Məhkəmə qərarları › İş №2-1(112)-2201/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2201/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2201/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı "Azstone” MMC-nin cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X7 X3 əməkdaşı Y.Yusifov tərəfindən tərtib edilmiş 10.12.2020-ci il tarixli, 000068 nömrəli yoxlama aktının ləğv edilməsi” tələbinə dair iddianın inzibati məhkəmə icratının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Azstone” MMC cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X7 X3 əməkdaşı Y.Yusifov tərəfindən tərtib edilmiş 10.12.2020-ci il tarixli, 000068 nömrəli yoxlama aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN **********) iyirmi ildən artıqdır ki, peşəkar şirkət olaraq, Qaradağ rayonu Qızıldaş qəsəbəsində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur. İddiaçının sahibkarlıq fəaliyyətinə maneçilik törədilməsi məqsədilə X7 X3 əməkdaşı Y.Yusifov və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin – Operativ Nəzarət İdarəsinin üç əməkdaşı (A.Mirzəyev, A.Həsənov və Q.Hacıəliyev) 10.12.2020-ci il tarixdə iddiaçının və ya yaxud hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı 000068 nömrəli akt tərtib etmişlər. Lakin 08 iyul 2021-ci il tarixdə müəyyən olunmuşdur ki, 10.12.2020-ci il tarixdə İddiaçı MMC-də yoxlama aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlama qeydiyyatı aparılmayıb. İddiaçı bu barədə 08.07.2021-ci il tarixdə Ədliyyə Nazirliyinə müraciət etmiş, 12.07.2021-ci il tarixdə rəsmi cavab almışdır. Bununlada yuxarıda adlarıda çəkilən vəzifəli şəxslər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamalarının vahid məlumat reyestrinin forması və aparılması haqqında” Əsasnamənin tələblərini pozaraq, 10.12.2020-ci il tarixdə rəhbəri olduğu MMC-nin və hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı akt tərtib etmişdir. Halbuki, həmin tarixdə adlarını qeyd etdiyi qurumun əməkdaşları İddiaçı MMC-nin fəaliyyət göstərdiyi ərazidə olmamışdır. Beləliklə, həmin vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuş və işgüzar nüfuzuna xələl gəlmişdir. Bu pozuntudan əlavə olaraq, İddiaçı MMC-nin balansında 2 ədəd daş kəsən kombayn (SM-89) və 1 ədəd PDM – 2U olmasına baxmayaraq, 10 dekabr 2020-ci il tarixdə X7 X3 əməkdaşı Y.Yusifov və vergi xidmətinin digər 3 əməkdaşı hal şahidlərinin və İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib etdikləri 000068 nömrəli aktda balansda və istifadədə olmayan avadanlıqlar qeyd etmişlər. Bu aktın tərtib edilməsindən sonra, sözügedən Agentlik Bakı Kommersiya Məhkəməsində əsassız iddia qaldıraraq, İddiaçı MMC-dən 151.200 manat pulun tutulmasını tələb etmişdir. Həmin tələbə dair Agentlik tərəfindən verilmiş ərizə Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. Bu tələblə bağlı iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə 15.07.2021-ci il tarixli qarşılıqlı iddia təqdim edilmiş, 10.12.2020-ci il tarixli, 000068 nömrəli yoxlama aktının ləğv edilməsini xahiş etmişdir. Lakin qarşılıqlı iddia ilə bağlı Bakı Kommersiya Məhkəməsində 17.07.2021-ci il tarixdə, 2-2-(113)-3242/2021 nömrəli qərardad qəbul edilmiş, qarşılıqlı iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi izah olunmuşdur. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, mübahisələndirilən 10.12.2020-ci il tarixli 00068 nömrəli baxış aktı “Şahqaya” əhəngdaşı yatağında Agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində monitorinq apararkən tərtib edilmiş aktdır. Həmin akt inzibati akt deyil. Agentliyin əməkdaşı tərəfindən tərtib edilən akt dövlətə məxsus (faydalı qazıntı ehtiyatı dövlət və ya sahə balansında qeydə alınmış) yatağa baxış zamanı ərazinin (yer təki sahəsinin) vəziyyətinin təsvir edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. Həmin aktda hər hansı hakimiyyət tədbiri əks edilməyib. X9 Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın aşkar edilməsini təsbit edib. Agentliyin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Qaradağ rayon Məhkəməsinin qərarı ilə İddiaçı MMC İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək və 5000 (beş min) manat məbləğda inzibati qaydada cərimə edilmişdir. Eyni zamanda, İddiaçı MMC təkrar apelyasiya şikayəti vermiş, lakin şikayət rədd edilmişdir (12 avqust 2021-ci il Bakı Apellyasiya Məhkəməsi şikayəti icraata qəbul etməkdən imtina etmişdir). Nəticə etibari ilə, baxış keçirilən zaman şirkətin qeyd olunan faydalı qazıntı yataqlarına münasibətdə istifadə hüququ olmadığına görə, İddiaçı MMC həmin ərazidə yer təki sahəsi ilə bağlı sahibkarlıq fəaliyyətini həyata keçirə bilməzdir. Bu səbəbdən hesab edilir ki, Agentlik tərəfindən həyata keçirilən monitorinq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada yer təki sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmək hüququ olmayan bir hüququ şəxsin fəaliyyətinin yoxlanılması kimi qəbul edilə bilməz. Şəxs inzibati xəta törətmiş, inzibati qaydada cərimələnmişdir və yenədə yoxlamanın nəticəsindən şikayət etməkdə davam edir. Yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, eyni zamanda fəaliyyət istiqamələrində uyğun olaraq, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək Agentliyin Nizamnaməsinə əsasən (3.1.11-ci və 3.1.13-cü bəndlər) onun əsas vəzifəsidir. Qeyd olunan yataqlarda keçirilən monitorinqin məqsədi məhz yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparmaq və görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Həmin tədbirin keçirildiyi dövrdə İddiaçı MMC-yə məlumat verilmiş, şirkətin nümayəndəsi monitorinqi müşahidə etmiş, lakin baxışda iştirak etməkdən, aktı qəbul etməkdən imtina etmişdir. X10 xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Sonradan həmin aktla bağlı şirkətin direktoru Emin Əliyev izahat verilməsi və protokol tərtib edilməsi məqsədi ilə Agentliyə dəvət edilmişdir. E.Əliyevin öz xətti ilə yazdığı izahatında “Dağ-mədən ayırması” aktının müddətinin bitdikdən sonrada fəaliyyət göstərdiyini bildirmişdir. İddiaçı MMC-nin həmin aktı inzibati qaydada mübahisələndirməsində məqsədi “Şahqaya” yatağında qanunsuz olaraq apardığı hasilata görə Agentlik tərəfindən həmin şirkətə qarşı qaldırılmış mülki iddia ilə bağlı məsuliyyətdən yayınmaqdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi iddia tələbi “cavabdehin 10.12.2020-ci il tarixli 000068 nömrəli aktının ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 13 -ci bəndinə əsasən, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.11.-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2019-cu il tarixli, 613 nömrəli Fərmanı təsdiq edilmiş X7 X3 Nizamnaməsinə əsasən müəyyən olunur ki,(1.1-ci bənd) X7 X5 “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir. Həmin Nizamnamənin 3.1-ci bəndinə görə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.11. yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək; 3.1.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq, ölkədə faydalı qazıntıların çıxarılması ilə məşğul olan, bu sahədə fəaliyyət göstərən və fəaliyyəti dayandırılmış fiziki və hüquqi şəxslərin, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək Agentliyin vəzifələrinə aid edilmişdir. Cavabdeh orqan tərəfindən tərtib olunmuş 10.12.2020-ci il tarixli 000068 nömrəli akt İddiaçı MMC tərəfindən Qaradağ rayonu, Qızıldaş qəsəbəsində (Şahqaya yatağında) dağ-mədən işlərinin aparıldığı obyektdə keçirilən monitorinq nəticələrinin rəsmiləşdirilməsi zamanı tərtib olunmuşdur. Hazırda mübahisələndirilən akt cavabdeh tərəfindən monitorinq zamanı aşkar edilmiş halları özündə əks etdirən sənəddir. Bu akt konkret məsələni nizama salmaq və ya həll etmək xüsusiyyətinə malik deyil, iddiaçı üçün hüquqi nəticələr yaratmır. İddiaçının ləğv edilməsini tələb etdiyi 10.12.2020-ci il tarixli 000068 nömrəli akt subyektiv baxımdan, qanunvericiliyin tələbləri qaydasında cavabdeh orqanın hər hansısa məsələnin nizama salınmasında öz səlahiyyətlərini aşmadan tərtib olunmuşdur və iddiaçının hüquqlarını məhdudlaşdıran inzibati akt deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdeh orqanının aktının ləğv edilməsi haqqında iddiası məhkəmə icraatını mümkün edən faktiki şərtlər mövcud deyil. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçı "Azstone” MMC cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X7 X3 əməkdaşı Y.Yusifov tərəfindən tərtib edilmiş 10.12.2020-ci il tarixli, 000068 nömrəli yoxlama aktının ləğv edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "Azstone” MMC cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X7 X3 əməkdaşı Y.Yusifov tərəfindən tərtib edilmiş 10.12.2020-ci il tarixli, 000068 nömrəli yoxlama aktının ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar