Məhkəmə qərarları › İş №2-1(112)-2192/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2192/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2192/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial müavinətin ödənilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işsizlikdən sığorta ödənişinin verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından işdən çıxarılması ilə bağlı Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Məşğulluğun Sabunçu rayon məntəqəsinə müraciət zamanı 12 aylıq işsizliyə görə müavinət ödənilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı uzun müddətdir ki, xronikibronxit və şəkərsiz diabet xəstəliyindən əziyyət çəkdiyini bildirərək, tibbi sığortanın ödənilməsini xahiş etmişdir. İddiaçıda təqdim olunmuş imtinada bildirilmişdir ki, iddiaçının Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında bağlanmış müddətsiz əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsinə) əsasən xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. İddiaçıyla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda yuxarıda qeyd olunanları nəzərə alaraq əmək müqavilənizə xitam verilməsi barədə əmrin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyinə məktub göndərilmişdir.

3. Məhkəmə cavabdehə hüquqi yardım məktubu göndərərək cavabdeh qismində X2 göstərilməklə iddia tələbini “işsizlikdən sığorta müavinətinin verilməsi” kimi dəqiqləşdirilməsi təklif edilmişdir.

4. Məhkəmənin 22.10.2021-ci il, 29.10.2021-ci il və 13.12.2021-ci il tarixli mümkünlük iclaslarında, həmçinin 04.03.2022-ci il və 25.04.2022-ci il tarixli baxış iclaslarında iddiaçı iştirak etməmişdir.

5. CMS-Azemis elektron informasiya-axtarış sistemində olan məlumatlara əsasən, İddiaçı 01.02.2022-ci il tarixində ölmüşdür.

6. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

7. Mülki Prosessual Məcəllədən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;

8. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qayda İnzibati Prosessual Məcəllədə müəyyən edilmədiyindən və bu həmin məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı üçün icraata qeyd edilən əsasla xitam verilməsi məsələsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

9. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hüquq varisi müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir.

10. Konstitusiya Məhkəməsinin Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında ifadə edilən hüquqi mövqeyi nəzərə alaraq, qanunla ayrı qayda nəzərdə tutulmadığından məhkəmə hazırki qərardaddan şikayət verilməsinin mümkünlüyünü onun nəticə hissəsində nəzərdə tutur.

11. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar