Məhkəmə qərarları › İş №2-1(112)-2193/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2193/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2193/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, Adi cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların qeydə alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 663 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və sonradan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 658 nömrəli xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən adına keçmiş ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və bu barədə Çıxarışın verilməsi öhdəliyin öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünə münasibətdə ərazinin sahəsinin ölçü-plan sənədinə və faktiki sahəsinə uyğun olaraq 575,7 kv.m. olaraq nəzərə alınmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 693 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 25/370 saylı məktubunu və Dövlət Neft Şirkətinin xx.xx.1999-cu il tarixli JC11/239 saylı razılıq məktubunu nəzərə alaraq, Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi-Sulutəpə yolunun kəsişdiyi yerin cənub hissəsində Binəqədi Rayon İcra hakimiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün 0,8 ha torpaq sahəsi ayrılmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 663 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən yuxarıda qeyd edilən həmin ərazidən X2 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. O, 18 may 2000-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyətinə müraciət edərək Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi-Sulutəpə yolunun kəsişdiyi yerin cənub hissəsində yerləşən 600 kv.m torpaq sahəsinin X3 ilə qarşılıqlı razılığı əsasında adına keçirilməsi üçün müraciət edib. Həmin müraciətinə baxılaraq Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 658 nömrəli xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən yuxarıda qeyd edilən ərazidə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi iddiaçının adına keçirilmiş və həmin ərazidə inşaat işlərinin aparılmasına icazə verilmişdir. ünvan 1 ünvanında mənə məxsus torpaq sahəsində tikiləcək yaşayış evinin eskiz layihəsi 2008-ci il tarixdə “Azərbərpa MMC" tərəfindən hazırlanmış və eyni ildə müraciəti əsasında göndərilən nümayəndə tərəfindən yoxlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 25991 nömrə ilə X8 Kitabında uçota alınmış torpaq sahəsinin planı və ölçüsünə əsasən, həmin plan və ölçü Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Binəqədi Rayon İcra hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 658 saylı Sərəncamı ilə İddiaçı adına keçirilmiş 600 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. 22 ildir ailə üzvlərimlə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Ondan tələb olunan torpaq və əmlak vergilərini vaxtlı-vaxtında ödəyir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qeyd edilən torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evimin dövlət qeydiyyatına alınması məqsədilə müracət edib, ancaq müraciətləri əsassız olaraq təmin olunmamışdır. Halbuki qonşularının əksəriyyətinin torpaq sahələri və yaşayış evləri dövlət qeydiyyatına alınmışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə ünvanladığım xx.xx.2022-ci il tarixli müraciətimə İdarənin **********94 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı tərəfindən göstərilən torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsində verilmiş ərazidə yerləşdiyindən, hüquqların qeydiyyatından imtina edilmişdir. Lakin həmin orqan qeyd edilən torpaq sahəsinin Bakı şəhəri İcra Hakimiyyətinin Dövlət Neft Şirkətinin xx.xx.1999cu il tarixli JC11/239 saylı razılıq məktubunu nəzərə alaraq, Binəqədi Rayon İcra hakimiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün ayırdığını nəzərə almamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

5. Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti ilə əlaqədar olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir

6. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Məlumat üçün bildirirk ki, elektron kadastrın məlumatına əsasən təqdim edilən kadastr planı faktiki sahəyə aid olsa da, yerləşmə cizgisi göstərilən sahəyə uyğun gəlmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Məlumat üçün bildirirk ki, elektron kadastrın məlumatına əsasən təqdim edilən kadastr planı faktiki sahəyə aid olsa da, yerləşmə cizgisi göstərilən sahəyə uyğun gəlmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbulgöstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Məlumat üçün bildirirk ki, elektron kadastrın məlumatına əsasən təqdim edilən kadastr planı faktiki sahəyə aid olsa da, yerləşmə cizgisi göstərilən sahəyə uyğun gəlmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 25/370 saylı məktubunu və Dövlət Neft Şirkətinin xx.xx.1999-cu il tarixli YC011/239 saylı razılıq məktubunu nəzərə alaraq Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi-Sulutəpə yolunun kəsişdiyi yerin cənub hissəsində Binəqədi Rayon İcra Hakimiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün 0,8 ha torpaq sahəsi ayrılmışdır.

8. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialı tərəfindən bildirilmişdir ki, Bakı şəhər İH-nin arxiv fondu üzrə 1999-cu ilə dair arxiv sənədləri, o cümlədən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamına əsas olmuş sənədlər əlavə edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamının qüvvədə olub-olmaması barədə Bakı şəhər İcra hakimiyyətinin arxivində məlumat aşkar edilməmişdir.

10. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamında istinad olunan Dövlət Neft Şirkətinin xx.xx.1999-cu il tarixli YC011/239 saylı razılıq məktubu ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 14 noyabr tarixli 312 nömrəli, 1994-cü il 5 aprel tarixli 126 nömrəli və 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanları ilə ayrı-ayrılıqda təsdiq edilmiş SOCAR-ın Nizamnamələrinə əsasən, öz balansında olan əmlak barədə sərəncam vermək səlahiyyətinin SOCAR-a məxsus olduğu təsbit edilmişdir. SOCAR- ın strukturuna daxil olan müəssisə və təşkilatların isə sərbəst şəkildə öz balanslarında olan əmlak barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, sorğuda qeyd edilən məktub SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində aşkar edilməmişdir.

11. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamına əsasən fərdi yaşayış evlərinin tikintisi üçün xüsusi ayrılmış ərazidən, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 663 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə Sulu-Təpə qəsəbəsindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı adına keçirilməsi və inşaat işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Sərəncama torpaq sahəsinin cizgisi əlavə edilmişdir (Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 663 saylı xx.xx.1999-cu il tarixli sərəncamı və ona əlavə edilmiş torpaq sahəsinin cizgisi də iş materiallarına əlavə edilmişdir.

12. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 658 saylı sərəncamı ilə İddiaçı Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 575,7 kv.m. torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və X8 kitabında xx.xx.2011-ci il tarixdə 25991 nömrə ilə uçota alınmışdır. Həmin sənəddə torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və **********0136 reyestr nömrəsi müəyyən edilmişdir.

13. Müvafiq lisenziyası olan "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında İddiaçı məxsus ərazidə vaxtilə inşa edilməsi nəzərdə tutulan fərdi yaşayış evinin eskiz layihəsi təsdiq edilmişdir. Layihədən də göründüyü kimi ətrafdakı evlər fərdi yaşayış evləridir.

14. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, daha sonra “X9” şirkətinin Azərbaycan Respublikasındakı filialı hazırkı iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

15. Məhkəmənin sorğusuna əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən torpaq sahəsinin ölçüsü 575,7 kv.m. olmaqla fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğun inşa edilmişdir.

16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdeh etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etdi.

18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi tərəfindən 1976-cı ilə və 2013-cü ilə aid olan xəritələr təqdim edərək iddiaçının qeyd etdiyi sahənin ARDNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL” ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsində yer aldığı bildirilmişdir.

II. İddianın növü və mümkünlüyü

19. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

20. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

21. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

22. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

23. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

24. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

26. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamına əsasən fərdi yaşayış evlərinin tikintisi üçün xüsusi ayrılmış ərazidən, Sulu-Təpə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı adına keçirilməsi və inşaat işlərinin aparılmasına icazə verilməsi qərara alınmış, torpaq sahəsinin cizgisi təsdiq edilmiş və həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsini planı və ölçüsü sənədi tərtib edilmişdir.

31. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamının mövcudluğu təsdiq edilmişdir. Odur ki, həmin sərəncamın mövcudluğu müəyyən edilmiş, lakin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamının ləğv və ya etibarsız hesab edildiyi, geri çağırılıdığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, qeyd edilən torpaq sahəsi vaxtilə dağ-mədən sənayesinin yerləşdiyi torpaqlara aid edilmiş olsa da, fərdi yaşayış evlərinin tikintisi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə ayrılmış 0,8 ha torpaq sahəsinin bir hissəsidir. X5 Neft Şirkətinin razılığına istinad edilmiş, lakin Dövlət Neft Şirkəti hazırda həmin razılıq məktubunun SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində aşkar edilmədiyini bildirir. Lakin qeyd edilən dəlil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 693 nömrəli sərəncamının və həmin sərəncam əsasında Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli sərəncamının legitimliyini şübhə altına almır. Qeyd edildiyi kimi həmin sərəncamlar ləğv edilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmiş, torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının sahibliyində və istifadəsindədir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Məhkəmənin qeyd edilən qənaəti həm də ona əsaslanır ki, üçüncü şəxs tərəfindən məhkəməyə iki xəritə təqdim edilir. Birincisi 1976-cı ilə, ikincisi isə 2013-cü ilə aid olan xəritədir. İkincisi ARDNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL” ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsi olmaqla ərazidə Bakı şəhər İcra Hakimiyyətinin hüquqi və fiziki şəxslərə ayrılmış çoxsaylı torpaq sahələrinin konturları əks olunmuşdur. Qeyd edilən sərəncamla ayrılmış sahə xəritədə qeyd edilməsə belə, təqdim edilmiş xəritədən də göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən kontrakt ərazisi kimi qeyd edilən ərazidən hüquqi və fiziki şəxslərə torpaq sahələrinin ayrılması halları mövcud olmuşdur.

32. “İnzibati icraat haqqında” Qanundan: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

33. Odur ki, iddiaçının hüquqi marağının təmin olunması məhz etimad prinspinə əsaslanır. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: -inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: i) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli, ii) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; iii) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır.

34. Dövlət maraqları və ictimai maraqlar məhz etimad prinsipinə riayət etməklə təmin edilmiş olur. Qeyd edilən sərəncamların geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə iş materiallarında hər hansı məlumat yoxdur.

35. Məhkəmə qeyd edir ki, hazırkı işdə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamına əsaslanan Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və həmin sərəncam əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahsəinin planı və ölçüsü sənədi iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X10 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).

36. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktlarına əsasən fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğundur. Məhkəmə qeyd edir ki, torpaq sahəsi məhz fərdi yaşayış evinin tikintisi məqsədilə ayrıldığından və sərəncamda məhz inşaat işlərinin aparılmasına dair bilavasitə razılıq ifadə olunduğundan fərdi yaşayış evinin inşa olunması üçün əlavə olaraq məlumatlandırma icraatına riayət edilməsi zərurəti olmamışdır.

37. İddiaçı bildirir ki, qonşuluğunda (qəsəbədə) çoxsaylı fərdi yaşayış evləri mövcuddur və həmin evlərə dair hüquqlar qeydə alınmışdır. Yuxarıda qeyd edilən dəlillər iddianın təmin edilməsi üçün yetərli olduğundan prosessual qənaət prinsipindən çıxış edərək məhkəmə həmin halların (qonşuluğunda yerləşən torpaq sahələri və evlərin qeydiyyatını) əlavə olaraq araşdırılmasını zəruri hesab etmir.

38. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 658 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ayrılmış 575,7 kv.m. torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyin öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar