Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2201/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “kompensasiyanın tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Nəsimi rayon İcra şöbəsinin rəisi Yavər Allahverdiyevə və icra məmuru Nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin 3 ilə yaxın müddətdə icra olunmadığına görə Nəsimi rayon İcra şöbəsinin rəisi Yavər Allahverdiyevdən və icra məmuru Nümayəndə2 ona dəymiş maddi ziyana görə 150 000 manat, mənəvi ziyana görə 10 000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əsl olmayan cavbdehlərin əsl cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi ilə əvəz edilməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin 3 ilə yaxın müddətdə icra olunmadığına görə cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən ona dəymiş maddi ziyana görə 150 000 manat, mənəvi ziyana görə 10 000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında İddiaçı verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X2, iştirakçısı X8 və iştirakçısı X4 üzərinə qoyulması qət edilmişdir. Həmin icra sənədi üzrə borclu "xxxx" MMC-nin direktoru X1 rayonu, Cavadxan küçəsi, ev 10, mənzil 26 ünvanında qeydiyyatda olduğuna görə icra olunması üçün Nəsimi rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcraata başlamaq haqqında qərar borclunun ünvanına göndərildikdən sonra icra sənədinin icrası istiqamətində hər hansı bir icra hərəkəti aparılmamışdır. Abşeron Rayon Məhkəməsinin qətnaməsinin icra olunması ilə bağlı “İcra haqqında" qanunun tələblərinə uyğun olaraq müvafiq icra tədbirlərinin görülməsi şifahi və yazılı qaydada icra məmurundan tələb olunsa da, bugünədək borclu barəsində heç bir icra tədbiri görülməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 və Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi Yavər Allahverdiyev tərəfindən qəsdən icra olunmadığına görə onlar barəsində ciddi tədbirlər görülməli və iddiaçıya dəymiş ziyan icra məmuru tərəfindən ödənilməlidir. İcra sənədinin icra olunmaması səbəbindən "xxxx" MMC-nin digər təsisçiləri ilə iddiaçı arasında olan məhkəmə mübahisəsi artıq 3 ildən çoxdur ki davam edir. Qeyd olunan icra sənədi icra olunmadığına görə MMC-nin balansında olan əmlaklar iddiaçıdan xəbərsiz satılır, bununla bağlı iddiaçıya heç bir sənəd təqdim olunmur və nəticədə o, sahibkarlıq fəaliyyətindən əldə edəcəyi gəlirdən də məhrum olur. Nəticədə icra məmurunun hərəkətsizliyi səbəbindən müəssisənin fəaliyyəti 2022-ci ildə dayandırılmış və hazırda fəaliyyət göstərə bilmir. Görünən odur ki, icra məmurunun digər təsisçilərlə əlbir olması müəssisənin müflisləşməsi ilə nəticələnəcəkdir. Bütün bu sadalananlarla bağlı icra məmuruna dəfələrlə müraciət olunmuş, lakin icra məmuru heç bir müraciətinə məhəl qoymamışdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə məktubla Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 və Nəsimi rayon İcra və Probasiya şöbəsinin rəisi Yavər Allahverdiyevə müraciət edərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin 3 il ərzində qəsdən icra olunmadığına görə ona dəymiş maddi ziyana görə 150.000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pul məbləğinin ona ödənilməsini tələb etmiş, lakin nə icra şöbəsinin rəisi, nə də icra məmuru həmin məktuba heç bir münasibət bildirməmişlər. Hüquqlarının pozulduğunu hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, icra sənədi Qaradağ rayon İcra şöbəsindən xx.xx.2023-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş, elə həmin tarixdə icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. İcra sənədi üzrə borclu qanuni təmsilçi X6 xx.xx.2023-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinə dəvət olunmuş, o həmin tarixdə icraata başlamaq haqqında qərarı bildirişin surətinə şəxsən imza etməklə yenidən qəbul etmişdir. Eyni zamanda həmin tarixdə borclu Mirzahid Ağayevin izahatı alınmış, o izahatında hal-hazırda "xxxx" MMC-nin direktoru olmadığını, belə ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-2278/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun "xxxx" MMC arasında imzalanmış əmək müqaviləsinə xitam verilməsi, "xxxx" MMC-nin, X8, İddiaçı, X4 üzərinə bu barədə bildirişin elektron sistemə daxil edilməsi və X2 işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyinin həvalə edilməsi qərara alınmışdır. Göründüyü kimi tələbkarın özü borclunu şəxsən özü işdən azad etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(012)-611/2023 saylı qərardadı o əsasla qəbul edilmişdir ki, vergi orqanın müvafiq reyestrində qanuni təmsilçinin kimliyi barədə məlumatın olması zəzuri olduğundan və təsisçilər tərəfindən yeni qanuni təmsilçi seçilmədiyindən Vergi Xidmətinin müvafiq reyestrindən borclu Mirzahid Ağayevin adı çıxarılmamış və məhkəmə bu qərardadı qəbul etdikdə məqsədyönlü olaraq həm Nərimanov rayon Məhkəməsinin 2(005)-2278/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini, həm də Sumqayıt İnzibati Məhkəməsinin e-2- 1(118)-3396/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını nəzərə almamışdır. Hər iki məhkəmənin qərarı qüvvədədir və müvafiq şəkildə icra edilmişdir. Ümumilikdə məhkəmə qərarından şikayət vermək hər kəsin konstitusion hüququdur. Qərardaddan düzgün şikayət verilməsəydi, Abşeron rayon Məhkəməsi şikayətə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərməzdi. Həmçinin, qeyd edilməlidir ki, icra sənədi Nəsimi rayon İcra şöbəsinin icraatında 3 il deyil, xx.xx.2023-cü il tarixdə icraata daxil olmuşdur. İcraata daxil olduqda isə artıq həm Nərimanov Rayon Məhkəməsinin, həm də Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qətnamə və qərarları qəbul edilmiş, Nərimanov rayon Məhkəməsinin qətnaməsi şəxsən tələbkarın özü tərəfindən icra edilmişdir. Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclu X6 barəsində Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi icra etmədiyindən, AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Nəsimi rayon Məhkəməsinə göndərilmiş, Nəsimi rayon Məhkəməsinin 3(006)-3288/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati məsuliyyətə vəzifəli şəxs kimi cəlb olunmasına dair təklif olunan X2 tərtib edilmiş protokolda və ona əlavə edilmiş sənədlərdə hazırda "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) olmasına dair sübutların olmaması əsas gətirilərək, natamamlıqla geri qaytarılmışdır. Qərardadda göstərilən hallar qeyd edilən iki məhkəmə qərarı ilə əlaqədar aradan qaldırılması mümkün olmadığından yenidən protokol tərtib edilərək məhkəməyə müraciət edilməmişdir. Göründüyü iddiaçının iddia tələbində göstərdiyi hallar əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının cavavdehlər "xxxx" MMC-yə, həmin MMC-nin direktoru (qanuni təmsilçisi) X3, MMC-nin iştirakçıları X9 və X10 qarşı “məlumatların verilməsi və digər” tələblərinə dair iddiası təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçıya verilməsi, eləcə də iştirakçılarının növbəti və növbədən kənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlər "xxxx" MMC-nin, həmin MMC-nin direktoru (qanuni təmsilçisi) X2, MMC-nin iştirakçıları X9 və X8 üzərinə qoyulmuşdur. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarla Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icraata başlanmışdır. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla icra sənədinin icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilməsi qərar alınmışdır. İcra işi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2023-cü il tarixində icra məmuru tərəfindən X2 izahatı alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2278/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X2 "xxxx" MMC-yə, X7, X10 və hazırkı iş üzrə iddiaçıya qarşı “əmək müqaviləsinə xitam verilməsi və digər” tələblərinə dair iddiası qismən təmin edilmiş, X6 ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə, bu barədə bildirişin elektron sistemə daxil edilməsi barədə hüquqi şəxslərin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyi X7, X10 və hazırkı iş üzrə iddiaçıya həvalə edilmişdir. "xxxx" MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin qanuni təmsilçisi X6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron sistemə daxil edilməsi, qanuni təmsilçi (direktor) vəzifəsindən azad edilməsi barədə qərarın Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim edilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3396/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X2 Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğvi və digər” tələbinə dair iddiası təmin edilmiş "xxxx" MMC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınaraq onun "xxxx" MMC-nin qanuni təmsilçisi kimi adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyi Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 27 fevral 2024-cü il tarixli məktubuna əsasən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-3396/2023 nömrəli qərarına əsasən X2 "xxxx" MMC-nin direktoru vəzifəsindən çıxarılaraq dövlət reyestr məlumatlarında müvafiq dəyişikliyin edilməsi təmin edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası mümkün olmadığından geri qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-611/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, həmin qərar ləğv edilmiş və icra sənədinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)- 165/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərindən verdiyi şikayət qismən təmin edilmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasının təmin olunması ilə bağlı məcburi icra tədbirlərinin aparılması vəzifəsinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-67/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3288/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun iddiasının təmin edilməsi barədə Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsinin icra edilmədiyi üçün cavabdehdən onun xeyrinə kompensasiyanın tutulmasını xahiş edir. Həmin iddia mahiyyətcə dəymiş ziyanın əvəzinin ödənilməsi (kompensasiya) haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. Bu səbəbdən məhkəmə hazırkı iddanı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Öncə qeyd edilməlidir ki, inzibati mübahisələr öz hüquqi təbitəinə görə mülki mübahisələrdən fərqli olsa da, inzibati qaydada kompensasiya ödənilməsinə dair iddialar inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən meydana gəlməklə yanaşı, nəticə etibarilə mülki qanunvericiliyin maddi ziyanın ödənilməsi ilə bağlı normalarına söykənir. Bu səbəbdən hazırkı mübahisəyə mülki qanunvericiliyin həmin normalarının tətbiq edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçının tələbinin əsası ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 435/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçıya verilməsi, eləcə də iştirakçılarının növbəti və növbədən kənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlər "xxxx" MMC-nin, həmin MMC-nin direktoru (qanuni təmsilçisi) X2, MMC-nin iştirakçıları X9 və X8 üzərinə qoyulmuşdur. Həmin qətnamə 2021-ci ildə icraya yönəldilməsinə baxmayaraq hal-hazıra kimi icra edilməmişdir. Bununla da icra məmurunun, yəni dolayısı ilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində o maddi və mənəvi zərərə uğramışdır. “İcra haqqında” Qanunda göstərilmişdir ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (8.1.). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (8.2.). Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir (12.1.). Bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində (13.1.1.). Öncə qeyd edilməlidir ki, iddia iddia ərizəsində Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin 2021-ci ildə icraya yönəldildiyini, lakin 3 ildən artıq müddətdir ki, icra olunmadığını bildirir. Lakin, icra məmuru tərəfindən məhkəməyə təqdim edilmiş icra işinin materiallarından görünür ki, icra sənədi əvvəlcə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icraatında olmuş, sonradan aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2023cü il tarixində icra məmurunun icraatına daxil olmuşdur. Yəni, hazırkı iş üzrə cavabdeh yalnız həmin tarixdən sonrakı dövr üçün icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsində məsuldur. “İcra haqqında” Qanuna əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir (70.1.). Bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür (70.3.). İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur (70.4.). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi icra məmuru icrası mümkün olmayan icra sənədini müvafiq əsaslandırılmış qərar əsasında geri qaytarmaq hüququna malikdir. İşdən göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olduqdan saonra müvafiq icra tədbirləri görülmüş və sonradan icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinin icrası mümkün olmadığından geri qaytarılması qərara alınmışdır. İcra məmuru hesab etmişdir ki, "xxxx" MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin qanuni təmsilçisi X6 ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi və MMC-nin qanuni təmsilçisi təyin edilmədiyi üçün hazırkı icra sənədinin icrası mümkünsüzdür. Lakin, icra məmurunun həmin qərarı məhkəmə qərardadları əsasında tərəfindən ləğv edilmiş və icra sənədi icra edilməsi üçün yenidən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmışdır. Göründüyü kimi icra məmuru qanunun ona verdiyi səlahiyyətdən istifadə etmiş və icra sənədinin icrasının mümkünsüz olması qənaətinə gəlmişdir. Bu hal isə icra məmurunun hər hansı qanunsuz hərəkətlərə yol verməsi kimi qiymətləndirilə bilməz. Həmin qərardan verilmiş şikayətlə bağlı Abşeron Rayon Məhkəməsinin qərardadı xx.xx.2023-cü il tarixində, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Bundan sonra isə icra hərəkətləri davam etdirilmiş və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3288/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi hazırkı vəziyyətdə cavabdehin icra sənədinin icra edilməməsi ilə bağlı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verməsi iş materialları ilə müəyyən edilmir. Belə ki, icra məmuru qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində hərəkət etmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin 3 ilə yaxın müddətdə icra olunmadığına görə maddi və mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2201/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2201/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver