Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-22/2025 30.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “pul” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dqaxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsının 2-1(81)-781/2016 saylı, 18 may 2016-cı il tarıxlı qərarı ilə İddiaçı mərhum əri X4 Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin X10 İdarəsində polis nəfəri vəzifəsində 1980-ci ildən 1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500-2000 metrədək yüksəklikdə işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərın (artımların, əmsalların) verilməsi vəzifəsinin Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəyə minmiş və icra sənədi 01 noyabr 2018-cı ildə Bakı Şəhərı Nəsımı Rayon İcra və Probasıya Şöbəsinə göndərilərək, icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elvin Qulubəylinın icraatına verilmişdir. İş üzrə məhkəmə icraatı davam etdiyi dövrdə iddiaçı X8 vəfat etdiyindən, İddiaçı onun prosessual hüquqi varısı kimi tanınaraq hal-hazırda tələbkar qismində çıxış edir. Cavabdeh ödənilməli olan müavinətin məbləğinin məhkəmə qərarı ilə dəqiq müəyyən olunmamasından sui-istifadə edərək, qeyri-müəyyən və cüzi məbləğlər ilə öhdəliyin qanuni şəkildə icrasından yayınmaq məqsədi gudür. Bu səbəbdən artıq iki ildir ki qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunmur. Halbuki, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə, "ədalətli məhkəmə araşdırması hüququ” işə baxan məhkəmənin qərəzsizliyi və obyektivliyi, işin hərtərəfli və ağlabatan müddətdə araşdırılması ilə yanaşı məhkəmənin yekun qərarlarının qanuni qüvvəyə mindikdən dərhal sonra icra edilməsini də ehtiva edir. Cavabdehın qeyri-müəyyən və anlaşılmaz mövqeyi, qanuni mənafeyımızın kobud şəkildə pozulması səbəbindən tələbkara onlara ödənilməli olan müavinətın məbləğinin müəyyən olunması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Müavinətin məbləğının hesablanması zamanı "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdırılməsi haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, müəssisə, idarə və təşkilatların ışçilərinin əmək haqqı, onlara ödənilməli olan müavinətlərin məbləği indeksləşdirilməlidir. 1-ci maddəsinə görə indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdır. Qanunda verilən indeksləşdirmənin mahiyyətını və məqsədini əks etdirən tərif məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin də indeksasiyasına tətbiq oluna bilər. Qeyd olunan normaların məzmununa və indeksləşdirmənin mahiyyətinə uyğun olaraq. istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq, vətəndaşlara ödənilməli olan əmək haqqı, pensiya, təqaüd, müavinətlər əvvəlki əmək haqqı məbləğı əsasında deyil, hal-hazırda həmin vəzifə üçün müəyyən olunan əmək haqqı məbləği nəzərə alınmaqla hesablanmalıdır. AR DİN Baş Mühafizə İdarəsi tərəfindən ödənilməli məbləğ hesablanarkən X4 tutduğu vəzifə üçün hal-hazırda müəyyən olunmuş əmək haqqı məbləği əsas götürülməlidir. Bizdə olan məlumata görə, hal-hazırda Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin X10 İdarəsində polis nəfəri vəzifəsində (X1) dəniz səviyyəsindən 1500-2000 metrədək yüksəklikdə işləyən qulluqçuların vəzifə maaşı 800 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 2-1(102)-1350/18 saylı qərarına əsasən, iş üzrə apleyasiya baxışında müəyyən olunmuş hallara və mübahisəlı hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan, o cümlədən keçmiş SSRİ dövründə "SSRİ-nin xalq təsərrüfatının bütün şöbələrinin fəhlə və işçilərinin əmək haqlarının nizamlanması və yeddi və altı saatlıq iş gününə keçirmə müddətinin bitməsi haqqında" X11 Partiyası Mərkəzi Komitəsinin, SSRİ Nazirlər Sovetinin və X2 Mərkəzi Sovetinin 1959-cu il 19 sentyabr tarixli 1120 nömrəli qərarının həyata keçirilməsi ilə əlaqədar Azərbaycan SSR KP MK, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının 1 dekabr 1959-cu il tarixli, 1043 nömrəli Qərarının 2 nömrəli Əlavəsinə görə, dəniz səviyyəsindən hündürlükdə çalışan işçilərə - 1500-2000 metr yüksəkliyə görə 15% əmsal müəyyən olunmuşdur. Belə olan halda 1980-1997-ci illər üçün cavabdeh tərəfindən ödənilməli olan müavinət məbləği 24.480 azn təşkil edir. Cavabdeh tərəfindən müavinətin ödənilməsi uzun müddət gecikdirildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə müvafiq olaraq, ödənilməli olan məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunan bank uçot faiz dərəcələri + azı 2% qaydasında faizlər hesablanmalıdır. Həmin maddədə müəyyən olunmuşdur kı, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 2018-ci ilin dekabr ayından 2020-ci ilin oktyabr ayınadək müvafiq faizlərin məbləği 4.687 azn təşkil edir. Habelə, mübahisə bağlı hüquqi yardım almaq üçün iddiaçının xərci 500 azn təşkil edir. Mövcud olan qeyrimüəyyən vəziyyətin aradan qalxması və hüquqların səmərəli şəkildə bərpa olunması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-781/2016 saylı, 18 may 2016-cı il tarixli qərarına əsasən, cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi tərəfindən X5 ödənilməli olan müavinətın məbləğinin 24.480 manat müəyyən edilməli və müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2256/2021 saylı 20 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2-1(103)-1887/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli 2-1(112)-2256/2021 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2-1(102)- 1796/2021 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayətinin mümkün sayılmayaraq icraata qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(112)-425/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3203/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-*cü il tarixli 2-1(102)-229/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3203/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2018/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(112)-425/2022 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materialarından görünür ki, 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 2-1(81)- 781/2016 saylı, 18 may 2016-cı il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X10 idarəsində polis nəfəri vəzifəsində işlədiyi 1980-cı ildən-1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500-2000 metrədək yuxarıda işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-471/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)-1350/2018 saylı qərarları ilə təmin edilməmişdir. 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 2- 1(81)-781/2016 saylı, 18 may 2016cı il tarixli qərar qanuni qüvvəsini aldıqdan iş üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra Şöbəsinin İddiaçı ünvanladığı 6.02.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 2-1(81)-781/2016 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X10 idarəsində polis nəfəri vəzifəsində işlədiyi 1980-cı ildən- 1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500-2000 metrədək yuxarıda işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə həvalə edilməlidir.DİN Baş Mühafizə İdarəsinin xx.xx.2019-cu il tarixi məktubuna əsasən şamaxı Regional Şöbəsinin sabiq polis nəfəri X9 işlədiyi dövr ərzində 1980-1997-ci illərdə yüksəklikdə xidmət aparmış, bununla əlaəqdra 1379,04 manat yüksəkliyə görə müavinət hesablanmışdır və yaxın günlərdə ödəniləcəyi bildirilmişdir. Yuxarıda qeyd olunan ödəənişlə bağlı Nəsimi rayon İcra və Probasiya Şöbəsinə gələrək rəsmi münasibət bildirməyiniz xahiş olunur. Şamaxı RMŞ tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, DİN-nin Baş Mühafizə İdarəsinin Maliyyə və Təchizat Şöbəsinin şifahi sorğusuna cavab olaraq bildiririk ki, X10 Şöbəsinin sabiq polis əməkdaşı mərhum X4 işlədiyi 1980-1997-cı illər ərzində onun əmək haqqı alması barəsində şöbənin arxivində olan maliyyə sənədlərinə baxış keşirilmiş və aşağıda göstərilən illərin ayları üzrə əmək haqqı alması aşkarlanmışdır. 1.1980-cı ilin iyul ayı üzrə 122m25q 2.1988-ci ilin dekabr ayı üzrə 175m 3.1989-cu ilin may ayı üzrə 0m 4.1989-cu ilin noyabr ayı üzrə180m 5.1989-cu İlin dekabr ayı üzrə 180m 6.1990-cı ilin sentyabr ayı üzrə 195m 7.1997-ci ilin oktyabr ayı üzrə 211 m 65q Digər illərin maliyyə qovluqları arxivdə yoxdur.Odur ki, mərhumun yüksəklikdə xidmət aparması və yüksəkliyə görə əmək haqqına əlavələrin edilməsi barəsində dəfələrlə araşdirma aparılmiş lakin heç bir rəsmi sənəd əldə edilməmişdir. Şamaxı RMŞ tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixi arayışa əsasən X4 işlədiyi dövr ərzində ona hesablanan əmək haqqı göstərilən kimi olmuşdur: vəzifə maaşı 11100,0, rütbə maaşı 800,0, xidmət illərinə görə heablama 5826,0, cəmi 17726x20%=3545,20/5000=0.71x204=144,84yüksəklikdə xidmət aparılması üçün. Göstərilən məbləğ mərhumun ailəsinin bankda adına açılmış hesablaçma hesabına tamamilə ödənillmişdir və ona heç bir borc qalmamışdır. Şamaxı RMŞ tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixi arayışa əsasən X5 yüksəklikdə xidmət aparmasına baxmayaraq ona yüksəkliyə görə vəsait hesablanmamıdşır. Mərhum yuxarı orqanlara ərizə ilə müraciət edərək bəraət almışdır. Qeyd:mrərhumun dövründə aldığı əmək haqqı 33500 manat olmuşdur:5000=6.76x17 ilə (204 ay)=1379,04 manat. Məhkəmənin sorğusuna əsasən DİN Baş Mühafizə İdarəsinin Şamaxı RMl-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-in Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 038-15415-1222 saylı məktubla mərhum Q.Zalıyevə sonuncu işlədiyi 1997-ci il üzrə köhnə Azərbaycan manatı ilə hesablanan vəsaitin nə qədər təşkil etməsi və hansı qaydada hesablanması barədə məlumat verilmişdir. Həmçinin onu da qeyd edirik ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)- 781/2016 saylı qərarı ilə X5 1980-ci ildən 1997-ci ilədək müavinətlərin (artımların) ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsa da, DİN-nin xx.xx.2015-ci il tarixli Q-36 nömrəli qərarına əsasən Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahıdan istifadə etmə qaydalarına əlavə edilmiş siyahıya əsasən hesablanma, mühasibatlıq və məzuniyyət cədvəlləri DİN-in baş idarə, idarə və şöbələrində iddiaçının iddia etdiyi illər üçün saxlama müddəti bitdiyindən aşkar edilməmişdir. Bu səbəbdən də iddiaçının iddia etdiyi illər üçün hesablanmış müavinət məbləği, həmin məbləğin hesablanma qaydası barədə əlavə məlumatın verilməsi imkan xaricindədir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının 9 aprel 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan manatı (AZM) ilk dəfə xx.xx.1992-ci il tarixində 10 rubl = 1 manat (AZM) nisbətində dövriyyəyə buraxılmışdır. Həmçinin, 1 yanvar 2006-cı il tarixindən etibarən 5000 köhnə manat (AZM) = 1 yeni manat (AZN) nisbətində denominasiya olunmuşdur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, pul məbləğlərinin indeksasiyası Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətlərinə aid deyil. İnflyasiya ilə bağlı hər hansı məlumat əldə etmək üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, pul vəsaitlərinin indeksasiyasının aparılması Dövlət Statistika Komitəsinin səlahiyyətlərinə aid deyil. Beləliklə, iddia tələbindən görünür ki, iddiaçı 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 2- 1(81)-781 /2016 saylı, 18 may 2016-cı il tarixli qərarına əsasən mərhum əri X4 Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin X10 İdarəsində polis nəfəri vəzifəsində 1980-cı ildən 1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500-2000 metrədək yüksəklikdə işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi vəzifəsinin Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə həvalə edilmiş, qərarın icrası ilə bağlı cavabdeh tərəfindən mərhuma işlədiyi dövr ərzində 1980-1997-ci illərdə yüksəklikdə xidmətə görə 1379,04 manatmüavibət hesablanmış və müvafiq bank hesabına ödənilmişdir. İddiaçı həmin məbləği qəbul etməmiş və müavinətlərin düzgün hesablanmadığını bildirərək, cavabdeh tərəfindən X5 ödənilməli olan müavinətin məbləğinin 24.480 manat müəyyən edilməsini və müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi tələbi ilı müstəqil iddia qaydasında hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi sonuncu xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki,: “21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, apellyasiya məhkəməsinin istinad etdiyi 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)-781/2016 nömrəli, 18 may 2016-cı il tarixli qərarında iddiaçının tələbi X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X10 idarəsində polis nəfəri vəzifəsində işlədiyi 1980-cı ildən-1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500- 2000 metrədək yuxarıda işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi ilə bağlı olmuşdur. İddiaçının həmin məzmunda tələbi məhkəmə tərəfindən təmin edilmiş, cavabdehin üzərinə iddia tələbinə uyğun məzmunda öhdəlik qoyulmuşdur. Lakin həmin qərarda icra olunmalı – ödənilməli olan müavinətlərin (artımların, əmsalların) məbləği göstərilməmişdir. Cavabdeh isə ödənişi öz mülahizəsinə görə hesabladığı məbləğə icra etmişdir.
22. Hazırkı halda isə iddiaçı X5 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
23. Beləliklə, iddiaçının indiki tələbləri (dəqiq miqdarı göstərilən müavinət, faiz məbləği) əvvəlki məhkəmə baxışının predmeti olmadıqlarından apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən əsasla iddianın mümkün sayılmaması işin faktiki hallarına uyğun olmamışdır.” Beləliklə hazırkı iş üzrə məhkəmə kassasia instansiyası məhkəməsinin də mövqeyinə uyğun olaraq mərhum X5 1980-1997-ci illərdə yüksəklikdə xidmətə görə ödənilməli olan məbləğin iddiaçının tələb etdiyi 24.480 manat ödənilməsinin əsaslılığına hüquqi qiymət verir. İddiaçı tərəfin iddiasına əsasən cavabdeh tərəfindən ödənilməli məbləğ hesablanarkən X4 tutduğu vəzifə üçün hal-hazırda müəyyən olunmuş əmək haqqı məbləği əsas götürülməlidir və hələ iddia verilərkən (xx.xx.2020-ci il) Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X10 idarəsində polis nəfəri vəzifəsində dəniz səviyyəsindən 1500- 2000 metrədək yüksəklikdə işləyənlərin vəzifə maaşı 800 manat təşkil etmişdir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi müavinətin hesablanma qaydası ilə razılaşmır Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan, o cümlədən, keçmiş SSRİ dövründə «SSRİ-nin xalq təsərrüfatının bütün şöbələrinin fəhlə və işçilərinin əmək haqlarının nizamlanması və yeddi və altı saatlıq iş gününə keçirmə müddətinin bitməsi haqqında» X11 Partiyası Mərkəzi Komitəsinin, SSRİ Nazirlər Sovetinin və X2 Mərkəzi Sovetinin 1959-cu il 19 sentyabr tarixli 1120 №-li Qərarının həyata keçirilməsi» ilə əlaqədar Azərbaycan SSR KP MK, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının 1959-cu il 1 dekabr 1043 №-li Qərarının 2 №-li Əlavəsinə görə dəniz səviyyəsindən hündürlükdə çalışan işçilərə - 1500-2000 metr yüksəkliyə görə 15%, 2000-3000 metr yüksəkliyə görə 30%, bundan yuxarı 40% əmsallar müəyyən edilmişdir. Daha sonra qəbul edilmiş normativ-hüquqi akta əsasən - «Azərbaycan SSR-in yüksək dağ yerlərində yerləşən müəssisə idarə və təşkilatlarda çalışan işçilərin əmək haqlarına güzəştlərin verilməsi Qaydası» barədə Azərbaycan SSR Nazirlər Sovetinin 16 noyabr 1990-cı il tarixli 526 saylı Qərarının 4-cü bəndi ilə müəyyən edilmişdir ki, dəniz səviyyəsindən 1500-2000 metr və bundan yuxarı yüksəkliklərdə çalışan işçilərə əmsallar tətbiq olunmaqla əmək haqlarına güzəştlərin əlavə edilməsi nəzərdə tutulmuşdur. Daha sonra qəbul edilmiş normativ-hüquqi aktın - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilmişdir. Həmin qərara 1 nömrəli əlavəyə əsasən Şamaxı rayonunun Yusif Məmmədəliyev qəsəbəsi, N.Tusi adına X3 Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında göstərilmişdir. Eyni zamanda, «Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli 461 №-li Fərmanı ilə Azərbaycan Respublikasında dəniz səviyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və metrədək yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək haqqlarına dəniz səviyyəsindən 1550 metrdən 2000 metrədək yüksəklikdə yerləşdiyinə görə 1,2; dəniz səviyyəsindən 2000 metr və daha çox yüksəkliyə görə 1,3 həcmində əmsalla artımlar tətbiq edilir. Əmək Məcəlləsinin 157-ci maddısinin 3-cü bəndinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Göründüyü kimi sadalanan qanunvericiliyə əsasən yüksəkliyə görə müavinət işçiyə işlədiyi dövrə əmək haqqına əlavə olaraq hsablanıb ödənilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, yüksəkliyə görə müavinətin məbləği işçinin aldığı və ya almalı olduğu əmək haqqından hesablanır. İşin hallarından görünür ki, mərhum Q.X14 Nazirliyi Baş Mühafizə İdarəsinin X10 idarəsində polis nəfəri vəzifəsində (X1) dəniz səviyyəsindən 1500- 2000 metrədək 1980-cı ildən-1997-ci ilə kimi işləmiş, bu halda ona ödənilməli olan yüksəkliyə görə müavinət hazırkı eyni vəzifədə çalışan polis nəfərinin əmək haqqından deyil, mərhumun işlədiyi müddətdə aldığı əmək haqqından hesablanmalıdır. Nəzərə alınmalıdır ki, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, xidmət illərinə görə əlavələr və mükafatların da daxil olduğundan və bu halda əmək haqqının tərkibi hər polis nəfəri üçün fərqli məbləğdə (onların xidmət illərinə görə əlavələr və ya aldığı müakfatlar da fərqli olduğundan) müəyyən edilə bildiyindən qanunla yükəklikdə çalışan üçün müavinətin məbləği məhz polis nəfərinin işlədiyi dövrdə aldığı əmək haqqı tərkibindən hesablanmalıdır, onun xidmət etdiyi dövrdə almadığı əmək haqqı məbləğindən deyil. Bu mənada iddiaçı tərəfin hazırda qeyd etdiyi kimi 1980-1997-ci illər üzrə ödənilməli olan müavinətin mərhum Q.Zalıyevin qanunla almadığı hazırkı polis nəfəri üçün müəyyən edilən 800 manat vəzifə maaşından hesablanmasının hüquqi əsası yoxdur. Məhkəmə hazırkı halda iddiaçının müavinətin düzgün hesablanmadığı və kassasiya məhkəməsinin də müavinətin məbləğinin müəyyən edilməsi tələbinin mahiyyəti üzrə baxılmasının mümkün olması barədə göstərişindən çıxış edərək mərhum Q.Zalıyevin 1980-1997-ci ilıərdə aldığı əmək haqqı ilə bağlı sorğu vermiş və sorğuya əsasən məhkəməyə sonuncunun 1980-1997-ci illərdə 17 il ərzində aldığı əmək haqqı barədə məlumat deyil, yalnız arxivdə mövcud olan 1980-cı ilin iyul ayı üzrə, 1988-ci ilin dekabr ayı, 1989-cu ilin may ayı, 1989-cu ilin noyabr ayı, 1989-cu İlin dekabr ayı, 1990-cı ilin sentyabr ayı, 1997-ci ilin oktyabr ayı üzrə aldığı əmək haqqı barədə məlumat təqdim edilmişdir. Təqdim edilən əmək haqqı barədə arxiv sənədlərinin tam şəkildə mövcud olmadığı, eləcə də mərhumun həm keçmiiş SSR dövründə, həm də müstəqillik əldə etdikdən sonrakı Respublika dövrünə düşən dövr üzrə aldığı əmək haqqı barədə məlumat tam olmadığından məbləğin tam şəkildə hesablnması,rus rublu ilə aldığı məbləğin azərbaycan manatına olan çevrilməsini, eləcə də 1992-ci ildən sonrakı dövrdə aldığı məbləğin azərbaycan manatına olan denominasiyasını müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, nə qədər ki, mərhum Q.Zalıyevin işlədiyi 1980-1997-ci ilədək olan 17 ilin hər bir ilinin əmək haqqı barədə məlumat təqdim edilə bimir, bu halda müəyyən edilə bilinməyən əmək haqqı məbləğinə uyğun yüksəkliyə görə müavinətin hesablanması və həmin məbləğin yeni azərbaycan manatına olan denominasiyası və indeksasiyası nəticəsində yekun ödənilməli məbləğin hesablanması mümkün deyildir. Qeyd olunmalıdır ki, beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipi qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunur və həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. İşin faktiki hallarından da göründüyü kimi mərhum Q.Zalıyev 1997-ci ildə tərxis olunsa da ödənilməmiş müavinətin ödənilməsi ilə bağlı xidmət etdiyi quruma qarşı 2016-cı il tarixdə müvafiq tələblə məhkəmədə çıxış etmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda şəxsin hərəkətsizliyinə münasibətdə yuxarıda istinad edilən və mahiyyəti vurğulanan “bona fides” prinsipinin əhəmiyyəti mütləq nəzərə alınmalıdır. Ali Məhkəmənin 2-1(102)-280/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarında artıq ödənilmiş məbləğin pensiya orqanı tərəfindən şəxsdən tələb edilməsinə dair iş üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, hətta cavabdehin təqsirli davranışı belə iddiaçını xidməti vəzifəsinə görə qanunun tələblərinə uyğun davranmaq və obyektiv hüquqa uyğun qərar qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, publik hakimiyyət funksiyalarını həyata keçirən vəzifəli şəxslər qanunauyğun davranışla bağlı xidməti öhdəlik daşıyırlar. Onlar vəzifələrini yerinə yetirdikləri və səlahiyyətlərindən istifadə etdikləri hakimiyyət orqanını obyektiv hüquqa uyğun təmsil etməyə borcludurlar. İddiaçının vurulmuş ziyanın qarşısını almaq və ya onu məhdudlaşdırmaq imkanına malik olduğu belə hallarda məsuliyyətin müəyyən olunması zamanı həmin fakt nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə də bu qayda tətbiq olunmalı, iddiaçının da məsuliyyət daşıdığı qəbul edilməli və bunun üzərindən həm iddiaçı, həm də cavabdeh həmməsuliyyətin subyekti kimi qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdehin də vurduğu ziyana görə həmməsuliyyətli olduğu nəzərə alınmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehə əmək pensiyası ilə yanaşı sosial müavinətin ödənilməsində tərəflərin (həm vətəndaşın, həm də inzibati orqanın) təqsirli davranışını nəzərə almadan, yalnız etimad hüququnun qorunması (vicdanlı və dürüst davranış) prinsipinə əsaslanaraq artıq ödəməyə görə bütün təqsiri yalnız tərəflərdən birinin (inzibati orqanın) üzərinə qoymaqla ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur. Eləcə də, Ali Məhkəmənin 2-1(102)-1157/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da oxşar münasibət üzrə qeyd edilmişdir ki, işin halları nəzərə alındıqda yol verilmiş pozuntu ilə bağlı tərəflərin müştərək (birgə) məsuliyyət daşımalı olduqlarına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə haqlı olmuşdur. Həm iddiaçı, həm də cavabdehin təqsirli davranışlara yol verdikləri iş üzrə təsdiq olunur. Yuxarıda qeyd edilən Ali Məhkəmənin mövqeyini də nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, mərhum Q.Zalıyevə ödənilməli olan yüksəkliyə görə müavinət məbləğinin müstəqil qaydada hazırkı icraatda hansı əmək haqqı məbləğindən hesablanmasının müəyyən edilə bilməməsi təkcə cavabdeh orqanın müavinətin ödəmək vəzifəsini vaxtında icra etməməsi ilə bağlı deyil, həm də mərhum Q.Zalıyevin keçmiş Azərbaycan SSR dövründən etibarən 17 il ərzində, eləcə də 1997-ci ildə təxis olunarkən son haqq hesab olaraq tələb etməməsi kimi hərəkətsizlik şəklində göstərdiyi davranışına və bu davranışın onun üçün yaratdığı mənfi hüquqi nəticəyə də bağlıdır. Başqa sözlə, hazırkı iddianın təmin edilə bilinməməsində müvafiq hərəkətsizlik göstərən hər iki tərəfin həmməsuliyyət (birgə məsuliyyət) daşıdıqları nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı tərəf ödənilməli olan müavinətin tələb etdiyi hesablanmasının hüquqi və faktiki əsasını sübuta yetirməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova