Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-219/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4(Laçın rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, vəzifəsi-aparıcı mütəxəssis), üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə (Sumqayıt şəhərində qeydiyyatdadır, ixtisası-inşaatçı, direktor vəzifəsində işləyir), İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı üçüncü şəxs qismində "xxxx" SC cəlb edilməklə “ yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 23.11.1994-cü ildən 17.08.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2-1(112)-4111/2020 saylı 27.07.2020-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilmiş, İddiaçı 23.11.1994-17.08.2001ci illərdə "xxxx" SC–nin 2 saylı Müəssisəsində işlədiyi illərin sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 21.07.2020-ci il tarixli, 2-1(112)-4111/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-221/2021 saylı işi üzrə qəbul etdiyi, 21.04.2021-ci il tarixli Qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin 21.07.2020-ci il tarixli, 2-1(112)-4111/2020 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, iş materiallarından birinci instansiya məhkəməsinin cavabdehin istinad etdiyi 30.01.2020-ci il tarixli aktın əslini tələb etməsi, aktın hansı pozuntular əsasında tərtib edilməsi, həmin pozuntuların həqiqətən mövcudluğu (onun pozuntu hesab olunub-olunmaması), o cümlədən əmrlərin möhürlənib-möhürlənməməsi, işəgötürəndə qalan əmr nüsxələrinin möhürlə təsdiqinin məcburiliyinin qanunvericilikdə nəzərdə tutulması, həmçinin iddiaçının sığortaedəni olan müəssisənin sığortaedən kimi müvafiq orqanda qeydiyyata alınıb-alınmaması, iddiaçının cavabdehdə mübahisə doğuran əmək fəaliyyətinin mövcudluğu, həmin dövrlər üzrə əmək haqqından tutulmaların tam olaraq həyata keçirilib-keçirilməmədiyi məsələlər araşdırılmamışdır. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cı ildə Bakı şəhərinə doğulmuşdur. 1970-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. Pensiya yaşına çatdığından və yaşayış yeri Sabunçu rayonunda yerləşdiyindən Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakın cavabdeh 02.03.2020-cı il tarixli **********4 saylı cavab məktubu ilə imtina cavabı vermişdir. AR Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi **********4 saylı cavab məktubu ilə bildirmişdir ki, " Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 01.01.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verildikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan verilmədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. İddiaçının şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 23.11.1994 - 17.08.2001-ci illərə aid sığorta stajı öz təsdiqini tapmadığına görə əmək pensiyası hüququ yaranmır.” Halbuki iddiaçının əmək kitabçasında iş yerləri barədə müvafiq qeydlər var. Əmək kitabçasının 38,39,40,41,42,43 qeydlərdən də görünür ki, o, 23.11.1994-cü ildən başlayaraq işə girmiş və müxtəlif peşələrdə çalışmaqla 27.12.2001-ci ildək işləmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 01.01.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kaptalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 2006-cı ilə qədər qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 25-ci bəndinin 3-cü abzasına əsasən əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Aparılan yoxlama nəticəsində iddiaçının müəssisədə saxlanılan bir sıra sənədlərinin 1997, 1998, 1999, 2000-ci illərə aid əmək haqqı hesablarının, işə daxil olma və işdən çıxma əmrlərinin möhürsüz olduğu aşkar edilmişdir. Bu fakt pensiya təyin edən orqanın və müəssisəsinin əməkdaşı tərəfindən tərtib edilmiş aktda da öz əksini tapmışdır. Belə ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri(sərəncam, qərarı) onun tərəfindən imzalanmalı və müəssisəsinin möhürü ilə təsdiqlənməlidir. Azərbaycan Respublikası Konstutsiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstutsiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstutsiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitutsiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitutsiyada normativ hüquqi aktların hüququna və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Kostitutsiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Qərada qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdəqüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışındа iştirak etməmiş, bunu səbəbini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddiaçı həqiqətəndə "xxxx" Səhmdar Cəmiyyəti 2 nəmrəli müəssisədə işləyb. Bunu müəssisədə bu gün də saxlanılan sənədlər təsdiq edir, bəzi daxili sənədlərdə möhürün olmaması iddiaçının işləməməsinə dəlalət etmir, heç bir idarə və müəssisələrdə daxili sənədlərə möhür vurulmur. Üçüncü şəxsin nümayəndəsi cavabdehin etirazının əsassız olduğunu bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və xx.xx.1954-cü il təvəllüdlüdür. İddiaçının notarial qayada təsdiq olunmuş hərbi biletinin surətinə əsasən, iddiaçı 05.05.1973-cü ildən 14.05.1975-ci ilə qədər SSR Silahlı Qüvvlərində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 17 mart 1972-ci il tarixli əmək kitabçasının surətinə əsasən, İddiaçı 15.06.1970-ci il tarixdən 09.08.1972-ci il tarixədək, 10.08.1972-ci il tarixdən 25.04.1973-cü il tarixədək, 10.06.1975-ci il tarixdən, 23.02.1976-cı il tarixədək, 25.03.1976-cı il tarixdən 27.07.1977-ci il tarixədək, 01.09.1977- ci il tarixdən, 20.06.1978-ci il tarixədək, 04.08.1978-ci il tarixdən 13.08.1979-cu il tarixədək, 03.09.1979-cu il tarixdən, 17.11.1980-ci il tarixədək, 04.01.1981-ci il tarixdən, 30.12.1981-ci il tarixədək, 23.02.1982-ci il tarixdən 15.02.1985-ci il tarixədək, 02.03.1985- ci il tarixdən, 20.08.1985-ci il tarixədək, 01.09.1985-ci il taixdən, 10.06.1989-cu il tarixədək, 18.07.1989-cu il tarixdən, 07.12.1989-cu il tarixədək, 05.03.1990-cı il tarixdən, 06.05.1992-ci il tarixədək müxtəlif peşələrdə işləmişdir. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən, İddiaçı 01.02.1993cü il tarixdən 22.09.1993-cü il tarixədək, 01.11,1993-cü il tarixdən 23.11.1994-cü il tərixədək müxtəlif vəzifələrdə, 23.11.1994-cü il tarixdən, 02.01.1996-cı il tarixədək, 02.09.1999-cu il tarixdən, 17.08.2001-ci il tarixədək "xxxx" Səhmdar Cəmiyyəti 2 nəmrəli müəssisədə işləmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" Səhmdar Cəmiyyəti 2 saylı Müəssisəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 09/03 nömrəli, 16 iyul 2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş 1994-2001-ci illərə aid əmrlər, şəxsi hesab vərəqələri və sosial sığorta ödəmələri haqqında arayışlardan görünür ki, İddiaçı 23 noyabr 1994-cü il tarixdə "xxxx" Səhmdar Cəmiyyəti 2 saylı Müəssisəyə işə qəbul olmuş, 17.08.2001-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçının əmək haqqından sosial sığorta ödəmələri tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 02.02.2022-ci il tarixli sorğulara cavab məktubundan görünür ki, 30.01.2020-ci il tarixli akta əsasən, 23.11.1994-cü il tarixdən 17.08.2001-ci il tarixədək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsində işləmiş İddiaçı sosial sığorta stajını müəssisədə saxlanılan əmək haqqı ödəniş sənədlərinə, məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin uçot kitabına, T2 şəxsi vərəqələrinə və əmrlər kitabına əsasən qarşılıqlı yoxlanılmış, qarşılıqlı yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı 1997, 1998, 1999, 2000-ci illərin əmək haqqısı şəxsi hesablarda möhürsüz və işə daxil olma əmri 131/k, 23.11.1994-cü il işdən çıxma əmri 09/120 k, 17.08.2001. Əmrlər kitabı son vərəqdə möhürlənməyib. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin **********9 nömrəli 30.12.2019-cu il tarixli ünvanladığı məktubuna əsasən, İddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında qeyd olunan 23.11.1994-cü il tarixdən 17.08.2001-ci il tarixədək olan əmək stajı yoxlandıqdan sonra onun pensiya hüququna baxılacaqdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə ünvanladığı 09 nömrəli, 27.01.2020-ci il tarixli məktubunun surətinə əsasən, "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 02.03.2020-ci il tarixli 710 nömrəli Qərarın surətinə əsasən, İddiaçı yaşa görə pensiya tələb edilən sığorta stajı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin aktına əsasən təsdiqi tapmadığı üçün əmək pensiyası hüququ yaranmır. İddiaçının 27.12.2019-cu il tarixli ərizəsinin surətinə əsasən, ona yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respubikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə ünvanladığı **********7 nömrəli 30.12.2019-cu il tarixli məktubun surətinə əsasən, "xxxx" SC 2 nömrəli müəssisədə işləmiş İddiaçı iş stajını yoxlayıb və məcburi dövlət sosial sığorta haqqlarının ödəyib ödənməməsi barədə məlumət göndərmələri istənmişdir. Azərbaycan Respublikası Səfərərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin 08.08.2018-ci il tarixli 167 nömrəli Arayışın surətinə əsasən, 1954-cü il təvəllüdlü İddiaçı həqiqətən 29 may 1973-cü ildən 14 may 1975-ci il tarixədək Sovet Ordu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. "xxxx" Səhmdar Cəmiyyəti 2 saylı müəssisəsi üzrə 09/20k nömrəli 17.08.2001-ci il tarixli əmrinin surətinə əsasən, İddiaçı 17.08.2001-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə görə (öz xahişi ilə) işdən azad edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə ünvanladığı iş stajının arayışları barədə məktuba əsasən, İddiaçı pensiya sığorta stajını yoxlayıb, yoxlama aktını idarəyə təqdim olunacağı qeyd olunmuşdur. İş materiallarına əlavə olaraq "xxxx" SC-nin 2 saylı müəssisəsi məhkəməyə borcların silinməsi ilə bağlı sənədləri təqdim etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı 23.11.1994- 17.08.2001-ci ilədək olan dövrü nəzərə alınmaqla yaşa görə pensiyanın təyin edilməsi barədə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, "xxxx" SC–nin sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilməmişdir və 23.11.1994-17.08.2001-ci il tarixədək "xxxx" SC-də işləməsi faktınının mötəbərliyi sübuta yetirilməmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. İddiaçının xx.xx.1954-cü il tarixdə doğulduğu nəzərə alındıqda, onun 63.6 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərində ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məc buri dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. 21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1.-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı Həmin Qaydaların 3.2.-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... İddiaçının "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsində 23.11.1994- 17.08.2001-ci illərdə işlədiyi iddiaçıya məxsus əmək kitabçası və müəssisə tərəfindən verilmiş arayış, əmrlər və şəxsi hesab vərəqələri ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən əmək kitabçasında və müəssisə tərəfindən verilmiş arayışda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş stajı o cümlədən onun mübahisəli hissəsi (23.11.1994-ci ildən 17.08.2001-ci ilədək) əmək kitabçasında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçaçında göstərilən 01.05.1996-cı ildən 09.12.2004-cü ilədək müddətdə işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 221/2021 saylı işi üzrə qəbul etdiyi, 21.04.2021-ci il tarixli Qərardadını nəzərə alaraq cavabdehin iddiaçıya yaşa görə əmək pensiyanın təyin edilməsindən imtinanın əsası kimi istinad etdiyi 30 yanvar 2020-ci il tarixli aktın əsli məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının 23.11.1994-cü ildən 17.08.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya 63 yaş 6 aydan yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, ona 23.11.1994-cü ildən 17.08.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı 23.11.1994-cü ildən 17.08.2001-ci ilədək olan iş dövrü nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh Dövlət Sosial Müdafiə Fonduna (sosial ödənişlərin təyinati üzrə mərkəzi filialina ) həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-219/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-219/2022
05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver