Məhkəmə qərarları › İş №2-1(112)-220/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-220/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-220/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X7, İddiaçının nümayəndəsi Vəkil (videokonfrans əlqə sistemindən istifadə edilməklə), Cavabdehin nümayəndələri X5 və X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı (**********) barəsində xx.xx.2022-ci il tarixli **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi bununla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən cavabdehin **********142723 nömrəli xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə noyabr 2017- oktyabr 2020 səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2020-ci ildən davam edən növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müxtəlif qərarları ilə dayandırılmışdır. xx.xx.2022ci il tarixdə **********143024 saylı növbədənkənar səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Bu akt hesabatlara uyğun deyildir. Belə ki, yoxlamanın istinad etdiyi dövr üzrə Rusiya Federasiyasının “X19” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi eyni fəaliyyətlə məşğul olmur, alqı-satqi ilə məşğuldur. Azərbaycan Resublikasında ixraca məhsul verməmişdir. Bunu əsas götürülməsi qeyri-qanunidir. Bundan əlavə vergi orqanı qeyd edib ki, elektron qaimə-fakturaların əvəzləşdirilməsi təkrar baş vermişdir. Lakin bu hal vergi ödəyicisi tərəfindən qəbul edilmir. Pandemiyanın bu ərəfəsində bu növdə əlavə vergi hesablanması və Qərar qəbul edilmədən sanksiya tətbiq edilməsi Qanunvericiliyin tələblərinə ziddir.

3. Cavabdeh orqan xx.xx.2022-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020 tarixli **********142723 saylı qəranna əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçındə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmişləşmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilendən kisələrin) ixracı və satışı ilə məşğul olmuşdur və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama (2017, 2018, 2019) metoduna əsasən aparılmışdır. Mənfəət üzrə hesablama VM-nin 104.2 və 108-ci maddələrinə əsasən gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə müəssisənin qarşılıqlı surətdə asılı olan digər qeyri rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının "X19" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN:**********) oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən İddiaçı (VÖEN: **********) və “ТОО “КасХим" (VÖEN: **********02), "xxxx" MMC Krasnodar şəhəri, Mayskiy PR.,14/6, (Rusiya Federasiyası), X17 Müəsisəsi (iran İslam Respublikası), "X18" S.R.O, "X21" MMC və "xxxx" Ltd (Vircin Adaları) ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir. Rusiya Federasiyasının "X19" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə İddiaçınə vergilər yenidən hesablanmışdır. Vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannaməyə əsasən 2017-ci il üzrə ümumi gəliri 26 409 009,67 manat, xərcləri 25 874 387,24 manat olmaqla mənfəət vergisi 106 924,49 manat, 2018-ci il üzrə ümumi gəlir 31175979,40 manat, xərclər 33616087,88 manat olmaqla 2440108,48 manat zərər və 2019- cu il üzrə ümumi gəlir 50694691,17 manat, xərclər 52962639,29 manat olmaqla 2267948,12 manat zərər göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-ci il üzrə ümumi gəlirləri 35027967,58 manat, həmin gəlirdən hesablanan mənfəət vergisi 1830716,07 manat, 2018-ci il ümumi gəlirləri 40990476,15 manat, həmin gəlirdən mənfəət vergisi 1474877,65 manat və 2019-cu il üzrə ümumi gəlirlər 64335317,66 manat və həmin gəlirlərdən hesablanan mənfəət vergisi 2274535,67 manat müəyyən edilmişdir. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 5473204,9 manat mənfəət vergisi hesablanmışdır. ƏDV üzrə: Yoxlama ilə təqdim olunmuş bəyannamənin düzgünlüyü yoxlanarkən aşağıdakı kənarlaşmalar müəyyən olundu. 2019-cu ilin aprel ayında əvəzləşdirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HW seriyalı 763216 nömrəli elektron qaimə-faktura 2019-cu ilin fevral ayında əvəzləşdirildiyindən və xx.xx.2019-cu il tarixli **********2735 nömrəli YGB aprel ayında əvəzləşdirildiyindən əlavə olaraq 2355.72 manat maliyyə sanksiyası hesablanmışdır. 2020-ci ilin sentyabr ayında əvəzləşdirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HP seriyalı 366949 nömrəli elektron qaimə-faktura 2020-ci il iyul ayında əvəzləşdirildiyindən 15742,16 manat əlavə vergi və VM-nin 58.1-ci maddəsinə əsasən 7872,88 manat maliyyə sanksiyası hesablanmışdır. 2020-ci il oktyabr ayı əvəzləşdirilən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBAÖ seriyalı 276313 nömrəli elektron qaimə- faktura 2020-ci il iyul ayında əvəzləşdirildiyindən 994.14 manat əlavə vergi və VMnin 58.1 maddəsinə əsasən 497.07 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa müəssisə ƏDV-nə sıfır (0) faiz dərəcə ilə cəlb olunan əməliyyatların 2017-ci ildə 3157896,08 manat, 2018-ci il üzrə 9814496,75 manat, 2019-cu il üzrə 13640626,49 manat və 2020-ci il üzrə 16085185,52 manat az göstərdiyi müəyyən olunmuşdur.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir.

7. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1).

8. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********142723 nömrəli qərardan görünür ki, İddiaçı X8 üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə noyabr 2017-oktyabr 2020 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi qərara alınmışdır.

9. KY201545410 nömrəli xx.xx.2020-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə məlumat xx.xx.2020-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi göstərilmişdir.

10. xx.xx.2022-ci il tarixli, **********143024 nöməli səyyar vergi yoxlaması aktından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020 tarixli **********142723 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X13 tərəfindən İddiaçı (VÖEN **********) üzrə siyahısı verilən tədiyyə və dövrlərdə Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Akta əsasən: -1.1. Yoxlama xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. -1.8. Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq sair plastik məmulatlarin istehsali ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi mallar idxal etmiş və idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilendən kisələrin) ixracı və satışı ilə məşğul olmuşdur. Yoxlama müddətində ödəyici "Kasxim" X4 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (VÖEN **********), Vircin adalarında təsis edilmiş "Polymer Trade LTD" şirkətinin və Gürcüstan Respublikasında təsis edilmiş X22 şirkətlərinin mallarını öz adından idxal və ixrac etmişdir. -1.9.2. Vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. - 1.9.3. Vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmişdir. - 1.9.4. xx.xx.2021-ci il tarixli **********147279, xx.xx.2021-ci il tarixli **********147714 nömrəli nömrəli Ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparıldı. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********147714 nömrəli Ekspertizanın təyin edilməsi haqqında Qərarına əsasən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların maya dəyərinin müəyyən edilməsi məqsədilə “X20” MMC-nin əməkdaşı Emin İlyas ekspert kimi dəvət olunmuşdur. Ekspert yoxlamaya xx.xx.2021-ci il tarixli rəyin təqdim edilməsinin mümkün olmaması barədə məktub təqdim etmişdir. -1.11. Yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotu Hesablama metoduna əsasən aparılmışdır. - 2.1. Mənfəət Vergisi- Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi İdxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilendən kisələrin) ixracı və satışı ilə məşğul olmuşdur və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama (2017, 2018, 2019) metoduna əsasən aparılmışdır. Mənfəət üzrə hesablama VM-nin 104.2 və 108-ci maddələrinə əsasən gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə müəssisənin qarşılıqlı surətdə asılı olan digər qeyri rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının "X19" MMC-nin Azərbaycan Respublikasindaki Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır... Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən İddiaçı (VÖEN: **********) və “ТОО «КасХим” (VÖEN: **********02), "xxxx" MMC Krasnodar şəhəri, Mayskiy PR., 14/6, (Rusiya Federasiyası), X17 Müəsisəsi (iran İslam Respublikası), "X18" S.R.O, "X21" MMC və "xxxx" Ltd (Vircin Adaları) ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir... Rusiya Federasiyasının "X19" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə İddiaçınə vergilər yenidən hesablanmışdır. Vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannaməyə əsasən 2017-ci il üzrə ümumi gəliri 26 409 009,67 manat, xərcləri 25 874 387,24 manat olmaqla mənfəət vergisi 106 924,49 manat, 2018-ci il üzrə ümumi gəlir 31175979,40 manat, xərclər 33616087,88 manat olmaqla 2440108,48 manat zərər və 2019-cu il üzrə ümumi gəlir 50694691,17 manat, xərclər 52962639,29 manat olmaqla 2267948,12 manat zərər göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2017-ci il üzrə ümumi gəlirləri 35027967,58 manat, həmin gəlirdən hesablanan mənfəət vergisi 1830716,07 manat, 2018-ci il ümumi gəlirləri 40990476,15 manat, həmin gəlirdən mənfəət vergisi 1474877,65 manat və 2019-cu il üzrə ümumi gəlirlər 64335317,66 manat və həmin gəlirlərdən hesablanan mənfəət vergisi 2274535,67 manat müəyyən edildi. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 5473204,9 manat mənfəət vergisi hesablandı. Vergi Məcəlləsinin 58,1-ci maddəsinə əsasən əlavə hesablanmış 5473204,9 manat mənfəət vergisi məbləğinin 50% miqdarında, yəni 2736602,46 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. ƏDV Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə əlavə dəyər vergisinin tədiyyəçisi olmuşdur. xx.xx.2004-cü il tarixli **********50 nömrəli qeydiyyat bildirişi ilə Vergi Məcəlləsinin 156-cı maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Vergi ödəyicisinin ƏDV qeydiyyatı xx.xx.2001-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən vergi orqanına əlavə dəyər vergisinin bəyannamələri aylıq təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi (işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) Azərbaycan Respublikas ərazisində baş vermiş, ixrac əməliyyatları olmuşdur. Vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi bəyannaməsi vergi orqanına vaxtında təqdim olunmuşdur. Təqdim olunmuş bəyannamənin düzgünlüyü yoxlanarkən aşağıdakı kənarlaşmalar müəyyən olundu. 2019-cu ilin aprel ayında əvəzləşdirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HW seriyalı 763216 nömrəli elektron qaimə-faktura 2019-cu ilin fevral ayında əvəzləşdirildiyindən və xx.xx.2019-cu il tarixli **********2735 nömrəli YGB aprel ayında əvəzləşdirildiyindən əlavə olaraq 2355.72 manat maliyyə sanksiyası hesablanmışdır. 2020-ci ilin sentyabr ayında əvəzləşdirilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş HP seriyalı 366949 nömrəli elektron qaiməfaktura 2020-ci il iyul ayında əvəzləşdirildiyindən 15742,16 manat əlavə vergi və VM-nin 58.1-ci maddəsinə əsasən 7872,88 manat maliyyə sanksiyası hesablanmışdır. 2020-ci il oktyabr ayı əvəzləşdirilən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş EBAQ seriyalı 276313 nömrəli elektron qaimə-faktura 2020-ci il iyul ayında əvəzləşdirildiyindən 994.14 manat əlavə vergi və VM-nin 58.1 maddəsinə əsasən 497.07 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa müəssisə ƏDVnə sıfır (0) faiz dərəcə ilə cəlb olunan əməliyyatların 2017-ci ildə 3157896,08 manat, 2018ci il üzrə 9814496,75 manat, 2019-cu il üzrə 13640626,49 manat və 2020-ci üzrə 16085185,52 manat az göstərdiyi müəyyən olunmuşdur.

11. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli qərarından görünür ki, cavabdeh Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini rəhbər tutaraq, iddiaçının cəmi, büdcəyə çatası vergilərin və icbari ödənişlərin 5.494.024,29 manat azaldılmasını və 6316,08 manat artıq hesablanması müəyyən edərək, iddiaçıya 5.488.924,65 manat məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə, əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabında göstərilməli məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 2.747.012,16 manat, maliyyə sanksiyası tətbiq etmişdir.

12. 2219020419380500 nömrəli tələbnamədən görünür ki, cavabdeh iddiaçıdan 5.487.708,21 manat əlavə hesablanmış vergi və 2.747.012,16 manat maliyyə sanksiyası olmaqla, cəmi 8.234.720,37 manat məbləğin 5 gün müddətində büdcəyə ödənilməsini tələb etmişdir.

13. İddiaçı hazırda cavabdehin onun barəsində qəbul etdiyi «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli qərarını mübahisələndirərək, onun ləğv edilməsini xahiş edir.

14. Məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçıya əlavə mənfəət vergisinin hesablanmasının əsasını qarşılıqlı asılı şəxslə apardığı əməliyyata bazar qiymətinin tətbiq edilməsi olmuşdur.

15. Mübahisəli aktın qəbul edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Maddə 14. Bazar qiyməti - 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. - 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. -14.3. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə. - 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. - 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. - 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. 14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır: 14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi); 14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; 14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması); 14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; 14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; 14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi; 14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. - 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. 14.6.5.1. alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda; 14.6.5.2. malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda. 14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Maddə 18. Qarşılıqlı surətdə asılı olan şəxslər - 18.1. Vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. 18.2. Bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır: 18.2.1. bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə; 18.2.2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir; 18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər; 18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər; 18.2.5. bu Məcəllənin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri. 18.3. Bu maddənin məqsədləri üçün bir şəxs digər şəxsə o halda nəzarət etmiş hesab olunur ki, həmin şəxs digər şəxsin fəaliyyətini məhdudlaşdırmaq və ya istiqamətləndirmək imkanına malikdir.

16. İstinad olunan normalardan görünür ki, bazar qiymətinin tətbiq edilmə ardıcıllığı aşağıdakı kimidir:

1. Vergi Məcəlləsinin 14.4-cü maddəsinə əsasən malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər əsas götürülür.

2. Bu müddəanı tətbiq etmək mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini VM-nin 14.6-cı maddəsinin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır.

3. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edilir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə).

17. Səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçıya əlavə vergi hesablanarkən Rusiya Federasiyasının "X19" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülmüşdür.

18. VM-in yuxarıda qeyd edilən 14.4-cü maddəsinə əsasən o malın qiyməti bazar qiyməti kimi götürülür ki:

1. mal satılan anadək, lakin malın təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) təşəkkül tapan qiymət olsun;

2. eyni (analoji) mal üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan olsun.

19. Deməli, cavabdeh də "X19" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ixrac qiymətlərini əsas götürərkən iddiaçının ixracından 30 gün keçənədək (əvvəl və ya sonra) aparılan əməliyyat üzrə eyni malları müəyyən etməli və həmin malların dəyərini bazar dəyəri kimi görülməli idi.

20. Lakin işdə olan Bakı Baş Gömrük İdarəsinin məktubundan görünür ki, "X19" MMC tərəfindən mübahisəli dövr ərzində ixrac əməliyyatları aparılmamışdır.

21. "X19" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi xx.xx.2022-ci il tarixli 03/22 saylı arayışında da göstərmişdir ki, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci maliyyə illərində nümayəndəlik idxal-ixrac əməliyyatları ilə məşğul olmamış, gömrük sistemində idxal və ixrac əməliyyatları barədə göstəricilər yoxdur. Özünə məxsus ticari markası adı altında sifariş əsasında "xxxx" MMM-də hazırlanmış müxtəlif təyinatlı məhsulların Azərbaycan Respublikası ərazisində alqı-satqısı ilə məşğul olmuşdur. Həmçinin xaricdə (Azərbaycan Respublikası ərazisindən kənar) xüsusi təyinatlı məhsulun alqı-satqısı ilə məşğul olmuşdur.

22. Bundan əlavə, işdə olan xx.xx.2021-ci il tarixli **********40171 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, "X19" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 2017-2020-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və müəyyən edilmişdir ki, Polymer-Trade LTD (qeyri-rezident müəssisə) RAM BNT LTD (VÖEN **********) şirkətinə polipropilendən kisələrin istehsalı üçün xam mal göndərmiş və onun əvəzində hazır mal almışdır. Malların alışı yalnız sənəd üzərində həyata keçirilmiş və faktiki olaraq Azərbaycan Respublikasından kənara çıxmamışdır. Həmin mallar Polymer-Trade LTD tərəfindən qiyməti şişirdilərək Rusiya Federasiyasının "X19" MMC nümayəndəliyinə (**********) invoysla təqdim edilmiş və nümayəndəlik öz növbəsində həmin hazır malları digər xarici ölkələrə RAM BNT LTD şirkətinin adından ixrac etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, Polymer-Trade LTD (qeyri-rezident müəssisə), RAM BNT LTD və Rusiya Federasiyasının "X19" MMC nümayəndəli qarşılıqlı surətdə əlaqəli şəxslərdir.

23. Göründüyü kimi, cavabdeh özü də "X19" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 2017-2020-ci illərdə hər hansı ixrac əməliyyatı aparmadığını qəbul etmiş, ixracın hazırkı iddiaçı vasitəsilə həyat keçirildiyini göstərmişdir.

24. Belə olan halda, cavabdeh iddiaçı "X19" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin olmayan ixrac qiymətlərini tətbiq etmişdir.

25. O da qeyd edilməlidir ki, iş materiallarından görünür ki, iddiaçının 2020-ci ildə ixrac etdiyi məhsullar fərqli olmaqla, ayrı-ayrı xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodlaşdırılmışdır.

26. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bazar qiyməti tətbiq edilən məhsullarla iddiaçının ixrac etdiyi məhsulların fərqli olduğunu bildirmiş, məsələnin araşdırılması məqsədilə məhkəmə tərəfindən cavabdehdən iddiaçının ixrac etdiyi məhsullara münasibətdə qarşı qoyulmuş, yəni bazar qiyməti əsas götürülən məhsulların siyahısı (adı, XİF MN koları və sair) tələb olunsa da, cavabdeh təqdim etdiyi siyahıda malların kodlarını qeyd etməmiş, nəticədə cavabdehin iddiaçı tərəfindən ixrac edilən məhsullara eyni (analoji) mal (iş, xidmət) üçün təşəkkül tapan qiymətləri tətbiq etməsini müəyyən etmək mümkün olmamışdır.

27. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin 9/8829 saylı ekspert rəyindən görünür ki, eksper tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli **********154501 nömrəli qərarın qəbul edilməsi üçün əsas olmuş vergi orqanının tərtib etdiyi aktdakı hesablamaların vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığı müəyyən olunur. Yəni iş materiallarında olan sənədlərə əsasən “X12 və Ticarət LTD’’ X6 (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və bu qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli, **********143024 №-li Səyyar vergi yoxlaması Aktı ilə İddiaçınə hesablanmış vergilərin, maliyyə sanksiyasının düzgünlüyü müəyyən edilmir.

28. Vergi Məcəlləsinin VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

29. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

30. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.

31. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda cavabdeh orqan maddi və prosesual normalarının tələblərinə əməl etməmiş, bununla da iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.

32. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı mübahisəli qərarın əlavə dəyər vergisi və ona tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilməsini xahiş etmişdir). Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar vergi qanunvericiliyinə uyğun olmadığından və iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutları təqdim etmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

34. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154501 nömrəli qərarı ləğv edilsin. İş üzrə 150 (bir yüz əlli) manat məhkəmə ekspertizası xərci cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə (X9, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar