən edilməsinin mümkün olmaması, sxemlərin vizual görüntüsündə hər iki vətəndaşa müxtəlif vaxtlarda hazırlanmış eyni yerə, eyni nömrə ilə verildiyini, M.M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədindən əvvəl qeyd edilən sxemə əsasən Məmmədova (Vəliyeva) Şəbinə İsmayıl qızına mülkiyyət hüququna dair sənəd verildiyi üçün X7 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülərlə həmin torpaq sahəsinin hazırkı plan və ölçüsü fərqlidir. 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin 280kv.m hissəsi qəsəbə daxili yoldan mənimsənilmişdir. X13 ayrılmış torpaq sahəsinin sxem ilə Məmmədova (Vəliyeva) Səbinə İsmayıl qızına ayrılmış torpaq sahəsinin sxeminin eyni yer və nömrə olması, naturada yerinin müəyyən edilməsinin mümkün olmaması, sxemlərin vizual görüntüsündə hər iki vətəndaşa müxtəlif vaxtlarda hazırlanmış eyni yerə, eyni nömrə ilə verildiyini, M.M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədindən əvvəl sözügedən sxemə əsasən Məmmədova (Vəliyeva) Şəbinə İsmayıl qızına mülkiyyət hüququna dair sənəd verildiyi üçün X7 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülər, sxemlər nəzərə alınmamaqla işlənmişdir (497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin 280kv.m hissəsi qəsəbə daxili yoldan mənimsənilmişdir). Məhkəmə hazırkı mübahisə ilə bağlı məhkəmə ekspert rəyində göstərilənlərin işin halları ilə uyğunluq təşkil etdiyindən əsaslı hesab edir. Hazırda iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini istəyir. İş materiallarına əlavə edilmiş Səbail rayon Məhkəməsinin 2(009)-313/2016 saylı mülki işi üzrə 25 dekabr 2017-ci il tarixli Ekspert rəyində müəyyən edilən hallardan da görünür ki, X15 Badamdar qəsəbəsi 3-ou yaşayış massivi 1228 saylı 600 kv torpaq sahəsinin ayrılmasına dair Səbail RİHB-nın İ müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi uzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş Torpaq sahəsinin yerləşməsi cizgisində qeyd olunmuş torpaq sahəsinin ölçüləri ilə M.M Miriyevın adına Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin olçüləri şimaldan 1.46 metr, şərqdən 0.72 metr, cənubdan 1.01 metr, qərbdən 2.81 metr fərqləndiyi, o cümlədən X13 Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 500 kv.m torpaq sahəsinin ayrılmasına dair Səbail RİHB-nın İ müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş Torpaq sahəsinin yerləşməsi cizgisində qeyd olunmuş torpaq sahəsi ilə M.Miriyevin adına Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin ölçülərində fərqlər olduğu, X11 ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı, 600 kv.m torpaq sahəsinə dair tərtib olunmuş və Səbail RİHB-nın müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi H. Qasımzadə tərəfindən təsdiq olunmuş 19.01.2005-ci il tarixli Cizgidə qeyd olunan torpaq sahəsinin X14 ayrılmış Badamdar qəsəbəsi 3-cu yaşayı massivi 1228 saylı torpaq sahəsinə dair Səbail RİHB-nın İ müavini V.Muxatrov və RİHB-nın Badamdar qəsəbə uzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş Cizgidə qeyd olunmuş torpaq sahəsi ilə nömrələri eynilik təşkil etdiyi, M.Miriyevin adına Döviət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 49783 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin olçüləri ilə 18.03.2005-ci il tarixdə Məmmədova (Vəliyeva) Şəbinə İsmayıl qızına verilmiş JN-19575D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan torpaq sahəsinin ölçüləri ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 6530/2018 saylı 01 avqust 2018-ci il tarixli Qətnaməsi üzrə müəyyən edilən hallardan görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin müvafiq olaraq həmin torpağa aid plan və ölçülərdə əks olunmuş sərhədlərdən kənara çıxmadığı, RX seriyalı 0386179N9 №li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (**********10 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, 02.05.2014-cü il qeydiyyat tarixi) əsasən xüsusi mülkiyyət hüququ üzrə X30 məxsus Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı, ölçüsü 0,06 ha olan torpaq sahəsinin üzərindəki hasarın həmin torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; qanunvericilikdə nəzərdə tutulan digər əsaslar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardır. Məhkəmə mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq, mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma apararaq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan kordinatları özündə əks etdirən plan ilə Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilən 464 №li 08 fevral 1995-ci il tarixli Sərəncam əsasında tərtib edilən yerləşmə cizgisini müqayisəli şəkildə təhlil edərkən, cizgilər arasında vizual baxımdan açıq-aşkar fərqin olduğunu aşkar etmişdir. O cümlədən iş materiallarına əlavə edilən Səbail rayon Məhkəməsinin 2(009)- 313/2016 saylı mülki işi üzrə 25 dekabr 2017-ci il tarixli Ekspert rəyi üzrə müəyyən edilən hallara əsasən X13 ayrılmış torpaq sahəsinin yerləşməsi cizgisində qeyd olunmuş torpaq sahəsinin ölçüləri ilə M.M.Miriyevın adına Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin olçülərinin şimaldan 1.46 metr, şərqdən 0.72 metr, cənubdan 1.01 metr, qərbdən 2.81 metr fərqləndiyi, o cümlədən qeyd olunan torpaq sahəsinin yerləşməsi cizgisində qeyd olunmuş torpaq sahəsi ilə Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin ölçülərində fərqlər olduğu ekspert tərəfindən də vurğulanmışdır. Qeyd olunan məsələnin araşdırılması məqsədilə məhkəmə tərəfindən təyin edilən ekspertiza nəticəsində də yuxarıda sadalanan məqamlar ekspert tərəfindən araşdırılmış və belə nəticəyə gəlinmişdir ki, M.M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən əvvəl sözügedən sxemə əsasən Məmmədova (Vəliyeva) Şəbinə İsmayıl qızına mülkiyyət hüququna dair sənəd verildiyi üçün X7 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülər, sxemlər nəzərə alınmamaqla işlənmiş, o cümlədən 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin 280kv.m hissəsi qəsəbə daxili yoldan mənimsənilmişdir. Qeyd olunan xüsusatlara istinadən məhkəmə belə qənaətə gəlmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü ilkin hüquqmüəyyənedici sənədlərdə göstərilən hüdudlar daxilində tərtib edilmədiyindən iddiaçının qeyd olunan plan ölçünün ləğvini tələb etməkdə qanuni və əsaslı tələb hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 94,0 (doxsan dörd) manat məbləğində pul vəsaiti iddiaçı cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC Bakı Layihə-Tədqiqat İdarəsinin büdcəsinə (Az23AİİB********************, VÖEN **********) ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2., 34.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 94,0 (doxsan dörd) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC Bakı Layihə-Tədqiqat İdarəsinin büdcəsinə (Az23AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar