Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2194/2021 28.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli, 204.9 saylı qərarı ilə ona Bilgəh qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0.10 ha torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli 204.9 saylı qərarı ilə ona Bilgəh qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin plan-ölçüsü və yaxud yerləşmə sxemi verilməmişdir. Yerləşmə sxemi olmadığı üçün o, torpaq sahəsini bu günə kimi dövlət qeydiyyatına aldıra bilməmişdir. Abşeron rayon Dövlət Arxivindən verilmiş F-242 saylı, xx.xx.2020-ci il tarixli arayış da, ona xx xxxxxx 1988-ci il tarixli, 204.9 saylı qərarla torpaq sahəsinin ayrıldığını təsdiq edir. Torpaq sahəsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə ayılsa da, torpaq sahəsi hal-hazırda Sabunçu rayonunun inzibati ərazisində yerləşir. Odur ki, həmin torpaq sahəsinə yerləşmə sxemi Cavabdeh tərəfindən verilməlidir. Bütün bunlara əsasən o, Azərbaycan SSR Abşeron XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarilxi, 204.9 saylı qərarı ilə Bilgəh qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış 0.10 ha torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, R-123-09 saylı məktubla onun müraciətinə imtina verərək bildirmişdir ki, Maştağa Zəfəran qəsəbəsində yerləşən Abşeron XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli, 204.9 saylı qərarından çıxarışa əsasən ona ayrılmış torpaq sahəsinə dair Cavabdehndə heç bir arxiv sənədi olmadığından həmin torpaq sahəsinin qanunauyğun olub-olmamasını araşdırmaq mümkün deyil və qeyd olunanlarla əlaqədar həmin torpaq sahəsinə yerləşmə cizgisinin tərtib edilərək təsdiq edilməsi imkan xaricindədir. Hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. O, bu torpaq sahəsindən uzun zamandır istifadə edir. Torpaq sahəsinə görə yerli bələdiyyə orqanına ödənişlər edir. Həmin torpaq sahəsinə dair arxiv məlumatlarının Cavabdehndə olmaması onun günahından deyil, o, cavabdeh orqan əvəzindən sənədlərin arxivləşdirilməməsinə görə məsuliyyət daşımır. İddia tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 73.1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddələrinə istinad edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 204.9 saylı, xx.xx.1988-ci il tarixli “X3 fəhlə və qulluqçularına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin bölgüsünün təsdiq edilməsi haqqında” Qərarından Çıxarışdan görünür ki, həmin qərarın 1-ci bəndinə əsasən - X2 müdriyyəti və həmkarlar ittifaqı komitəsinin, sovxozun fəhləsi İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsinin ayrılması barədə xx xxxxxxx 1988-ci il tarixli, 08 nömrəli qərarı təsdiq edilmişdir. -Qərarın 2-ci bəndinə əsasən İddiaçı həmin torapq sahəsində layihə üçün ölçüdə və formada / ailə tərkibi 2 nəfər/ yaşayış sahəsi 45.6 kv.m, ümumi sahəsi 70.1 kv.m, 2 otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. -Qərarın 3-cü bəndinə əsasən Rayon XDS İcraiyyə Komitəsinin baş memarına və təsərrüfathesablı torpaqayrıma və smetaların tərtibi qrupuna tapşırılmışdırki, ayrılmış torpaq sahəsinin naturada bölünüb vətəndaşa təhvil verilməsini, müvafiq yaşayış evinin layihə-smeta sənədlərinin hazırlanmasını qısa müddətdə təmin etsinlər. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Milli X5 rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-242 saylı, xx.xx.2020-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli, 204.9 nömrəli, “X2 fəhlə və qulluqçularına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin bölgüsünün təsdiq edilməsi haqqında” Qərarı Abşeron rayon Dövlət Arxivində mövcuddur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş R-123- 091 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, Maştağa Zəfəran qəsəbəsində yerləşən Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli, 204.9 saylı qərarından çıxarışa əsasən ona ayrılmış torpaq sahəsinə aid Rayon İcra Hakimiyyətində heç bir arxiv sənədi olmadığından həmin torpaq sahəsinin qanunauyğun olub-olmamasını araşdırmaq mümkün deyil. Qeyd olunanlarla əlaqədar həmin torpaq sahəsinə yerləşmə cizgisinin tərtib edilərək təsdiq edilməsi imkanları xaricindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 204.9 saylı, xx xxxxxx 1988-ci il tarixli qərarına əsasən X2 müdriyyəti və həmkarlar ittifaqı komitəsinin, sovxozun fəhləsi İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsinin ayrılması barədə xx xxxxxxx 1988-ci il tarixli, 08 nömrəli birgə qərarı təsdiq edilmişdir. Qərarın 3-cü bəndinə əsasən Rayon XDS İcraiyyə Komitəsinin baş memarına və təsərrüfathesablı torpaqayırma və smetaların tərtibi qrupuna, ayrılmış torpaq sahələrinin naturada bölünüb vətəndaşlara təhvil verilməsi, müvafiq yaşayış evlərinin layihə-smeta sənədlərinin hazırlanması, qısa müddətdə təmin edilməsi tapşırılmışdır. Sözügedən qərar hazırda qüvvədə olmaqla, bir nüsxəsi Azərbaycan Respublikası Milli X5 rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivində mövcuddur. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə, qərardan irəli gələn məsələlərin həlli ilə bağlı hərəkətlərin edilməsinə dair cavabdehə müraciətlər etsə də, sonuncu tərəfindən bugünədək torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilməmişdir. İmtinaya əsas kimi, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli, 204.9 saylı qərarından çıxarışa əsasən iddiaçıya ayrılmış torpaq sahəsinə aid Rayon İcra Hakimiyyətində heç bir arxiv sənədi olmadığına istinad edilmişdir. Halbuki, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması barədə qərar qəbul edilərkən, torpaq sahəsinin yerləşdiyi ərazi Abşeron rayonu ərazisinə aid olduğundan, həmin qərarın bir nüsxəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivində mövcud olmuşdur. Lakin, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Halbuki, iddiaçıya torpaq ayrılan zaman qüvvədə olmuş Azərbaycan SSR-in 1970-ci il 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Eləcə də, hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, istər Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyin normalarında və torpaq sahəsi ayrılması barədə qərarda, istərsə də, hazırda qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahasinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin, cavabdeh iddiaçıya ayırdığı torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq edilmiş surətini verməmişdir, bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin müddəalarına əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludu; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli, 204.9 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2194/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2194/2021
28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver