Məhkəmə qərarları › İş №2-1(112)-2198/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2198/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2198/2021 16.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X39 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəçisi X5 Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 18 saylı evin pasport qeydiyyatına alınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 noyabr 2006-cı ildə X23 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, bu nikahdan 5 nəfər övladları var. Ailə qurarkən icarəçisi qaynatası X15 olan Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 18 saylı evə köçüb, bu günə kimi də, həmin evdə yaşayır. Lakin, pasport qeydiyyatı nikaha daxil olana qədər yaşadığı Masallı rayonu, Öncəqala kəndindədir. 14 il yaşadığı mənzilə pasport qeydiyyatına alınmasına görə iki dəfə Azərbaycan Respublikası DİN Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edilsə də, hər dəfə rədd cavabı verilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Buna görə də, hazırki iddia ərizəsinə məhkəməyə müraciət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Evin icarəçisi və qeydiyyatda olan digər ailə üzvlərinin onun həmin evə pasport qeydiyyatına alınmasına etirazları yoxdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X23, iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə 12.04.2021-ci il tairxli, 065-10382-1221 nömrəli məktubla müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 14.06.1986-cı il təvəllüdlü İddiaçı Masallı rayonu, Öncəqala kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 29.09.2020-ci il tarixli, 018-23523/2Ş-4220 nömrəli imtina məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu ev 18 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınması barədə eyniməzmunlu müraciəti Baş İdarədə araşdırılmış və nəticəsi barədə ona məlumat verilmişdir. İddiaçı qeyd olunan evə yaşayış yeri üzrə qeydiyyata alınmasından “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndinə əsasən imtina edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X3 arasında 18 noyabr 2006-cı il tarixdə rəsmi nikah bağlanmış, nikahdan sonra arvada “Şəmsəliyeva” soyadı verilmişdir. İşdə olan 20009 nömrəli mənzil kirayəçisi haqqında məlumatdan görünür ki, X15 ilə kommunal xidmətləri ödəmək üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 18 saylı evlə bağlı 19 saylı Mənzil Kommunal İstismar Sahəsi arasında 5 nəfər ailə tərkibi ilə müqavilə bağlanmışdır. İşdə olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, X23 01 dekabr 2001-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Ondan başqa həmin ünvanda 22.11.1955-ci il təvəllüdlü X4, 10.10.1985-ci il təvəllüdlü X16, 20.03.2008-ci il təvəllüdlü X17, 21.07.2009-cu il təvəllüdlü X28, 23.10.2016-cı il təvəllüdlü X12, 29.06.2014-cü il təvəllüdlü X13, 08.06.1980-ci il təvəllüdlü X18, 19.02.2018-ci il təvəllüdlü X7, 09.07.2008-ci il təvəllüdlü X8, 16.09.2005-ci il təvəllüdlü X14, 08.07.2015-ci il təvəllüdlü X9, 16.08.2018-ci il təvəllüdlü X10, 02.08.1950-ci il təvəllüdlü X15 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 101 nömrəli, 14 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ö/t 18 saylı eivn məişət tullantılarının daşınması haqqında 20009 saylı məlumat vərəqi X5 adınadır. Özü tikiliyə aid başqa heç bir hüquqi sənəd yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********700 nömrəli ərizədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X23, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə razıdır və etirazı yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********577 nömrəli ərizədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X4, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə razıdır və etirazı yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********578 nömrəli ərizədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X15, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə razıdır və etirazı yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********840 nömrəli ərizədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X18, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə razıdır və etirazı yoxdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********620 nömrəli ərizədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X16, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata düşməsinə razıdır və etirazı yoxdur. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, İddiaçı 18 noyabr 2006-cı il tarixdə X23 ilə rəsmi nikahdan qeydiyyatdan keçməklə ailə qurmuş və X19 yaşayış yeri olan ünvan 3 ünvanla bağlı kommunal xidmətləri ödəmək üçün X15 ilə 20009 saylı müqavilə bağlanmışdır. Həmin ünvanda yetkinlik yaşına çatmış şəxslər X23 (iddiaçının əri), X15, X16, X18, X4 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmin şəxslər tərəfindən məhkəməyə notarial qaydada razılıq ərizələri təqdim edilərək, X1 ünvana yaşayış yeri üzrə qeydiyyata düşməsinə heç bir etirazları olmadıqları bildirilmişdir. Göründüyü kimi, iddiaçı 14 ildən artıq müddətdir ki, faktiki olaraq sözügedən ünvanda yaşayır və həmin ünvanda qeydiyyatda olan digər şəxslər onun yaşayış yeri üzrə qeydiyyata düşməsinə etiraz etmirlər. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, eləcə də, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, iddiaçının ünvan 1 ünvanına qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Buna görə də, o, qeydiyyata alınmasından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X22 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar