Məhkəmə qərarları › İş №2-1(112)-2191/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2191/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2191/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndələri X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası:hüquqşünas,müstəntiq işləyir), X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, təhqiqatçı) iştirаkı ilə, iddiаçı İddiaçı Əjdər oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Dövlət Sərhəd Xidmətinə qarşı «əmrin ləğv edilərək “Hərbi vəzifə və hərbi xidmət keçmək haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə» iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Dövlət Sərhəd Xidmətinə qarşı Bаkı İnzibаti Məhkəməsində iddia qaldıraraq Dövlət Sərhəd Xidmətinin 04.05.2021-ci il tarixli, müvafiq nömrəli xidmətə uyğunsuzluqla ehtiyata buraxılma əmrinin ləğv olunaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinin dəyişdirilməsi, ödənilməyən maaşın və imtiyazların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 14.09.2020-ci ildən 08.04.2021-ci ilədək Dövlət Sərhəd Xidmətində xidmət etmişdir, ixtisasca hüquqşünasdır. Odur ki, bu səbəbdən ixtisasına uyğun vəzifədə xidmət etməsi üçün 2020-ci təqvim ilinin avqust ayının sonlarında cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin zaman ona bildirilmişdir ki, onun ixtisasına uyğun vəzifədə xidmətə qəbul olunması üçün hərbi qanunvericiliyin təəblərinə uyğun olaraq kurs keçməlidir. Şifahi olaraq ona bildirildi ki, hüquqşünaslıq 1 ay kurs keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin müxtəlif strukturlarında vəzifələrə gizir kimi təyin olunacaqdır. İddiaçı xidmətə gizir kimi qəbul olunmuşdur. Kurs keçmək üçün DSX rəisi Elçin Quliyevin əmri ilə Sahil mühafizəsinin N nömrəli hərbi hissəsinə digər hüquqşünaslarla birlikdə təyin olunmuşdur. Ümumi hazırlıq müddəti deyiləndən 2 ay artıq olmuş, daha sonra o, və digər 2 hüquqşünas təhqiqat bölməsinin sərəncamına verilmişlər. İddiaçı 4 ay sərəncamda qaldıqdan sonra cavabdehin 19.04.2021-ci il tarixli əmri ilə Dövlət Sərhəd Xidmətinin Göytəpədə yerləşən N nömrəli hərbi hissəsinin təhqiqatçısı vəzifəsinə təyin olundu. Lakin ilkin ədliyyə kiçik leytenantı zabit rütbəsi ona verilmədi. Halbuki onunla eyni tarixdə xidmətə qəbul olunan Anar Hacıyev adlı hərbi qulluqçuya ədliyyə kiçik leytenantı rütbəsi cavabdeh tərəfində verildi. Daha sonra Sərhəd Qoşunları Xidmətinin Kadrlar İdarəsinin rəisinin qəbulunda olan zaman ona bildirildi ki, hərbi xidmət keçmək haqqında əsasnamənin 58-ci maddəsinin b bəndinə görə 1 il zabit vəzifəsini icra etmədən ilkin zabit rütbəsi verilmir. Həmin şəxs iddiaçıya bildirdi ki, əgər raportu geri götürməsə və xidmət yerinə getməsə ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılacaqdır. İddiaçı həmin şəxsə bildirdi ki, onun barədə bərabərlik hüququ pozulmaqla qanunsuz əmr verilmişdir, qanunsuz əmrin və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur, bağlaşmanın şərtləri cavabdeh tərəfindən pozulmur. Cavabdeh onun tələbinə imtina cavabı verərkən tələbinə formal yanaşmış, işin bütün hallarını araşdırmamışdır. Ehtiyata buraxıldıqdan sonra cavabdeh tərəfindən ona son 2 ayın xidmət haqqı və 2021-ci ilin təqvim ilinin imtiyazları ödənilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən məhkəməyə iddia tələbinə etirazın təqdim edilməsinə baxmayaraq məhkəmənin sərəncamı icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdehin nümayəndələri Acalov Nicat Vidadi oğlu, Qarayev Ceyhun İlham oğlu iddia tələbinə etiraz edərək iddianın əsassız olduğunu, iddiaçının təyinatlar kitabına imza edərək təyinat vərəqini götürdüyünü bildirmişlər və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndələrinin çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia ərizəsi əsаssızdır. Belə ki, iş materiallarında olan: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində hərbi xidmətə qəbul haqqında” 14.09.2020-ci il tarixli bağlaşmanın 1.1-ci bəndinə əsasən iddiaçı İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə bağlaşma üzrə könüllü surətdə hərbi xidmətə daxil olarkən 5 il müddətində Dövlət Sərhəd Xidmətində gizir heyətində xidmət etməyi, komandanlığın əmr, sərəncam və tələblərini yerinə yetirməyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin, təlimatların, komandir və rəislərin əmrlərini, sərəncamlarını, iddiaçıya tapşırılan xidməti vəzifələri şərəf və vicdanla yerinə yetirəcəyini, törətdiyi hüquqazidd əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür, həmin bağlaşmanın 1.2.-ci bəndinə əsasən cavabdeh iddiaçı və ailə üzvləri üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqi müdafiəni, sosial zəmanət və güzəştləri təmin etməyi, hər ay ştat vəzifəsi üzrə müəyyən olunmuş pul vəsaiti ilə təmin etməyi, “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin tələblərinə və müəyyən olunmuş qaydaya əsasən növbəti və digər məzuniyyətlər verməyi, hərbi qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi qulluqçular üçün nəzərdə tutulan təminat hüquqlarını təmin etməyi öhdəsinə götürmüşdür, bağlaşmanın 2-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli, 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.23-cü bəndində göstərilən hallar mövcud olduqda bağlaşma ləğv edilir. Dövlət Sərhəd Xidmətinin 3000 nömrəli Hərbi hissəsinin 11 nömrəli, 23.04.2021-ci il tarixli təyinatına əsasən iddiaçıya 23.04.2021-ci ildə həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına getmək əmr olunmuşdur. X1 0128 nömrəli, 17.05.2021-ci il tarixli əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 123-cü maddəsinə müvafiq olaraq iddiaçı N nömrəli hərbi hissənin təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsindən azad olunmaqla 04.05.2021-ci ildən 12 gün müddətinə növbəti məzuniyyət verilməklə 16.05.2021-ci ildən ehtiyata buraxılmşdır, 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardımın və 2021-ci il üçün nəzərdə tutulmuş bir vəzifə maaşı məbləğində məzuniyyət müavinətinin ödənilməsi əmr edilmiş, 01.01.2021-ci ildən 16.05.2021-ci ilə qədər olan xidmət müddətinə görə birdəfəlik pul müavinətini almağa layiq olmadığı ğöstərilmiş, 16.05.2021-ci il tarixə xidmət illərinin 1 il 07 ay 08 gün olması qeyd edilmişdir. X1 17.05.2021-ci il tarixli, 0128 nömrəli əmrindən çıxarışa əsasən xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq müxtəlif bəhanələr gətirməklə xidmət yerinə getməkdən imtina etməklə hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyinə görə N nömrəli hərbi hissənin təhqiqat hüquq qrupunun hüquqşünas-təhqiqatçısı gizir Allahverdiyev Rəşad Əjdər oğlu gizir rütbəsindən məhrum edilmişdir. 2021-ci il üzrə qeydiyyat jurnalına əsasən iddiaçı 11.03.2021-ci ildə təyinat vərəqini götürməsini, lakin təyinatla razı olmadığını qeyd edərək imza etmişdir. İddiaçının Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanlanmış 06.03.2021-ci il tarixli raportuna əsasən iddiaçı onun DSX orqanlarından, işdən azad olunmasını xahiş etmişdir. Beləliklə məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 14.09.2020-ci il tarixdə iddiaçının 5 il müddətində dövlət sərhəd xidmətində hərbi xidmət keçməsi haqqında müqavilə (bağlaşma) imzalanmışdır, Dövlət Sərhəd Xidmətinin 3000 nömrəli Hərbi hissəsinin 11 nömrəli, 23.04.2021-ci il tarixli təyinatına əsasən iddiaçıya 23.04.2021-ci ilə həqiqi hərbi xidmətini davam etirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına getmək barədə təyinat verilmişdir, lakin iddiaçı həmin xidmət yerinə getməkdən imtina etdiyi üçün Sərhəd Qoşunları Komandanının 17.05.2021ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin təhqiqat-hüquq qrupunun hüquqşünastəhqiqatçısı vəzifəsindən azad olunmaqla 04.05.2021-ci ildən 12 gün müddətinə növbəti məzuniyyət verilməklə 16.05.2021-ci ildən ehtiyata buraxılmşdır, iddiaçı ehtiyata buraxılan zaman ona 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardımın və 2021-ci il üçün nəzərdə tutulmuş bir vəzifə maaşı məbləğində məzuniyyət müavinətinin ödənilməsi əmr edilmişdir, hazırda iddiaçı Dövlət Sərhəd Xidmətinin 04.05.2021-ci il tarixli, müvafiq nömrəli xidmətə uyğunsuzluqla ehtiyata buraxılma əmrinin ləğv olunaraq “Hərbi vəzifə və hərbi xidmət keçmək haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinin dəyişdirilməsi, ödənilməyən maaşın və imtiyazların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş, nümunəvi xidmət edən və hərbi xidmət vəzifələrini yerinə yetirən hərbi qulluqçulara həvəsləndirmə qaydasında vaxtından əvvəl növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddətinin ən azı yarısı keçdikdə (müharibə dövründə xidmət müddətindən asılı olmayaraq) və ya əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: Həmin Qanunun 36.1.1-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Həmin Qanunun 37.1-ci maddəsinə əsasən aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:.. 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: “1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir.2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar.” Həmin Qanunun 10-cu maddəsinin 7-ci bəndinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 1.1-ci bəndinə əsasən “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” (bundan sonra - Qayda) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən bu Qayda Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Həmin Qaydanın 3.14-cü bəndinə əsasən tərtib edilmiş bağlaşma bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən imzalanır. Həmin Qaydanın 3.17-cü bəndinə əsasən bağlaşma hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir. Şəxsin həqiqi hərbi xidmətə qəbul edilməsi barədə şəxsi heyət üzrə əmr verilir. Bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin başlanğıcı bağlaşmanın imzalandığı gün hesab edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan hərbi qulluqçuların hərbi vəzifələrinin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maddi təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, habelə təşkilatların vəsaiti hesabına “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 123-cü bəndinə əsasən həqiqi hərbi xidmətə ehtiyatdan könüllü və ya çağırışla qəbul edilmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi xidmətə qəbul edildikləri ildə (həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları ildə) məzuniyyətin müddəti aşağıdakı kimi hesablanır: müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət etdiyi hər tam ay üçün — 2,5 gün; gizirlərin və miçmanların xidmət etdikləri hər tam ay üçün — 3,0 gün; zabitlərin xidmət etdikləri hər tam ay üçün — 3, 75 gün. Bu zaman 10 gün və artıq növbəti məzuniyyətə hüququ olan hərbi qulluqçulara məzuniyyətin keçiriləcəyi yerə gedib-gəlmək üçün yol xərci verilir və yola sərf olunacaq müddət məzuniyyətə əlavə olunur. 10 gündən az olan məzuniyyət hərbi qulluqçunun arzusu ilə növbəti ildə növbəti məzuniyyətlə birlikdə verilə bilər. İşin faktiki hallarına əsasən iddiaçı ilə cavabdeh arasında müqavilə (bağlaşma) imzalanmışdır, həmin müqavilənin tələblərinə görə iddiaçı könüllü surətdə hərbi xidmətə daxil olarkən 5 il müddətində Dövlət Sərhəd Xidmətində gizir heyətində xidmət etməyi, komandanlığın əmr, sərəncam və tələblərini yerinə yetirməyi öhdəsinə götürmüşdür, lakin komandanlığın onun barəsində həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına getmək əmrini icra etməmiş, təyinatda göstərilən xidmət yerinə getməmişdir, bu səbəbdən də iddiaçının hazırda qanunsuz hesab etdiyi cavabdehin əmri ilə ehtiyata buraxılan zaman heç bir qanunsuzluğa yol verilməmişdir. Bundan başqa təqdim edilmiş sənədlərdən görünür ki, ehtiyata buraxılan zaman iddiaçıya 12 gün müddətinə növbəti məzuniyyət verilmiş, 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardım və 2021-ci il üçün nəzərdə tutulmuş bir vəzifə maaşı məbləğində məzuniyyət müavinətinin ödənilməsi də təmin edilmişdir. Göründüyü kimi iddiaçı xidməti vəzifələrini lazımi qaydada icra etmədiyinə görə xidmətdən xaric edilməsi (ehtiyata buraxılması) zamanı cavabdeh tərəfindən qanun pozuntusuna yol verməsi və iddiaçının hər hansı bir hüquqlarının pozulmasına səbəb ola bilən qanunvericilikdə nəzərdə tutulmuş ödənişlərin ödənilməməsi hazırki inzibati işə baxılan zaman müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Dövlət Sərhəd Xidmətinə qarşı Dövlət Sərhəd Xidmətinin 04.05.2021-ci il tarixli, müvafiq nömrəli xidmətə uyğunsuzluqla ehtiyata buraxılma əmrinin ləğv olunaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinin dəyişdirilməsi, ödənilməyən maaşın və imtiyazların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34, 68, 69, 73, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Dövlət Sərhəd Xidmətinə qarşı Dövlət Sərhəd Xidmətinin 04.05.2021-ci il tarixli, müvafiq nömrəli xidmətə uyğunsuzluqla ehtiyata buraxılma əmrinin ləğv olunaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinin dəyişdirilməsi, ödənilməyən maaşın və imtiyazların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar