Məhkəmə qərarları › İş №2-1(112)-2200/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2200/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2200/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X18 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlarına qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyun 2024-cü il tarixli, 025gm nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 2012-ci il tarixdən 2020-ci il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Sərhəd Qoşunlarında Gizir rütbəsində xidmət etmiş, müddət başa çatdıqdan sonra 2021-ci il tarixdən N nömrəli hərbi hissəyə Müdafiə Nazirliyinin Dəniz Qoşunlarının tərkibində xidmət etmiş, 2022-ci ildə könüllü olaraq öz istəyi ilə Xocəvəndə N nömrəli hərbi hissəyə göndərilmiş, antiterror əməliyyatında iştirak etmişdir. Qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin əmri ilə Məzzəmmət nəticəsində cəza almış, lakin cəza tədbirinə baxmayaraq anlaşılmazlıq olan bir iş nəticəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Quru Qoşunlar komandanının xx.xx.2024-cü il tarixli 025 gm nömrəli əmri il ehtiyata buraxılmışdır. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, gizir İddiaçı N nömrəli hərbi hissənin 3-cü tabor 7-ci bölük 3-cü taqım komandirinin müavini vəzifəsində xidmət edərkən 24 dekabr 2023-cü il tarixdə həftənin bazar günü N nömrəli hərbi hissənin 3-cü tabor 7-ci bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər X8, əsgər X12, kiçik çavuş Atakişiyev Sərxan, baş çavuş Dadaşov Ramin və çavuş Hümbətov Zaur birlikdə kiçik çavuş Atakişiyev Sərxana məxsus olan minik avtomobili ilə Füzuli rayonuna getmiş, orada restoranda yemək yeyərkən əsgər Ü.M.Mürsəlov və əsgər S.S.Paşazadə alkoqollu içki qəbul etmişlər. Həmin gün saat 20:00 radələrində onlar eyni avtomobil ilə N nömrəli hərbi hissəyə qayıdarkən Füzuli rayon Alxanlı kəndi ərazisindən keçən yolda hərəkətdə olarkən avtomobilin arxa oturacağında əyləşmiş əsgər Ü.M.Mürsəlov yanında əyləşmiş vəziyyətdə yatan əsgər S.S.Paşazadəni yuxudan oyatmaq məqsədilə əli ilə toxunduğu üçün aralarında yaranan mübahisə zəminində əsgər S.S.Paşazadə onun sifət nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Həmin faktla əlaqədar 7-ci bölük komandiri vəzifəsini icra edən leytenant İbrahim Cəfərovun xx.xx.2023-cü il tarixli 15078 nömrəli raportu əsasında xidməti araşdırma təyin edildikdən sonra həmin gün əsgər yataqxanasında gizir İddiaçı əsgər S.S.Paşazadəyə yaxınlaşaraq barəsində təyin olunmuş araşdırma materialını həll edəcəyini vəd etmiş və əsgər Ü.M.Mürsəlovu da yanlarına çağıraraq bunun müqabilində onlardan 1500 manat məbləğində pul istəmişdir. Bundan sonra gizir İddiaçı onlardan kənara çəkilərək mobil telefon vasitəsilə əvvəllər birlikdə Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsində xidmət etdiyi MAHXHQ baş çavuş Asif İbrahimova zəng edərək baş vermiş hadisəni ona danışdıqdan sonra onun bank hesabı olan plastik kart nömrəsini şifahi olaraq əsgər S.S.Paşazadəyə söyləmiş və əsgər S.S.Paşazadə özünə məxsus olan “4169-7414-5137- 8853" nömrəli “Kapitan Bank" plastik kartından ona deyilən hesaba 1500 manat məbləğində pul göndərdikdən sonra gizir İddiaçı onlara barələrində təyin olunmuş araşdırma materialının həll olunacağını vəd etmişdir. xx.xx.2023-cü il tarixdə baş çavuş A.İbrahimov gizir İddiaçı zəng edərək aldığı puldan 700 manat məbləğində pulu ona məxsus olan “Kapital Bank”ın plastik kart hesabına köçürmüşdür. Daha sonra 28-29 dekabr 2023-cü il tarixlərdə gizir İddiaçı yenidən barələrində olan araşdırma materialının ciddi məsələ olduğunu bildirərək əsgər S.S.Paşazadəyə əlavə olaraq 500 manat məbləğində pul verilməli olduğunu bildirmiş, 2024-cü ilin yanvar ayının sonlarında “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərdiyi “Beynəlxalq Bank”a məxsus plastik kartın şəklindəki hesaba əsgər Ü.M.Mürsəlov “Million" terminalı vasitəsilə əlavə 300 manat məbləğində pul göndərmişdir. Müdafiə nazirinin müavini - X11 20 may 2024-cü il tarixli 293 nömrəli əmri ilə gizir İddiaçı “Xidmət vaxtı başa çatmamış" ehtiyata buraxılma intizam cəzası elan olunmuş, xx.xx.2024-cü il tarixli 025 gm nömrəli əmr ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu maddəsi və Silahlı Qüvvələrin İntizam Nizamnməsinin 61-ci maddəsinə əsasən ehtiyata buraxılmşdır. O N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 207 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq SHXÇDX-ın Masallı rayon şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, İddiaçı 7-ci bölükdə xidmət etdiyi müddət ərzində nizam-intizamsız hərbi qulluqçu kimi xarakterizə olunmuş, həmçinin işə əlavə edilmiş xidməti vərəqədən görünür ki, o dəfələrlə intizam qaydasına cəzalandırılmışdır. İş materiallardan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək barədə heç bir şikayət daxil olmamışdır. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq saydalarına zidd hərəkətlərə görə ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X2 müəyyən edilmiş qaydada ntızam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 6-cı bəndinə əsasən hər bir hərbi qulluqçu xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv, hər hansı kənar təsirlərdən uzaq və özünə qarşı tələbkar olmalıdır. Digər şəxslər tərəfindən onun xidməti vəzifələrinin icrasına qanunsuz müdaxilə cəhdlərinin qarşısının alınmasında qətiyyət nümayiş etdirməli, bunun müqabilində ona maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbələrdən verilərsə, bu barədə komanda üzrə məruzə etməli və onları akt üzrə yuxarı komandanlığa təhvil verməlidir Həmin Qaydalarının 10.1-ci yarımbəndinə əsasən davranış qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi və ya şərəf məhkəməsində dinlənilməsi üçün əsas ola bilər. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə’nin 160-cı maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən; Silahlı Qüvvələrin İntizam Nizamanməsinin 61 və 66-cı maddələrinə əsasən Silahlı qüvvələr növlərinin komandanları və müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinləri onların tabeliklərində olan gizirlər barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər. Füzuli Hərbi Prokuroruluğunun xx.xx.2024-cü il tarixli 3-3-150/2-21-456/24 nömrəli məktubundan görünür ki, gizir İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.3-cü maddələrinə əsasən cinayət işinin başlanması xx.xx.2024-cü il tarixdə AR CPM-in 40.3-cü maddəsinə (bəraətverici əsaslar olmadan) əsasən rədd edilmişdir. İşdə olan sənədlərdən müəyyən edilir ki, İddiaçı “xx.xx.2024-cü il tarixli, 025 gmnömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması" barədə arzuladığı inzibati aktın qəbul edilməsinin zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2200/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdehin 20 may 2024-cü il tarixli, 293 nömrəli və 05 iyul 2024-cü il tarixli 025gm nömrəli əmrlərinin iddiaçıya aid olan hissədə ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə qeyd edir ki, iddiaçı əmrin mübahisələndirilməsi ilə bağlı iddia ərizəsini xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərmişmişdir. Göründüyü kimi iddiaçı prosessual müddətə riayət etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: N nömrəli hərbi hissənin gizirlərin şərəf məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən N nömrəli hərbi hissənin 3-cü tabor 7-ci bölük 3-cü taqım komandirinin müavini gizir İddiaçı xidməti vəzifələrinin öhdəsindən gəlməkdə çətinlik çəkən, nizamintizamı aşağı səviyyədə olan, tutduğu vəzifənin məsuliyyətini dərk etməyən, xidmət zamanı rüşvətə vasitəçilik edən bir hərbi qulluqçu olmasını nəzərə alaraq "İctimai məzəmmət” verilməklə cəzalandırılmışdır. N nömrəli hərbi hissə tərəfindən tərtib olunmuş xasiyyətnamədən görünür ki, gizir İddiaçı N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborun motoatıcı bölüyünün 3-cü motoatıcı taqım komandirinin müavini vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünün şəxsi intizamsızlığı ilə komandir heyətinin diqqətini öz üzərinə çəkmiş, özünü bacarıqsız, təcrübəsiz, savadsız bir gizir kimi göstərmişdir. Belə ki, o üzərinə düşən vəzifə borcunun məsuliyyətini dərk etməmişdir. Xidməti vəzifələrinin yerinə yetirilməsinə laqeyd yanaşmış, öz vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkmiş, nizam-intizamı aşağı səviyyədə olmuşdur. Hərbi geyim qaydasını düzgün daşımamışdır. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları icra etmək üçün səy göstərməmişdir. Taqımın hazırlığına, tərbiyəsinə, hərbi nizamına və mənəvi vəziyyətinə, eləcədə taqımda daxili qayda-qanuna riayət edilməsinə, əmlakının vəziyyətinə, onların qorunub saxlanılmasına nəzarət etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrini, habelə xidməti fəaliyyəti ilə bağlı digər sənədlərin müddəalarını bilmədiyi üçün, gündəlik iş prinsipi onun tələblərinə uyğun həcmdə qurmağda çətinlik çəkmişdir. N nömrəli hərbi hissədə aşkar olunmuş qanun pozuntuları və təqsirkar şəxslərin cəzalandırılması haqqında xx.xx.2024-cü il tarixli, 293 nömrəli əmri ilə birlik, birləşmə və hərbi hissə komandirləri tabelikdə olan hərbi hissələrdə və bölmələrdə möhkəm daxili intizamın yaradılması təmin edilsin, hərbi qulluqçular tərəfindən korrupsiya və dələduzluq hallarına yol verilməsinin qarşısının alınması üçün qəti tədbirlərin görülməsi; xidmət etdiyi hərbi hissənin şərəfinə və döyüş şöhrətinə, öz hərbi rütbəsinin şərəfinə xələl gətirən qanunsuz hərəkətlərə yol verdiyinə görə N nömrəli hərbi hissənin 3-cü tabor 7-ci bölük 3cü taqım komandirinin müavini gizir İddiaçı “Xidmət vaxtı başa çatmamış” ehtiyata buraxılması; N nömrəli hərbi hissənin komandiri əmrin təsviri hissəsində göstərilən qanun pozuntuları bütün hərbi hissələrdə şəxsi heyətin ümumi yığıncağında müzakirə edilsin, gizir İddiaçı ehtiyata buraxılma səbəbləri barədə SHXÇDX-nın aidiyyəti idarəsinə (şöbəsinə), ailəsinə və digər müvafiq orqanlara rəsmi məktublar göndərilsin, gələcəkdə belə halların qarşısının alınması məqsədilə əməli tədbirlər görülməsi əmr edilmişdir. Müdafiə Nazirinin müavini X13 xx.xx.2024-cü il tarixli, 025 gm nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) və Azərbaycan Respublikası Silahlı X3 61-ci maddəsinin “ə” bəndinə (xidmət vaxtı başa çatmamış ehtiyata buraxma) müvafiq olaraq N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandırinin müavini gizir İddiaçı ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində N nömrəli hərbi hissədə xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşı Komandanının xx.xx.2010-ci il tarixli 150 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Hərbi vəzifəli İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində N nömrəli hərbi hissədə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək nömrəli hərbi hissədə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin X1 xx.xx.2024-cü il tarixli 025 gm nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prokurorluğu Füzuli Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-3-150/2-21-940/25 nömrəli sorğuya cavab məktubundan görünür ki, Füzuli hərbi prokuronun xx.xx.2024-cü il tarixli qərarı (iddiaçıya aid olan hissədə) ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir İddiaçı həmin hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərləri X9 və X10 əmlakını N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X14 ilə qabaqcadan əlbir olaraq aldatma yolu ilə ələ keçirərək dələduzluq etmələri faktı üzrə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1ci və 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanılması CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Qərarda qeyd olunmuşdur ki, “İddiaçı və A.İbrahimov tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında olan 450 manat pul xx.xx.2024cü il tarixdə dövət nəfinə ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Füzuli Hərbi prokurorluğuna müraciət edərək zərərçəkmiş şəxslərdən aldığı bütün pulu tam şəkildə qaytardığını və barəsində bəraətverici əsaslar olmadan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X6”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X4 əsasən:

43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.

44. Hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə komandirlərin (rəislərin) qərarları ilə hərbi qulluqçuların nalayiq hərəkətləri: əsgərlərin və matrosların nalayiq hərəkətləri bölüklərin, batareyaların, taborların, divizionların, gəmilərin və bunlara müvafiq bölmələrin şəxsi heyətlərinin yığıncaqlarında; çavuşların nalayiq hərəkətləri taborların, divizionların, gəmilərin və bunlara müvafiq bölmələrin çavuşlarının yığıncaqlarında; gizirlərin və miçmanların nalayiq hərəkətləri alayların, gəmilərin gizirləri və miçmanlarının yığıncaqlarında, əlahiddə hissələrdə və bunlara müvafiq hissələrdə isə gizirlərin və miçmanların, yaxud gizirlər, miçmanlar və zabitlərin yığıncaqlarında; zabitlərin nalayiq hərəkətləri alayların (briqadaların), gəmilərin, əlahiddə hissələrin və bunlara müvafiq hissələrin zabitlərinin yığıncaqlarında müzakirə edilə bilər. Bundan əlavə, zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə zabitlər, gizirlər, miçmanlar və müddətindən artıq xidmət hərbi qulluqçularının şərəf məhkəmələrində baxıla bilər. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinin şərəf məhkəmələrində baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, müəssisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edilir. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinə görə eyni zamanda həm şərəf məhkəməsində baxılmağa verilmək, həm də intizam cəzası vermək qadağandır.

61. Gizirlərə və miçmanlara verilən intizam cəzaları: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə əsasən:

3. Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Hərbi qulluqçuların məsuliyyətləri.

7. Bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və onlar: hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə — ictimai təsir tədbirlərinə; hərbi intizamı pozduqlarına görə — Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə; ... cəlb oluna bilərlər. Məhkəmə normativ hüquqi aktların tələblərini şərh etməzdən əvvəl qeyd edir ki, işdə xüsusi hüquqi statusa malik olan hərbi qulluqçunun xidmətdən ehtiyata buraxılması məsələsi araşdırılır. Hərbi xidmətin spesifik xüsusiyyətləri və hərbi qulluqçulara tətbiq olunan xüsusi tələblər nəzərə alınaraq, onların xidməti davranışları qanunçuluq, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlərə və yüksək peşəkarlıq prinsiplərinə uyğun olmalıdır. Hərbi qulluqçuların etik davranış normaları hərbi intizamın əsasını təşkil edir və onların peşə fəaliyyəti ilə yanaşı, gündəlik həyatda nümayiş etdirdiyi hərəkətləri də əhatə edir. İş materiallarından görünür ki, iddiaçının xidmətdən ehtiyata buraxılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.10-cu maddəsinə (hərbi qulluqçularla bağlaşmanın ləğvi) və Azərbaycan Respublikası Silahlı X3 61-ci maddəsinin “ə” bəndinə (xidmət müddəti başa çatmamış ehtiyata buraxma) əsasən həyata keçirilib. Məhkəmə araşdırmasına təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunmuşdur ki, 24 dekabr 2023-cü il tarixdə saat 20:00 radələrində N nömrəli hərbi hissənin 3-cü taborun 7-ci bölüyünün 3-cü taqımının 1-ci manqa komandiri MAHHXHQ əsgər X8 və həmin bölüyün 1-ci taqım 2-ci manqasının qumbaraatanı MAHHXHQ əsgər X5 rayonunda yerləşən yeməkxanada şam yeməyi zamanı birlikdə spirtli içki qəbul etdikdən sonra əsgər S.S Paşazadə aralarında yaranmış münaqişə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq əsgər Ü.M.Mürsəlovun sifət nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Həmin faktla əlaqədar xx.xx.2023-cü il tarixdə hərbi hissədə xidməti araşdırma təyin edildikdən sonra gizir İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel 2020-cı ıl tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 6-cı bəndində müəyyən edilmiş davranış qaydalarına zidd olaraq əsgər S.S.Paşazadə və əsgər Ü M.Mursəlova guya N nömrəli hərbi hissədə birlikdə xidmət etdiyi MAHHXHQ baş çavuş Asif İbrahimov vasitəsi ilə barələrində cinayət işi başlanılmamasına köməklik göstərmək imkanına malik olduğunu bildirərək bunun müqabilində onlardan 1500 (bir min beş yüz) manat istəmişdir. Həmin gün gizir L E.Zalıyev tanışı MAHHXHQ baş çavuş Asif İbrahimova bu barədə telefonla danışdıqdan sonra onun tələbi ilə əsgər S.S.Paşazadə özünə məxsus olan telefon nömrəli “Kapitan Bank” kart hesabından MAHHXHQ baş çavuş Asif İbrahimovun hesabına 1500 (bır min beş yüz) manat göndərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində cinayət işinin başlanılmasından imtina edilsə də, o, Füzuli Hərbi Prokurorluğuna müraciət edərək aldığı məbləği tam qaytardığını etiraf edib və dövlətə vurulmuş ziyanın 25 faizini (450 manat) ödəyib. Buna baxmayaraq, onun törətdiyi əməl hərbi qulluqçuların etik davranış qaydalarına, hərbi intizamın əsas prinsiplərinə və zabitin nüfuzuna ciddi xələl gətirib. Hərbi qulluqçular yalnız xidməti vəzifələrini yerinə yetirməklə kifayətlənməməli, həm də Azərbaycan Ordusunun şərəf və ləyaqətini qorumaq, qanunlara və etik normalara dönmədən riayət etmək öhdəliyini daşıyırlar. Onların davranışı yüksək mənəvi-əxlaqi dəyərlərə, dürüstlük və vicdanlılığa əsaslanmalı, korrupsiya və qeyri-qanuni hərəkətlərdən tamamilə uzaq olmalıdır. İddiaçının hərəkətləri isə bu tələbləri kobud şəkildə pozmuşdur. Həmçinin onun barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilmişdir. Belə şəraitdə, məhkəmə cavabdehin qanuni səlahiyyətləri çərçivəsində iddiaçıya məzəmmət intizam cəzası tətbiq etməsini və onu hərbi xidmətdən ehtiyata buraxmasını tam əsaslı və qanuna uyğun hesab edir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlarına qarşı “cavabdehin 20 may 2024-cü il tarixli, 293 nömrəli və 05 iyul 2024-cü il tarixli 025gm nömrəli əmrlərinin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X19.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar