Məhkəmə qərarları › İş №2-1(112)-2191/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2191/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2191/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 oğlu, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs "xxxx" MMC cəlb olunmaqla) sərəncamın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 oğlu, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs "xxxx" MMC cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 100 saylı Layihə Sərəncamının və xx.xx.2013-cü il tarixli 033 nömrəli Xüsusi Nişanın ləğv edilməsi istiqamətində qərar qəbul edib, dinc vətəndaşlara qarşı yol verilmiş ədalətsizliyin qarşısının alınmasında və pozulmuş hüquqlarının bərpa edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvanı qeyd olunan binaların 1970-ci ildən etibarən daimi sakinləridirlər. Binalarının əhatəsində yerləşən ərazi Landşaft Rekreasiya, ictimai zona kimi dövlət tərəfindən əhalinin zəruri istifadəsi üçün təyin edilmişdir. Ərazinin dövlətlə birgə abadlaşdırılıb qorunması əvvəlki vaxtlarda valideynləri, ağsaqqalları tərəfindən təmin edilmiş, sonradan isə (hazırki vaxtda) onlar tərəfindən davam etdirilməkdədir. Bir müddət öncə, 2005-ci ildə bir qrup iş adamı həmin ərazidə yerləşən 1 mərtəbəli iaşə müəssisəsini alaraq orada çoxmərtəbəli bina tikintisi məqsədilə inşaat tədbirlərinə başlamış və ərazinin ətrafını çəpərləyib bağlamışdır. Məsələyə qarşı etiraz olaraq sakinlər tərəfindən edilmiş şikayətlər dövlət orqanları tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, həmin ərazi üzrə obyekt sahiblərinə reyestr çıxarışı verilmiş və çoxmərtəbəli tikinti işlərinin aparılmasına dair müvafiq sənədləşəmələr aparılmışdır. Lakin sakinlərin şikayətləri, qanuni mövqeləri əsas götürülmüş, həmçinin adıgedən ərazidə geniş miqyaslı tikinti işlərinin aparılmasının əraziyə uyğun olmadığı müəyyənləşdirilmiş və tikinti tədbirlərinin qarşısı dövlət tərəfindən alınmış, nəticədə çəpər sökdürülmüş, sakinlərin köməkliyi ilə ərazidə genişmiqyaslı abadlıq işləri aparılmış, fəvvarəli park təşkil edilərək əhalinin səmərəli istifadəsinə verilmişdir. Həmin ərazinin digər tərəfində uşaq bağçası yerləşir və yanaşı olaraq Bakı Şəhərinin Baş Planına əsasən 1975-ci ildən etibarən 12 növ müxtəlif əyləncə elementlərindən və yaşıllıqlardan ibarət olan Ana və Uşaq parkı qurularaq BŞİK-nın Mədəniyyət şöbəsinin balansında olmaqla 5 nəfərlik işçi heyəti ilə fəaliyyət göstərmiş, əhaliyə xoş rifah bəxş etmişdir. Respublikada müstəqillik illəri başlayandan sonra yaranmış maliyyə çətinlikləri ilə əlaqədar olaraq - vəziyyətdən çıxış yolu kimi - həmin parkın digər tərəfində avtomobillər üçün müvəqqəti olaraq gecə dayanacağı təşkil edilmişdir. Həmin sənəddə bildirilir ki, park təyinatı üzrə öz fəaliyyətini davam etdirməli, maliyyə çətinlikləri aradan qaldırıldıqdan sonra abadlıq işləri zamanında isə avtodayanacaq qeyri- şərtsiz olaraq ləğv edilməlidir. Lakin 2005-ci ildə burada BŞİH aparatının APBTİD BTİl Birliyinin inzibati binasının tikintisinə cəhd edilmiş, lakin sakinlərin şikayətləri nəzərə alınaraq tikintinin qarşısı dövlət tərəfindən alınmışdır. Qeyd olunan sahənin də abadlaşdırılması üçün kompleks tədbirlərin görülməsi xahişilə sakinlər tərəfindən AR Prezidentinin Adminstrasiyasının, Nazirlər Kabinetinin ünvanlanmış xx.xx.2013-cü il tarixli kol 52/1, 12.02.13 tarixli 12/kol-6 saylı ərizələrə Binəqədi rayon İcra Hakimiyyətinin və MKTB-nin rəhbərlikləri tərəfindən xx.xx.2013, xx.xx.2013-cü il tarixli məktublarla cavab verilmişdir ki, AR Prezidentinin xx.xx.2011-ci tarixli sərənamına uyğun olaraq həmin ərazidə də genişmiqyaslı abadlaşdırma işlərinə başlanımışdır və əvvəllər avto dayanacaq kimi istifadə edilmiş ərazidə hər hansı bir obyekt tikintisinin aparılması nəzərdə tutulmayıb, əksinə olaraq buradakı müvəqqəti tikililər sökülüb təmizlənərək abadlaşmaya hazır vəziyyətə gətilirmişdir. Həqiqətən də əraziyə həmin yerin hansı formada qurulacağını əks etdirən lövhələr şəkillər quraşdırılmış, abadlıq üzrə tələb olunan materiallar gətirilmişdir. Abadlıq işlərinə başlandıqda isə tanımadığı şəxslər tərəfindən ərazi növbəti dəfə xx.xx.2013-cü il tarixində ərazinin ətrafı dəmir konstruksiya ilə çəpərlənmiş və burada çoxmərtəbəli bina tikiləcəyi bildirilmişdir. Həmin ərazi yaşadıqları evlərin qarşısında yerləşir və aparıla biləcək tikinti işləri normal yaşayışları pozduğuna, qarşısının alınmayacağı təqdirdə daha da böyük maneələr yaradacağı məlum olduğuna görə baş vermiş şikayətlər aidiyyatı orqanlar tərəfindən araşdırılmış və tikintiyə dair başlanana tədbirlər BŞİH-nın həmin vaxtkı başçısı H.Abutalıbovun göstərişi ilə dayandırılmış, çəpər sökdürülmüş, ərazi əvvəlki vəziyyətə qaytarılmış, burada da abadlıq işlərinin aparılacağı bildirilmişdir. Lakin xx.xx.2016-cı il tarixində ərazi yenidən çəpərlənmiş və sakinlərin şikayətləri ilə əlaqədar olaraq BŞİH başçısı H.Abutalıbov tərəfindən xx.xx.2016 AR Dövlət Şəhərsalma Arxitektura Komitəsi sədrinin müavini D.Dövlətxanov tərəfindən xx.xx.2016-cı il tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən məktublarla AR FHN, Binəqədi RİH-ə və polis idarəsinə “tikintinin başlanıİmasına imkan verilməməsi istiqamətində tədbirlər görülməsi” barədə məktublar göndərilmiş, tapşırıqlar verilmişdir. Belə məlum olmuşdur ki, həmin ərazidə "xxxx" MMC tərəfindən 17 mərtəbəli bina tikintisi məqsədilə BŞİH tərəfindən 100 nömrəli, xx.xx.2013-cü il tarixli layihə sərəncamı verilmişdir. Lakin həmin layihə sərəncamında qeyd olunmuşdur ki, bu sərəncam İnşaat Pasportu ilə birlikdə yalnız layihələndirmək üçün əsasdır və tikintiyə dair icazənin alınması üçün AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, AR Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunmalıdır. Lakin komitələr tərəfindən etiraz edildiyi, tikintinin dayandırılması tələb olunduğu halda, yəni icazə alınmadan özbaşına tikinti işlərinə başlanmışdır. Müəyyən edilmişdir ki, adıgedən parkın ərazisinin X1 dair Binəqədi Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli qərar qəbul edilmişdir. Bu qərar, yəni ərazinin satılması barədə sakinlər məlumatsız olmuşlar. Hətta, həmin ərazidəki yaşıllıqlarla əlaqədar olaraq AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırmalar aparılarkən O.Əmirov tərəfindən həmin qərar barədə bildirilməyib və Nazirlik tərəfindən sakinlərə təqdim edilmiş xx.xx.2007-ci il tarixli cavab məktubunda da bildirilir ki, həmin ərazi üzrə yalnız gecə dayanacağının parkinqin təşkil edilməsinə razılıq verilmişdir, digər sənədləşmələr isə aşkar edilməyib. O.Əmirov xx.xx.2012-ci il tarixində ölmüşdür. Onun sağlığında burada heç bir tikinti işləri aparılmayıb və həmin ərazi üzrə onun tərəfindən hər hansı bir şəxsin adına vəsiyyətnamə, etibarnamə verilməyib. Lakin "xxxx" adlı MMC O.Əmirovun ölümündən 5 ay sonra həmin bələdiyyə qərarını əldə edərək BŞİHə təqdim etmiş və bunun əsasında layihə sərəncamı almışdır. Qeyd olunan hallarla bağlı müxtəlif qərarlar qəbul olunmuşdur. Məsələ ilə bağlı proseslər davam etdirilmiş həmin vaxta kimi məlum olmayan sənəd-sübutlar toplanmış və son nəticədə Bakı İnzibati İqtisad Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “barəsində qeyd olunan 0,1485 ha torpaq sahəsi üzrə Binəqədi Bələdiyyəsi tərəfindən O.Əmirovun adı ilə verilmiş 273 nömrəli, xx.xx.2004-cü il tarixli qərar etibarsız hesab edilmişdir”. Belə ki, Binəqədi Bələdiyyəsinin həmin qərarı qəbul edildikdən sonra, O.Əmirovun vəfat etdiyi xx.xx.2012-ci il tarixinədək “sözügedən torpaq sahəsinin ona satılmasına dair tələb olunan sənədlər və torpaq üzərində hüquqlarının səlahiyyəti” dövlət orqanları tərəfindən qeydə alınmasına dair hər hansı bir sənəd, sübut yoxdur. Belə olan halda AR Torpaq Məcəlləsinin 67.4 maddəsinin tələbləri qaydasında “O.Əmirovun həmin torpaq sahəsi üzərində dövlət tərəfindən təminat verilən istifadə hüquqları da yaranmamışdır”. AR Torpaq Məcəlləsinin 67.3 bəndinə əsasən Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələrin və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir”. Həmin maddənin 4-cü bəndinə əsasən “torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə, toxunulmazlığına dövlət tərəfindən təminat verilmir”. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən “torpaq sahələri üzərində hüquqlar, torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsində onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır”. AR Mülki Məcəlləsinin 1151.1 maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu Əmlak hüquqlarını (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bununla da təsdiq olunur ki, O.Əmirovun adıgedən torpaq üzərində hüquqları olmayıb eyni zamanda da O.Əmirovun dövlət tərəfindən təminat verilən hər hansı hüququ olmadığından, o vəfat etdikdən sonra torpaq üzərində hüquq miras aktivi kimi miras kütləsinə daxil olmamış və O.Əmirovun ailə üzvləri də müvafiq olaraq həmin torpaq sahəsi üzrə vərəsə kimi hər hansı subyektiv hüquqları yaranmamışdır. Yəni O.Əmirovun və vərəsələrinin eyni zamanda da tikinti işlərinə başlamış hüquqi şəxsin həmin torpaq üzrə sərəncam, qərar vermək, alqı-satqı, istifadə və s. hüquqları olmayıb, yoxdur. Bununla da tikintiyə dair aparılmış sənədləşmələrin Layihə Sərəncamının, Xüsusi Nişanın verilməsinin hansı dərəcədə qanunsuz olduğu, ən əsası isə tikintinin ölmüş şəxsin adına olan (hüquqi qüvvəsi olmayan) sənədlər əsasında həyata keçirildiyi məlum olur. Halhazırda Bakı İnzibat Məhkəməsinin xx.xx.2020-cı il tarixli qərardadı qanuni qüvvəsini almışdır və Binəqədi Bələdiyyəsinin 273 nömrəli, xx.xx.2004-cü il tarixli qərarı ilə etibarsız hesab edildiyindən mövcud qanunvericiliyə əsaslanaraq hesab edirlər ki, həmin bələdiyyə qərar əsasında BŞİH tərəfindən verilmiş 100 nömrəli xx.xx.2013-cü il tarixli Layihə Sərəncamı və həmin sərəncam əsasında verilmiş xx.xx.2013-cü il tarixli Xüsusi Nişan ləğv edilməlidir. Qeyd olunan torpaq sahəsinin Bələdiyyə tərəfindən satılmasına dair qərar verilməsinin özü də qanunsuz olmuşdur. Adı gedən ərazi sakinləri olduğları binalara dair ümumi həyət və kateqoriyasına görə ictimai zonadır, sakinlərə məxsusdur, ərazinin satılması və ya ayrılması barədə sakinlərə, hətta Bələdiyyənin Məhəllə Komitəsinə də ümumiyyətlə məlumat verilməyib, gizli saxlanılıb, ərazinin satılması və ya qarşı tərəfin istifadəsi üçün sakinlər tərəfindən heç bir razılıq bildirilməyib, əksinə olaraq ərazinin ümumi mənafe naminə abadlaşdırıb qorumağa çalışmışıq, ərazinin alver predmetinə döndərilməsi, orada inşaat işlərinin aparılması hüquqlarını pozur, qanuni mənafeyimizə ziddir. Dinc vətəndaş, öz evlərində sakit yaşamaq, binalarına dair ümumi həyətlərdə rahat gəzib asudə nəfəs almaq istəyirlər. Bu onların həm insani, həm də konstitusion haqqlarıdır. Binəqədi Bələdiyyəsinin 273 nömrəli, xx.xx.2004-cü il tarixli qərarı qanunsuz olduğu üçün ləğv edilmişdir və hesab edirlər ki, həmin qərar əsasında BŞİH tərəfindən verilmiş adıgedən Layihə Sərəncamının da hüquqa zidd olduğu və normal yaşayışlarına, ümumilikdə isə ətrafa qarşı problemlər yaradaraq narahatçılıq və mübahisə predmetinə çevrildiyi üçün ləğv edilməlidir. Qanuni tələblərə əsasən hesab edirlər ki, onların - ərazinin sakinlərinin - adıgedən Layihə Sərəncamının və bu istiqamətdə olan digər sənədləşmələrin ləğvi, yəni ərazinin əvvəlki vəziyyətdə bərpası və qorunması ilə bağlı tələb qaldırmağa subyektiv hüquqları vardır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 100 saylı Layihə Sərəncamının və xx.xx.2013-cü il tarixli 033 nömrəli Xüsusi Nişanın ləğv edilməsi istiqamətində qərar qəbul edib, dinc vətəndaşlara qarşı yol verilmiş ədalətsizliyin qarşısının alınmasında və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edirlər. Sonradan iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhər İcra Hakimiyyətinin 28 mart 2013-cü il tarixli və 06 dekabr 2013cü il tarixli 033 №li “Layihə Sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, -Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 273 nömrəli, xx.xx.2004-cü il tarixli qərarına əsasən Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, 20 saylı binanın qaşrısında 1485 kv metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyətinin göstərilməsi üçün X4 mülkiyyətinə alqı-satqı yolu ilə ayrılmışdır. -İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X10, İddiaçı4, İddiaçı5, İddiaçı6n, İddiaçı7 Tofiq oğlun, İddiaçı8 Məhəmməd oğlu, İddiaçı9, X11, İddiaçı10, İddiaçı11 Nadir oğlu, İddiaçı12 İmamqulu oğlu, İddiaçı13, İddiaçı14, Qasımov X17, İddiaçı16, İddiaçı17bala oğlu, İddiaçı18, İddiaçı19, İddiaçı20 Tofiq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli, 273 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəmənin 21 iyul 2020-ci il tarixli, 2-1(112)-2843/2020 saylı Qərarı ilə iddia tələbi təmin olunmuş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli, 273 saylı qərarı etibarsız hesab edilməsi qərara alınmışdır. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında” 27 mart 2013-cü il tarixli, 100 №li Sərəncamından görünür ki, Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 12/49 saylı məktubu, "MURAD-M.S” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2012-ci il tarixli, 04 saylı müraciəti və Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 273 saylı qərarı nəzərə alınaraq, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 3078-ci məhəllədə 0,1485 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinə, ünvan 1 ünvanın sakinlərinə ünvanlanan 09 fevral 2016-cı il tarixli 05/06-kol-0117 saylı məktubun mətnində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mıkrorayondakı 20,21 və 26 nömrəli binalann sakinlərindən bir qrupu kollektiv imza ilə Respublikanın bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ərizə ilə müraciət edərək məhəllənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş sahədə "xxxx" MMC tərəfindən 17 mərtəbəli yaşayış binasının tikintisinə başlanıldığı bildirilir və bu qanunsuz tikinti işlərinin dayandırılmasını xahiş edirlər. Müraciət Komitənin əməkdaşları tərəfindən yerində araşdırılarkən müəyyən edilmişdir İd, həqiqətən "xxxx" MMC ərizədə göstərilən ünvanda 17 mərtəbəli çoxmənzilli yaşayış binasının tikintisinə başlamışdır və hal-hazırda bünövrədə hazırlıq işləri aparılır. Məlumat üçün bildiririk ki, bina ərazidə yerləşdirilərkən müəyyən hallar nəzərə alınmadığından şəhərsalma qanunvericiliyinin bir sıra tələbləri pozulmuşdur. Beiə ki, obyektin yerləşdirildiyi ərazi şəhərsalma normalarına uyğun planlı şəkildə tikilmiş mövcud yaşayış zonası olduğundan burada əlavə obyektlərin, xüsusilə çoxmərtəbəli yaşayış binalarının tikintisi ərazinin tikinti və tikinti sıxlığı əmsallarını daha da artırmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27 mart 2013-cü il tarixli 100 nömrəli sərəncamının 2.1-ci bəndində “obyektin ərazidə yerləşdirilməsi ilə əlaqədar şəhərsalma əsaslandırılmasınn hazırlanaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunması” qeyd edilmişdir, lakin Komitəyə belə bir sənəd təqdim olunmamışdır. Həmin sərəncam Binəqədi bələdiyyəsinin 9 il əvvəl qəbul etdiyi qərara "istinad edilərək” yəni “toıpağa mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan” imzalanmışdır ki, bununla da Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2.1-ci maddəsinin tələbi pozulmuşdur. Həmçinin, yaşayış binasının tikintisi 177 nömrəli körpələr erv-uşaq bağçasının yerləşdiyi torpaq sahəsinin bilavasitə sərhəd xəttində aparıldığından ana məsafəsinin müəyyən edilməsi ilə baglı Məcəllənin 69.5.1. maddəsinin və AzDTN 2.6-1-in 7.5-ci bəndinin tələbləri pozulmuşdur. Yuxarıda yazılanları, həmçinin tikintiyə “icazənin” verilməsi üzrə icraat qaydalarına dair Məcəllənin 75-ci maddəsinin tələblərinin pozulmasını nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 3078-ci məhəllədə çoxmərtəbəli yaşayış evinin tikintisi ilə bağlı 20, 21 və 26 nömrəli binalann bir qrup sakini tərəfindən yazılmış ərizə aidiyyəti üzrə araşdırılıb tədbir görülməsi üçün göndərilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və binanın sakini Arif Əmirova ünvanlanan məktubda qeyd olunmuşdur ki, onlara məxsus olan torpaqda qanunsuz tikinti aparan "xxxx" MMC şirkətinin fəaliyyətinin dayandırılması və yoxlanılması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladıqları xx.xx.2018-ci il tarixli müraciətə Agentlikdə baxılmış, qeyd edilən tikintiyə dair icazə sənədi olmadığından tikinti-quraşdırma işləri 29 avqust 2018-ci il tarixli 0563 nömrəli qərarla agentlik tərəfindən dayandırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən binanın sakini İddiaçı1 Mirsəftər oğlu, İddiaçı3 Məhəmməd oğluna ünvanlanan məktubda qeyd olunmuşdur ki, yaşadığı binanın həyətində qanunsuz inşa edilən tikintinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinin qarşısının alınmasına köməklik göstərilməsi barədə müraciətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Bildirirlər ki, müraciətdə qeyd oiunan məsələ Komitənin əməkdaşları tərəfindən araşdırılarkən məlum olmuşdur ki, yaşadıqları binanın həyətində qanunsuz inşa edilən tikintinin yerləşdiyi torpaq sahəsi özəlləşdirilməyib və Agentlik tərəfindən həmin torpaq sahəsinin ayrılması barədə rəy verilməmişdir. Eyni zamanda bildirirlər ki, aşkar edilmiş qanunsuz tikintinin qarşısının alınması barədə qanunamüvafiq qaydada tədbirlər görüiməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə müvafiq məktublar göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X15 İnkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə ünvanlanan məktubdan görünür ki, sakinlərin yaşadıqları binaların həyətində təyinatı bilinməyən tikintiyə başlanacağı barədə müxtəlif instansiyalara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə yazılan ərizələrlə bağlı aşağıdakılar bildirilir: Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və Park – X7 və İstismarı Birliyinin inzibati binasının yerləşdiyi ərazi Dövlət ehtiyacları üçün götürülmüş və Binəqədi rayon 8-ci mikrorayon N.Nərmanov küçəsi 3064-cü məhəllə 21 saylı binanın yaxınlığındakı qeyri-yaşayış sahəsində müvəqqəti olaraq təşkil edilmiş dayanacağın yerində Bakı şəhər İcra Hakimiyyəti Başçısının 126 №li xx.xx.2005 ci il tarixli sərəncamı ilə Birliyin yeni inzibati binasının icazə verilmişdir. Ayrılmış ərazidə inşaat işlərinə başlanan müddətdə, razılaşdırılmış layihə sənədlərindən kənara çıxılmaması və təhlükəsizlik tədbirlərinə riayət edilməsi nəzarətdə saxlanılacaqdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş Tikinti işlərinə başlanması üçün əsas olan 06 dekabr 2013-cü il tarixli 032 №li Xüsusi Nişandan görünür ki, tikinti obyektinin sifarisçisi "xxxx" Məhdud Məsulivvətli Cəmiyyətinin müraciətinə əsasən Bakı səhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 3078-ci məhəllədə 17 mərtəbəli 1 girisli yasayış binasının (1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi və həyətin altı avtodayanacaq) Bakı Səhər İcra Hakimiyyəti Başçısının 27 mart 2013-cü il tarixli, 100 saylı sərəncamı əsasında tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması haqqında Memarlıq və Şəhərsalma Bas İdarəsinin 12 avqust 2013-cü il tarixli,18/04-270 saylı məktubu əsas götürülərək Tikinti işlərinə başlanması nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması dövründə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" MMC-yə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında xx.xx.2013cü il tarixli, 100 saylı sərəncamının və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş surəti sorğu əsasında Bakı Şəhər İcra Hakimiyyətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" MMC-yə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında xx.xx.2013-cü il tarixli, 100 saylı sərəncamı, ayrıc aktı, torpaq sahəsinin cizgisinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Beləliklə iş materiallarında olan sənədlərdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı, xx.xx.2013-cü il tarixli sərəncamının 1-ci bəndinə əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 12/49 saylı məktubu, "MURAD- M.S” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2012-ci il tarixli, 04 saylı müraciəti və Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 273 saylı qərarı nəzərə alınaraq, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 3078-ci məhəllədə 0,1485 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Lakin Bakı İnzibati Məhkəmənin 21 iyul 2020-ci il tarixli, 2-1(112)-2843/2020 saylı Qərarı əsasında sərəncamın verilməsinə əsas olmuş Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli, 273 saylı qərarı etibarsız hesab edilmiş, məhkəmənin qeyd olunan qərarı qanuni qüvvəsini almışdır. İstinad olunan məhkəmə qərarında müəyyən edilənlərdən görünür, sahəsinin "Murad - MS” MMC-yə ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 100 saylı sərəncamının ləğv edilməsi ilə Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman X4 arvadı (birinci növbə vərəsəsi) bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə mərhum ərinə ayrılmış torpaq sahəsi hələ ərinin sağlığında "Murad-MS” MMC-nin təsisçilərindən olan X2, bu barədə sadə yazılı formada müqavilə bağlanmışdır. Lakin həmin vaxt torpaq sahəsi üzərində ərinin hüquqları lazımi qaydada rəsmiləşdirilmədiyindən notariat qaydasında alqısatqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Həmin torpağın müqabilində "Murad MS” MMC tərəfindən ona bir ədəd 3 otaqlı, bir ədəd 2 otaqlı, 1 ədəd bir otaqlı cəmi 3 mənzil verilmişdir. Bununla da torpaq sahəsinin dəyəri tamamilə və ədalətli şəkildə mərhumun ailəsinə ödənilmişdir. Bu barədə onun tərəfindən 17 iyul 2016-cı il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə səlahiyyətli orqanlara ünvanlanmşdır. Yəni mübahisələndirilən qərarla torpaq sahəsinin ayrıldığı şəxsin vərəsəsinin də torpağa aid heç bir iddiası və tələbi yoxdur və torpaq sahəsini öz adına rəsmiləşdirmək niyyəti də mövcud deyildir. Belə olan halda cavabdehin hazırda mübahisələndirlən qərarı faktiki səbəblər üzündən icrası mümkün olmayan akt olduğu üçün etibarsız sayıldığına görə, iddiaçılar da qərarla torpağın ayrıldığı ünvanda yerləşən çoxmənzilli binanın sakinləri olmaqla həmin qərarla mənafelərinə toxunulduğu üçün iddiaçıların iddia tələbi təmin edilməlidir. Hazırki iddia tələbi üzrə iddiaçılar Bakı şəhər İcra Hakimiyyətinin 28 mart 2013-cü il tarixli və 06 dekabr 2013-cü il tarixli 033 №li “Layihə Sərəncamının ləğv edilməsini tələb edirlər. Beləliklə məhkəmə hesab edir ki, ləğv olunması tələb olunan Bakı şəhər İcra Hakimiyyətinin 28 mart 2013-cü il tarixli sərəncamı Bakı İnzibati Məhkəmənin 21 iyul 2020ci il tarixli, 2-1(112)-2843/2020 saylı qanuni qüvvəsini almış Qərarı ilə etibarsız hesab edilmiş 10 noyabr 2004-cü il tarixli, 273 saylı qərarı əsasında verildiyindən, qeyd olunan sərəncam özü-özlüyündə hüquqi qüvvəsini itirərək hər hansı hüquqi nəticə yarada bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların ləğv olunmasını tələb edən Bakı şəhər İcra Hakimiyyətinin 28 mart 2013-cü il tarixli və 06 dekabr 2013-cü il tarixli 033 №li “Layihə Sərəncamının kökündə məhkəmə qərarı əsasında etibarsız hesab edilən 10 noyabr 2004-cü il tarixli, 273 saylı qərarı durduğundan, sözügedən sərəncamın qanuni əsası olmamaqla, hər hansı hüquq yaratmamaqdadır. Məhkəmə hesab edir ki, iddiaçılar inzibati orqanın mübahisələndirilən sərəncamı əsasında onların mülkiyyət hüquqlarının pozulduğunu iddia etməkdə haqlıdırlar. Belə ki, iddianın hüquqi əsaslarını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüquqları da mülkiyyət hüquqları ilə yanaşı əmlak hüquqları sayılır və həmin Məcəllənin 158.4-ci maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Cavabdeh mübahisələndirilən inzibati aktı qəbul edərkən, yuxarıda göstərilən maddi hüquq normalarını pozmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun qanunçuluq prinsipini müəyən edən 11-ci maddəsində deyilir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin 28 mart 2013-cü il tarixli və 06 dekabr 2013-cü il tarixli 033 №li Layihə Sərəncamı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar