Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2190/2025 05.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı X2, İddiaçının qanuni nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh X5rşı “imtahan nəticələrinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X5rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün X11 tərəfindən keçirilən dekorativ tətbiqi sənət, dizayn ixtisasları üzrə qabiliyyət imtahanının nəticələrinin ləgv edilərək yenidən qiymətləndirilməsini cavabdeh X7 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı əsl iddiaçı X4 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007- ci il təvəllüdlü X4 bu il Bakı şəhəri 258 saylı orta məktəbi 11 illik təhsilini bitirib ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün X11 tərəfindən keçirilən dekorativ tətbiqi sənət, dizayn və qrafika ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmişdir. İddiaçı dekorativ tətbiqi sənət ixtisasının rəsm imtahanından 7 rəngkarlıq imtahanından 5, dizayn ixtisasının rəsm imtahanından 5 və qrafika ixtisasının rəsm imtahanından 4 qiyməti almışdır. Qiymətləndirmədən narazı qaldığı üçün Apellyasiya komissiyasına müraciət etmişdik .X1 apellyasiya müraciətinə baxılması üçün “ZOOM” proqramı vasitəsilə görüntülü əlaqə yaradılmamışdır. Nəticə etibarı ilə Apellyasiya komissiyasının qərarına görə abituriyentin rəsm imtahan nəticəsi müvafiq sahə üzrə ekspertlər tərəfindən qiymətləndirmə meyarlarına əsasən düzgün qiymətləndirilməsi qərarlaşdırılmışdır. Rənkarlıqla bağlı apelyasiya müraciətinə ümümiyyətlə baxılmamışdır. Belə ki, iddiaçının imtahan vaxtı çəkdiyi şəkillər düzgün qiymətləndirilməmişdir. Ondan əlavə apellyasiya müraciətinə baxılması üçün “ZOOM” proqramı vasitəsilə görüntülü əlaqə yaradılmamışdır. Bu baxımdan da imtahanın nəticələrindən narazı qaldığı üçün məhkəməyə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı təqdim edilmişdir və etiraz onunla əsaslandırılmışdır ki, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları’nın 1.6-cı bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X11 (bundan sonra - Mərkəz) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən İxtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər. Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla, habelə "məqbul” və ya “qeyri-məqbulda qiymətləndirilir. Adıçəkilən Qaydaların 4-cü hissəsinə əsasən ixtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar və ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər. Məlumat üçün bildirirəm ki, Mərkəz tərəfindən 2024-cü il 20 iyun tarixindən etibarən Dizayn və Dekorativ tətbiqi sənət ixtisasları üzrə Bakı şəhəri 167 nömrəli tam orta məktəbdə qabiliyyət imtahanları keçirilmiş və bu barədə Mərkəzin internet saytında müvafiq elan yerləşdirilmişdir (https://dim.qov.az/az/metbuat/xeberler/alitehsil-seviyyesinin-dekorativ-tebiqi-senet-ve-dizayn-ixtisaslari-uzre-qabiliyyet-imtahani İddiaçı Ləman Ağakişiyeva 2024-cü il 5 iyul tarixində Dizayn ixtisasının (14-cü komissiya) rəsm fənni üzrə, 6 iyul tarixində isə Dekorativ tətbiqi sənət ixtisasının (15-ci komissiya) rəngkarlıq fənni üzrə qabiliyyət imtahanları vermiş və qabiliyyət imtahanı komissiyasının üzvləri tərəfindən aparılan qiymətləndirmə zamanı onun işi ölkənin müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis hazırlığı aparan ali təhsil müəssisələri tərəfindən hazırlanmış və təsdiq olunmuş meyarlar əsasında 5 balla qiymətləndirilmişdir. Dizayn ixtisasının rəsm fənni üzrə və Dekorativ tətbiqi sənət ixtisasının rəngkarlıq fənni üzrə qabiliyyət imtahanlarında məqbul nəticə əldə etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş minimum keçid faizindən 60% (6 bal) aşağı olduğu üçün 14-cü və 15-ci komissiyalar üzrə imtahandan məqbul nəticə əldə etməmişdir. Yuxarıda sözügedən Qaydaların 6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılır. Təsviri sənət istiqaməti üzrə abituriyentlərin (subbakalavrların) apellyasiya müraciətlərinə əyani və onlayn şəkildə baxılır. Yalnız 14-cü və 15-ci qabiliyyət imtahanı komissiyalarının rəsm fənni üzrə apellyasiya müraciətlərinə onlayn baxılır. Digər komissiyaların bütün fənləri, o cümlədən 15-ci komissiyanın rəngkarlıq fənni üzrə apellyasiya müraciətlərinə əyani şəkildə baxılır. Əyani şəkildə aparılan apellyasiya prosesi haqqında (apellyasiya prosesinin hansı komissiya və fənn üzrə keçirilməsi, tarixi, saatı, yeri) abituriyentlərə imtahandan öncə məlumat verilir və imtahanın keçirildiyi məktəbin bayır girişində çöl tərəfdən, inzibati binanın girişində elan vurulur. İddiaçının ərizəsində qeyd olunan 15-ci komissiyanın rəngkarlıq fənni üzrə qabiliyyət imtahanları 2024-cü il 6 iyul tarixində 167 saylı tam orta məktəbdə keçirilmişdir və bu imtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası 2024-cü il 11 iyul tarixində saat 10:00-dan 14:00-dək 167 saylı tam orta məktəbdə fəaliyyət göstərmişdir. Qeyd olunan apellyasiya komissiyası ilə bağlı abituriyentlərə yuxarıda qeyd olunan şəkildə məlumat verilmişdir, lakin iddiaçı ərizəsində qeyd etdiyi Dekorativ tətbiqi sənət ixtisasının (15-ci komissiya) rəngkarlıq fənni üzrə apellyasiya müraciəti etməmişdir. Bundan başqa, qanunvericiliyin tələbini təmin etmək məqsədilə Dizayn ixtisasının (14-cü komissiya) rəsm fənni üzrə imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən 10 iyul 2024-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil edilmiş, komissiyaya müraciət etmək üçün 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək “apelyasiya.dim.gov.az” saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur. İddiaçı Ləman Ağakişiyeva 2024-cü il 5 iyul tarixində keçirilmiş Dizayn ixtisasının (14-cü komissiya) rəsm fənni üzrə qabiliyyət imtahanı nəticələri ilə əlaqədar 2024-cü il 8 iyul tarixində Mərkəz tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət etmişdir. Apellyasiya iclasının onlayn keçirilməsi məqsədi ilə iddiaçıya email və sms vasitəsilə iclasın vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı apellyasiya iclasında iştirak etməmişdir. İddiaçının müraciətinə apellyasiya qaydasında baxılmış və 2024-cü il 12 iyul tarixli onlayn Apellyasiya iclasının qərarına əsasən iddiaçının imtahan nəticəsi qiymətləndirmə meyarlarına əsasən düzgün qiymətləndirildiyi üçün apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır (iddiaçının apellyasiya ərizəsi və 2024-cü il 18 iyul tarixli protokoldan çıxarış əlavə olunur). Qeyd edilənlərdən əlavə, işin tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə 2024-cü il 5 iyul tarixində Dizayn ixtisasının (14-cü komissiya) rəsm fənni üzrə, 6 iyul tarixində isə Dekorativ tətbiqi sənət ixtisasının (15-ci komissiya) rəngkarlıq fənni üzrə keçirilmiş qabiliyyət imtahanı üzrə iddiaçının imtahan nəticələri müvafiq sahə üzrə ixtisaslaşmış eskpertlər tərəfindən “Təsviri sənəd/Memarlıq” adlı abituriyent jurnalının xüsusi buraxılışında öz əksini tapan meyarlar əsasında yenidən ekspertiza edilmiş və həmin ekspert rəyi məhkəməyə təqdim olunur (Ekspert rəyləri və iddiaçının nəticələri əlavə olunur). Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia dedikdə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar nəzərdə tutulur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı spesifik əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməlidir; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalıdır; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalıdır; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Mərkəz tərəfindən 2024-cü il 27 iyun tarixində keçirilmiş qabiliyyət imtahanı ilə bağlı hər hansı inzibati akt qəbul edilməmişdir və imtahan nəticələrini əks etdirən protokol hazırlanmışdır (qabiliyyət imtahanının nəticəsinin protokolu əlavə olunur). Qeyd olunanlardan göründüyü kimi iddiaçının hazır ki, iddiası məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddialara baxan inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsində məhkəmənin iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməyəcəyi hallardan biri kimi inzibati aktın qəbulu zamanı inzibati orqanın İstinad etdiyi maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunması və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik aktlarından da göründüyü kimi, iddiaçının mübahisələndirdiyi Dizayn ixtisasının rəsm fənni və Dekorativ tətbiqi sənət ixtisasının rəngkarlıq fənni üzrə qabiliyyət imtahanınların keçirilməsi və nəticələrin yoxlanılması Mərkəzin səlahiyyətindədir. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarına əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin 2024-cü 19 avqust tarixindən etibarən başa çatdığını və 2024-cü il 16 sentyabr tarixindən ali təhsil müəssisələrində tədris müddətinin başlandığını nəzərə alaraq, iddiaçı Ləman Ağakişiyevanın ərizəsində qeyd etdiyi iddiası öz əhəmiyyətini itirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, X4 ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün X11 tərəfindən keçirilən dekorativ tətbiqi sənət, dizayn və qrafika ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmişdir. Abituriyent dekorativ tətbiqi sənət ixtisasının rəsm imtahanından 7, rəngkarlıq imtahanından 5, dizayn ixtisasının rəsm imtahanından 5 və qrafika ixtisasının rəsm imtahanından 4 qiyməti almışdır. İddiaçı imtahan nəticələrinin qiymətləndiirlməsindən narazı qalaraq apellyasiya komissiyasına şikayət vermiş, apellyasiyanın komissiyasının xx.xx.2024-cü il tarixli protokoldan çıxarışa əsasən X4 barəsində imtahan nəticəsi qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iş üzrə iddiaçı apellyasiya komissiyası tərəfindən imtahan nəticələrinin düzgün qiymətləndirilmədiyini, komissiyanın iclası zamanı “ZOOM” proqramı vasitəsilə görüntülü şərait yaradılmadığını, rənkarlıqla bağlı apelyasiya müraciətinə isə ümumiyyıtlə baxılmadığını əsas gətirərək imtahan nəticələrini mübahisələndirir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh X7 iddiaçı X2 X11 tərəfindən keçirilən dekorativ tətbiqi sənət, dizayn ixtisasları üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı apelyasiya ərizəsinə Apelyasiya Komissiyasında bilavasitə iddiaçı X2 iştirakı təmin edilməklə yenidən baxılması üçün 1 (bir) aylıq müddət təyin edilmiş, cavabdeh X6 həmin müddət ərzində müraciətə baxılmanın nəticəsi barədə məhkəməyə məlumat verilməsi tapşırılmışdır. Məhkəmə qərardadının icrası ilə əlaqədar cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin sözügedən qərardadının icrasını təmin etmək məqsədilə iddiaçı L.N.Ağakişiyevanın imtahan nəticələri ilə bağlı apellyasiya ərizəsinə baxılması üçün Mərkəz tərəfindən müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlərdən ibarət yeni tərkibdə Apellyasiya Komissiyası yaradılmış və 07 noyabr 2024-cü il tarixdə iddiaçının və onun qanuni nümayəndəsi İddiaçı iştirakı ilə Apellyasiya Komissiyasının iclası keçirilmişdir. Apellyasiya Komissiyasının iclasında komissiya üzvlərinin, iddiaçı və onun qanuni nümayəndəsinin razılığı ilə videoçəkiliş aparılmışdır. İclas zamanı Apellyasiya Komissiyasının üzvləri tərəfindən iddiaçının “Dekorativ tətbiqi sənət ixtisasının” “Rəngkarlıq” fənni üzrə və “Dizayn” ixtisasının “Rəsm” fənni üzrə yerinə yetirdiyi tapşırıqlar ölkənin müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis hazırlığı aparan ali təhsil müəssisələritərəfindən təsdiq olunmuş və “Təsviri sənət/Memarhq" adlı abituriyent jurnalının xüsusi buraxılışında öz əksini tapmış meyarlar əsasında yenidən qiymətləndirilmiş və iddiaçını maraqlandıran suallarla bağlı Apellyasiya Komissiyasının üzvləri tərəfindən ona ətraflı izahat verilmişdir. Apellyasiya Komissiyasının qərarına əsasən iddiaçının qabiliyyət imtahanının nəticəsinin qiymətləndirmə meyarlarına əsasən düzgün qiymətləndirildiyi müəyyən edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və onun imtahan nəticəsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Komissiyasının qərarı barədə iddiaçı L.N.Ağakişiyevaya və onun qanuni nümayəndəsi İddiaçı apellyasiya iclasında müvafiq məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən: -1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5- 3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X11 (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. -4.2. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. -4.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər. -6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. -6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə (bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: -73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məsələlərin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə və biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması, düzgün icraat çərçivəsində qəbul edilibedilməməsi baxımından həyata keçirir. Müsahibənin təşkili, keçirilməsi və qiymətləndirmə azadlığı çərçivəsində inzibati orqan tərəfindən qiymətləndirmənin qanunvericiliyin tələblərinə uyğun aparılmaması ilə bağlı hər hansı hal müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X2 cavabdeh X5rşı “imtahan nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2190/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2190/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver