Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-22/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçılar X1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X2 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 1-ci küçə, 5ci döngə 15 və 15A ünvanda yerləşən 0,12 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki yaşayış evindən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın cavabdehdən onların xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıla X1 və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən 0,12 ha. torpaq sahəsinin iddiaçıların iradəsinə zidd əlindən alınması və həmin torpaq sahələrində yerləşən iki fərdi yaşayış evindən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar X1 və İddiaçı2 əlindən alınmış 0,12 ha. torpaq sahəsi üçün 240000 manat və dağıdılmış iki fərdi yaşayış evinə görə 3.200.000 manat olmaqla, cəmi 3.440.000 manat dəymiş ziyanın əvəzinin cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 28.02.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin məhkəmə iclası 27.04.2021-ci il, 27.05.2021-ci il, 07.09.2021-ci il, 02.11.2021-ci il, 25.01.2022-ci il və 15.03.2022-ci il tarixlərə tarixlərə təyin edilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıların iddia ərizəsində qeyd etdikləri ünvanına «Poçt haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sifarişli poçt göndərişi vasitəsilə məhkəmə bildirişləri göndərilsə də iddiaçılar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaçıların uzun müddət üzrlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməmələrini nəzərə alaraq müvafiq qərar qəbul edilməsini xahiş etdi. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə tərəfindən iddiaçılara həmin xəbərdarlıq barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin iddiaçılar X2 və İddiaçı2 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqlarından iddia geri götürülmüş sayılmalı və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçılara iddianın geri götürülmüş hesab edilməsi onların yenidən məhkəməyə müraciət etməsi üçün maneə olmaması hüququ da izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar X1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-22/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-22/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver