Məhkəmə qərarları › İş №2-1(112)-22/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-22/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-22/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X6, X5) “sərəncamların və aktların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı “sərəncamların və aktların ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1353/2019 saylı işi üzrə qəbul etdiyi 05 mart 2019-cu il tarixli qərardadı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı X2 cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı 3-cü şəxslər X6 və X5 işə cəlb edilməklə X4 və X3 adlarına Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 713 və 736 saylı sərəncamlar və “Torpaqların alqı-satqısına dair akt”ların ləğv edilməsi barədə 2-1(81)-1353/2019 saylı inzibati işin icraatı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-4542/2014 saylı iş üzrə mübahisə yekunlaşanadək dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-57/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə, iş üzrə icraat təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 151 nömrəli sərəncamı əsasında İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin adına “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi, həmin sərəncama əsasən torpaqğın alqı-satqısının qeydə alınması vəzifəsinin DTXK-nin Bakı şəhər şöbəsinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi 2-1(81)-4542/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarla təmin edilmişdir. Bundan sonra X6 və X3 maraqlarına toxunan şəxs qismində ərizələrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 2-1(81)-4542/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarın maraqlarına toxunduğu üçün ləğv edilərək onların iştirakı ilə yenidən baxılmasını xahiş etmişlər. Nazilə Vəzirovanın və C.Həsənovun ərizələri və onlara əlavə edilmiş sənədlərlə tanış olduqda məlum olur ki, N.Vəzirova məhkəmənin eyni məzmunlu 2-1(81)-3495/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təmin edilmiş iddia tələbi əsasında aldığı torpağın plan ölçüsü sənədinə istinad etdiyi halda, C.Həsənov yalnız bələdiyyənin 2004-cü il tarixli qərarına istinad etmişdir. Hər iki şəxs İ.Bahadırova aid məhkəmə qərarı üzrə inzibati işin təzələnmiş icraat qaydasında baxılmasını tələb etsələr də, torpaqların üst-üstə düşməsini heç bir sübutla təsdiq edə bilməmişlər. N.Vəzirova xx.xx.2018-ci il tarixli ərizəsində qeyd edir ki, iddiaçının adına olan torpaq sahəsi əslində Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 736 saylı qərarı ilə onun adına sənədləşdirilib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)- 3495/2014 saylı qərara əsasən onun cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı iddiası təmin edilmişdir. Halhazırda torpaq sahəsinə çıxarış ala bilməməsini məhkəmənin xx.xx.2014-cü il tarixli, 2- 1(81)-4542/2014 saylı qərarının maraqlarına toxunması ilə əlaqələndirən ərizəçi torpaqların üst-üstə düşməsini əsaslandıra bilməmişdir. Mübahisələndirilən qərarlar iddiaçıya torpaq ayrılmasına dair qəbul edilmiş qərardan sonra verilmişdir. Onun adına qərar xx.xx.2003-cü il tarixdə verildiyi halda, üçüncü şəxslərin adına 1 il 11 aydan sonra, yəni xx.xx.2004-cü il tarixdə verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə uyğun olaraq, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Məhkəmənin 17 fevral 2023-cü il və 20 aprel 2023-cü tarixli məktubları ilə iddiaçıya təyin edilmiş məhkəmə iclasında iştirakı və ya qanuni nümayəndənisinin iştirakı təmin olunmadığı halda, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində göstərilən hal kimi qiymətləndiriləcəyi bildirilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı məhkəmənin xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixlərində keçirilmiş iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş,işin halların və mübahisənin vəziyətinin müzakirə prosesində iştirak etməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı “sərəncamların və aktların ləğv edilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı “xx.xx.2004-cü il tarixli 713 və 736 saylı sərəncamların və “Torpaqların alqı-satqısına dair akt”ların” ləğv edilməsi barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar