Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2200/2020 29.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxslər X16, X6, X2, X4, X12, X13 və X19) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehin hərəkət (hərəkətsizliyinə) son qoyulması, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 12 saylı evdən ona aid olmayan sakinlərin X14, X5, X1, X3, X10, X11 və X17 qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(82)-4510/2019 saylı, 19 dekabr 2019cu il tarixli qərardadına əsasən X23, X9, X7, X8, X20, X21 və X24 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1975-ci il tarixdən ünvan 1 ünvanında yaşayır. Həmin evi o, öz vəsaiti hesabına tikmişdir. Lakin evinə sənədi olmadığı üçün qeydiyyata düşməmişdir. Sonradan evini özəlləşdirmiş, evinə o və ailə üzvləri qeydiyyata düşmüşlər. xx.xx.2019-cu il tarixdə Xətai Rayon Polis İdarəsinə evi ilə bağlı müraciət edərkən təsadüfən evində ona məlum olmayan və tanımadığı şəxslərin qeydiyyatda olması məlum olmuşdur. Uzun müddət onun mülkiyyətində olan evində kimlərinsə qeydiyyatda olması onda təəccüb yaratmış və yazılı qaydada polis idarəsindən həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etsə də, xahişi təmin edilməmişdir. Ona Bakı şəhər Xətai Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, ***-*******-3219 nömrəli məktubu ilə imtina edilmişdir. X23, X9, X7, X8, X20, X21, X24 onun evində formal olaraq qeydiyyatda düşməsi və qalması onun evi üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirməkdə çətinlik yaratmış olur. Bu müddət ərzində cavabdehlərin pasport qeydiyyatında formal olaraq düşməsi ona hazırki dövrdə məlum olmuş və bu da onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 28 iyun tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına 17 aprel 1991-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan AZE seriyalı, 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması dövründə xx.xx.1986-cı il təvəllüdlü X14, xx.xx.1985-ci il təvəllüdlü X5, xx.xx.1962-ci il təvəllüdlü X1, xx.xx.1961-ci il təvəllüdlü X3, xx.xx.1964-cü il təvəllüdlü X10, xx.xx.1964-cü il təvəllüdlü X17 və X11 ünvan 1 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 101-7966-1220 saylı məktubla göstərilmişdir ki, məktubda adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas verən sənədlər DİNin normativ hüquqi aktına əsasən yandırılma yolu ilə məhv edildiyindən, göndərilməsi imkan xaricindədir. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 10-42029Ə-3219 saylı imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxslərin ünvan 1 ünvanında qeydiyyatdan çıxarılamaları barədə ərizəsinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunaraq, qanunda göstərilən sənədlərdən hər hansı birini təqdim etdiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsinin müsbət həll oluna biləcəyi göstərilmişdir. Məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində sorğular bölməsində şəxsiyyət vəsiqəsi məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü X23, xx.xx.1985-ci il təvəllüdlü X9, xx.xx.1962-ci il təvəllüdlü X7, xx.xx.1961-ci il təvəllüdlü X8, xx.xx.1964-cü il təvəllüdlü X20, xx.xx.1964-cü il təvəllüdlü X24 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşin hallarından görünür ki, iddiaçı üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatlarının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, xx.xx.1986-cı il təvəllüdlü X23, xx.xx.1985-ci il təvəllüdlü X9, xx.xx.1962-ci il təvəllüdlü X7, xx.xx.1961-ci il təvəllüdlü X8, xx.xx.1964-cü il təvəllüdlü X20, xx.xx.1964-cü il təvəllüdlü X24 və X21 iddiaçıya məxsus ünvan 1 ünvanında bu günədək ümumiyyətlə yaşamadıqları halda, həmin ünvana qeydiyyata alınmışlar. Onların iddiaçının razılığı və məlumatı olmadan həmin ünvana hansı əsasla qeydiyyata alınmaları məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Belə olan halda üçüncü şəxslərinhəmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona məxsus Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən 12 saylı evdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X23, xx.xx.1985-ci il təvəllüdlü X9, xx.xx.1962-ci il təvəllüdlü X7, xx.xx.1961-ci il təvəllüdlü X8, xx.xx.1964-cü il təvəllüdlü X20, xx.xx.1964-cü il təvəllüdlü X24 və X11 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən 12 saylı evdən qeydiyyatdan çıxarılmaları vəzifəsiBakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2200/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2200/2020
29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver